Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1940/2024 13.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Cavabdeh tərərindən tərtib edilmiş (onunla - X1 barəsində) və bu barədə nikah haqqında akt qeydləri kitabında 17 dekabr 1993-cü il tarixdə 17 nömrə ilə qeydə alınmış nikah haqqında akt qeydinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsiyyət vəsiqəsini dəyişmək üçün müvafiq orqana müraciət etmiş, orada ona bildirilmiş ki, onun X2 ilə də rəsmi nikahı var və bu nikah haqqında akt qeydləri kitabında 17 dekabr 1993-cü il tarixdə 17 nömrə ilə qeydə alınmışdır. Bildirir ki, X2 adlı şəxsi tanımır, ümumiyyətlə belə bir şəxsin olub-olmaması barədə məlumatı yoxdur. O cavabdeh orqana müraciət edib nikah haqqında arayış almış və həmin şəxs haqqında məlumat almaq üçün MAPS idarəsinə müraciət etmişdir. Oradan verilmiş xx.xx.2023-cü il tarixli arayışda həmin şəxs barəsində məlumat aşkar olunmamışdır. Həmçinin həmin şəxs barəsində Cavabdehndə də məlumat yoxdur (doğumu və ölümü barədə). Bir daha qeyd edir ki, iddiaçı həmin şəxsi tanımır və belə bir şəxslə rəsmi nikaha daxil olmamışdır. Ona görə də hesab edir ki, Cavabdeh tərəfindən tərtib olunmuş və bu barədə nikah haqqında akt qeydləri kitabında 17 dekabr 1993-cü il tarixdə 17 nömrə ilə qeydə alınmış nikah haqqında akt qeydi ləğv olunmalıdır. Cavabdeh orqan akt qeydini ləğv etməkdən əsassız olaraq imtina edir.Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi məktubdan görünür ki, iddiaçının müraciətinin həllindən imtina edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- Ə-4xx-xx/2023 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli məktub, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.1993-cü il tarixli, 17 nömrəli nikah haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydində iddiaçı ilə X2 arasında nikahın bağlanması qeydi aparılmışdır. Halbuki, iş materiallarında olan digər sənədlərdə iddiaçının həmin şəxslə bağlı heç bir nikahı olmamış və həmin qeyddən xəbəri olmamışdır. İddiaçı adına tərtib edilmiş həmin nikah haqqında akt qeydinin ləğv edilməsi niyyətindədir. Bununla bağlı iddiaçı Cavabdehnə müraciət edərək, müvafiq akt qeydinin ləğv edilməsini istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş (İddiaçı ilə X1 barəsində) və bu barədə nikah haqqında akt qeydləri kitabında 17 dekabr 1993-cü il tarixdə 17 nömrə ilə qeydə alınmış nikah haqqında akt qeydinin ləğv olunmasında istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş (İddiaçı ilə X2 barəsində) və bu barədə nikah haqqında akt qeydləri kitabında 17 dekabr 1993-cü il tarixdə 17 nömrə ilə qeydə alınmış nikah haqqında akt qeydinin ləğv olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Qubadlı rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1940/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1940/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver