Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1953/2023 03.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “X6 və X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.1968-ci il tarixdə Qubadlı rayon, Mehrili kəndində anadan olmuşdur. 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə məcburi köçkün düşmüşdür. Hazırda ailəsi ilə müvəqqəti məskunlaşdığı ünvan Sumqayıt şəh.,21ci məhəllə fərdi həyət evidir. Məcburi köçkün statusuna malikdir ( Vəsiqə Seriya AA№ ********). xx.xx.2001-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. X12 xx.xx.1977-ci ildə Ermənistan,Qafan şəhərində anadan olmuşdur. Hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. Onun məcburi köçkün statusu yoxdur. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. O, məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alır. X2 Azərbaycan Dövlət Neft Sənaye Universitetinin 4-cü kurs tələbəsidir. Birgə nikahdan xx.xx.2003 cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. O,məcburi köçkünlərə dövlət büdcəsindən verilən aylıq yemək xərci müavinətini alır .X1 Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. X6 və X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinə ərizə və əlavə edilmiş sənədlər ilə müraciət etsək də imtina verilmiş və aşağıdakı məzmunda 01 /7071 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu göndərilmişdir. "Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə daxil olmuş övladınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciətinizə baxılmışdır. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktalarm Dövlət Reyestrində qeydiyyatdan keçmiş “ Azərbaycan Respublikasında məcburi köçkünlərə ( ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən valideylərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan. Azərvaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, həyat yoldaşınız X12 qeydiyyatı Sumqayıt şəhəri. 9cu mkr.ev 21/4,mənzil 12 ünvanında olduğu üçün istəyiniz müsbət həlli Komitənin imkanı xaricindədir. ” Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, övladlarına X6 və X3 məcburi köçkün statusu verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddia tələbi aydınlaşdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Hazırki iş üzrə iddiaçı övladlarının adına məcburi köçkün vəsiqəsinin verilməsini istəyir. Lakin iddiaçının belə bir tələb qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. İddiaçının hər iki övladı yetkinlik yaşına çatdığı üçün məhkəmə hesab edir ki, belə bir tələblə onlar özləri məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, onun 18 yaşına çatmış övladları hazırki tələblə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-1953/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1953/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver