Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1949/2023 10.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “onların Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, 90 nömrəli otağa pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə ünvanında yerləşən, 16 saylı Yataqxananın 90 nömrəli otağı həyat yoldaşı Məmmədov Elxan Hüseyn oğluna verilmişdir (“Sumqayıt Kimya Sənaye” İstehsalat Birliyi). Həyat yoldaşı 29 aprel 2021-ci ildə vəfat etmişdir. Həyat yoldaşının adına verilmiş 69 saylı Orderə əsasən 90 saylı otağa mərhum həyat yoldaşı, o, oğlanlarıı-İddiaçı1 və X4 (hazırda vəfat edib) köçərək həmin ünvanda yaşamışlar. Həmin ünvanda 2001-ci ildən hal- hazıradək yaşasalar da yaşayış yerinə görə qeydiyyata düşməmişlər. Hal-hazırda iddiaçılar Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən 7 saylı evin, 28-ci mənzilində qeydiyyatdadılar. 28 saylı mənzil qayınanası X2 məxsusdur və hər ikisindən mənzildən qeydiyyatan çıxmağı tələb edir. İddiaçılar öz yaşadığı yerə görə qeydiyyata alınmaq xahişi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh xahişini təmin etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd olunanlara əsasən iddiaçılar iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, təmsil etdiyi qurumun iddia tələbinə etirazı yoxdur və qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 123-53399M nömrəli imtina məktubu, (“Sumqayıt Kimya Sənaye” İstehsalat Birliyi tərəfindən verilmiş 69 nömrəli Orderin surəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı MKS-nin arayışı, doğum haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, 90 nömrəli evin istifadəçisidir. Hazırkı iddia tələbi üzrə onların qeyd olunan mənzilə pasport qeydiyyatına almaq niyyətindədir. Belə ki, iddiaçılar sahibliyində olan evə pasport qeydiyyatına düşmək üçün cavabdehə müraciət etmiş lakin onların müraciəti müsbət həll edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, 90 nömrəli otaq “Kimyasanaye” İB-i tərəfindən verilmiş 69 nömrəli Order əsasında iddiaçının mərhum ərinə ayrılmışdır. Mənzil xüsusi təyinatlı mənzildir və vətəndaşın müəsisədə işlədiyi müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, 90 nömrəli otaq Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və həmin mənzilə köçmə üçün iddiaçıya order verilmişdir. Hal-hazırda binanın balansaxlayıcısı iddiaçının həmin mənzilə pasport qeydiyyatına alınmasına etiraz etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıların yaşayış sahəsinə pasport qeydiyyatına alınması üçün heç bir maneə yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı2, İddiaçı1 istifadəsində olan Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, 90 nömrəli otağa pasport qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri 42-ci məhəllə, 16 saylı yataqxana, 90 nömrəli otağa İddiaçı2, İddiaçı1 pasport qeydiyyatına alınması vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1949/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1949/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver