Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1953/2021 01.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz Bələdiyyəsinin 24.03.2006-cı il tarixli, 03 saylı protokolu, həmin protokolun 13-cü bəndi hissəsində İddiaçı məxsus olması faktının müəyyən edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz Bələdiyyəsinin 24.03.2006-cı il tarixli, 03 saylı protokolu, həmin protokolun 13-cü bəndi hissəsində İddiaçı məxsus olması faktının müəyyən edilməsi”nə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya iddianın mümkünlüyü ilə bağlı keçiriləcək məhkəmə iclası barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclası iddiaçının iştrakı olmadan keçirlməsini mümkün hesab etmişdir. Həmçinin iddiaçı 30.09.2021-ci il tarixində məhkəməyə teleqram ilə müraciət edərək, iddia tələbinə mahiyyəti üzrə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş, mənə məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi onun soyadı “Siqbətov”, öz adı “Vüqar”, atasının adı “Vaqif’-dir. Eyniylə, ona məxsus 11 yanvar 1978-ci il tarixli. V-JQ seriyalı, 369312 nömrəli “doğum haqqında” şəhadətnamənin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi onun soyadı “Siqbətov”, öz adı “Vüqar”, atasının adı “Vaqif’-dir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş, Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli, 03 saylı qərarının əslindən göründüyü kimi Xaçmaz bələdiyyəsinin ehtiyat fondundan fərdi mənzil tikmək üçün onun üçün 500 (beş yüz) kv.metr torpaq sahəsinin satılmasına icazə verilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş, Xaçmaz rayon Dövlət arxivinin 18 iyun 2021-ci il tarixli, JX 676 saylı arxiv çıxarışının əslində isə yazılıb: Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli iclasının 03 saylı protokolun əslindən göründüyü kimi Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli, 03 saylı protokolundan çıxarışda onun mülki hüququ və şəxsi məlumatları belə qeyd edilmişdir: “Fərdi yaşayış evi və kommersiya obyektləri tikmək məqəsdi ilə mülkiyyətlərinə torpaq sahəsi almaq barədə müraciət etmiş vətəndaşların ərizələrinə baxılması. Aşağıda adları qeyd olunan vətəndaşlara Xaçmaz bələdiyyəsinin perspektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq fondundan fərdi yaşayış evi tikmək üçün hər birinin mülkiyyətinə 500 (beş yiiz) m2 torpaq sahəsi satılsın. Siyahıda 1-ci İddiaçı Qadir oğlu yazılıb. Göründüyü kimi Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli, 03 saylı protokolundan çıxarışda onun atasının “Vaqif’-adının yazılışında yanlışlığa yol verilərək “Qadir” yazılıb. Ərizəsi baxılması üçün tərəfindən Xaçmaz rayon məhkəməsinə göndərilmiş, məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək 16.08.2021-ci il tarixdə 2(067)-2355/2021 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən emtina etmiş və ona aidiyyatı üzrə bələdiyyəyə müraciət etmək və müraciəti müsbət həll olunmadığı halda aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir. O ilk öncə 04.09.2021- ci il tarixdə Xaçmaz bələdiyyəsinə müraciət edərək bələdiyyənin 24 mart 2006-cı il tarixli, 03 saylı protokolu, həmin protokolun 13-cü bəndi hissəsində İddiaçı məxsus olunmasının göstərilməsini xahiş etmişdir. Xaçmaz bələdiyyəsi 09.09.2021- ci il tarixli 615 saylı məktubu ilə ona cavab verərərək bildirmişdir ki, ona aid olan sənədlərdə ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılması və düzəlişin həyata keçirilməsi bələdiyyənin səlahiyyətinə aid deyildir. Bununla əlaqədar mənə məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli iclasının 03 saylı protokolunda qeyd olunan ata adının “Qadir”-dən “Vaqif”-ə düzəliş etmək niyyətindədir. Ona verilmiş Xaçmaz bələdiyyəsinin 24 mart 2006-cı il tarixli iclasının 03 saylı protokolunda düzəlişin edilməsini məhkəmədən tələb etməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Həmin məcəllənin 309cü maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı həmin şəxsə məxsus olmasını müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı həmin şəxsə məxsus olmasını müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəslində öz əksini tapmış və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz Bələdiyyəsinin 24.03.2006-cı il tarixli, 03 saylı protokolu, həmin protokolun 13-cü bəndi hissəsində İddiaçı məxsus olması faktının müəyyən edilməsinə dair inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı həmin şəxsə məxsus olmasını müəyyən edilməsinə dair ərizəsi ilə yaşayış yeri üzrə ümumi şəhər (rayon) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1953/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1953/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver