Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1959/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Sumqayıt şəhər Polis İdarəsinin üzərinə yetkinlik yaşına çatmayan X1 Sumqayıt şəhəri, 34-cü məhəllə, 1/52 saylı evdə yerləşən 15 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin üzərinə yetkinlik yaşına çatmayan İsmayılova Aytəkin Valeh qızının xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 1/52 mən 15-dən pasport qeydiyyatından çıxarılması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 14.03.2015-ci il təvəllüdlü X1 ona məxsus olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 1/52 saylı evdə yerlə.ən 15 saylı mənzildən pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11.11.2021-ci il qərardadı ilə yetkinlik yaşına çatmayan 14.03.2015-ci il təvəllüdlü X1 anası İsmayılova Aytəkin Valeh qızı üçüncü şəxsin qanuni nümayəndəsi qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 34-cü məhəliə, 1/52 saylı evdə yerləşən 15 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. O, həmin mənzili 02 dekabr 2020-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə X2 almışdır. Keçmiş ev sahibinin nəvəsi 14.03.2015-ci il təvəllüdlü X4 iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. 14.03.2015-ci il təvəllüdlü X1 anası İsmayılova Aytəkin Valeh qızı Sumqayıt şəhəri, 4-cü mkr-n, 31/80 saylı evdə yerləşən 80 saylı mənzildə, atası X8 isə Sumqayıt şəhəri, məhəllə 41A, 4A saylı evdə yerləşən 70 saylı mənzildə qeydiyyatdadır. M.Hüseynovanın valideynləri arasında rəsmi nikah pozulmuş və uşaq anasının himayəsinə verilmişdir. İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək, yetkinlik yaşına çatmayan 14.03.2015-ci il təvəllüdlü X1 ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasının təmin olunmasını xahiş etmişdir. Lakin ərizsi təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Tərəflər və üşüncü çş.xsin qanuni nümayəndəsi şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - ƏMDK yannda DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** reyestr nömrəli 23.12.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 1/52 nömrəli evdə yerləşən 15 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. -18 saylı Mənzil Kommunal sahəsi tərəfindən verilmiş 361 saylı 22.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 1/52 mənzil 15-də özündən başqa X10, X5, X6, X3 və X4 pasport qeydiyyatındadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinin “ğ” bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eldəcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İsmayılova Aytəkin Valeh qızının azyaşlı qızı 14.03.2015-ci il təvəllüdlü X1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 1/52 saylı evdə yerləşən 15 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 14.03.2015-ci il təvəllüdlü X1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 1/52 saylı evdə yerləşən 15 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1959/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1959/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver