Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1945/2023 22.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, İddiaçının İddiaçı vərəsəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fonduna qarşı “1941-1945-ci illər vətən müharibəsi iştirakçısının dul arvadı kimi iddiaçıya birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fonduna qarşı “1941-1945-ci illər vətən müharibəsi iştirakçısının dul arvadı kimi iddiaçıya birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 iddiaçının həyat yoldaşı olmuşdur. T.Allahverdiyev xx.xx.1970-ci ildə vəfat etmişdir. X11 arasında bağlanmış nikah 01 fevral 1965-ci ildə Laçın rayonu, Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən qeyd edilmişdir. Mərhum T.Allahverdiyev 2-ci dünya müharibəsinin iştirakçısı olmuşdur. Bunu Azərbaycan Respublikası SHXÇ üzrə DX-nin Laçın rayon Bölməsinin xx.xx.2022-ci il tarixli, 333 saylı arayışı təsdiq edir. AR-sı Prezidentinin 2022-ci il tarixli, 3218 saylı Sərəncamına əsasən 1941-1945-ci illərdə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həmin müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarım və s. şəxslərə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulmuşdur. O, AR-sı Prezidentinin 3218 saylı Sərəncamı ilə nəzərdə tutulmuş birdəfəlik maddi yardımın alınması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. DSMF tərəfindən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla xahişindən imtina olunmuşdur. Həmin məktublarda imtinaya səbəb kimi mərhumun döyüşən ordunun tərkibində iştirak etməsini təsdiq edən arayışın təqdim edilməməsi göstərilmişdir. O, cavabdehin imtinasını əsassız hesab edir. Beləki mərhum həyat yoldaşı Laçın rayon Hərbi Komissarlığında (hazırki adı Azərbaycan Respublikası SHXÇ DX- nin Laçın rayon Bölməsi) hərbi qeydiyyatda olmuşdur. Laçın rayon Bölməsi 333 saylı arayışla mərhumun 1941-1945-ci illərdə Böyük vətən müharibəsi iştirakçısı olmasını təsdiq etmişdir. Həmçinin ermənilərin Laçın rayonunu işğal etməsi nəticəsində Laçın Hərbi Komissarlığının sənədləri məhv edilmişdir. Belə olan halda cavabdehin imtinası əsassızdır və ona birdəfəlik maddi yardım ayrılması öhdəlinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı vərəsəsi X6 iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq da mərhum anasına və onlara indiyədək heç bir ödəmələrin olmadığını bildirmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddaya yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, 1941-1945 ci illərdə X14ndə iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2022-ci il tarixli 3218 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən 1941-1945-ci illərdə X14ndə iştirak etmiş şəxslərə 1500,0 (bir min eş yüz) manat məbləğində, X14ndə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar ərnəyinə görə or en və medallarla təltif edilmiş şəxslərə, X14 illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, X14 dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilməyi qərara alınmışdır. Sərəncamın məzmunundan göründüyü kimi sözügedən maddi yardım aşağıdakı kateqoriya şəxslərə ödənilir: 1) X14ndə iştirak etmiş şəxslərə; 2) X14ndə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına: 3) X14ndə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə; 4) X14 illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə; 5) X14 dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə; 6) Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına. İddiaçı mərhum həyat yoldaşı X3 1941-1945-ci illərdə X14ndə iştirak etdiyini əsas gətirərək dul arvad kimi maddi yardımın ödənilməsini tələb etmişdir. Lakin yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olduğu kimi, sözügedən maddi yardım növü həmin müharibədə döyüşərək sonralar vəfat etmiş döyüşçünün dul arvadına təyin edilir. Yəni sərəncamın həmin hissəsi müharibədə iştirak edən şəxslərlə müharibədə döyüşən ordunun tərkibində iştirak edən şəxsləri fərqləndirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini Laçın Rayon Bölməsinin xx.xx.2022-ci il tarixli 333 №li arayışında 1899-cu il təvəllüdlü mərhum həyat yoldaşı T.Z.Allahverdiyevin 1941- 1945ci illərdə X12 iştirakçısı olduğu qeyd edilmişdir. Mərhumun döyüşən ordunun tərkibində iştirak etməsinə dair hər hansı bir qeyd mövcud olmamış (dövrlər göstərilməklə), bu barədə arayış təqdim edilməmişdir. Həmin arayışın yazılmasına əsas olan sənədlər qismində isə yalnız ölüm haqqında şəhadətnamə və RF Müdafiə Nazirliyi tərəfindən yaradılmış pamyat.naroda.ru saytı göstərilmişdir. Bu səbəbdən iddiaçı U.L.X7 müharibəsi iştirakçısının dul arvadı kimi birdəfəlik maddi yardımın ödənilməsi mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 25 aprel 2022-ci il tarixli, 05/70-62-69 saylı “arayış”dan görünür ki, X5 ilə X4 arasındakı nikah haqqında 01 fevral 1965-ci il tarixdə 02 №-li akt qeydi ilə qeydə alınmışdır, nikaha X3 xx.xx.1970-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.1970ci ildə 5 №-li akt qeydi ilə Laçın rayon, Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. - AZ-İİ № 159266 saylı, xx.xx.2022-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə ölmüşdür. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin 333 saylı, 30 sentyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, 1899-cu il təvəllüdlü X5 həqiqətən 1941-1945-ci illərdə X12 iştirakçısı olmuşdur. - AZ-İİ № 346895 saylı, 15 may 2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı 04 may 2023-cü il tarixdə ölmüşdür. - 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzind Notariat ofisinin 562 saylı, 222 iyun 2023-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.2023-cü il tarixdə ölmüş İddiaçı vərəsəsidir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin 22 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 1899-cu il təvəllüdlü mərhum X1 Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış pamyat-naroda.ru elektron saytındakı məlumata əsasən 1941-1945ci illərdə X14nin iştirakçısı olmuşdur, keçmiş Laçın rayon hərbi komissarlığının arxivi məlum hadisələrlə əlaqədar Laçın rayonunda qaldığı üçün vətəndaşın xidməti barədə tarixlər göstərilməklə məlumat mövcud arxiv uçot sənədlərində yoxdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 24 iyun 2022-ci il tarixli, 21 oktyabr 2022-ci il tarixli və 04 noyabr 2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh orqana ərizələrlə müraciət edərək, ona 1941-1945-ci illər vətən müharibəsi iştirakçısının dul arvadı kimi iddiaçıya birdəfəlik maddi yardımın ayrılmasını xahiş etmişdir. Cavabdeh orqan isə İddiaçı ünvanladığı 24 iyun 2022-ci il tarixli, 21 oktyabr 2022-ci il tarixli və 04 noyabr 2022-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtina məktublarında X3 döyüşən ordunun tərkibində iştirak etməsini təsdiq edən müvafiq arayışların təqdim edilməsindən sonra məsələyə baxıla biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “1941–1945-ci illərdə X14ndə iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 3218 saylı, 19 aprel 2022-ci il tarixli Fərmanının birinci bəndində qeyd edilmişdir ki, 41–1945-ci illərdə X14ndə iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində, X14ndə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, X14 illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, X14 dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin. İnzibati işin araşdırılmasının təmin edilməsi məqsədilə iddiaçının mərhum əri X3 döyüşən ordunun tərkibində iştirak etməsini təsdiq edən müvafiq arayışların əldə edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə aidiyyatı üzrə sorğular göndəilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinin 22 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 1899-cu il təvəllüdlü mərhum X1 Federasiyası Müdafiə Nazirliyi tərəfindən yaradılmış pamyat-naroda.ru elektron saytındakı məlumata əsasən 1941-1945-ci illərdə X14nin iştirakçısı olmuşdur, keçmiş Laçın rayon hərbi komissarlığının arxivi məlum hadisələrlə əlaqədar Laçın rayonunda qaldığı üçün vətəndaşın xidməti barədə tarixlər göstərilməklə məlumat mövcud arxiv uçot sənədlərində yoxdur. Göründüyü kimi, aidiyyatı üzrə bütün zəruri sorğular verilsə də, 1899-cu il təvəllüdlü X3 X14 dövründə döyüşən ordunun tərkibində iştirak etməsini təsdiq edən müvafiq sənədlər arxivlərdə mövcud olmadığından, əldə edilə bilməmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum iddiaçı və onun ailə üzvləri indiyədək heç bir müavinət və ödəmələr almamışdırlar. Həmçinin məhkəmə prosesində mərhum İddiaçı vərəsəsi X6 da əvvəllər mərhum atasının müharibədə iştirakı ilə əlaqədar iddiaçının heç bir ödəniş və müavinət almadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fonduna qarşı “1941-1945-ci illər vətən müharibəsi iştirakçısının dul arvadı kimi iddiaçıya birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fonduna qarşı “1941-1945-ci illər vətən müharibəsi iştirakçısının dul arvadı kimi iddiaçıya birdəfəlik maddi yardımın ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva