Məhkəmə qərarları › İş №2-1(118)-1954/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1954/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1954/2023 02.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “İddiaçı və ailə üzvləri X3 və övladı X5 yenidən mənzilə çıxarış alana qədər Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşməkləri”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, İddiaçı, həyat yoldaşı X6 və övladı X8 2019-cu ildən yaşadığı binanın çıxarışı olmadığı üçün Abşeron Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatdadır. Yaşadığı bina Şeron 63 MTK - ya məxsusdur. Şəxsi mənzildir. 2022 -ci ilin dekabr ayında qeydiyyatda olduqları polisin inzibati binasından qeydiyyatdan çıxarılmışdırlar. Hal-hazırda şəxsiyyət vəsiqələri fəaliyyətsizdir və heç bir yerdə qeydiyyatda deyildirlər Bu vəziyyət ona və ailəsinə qeydiyyat-sənəd işləri və digər hüquqlar barədə problem yaradır. Dəfələrlə binaya çıxarışla bağlı dövlət orqanlarına müraciət göndərsə də hələ də binanın çıxarışı yoxdur. Abşeron Rayon Polis İdarəsinə yenidən ərizə ilə müraciət etsə də onu qeydiyyata almaqdan imtina etmişdirlər. Heç bir yerdə qeydiyyata düşmək imkanları yoxdur. Hal-hazırda Xırdalan şəhəri H.Əliyev prospekti 112 A, mənzil 126 ünvanında, (Şeron 63 MTK Xırdalan dairəsi yaxınlığı) yaşayırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştiak etmiş, izahatında iddiaçı və ailə üzvlərinin hazırda başqa ünvanda qeydiyyatda olduqlarını iddia ilə razı olmadıqlarını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmişdir. İddiaçının cavabdeh orqana müraciəti ünvan 2 ünvana qeydiyyata alınmaqla bağlı olsa da iddiaçı tələbi Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşməklə bağlı olmuşdur. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və ailə üzvləri başqa ünvanda qeydiyyatda olmaqla onların adına aktiv şəxsiyyət vəsiqələri mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar