Məhkəmə qərarları › İş №2-1(118)-1952/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1952/2022

21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1952/2022 21.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafazadə Aygün Əlmədar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” X6rşı “cavabdeh tərəfindən iddiaçıya xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” X6rşı iddia qaldıraraq “düzgün və qanuni rəyin verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh tərəfindən iddiaçıya xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci ildə iddiaçıya xəstəliyi ilə (çatmamazlıq ilə müşahidə mitral stenoz, mitral qapaqların protezləşməsi əməliyyatı, sol mədəcikçatışmazlığı) əlaqədar əlillik təyin edilmişdir və buna görə də müavinət verilirdi. Lakin sentyabr 2021-ci ildə yenidən tibbi komissiyadan keçmək üçün Abşeron rayon Mərkəzi Xəsatəxanasına müraciət etmiş və müayinələrdən keçmişdir. X3 exokardioqramma olmadığı üçün onu 5 saylı xəstəxanaya göndərmişlər. Abşeron rayon Mərkəzi Xəstəxanasından ona məlumat verilmişdir ki, 31 mart 2022-ci ildə tibbi komissiyada iştirak etmiş və ona səbəbsiz imtina verilmişdir. Hətta komissiyada olan həkim ona bildirmişdir ki, onun ürəyində olan protez işləyir, ona görə də ona əlillik düşmür. O isə əvəzində demişdir ki, protez ayağı olan şəxsdə də protez işləyir, lakin ona əlillik verilir. Abşeron rayon Mərkəzi Xəstəxanasında 31 mart 2022-ci ildə keçirilmiş tibbi-komissiyanın qanunsuz rəyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və X4 rəyini əsaslandırması barədə rəsmi müraciətini xx.xx.2022-ci ildə poçt vasitəsilə göndərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab alsada qanun pozuntusuna yol vermiş Abşeron rayon Mərkəzi Xəstəxanasından heç bir rəsmi cavab bildirilməmişdir. Xəstəliyi ilə əlaqədar özünü narahat hiss etdiyi üçün həkimi Türkiyə Respublikasında olduğundan orada müayinə etdirmiş və 2019-cu il 27 noyabrda “Holter Repot” adlı cihazı ona bağlamışlar və ürəyinin döyüntülərinin 24 saat ərazində müayinəsini apararaq xx.xx.2019-cu il tarixdə bu aparatı ondan ayırmışlar və əlavə olaraq ürək döyüntüsünü tənzimləmək üçün dərman resepti yazmışlar. 2021-ci ildə yenidən özünü narahat hiss etdiyi üçün Türkiyə Respublikasında müayinədən keçən zaman onun qara ciyərində yağlanma yaranmışdır və bunun səbəbi kimi ürəyi ilə bağlı qəbul etdiyi dərmanlar göstərilmişdir. Xəstəxana göndərişləri əsasında etdirdiyi müayinələr nəticəsində onun orqanizminin 55 faizi öz funksiyasını itirmişdir. Onun xəstəliyi müalicə olunmaz xəstəliklər siyahısına aid edilir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - 02 mart 2022-ci il tarixdə verilmiş 4841 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, iddiaçıya əsas xəstəlik kimi mitral qapağın çatmamazlığı, mitral qapağın protezləşməsindən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. - Mərkəzi klinika tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 25227 saylı tibbi arayışında qeyd edilmişdir ki, İddiaçı 2015-ci ilin fevral ayında mitral qapaq protezləşdirilməsi əməliyyatı keçirmişdir. Müntəzəm kontrol müayinələrdə iştirak edir. Xəstəyə orta və ağır fiziki iş məhdudiyyəti qoyulur. - İddiaçıya ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 X9 Sistemindən çıxarılmış elektron sənəd surətində qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə ona dair göndəriş daxil olmamışdır. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən müayinə olunacağı və ona göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinin mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. - xx.xx.2021-ci il tarixdə “Elmed Klinika”sı tərəfidən tərtib edilmiş rəngli doppleroqrafiyanın nəticəsində qeyd edilmişdir: əməliyyatdan sonrakı vəziyyət, MVR (süni mitral qapaq)-(2015). Sol mədəciyin sistolik-diastolik ölçüləri və sistolik funksiyası normaldır. LVEF-60%. Sol mədəciyin diastolik funksiyası reiaksativ disfunksiya tipində pozulub. Mitral qapaq tayları protezlə əvəz olunub, destruktiv dəyişikliklərizlənmədi. Aorta kökü və qapaqları normaldır. Pulmonar hipertenziya yoxdur. Seqmentar divar hərəkət qüsuru yoxdur. X1 İ-İİ0AÇ, min0MÇ qeyd olunur. Ürək kameraları təmizdir. Perikard boşluğunda maye yoxdur. - Akademik M.A.Topçubaşov adına X5 İnstitutunun ürək cərrahiyyəsi şöbəsinin xx.xx.2022-ci il tarixli exodopplerokardioqrafiya müayinəsində qeyd edilmişdir ki, Xülasə: mitral qapağın protezləşməsindən sonrakı vəziyyət - 2015. Sol mədəciyin ön, MAÇ seqmentinin zəif hipokinezi (əməliyyatla bağlı VF -55%) və zəif hipertrofiyası. Mitral protez üzərində - Qmp-13(7) mm c.st. çatmamazlığı (0-İ dər. mərkəzi), aortal qapağın fibrozu və çatmamazlığı (İİ dər), üçtaylı qapağın nisbi çatmamazlığı (İ dər), sol qulaqcığın genişlənməsi. Ağciyər arteriyasının təzyiqi - norma. Perikard və plevra boşluqları sərbəstdir. Ürək boşluqları təmizdir, çəpərlər intaktdır. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Abşeron rayon Mərkəzi Xəstəxanasının 16 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı tibbi sənədləri xx.xx.2022-ci il tarixdə “İ05.2 Mitral qapaq çatışmamazlığı ilə müşayiət olunan stenoz və qapağın protezləşmə cərrahi əməliyyatdan sonrakı vəziyyət” (AF-55%) diaqnozu ilə xx.xx.2022-ci il tarixdə Həkim Məsləhət Komissiyasına təqdim edilmişdir. Komissiya üzvləri tərəfindən sənədlərə baxış keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmadığı üçün onun tibbi sənədləri Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunmur. - “Abşeron rayon Mərkəzi Xəstəxanası” X10 Həkim Məsləhət Komissiyasının protokolundan xx.xx.2022-ci il tarixli, 3987 №-li çıxarışda qeyd edilmişdir ki, İddiaçı İ34.0.QÜO. Mitral qapaq çatışmamazlığı, mitral qapağın protezləşməsi ə/9. Vəziyyət (2015-ci il) diaqnozu qoyulmuş, əlillik əlamətləri müəyyən edilməməsi qərara alınmışdır. - Məhkəməyə daxil olmuş T 344/2022 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində qeyd edilən “qazanılmış ürək qüsuru, mitral qapağın çatışmamazlığı, mitral qapağın protezləşməsindən sonrakı vəziyyəti, qan dövranı çatmamazlığı İ-İİ dərəcə; aortal qapağın çatmamazlığı İİ dərəcə, üçtaylı qapağın çatmamazlığı İ dərəcə” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2021ci il tarixədək ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilməsi və müvafiq Forma-088 arayışının Tibbi-sosial Ekspert Komissiyasına təqdim edilməsi üçün cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçıya təyin edilmiş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmadığı üçün xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsindən imtina etmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsindən imtinası əsassızdır. İlk olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Başqa sözlə, əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspert komissiyalarının müstəsna səlahiyyətinə aiddir. Həmin orqanın təyinatından da göründüyü kimi, tibbi-sosial ekspert komissiyaları əlilliyin qiymətləndirilməsini “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirir və bu zaman təkcə tibbi göstərişləri deyil, həm də sosial tələbləri (göstərişləri) nəzərə alır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Eyni zamanda iddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdeh orqan olan “Abşeron rayon Mərkəzi Xəstəxanası” X8 əlilliyin qiymətləndirilməsi və ona əlilliyin təyin olunması üçün deyil, həmin səlahiyyətlərin aid olduğu orqana, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq göndərişin (forma 88) göndərilməsini tələb edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas hesab edilir. Eyni zamanda məhkəməyə daxil olmuş ekspert rəyindən də görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində qeyd edilən “qazanılmış ürək qüsuru, mitral qapağın çatışmamazlığı, mitral qapağın protezləşməsindən sonrakı vəziyyəti, qan dövranı çatmamazlığı İ-İİ dərəcə; aortal qapağın çatmamazlığı İİ dərəcə, üçtaylı qapağın çatmamazlığı İ dərəcə” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan ambulator kitabçadan çıxarışdan, rəngli doppler exokardioqrafiya kağızlarından, elektrokardioqrfafiya kağızlarından, tibbi arayışlardan və müfaviq epikrizlər ilə müəyyən edilir ki, iddiaçı xəstəlikləri ilə bağlı davamlı olaraq müalicələr alır. Cavabdeh orqan iddiaçıya ünvanladığı imtina məktubunda bildirmişdir ki, iddiaçıya təyin olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin imtinasında tibbi göndərişin verilməsi əsaslarını müəyyən edən Qaydaların normalarına hər hansı istinadın olmaması, cavabdeh tərəfindən həmin Qaydaların tələblərinə uyğun davranmadığı nəticəsinə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsindən imtinası formal tələblərə əsaslanmaqla əsassızdır. Beləliklə məhkəmə tərəfindən aparılmış inzibati araşdırma ilə müəyyən olunur ki, sonuncuya xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsindən imtina edilməsi tamamilə formal tələblərə əsaslanması iş materialları və qismən ekspert rəyi ilə bir daha sübuta yetirilmişdir. İnzibati icraat haqqında” Qanunun : 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normaları üzrə işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə qanunvericilikdə iddiaçıya xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsindən imtina üçün əsas kimi nəzərdə tutulan hər hasnı bir hal mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi öhdəliyi cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası» X10 üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xəstəliyi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi öhdəliyi cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası» X10 üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar