Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-195/2020 05.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X12rşı “X7 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 tərəfindən verilmiş **********60 reyestr nömrə ilə çıxarışın etibarsız hesab edilməsi və qeydin dövlət reyestrindən çıxarılması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndində 0.12 ha torpaq sahəsi ayrılmışdır. Eyni qərarla iddiaçının qardaşı Manafov Bəhlül Əyyub oğlunada 0.12 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahələri qonşu sahələrdi.Torpaq sahələrinə plan ölçü sənədi hazırlanmışdır. İddiaçı torpaq sahəsində ev tikib faktiki yaşasada, qardaşı Manafov Bəhlül torpaq sahəsində ev tikməmiş orada yaşamamışdır. İddiaçının qardaşıManafov Bəhlül torpaq sahəsini üzərində hüququnu dövlət qeydiyyatından keçirmiş, lakin koordinatlar iddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsinə vurulmuşdur. İddiaçının qardaşı Manafov Bəhlülün arvadı X11 borcuna görə məhkəmə qərarı əsasımnda Manafov Bəhlülün mülkiyyətində olan torpaq sahəsinə tutma yönəlmiş, torpaq sahəsinin 0.06 ha sahəsi X2 adına rəsmiləşdirilmişdir. İddiaçı icra şöbəsinə dəvət ediləndəndən sonra Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.12 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X16 müraciət etmiş, göstərilən torpaq sahəsinin X4 adına rəsmiləşdirildiyi bildirilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X13, X5, məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edlimişlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.12 ha torpaq sahəsi Abşeron rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 15 nömrəli qərarı ilə ona ayrılmışdır. Onun torpaq sahəsinin yanında qardaşı Bəhlülündə torpağı var. O ev tikib həmin torpaqda yaşayır, qardaşı isə şəhər qızı alıb şəhərdə yaşayır. Onların borcuna görə icra şöbəsi onu narahat edir, deyir ki, çıxarış sənin evin olan sahəyə vurulub. Öz torpağına çıxarış almaq üçün cavabdehə müraciət etmiş, məlum olmuşdur ki, qardaşnın sənədinin koordinatlarını səhvən onun evi yerləşən torpağa vurmuşlar. Ona görədə məcbur olub məhkəməyə müraciət edib və iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki,Abşeron rayonu, Məmmədli kəndində yeləşən 0.120108 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı X16 xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı müraciəti daxil olmuşdur. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə Abşeron rayon X6 xx xxxxxx 2007ci il tarixli 15 nömrəli qərarı əsasında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən və cavabdeh tərəfindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin X7 adına **********60 reyestr nömrəli çıxarışla rəsmiləşdirildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirir ki, sözügedən qərara əlavə olunmuş siyahıda göstərilən digər hüquq sahiblərinin şəxsiyyətlərini təsdiq edən sənədlər təqdim edilmədiyindən eyniləşdirmə əməliyyatının aparılması mümkün olmamışdır. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X17 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə vəXidmət üzrə təlimatları, digər normativ metodiki sənədlərivə bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 iştirak etmiş, izahatında bildirmişdir ki,iddiaçının qardaşı arvadı X11 ona borcu olmuş məhkəmə qərarı əsasında tuma iddiaçının qardaşının əmlakına yönəlmişdir. X8 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixli, **********60 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, torpaq sahəsinin x xxxx 12230 manat borcun əvəzinə ona verilmişdir. İddiaçının evi arxa tərəfdə, üçüncü şəxs İddiaçı torpaq sahəsi isə qabaqdadır. Borca görə torpaq sahəsi ona göstərilən zaman iddiaçının evi yox qabaqdakı sahə ona göstərilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları səhvən 3-cü şəxsin torpaq sahəsinə vurula bilər. Onun tələbi iddiaçıdan yox, iddiaçının qardaşı arvadı X9 olmuşdur. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Üçüncü şəxs İddiaçı nümayəndəsi X15 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmənin sorğusu əsasında DƏDRX 4 saylı X17 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Abşeron rayon X6 xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarı əsas götürülərək verilmiş xx.xx.2008-ci il tarixli, 10309 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Abşeron rayonu, Məmmədli kənd ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X7 adına mülkiyyət hüququ RX seriyalı, ******* saylı Çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsinin 0.06 ha hissəsi üzərində X2 mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı adına Abşeron rayon X6 xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarına əsas götürülərək xx.xx.2008-ci il tarixli 10308 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı məhkəmədən qardaşı X7 adına mülkiyyət hüququ RX seriyalı, ******* saylı Çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Lakin iş materiallarından görsənir ki, iddiaçının torpaq sahəsinin plan ölçü sənədi mövcuddur və onun qardaşıda öz adına olan torpaq sahəsinin plan ölçü sənədi əsasında mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. İddiaçı qardaşının torpağı olmadığını yox, sadəcə koordinatların onun torpağna vurulduğunu bildirir. Bu halda məhkəmə hesab edir ki, həmin qeydiyyatın etibarsızlığının tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinə dair plan ölçü sənədinin olması və onun faktiki torpaqdan istifadə etməsiX7 mülkiyyətinin qeydiyyatının etibarsızlığının deyil, aparılmış qeydiyyatda müvafiq koordinatların düzəldilməsinin inzibati orqandan tələb edilməsini, ondan sonra öz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təlbinin irəli sürülməsinə əsas verə bilər. Məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçüncü şəxs X1 hüquqlarının pozulmasına gətirib çıxara bilər. Həmin şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə onuda qeyd etməyi vacib sayır ki, iddiaçı ilə X2 mübahisə ilə bağlı eyni maraqlardan çıxış etməsi inzibati icraatda və ədalət mühakiməsində mübahisənin ədalətli həllinə nail olunmasında əhəmiyyətli rol oynaya bilər. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. İddiaçı onun qardaşının adına mülkiyyət sənədi verilərkən qanunvericiliyin tələblərinə əməl edilib-edilmədiyini mübahisələndirmək hüququna o zaman malik ola bilər ki, onun bununla bağlı subyektiv hüququ olsun. İddiaçının və onun qardaşının eyni hüququ qüvvəyə malik olan fərqili torpaq sahəsinin plan ölçü sənədi olduğuna görə hazırda təqdim edilən sənədlər əsasında iddiaçının onun qardaşının mülkiyyət sənədlərini umumilkdə deyil, torpaq sahəsinin koordinatlarının müəyyən olunması hissəsində mübahisələndirmək hüququ vardır. Qeyd edilənlər hazırda təqdim edilən sənədlər əsasında X7 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X17 tərəfindən verilmiş **********60 reyestr nömrə ilə çıxarışın etibarsız hesab edilməsi və qeydin dövlət reyestrindən çıxarılması üçün əsas yaratmır. Məhkəmə yuxarıda qeyd ediənləri nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, X7 torpaq sahəsinə mülkiyyət hüququnun aparılmış qeydiyyatında müvafiq koordinatların düzəldilməsinin inzibati orqandan tələb edə bilər, buna nail olduqdan sonra sonra öz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması təlbinin irəli sürə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-195/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-195/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver