Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1960/2021 08.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı “25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı iddia qaldıraraq “25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası SHXÇDX-nin Ucar rayon şöbəsi tərəfindən 30.11.1987-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini SSRİ Silahlı Qüvvələrində N saylı hərbi hissədə keçmiş, 15.05.1989-cu il tarixində SSRİ Silahlı Qüvvələrində 219 saylı həbi hissədə xidmətini başa vurmuşdur. Azərbaycan Respublikası SHXÇDX-nin Xətai rayon şöbəsi tərəfindən 25.06.1993-cü il tarixdən 15.04.1996-cı il tarixədək döyüşən ordunun tərkibində N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində Atəşkəs elan edilənədək iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin mart 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından barəsində əlavə araşdırma aparılması mümkün olmamışdır. Halbuki, ərizəyə əlavə olunan hərbi biletin səhifəsində göstərilmişdir ki, o, Azərbaycan Respublikası SHXÇDX-nin Xətai rayon şöbəsi tərəfindən 25.06.1993-cü il tarixdən 15.04.1996-cı il tarixədək döyüşən ordunun tərkibində N saylı təkrar həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında 12 may 1994-cü il tarixində atəşkəs elan edilənədək iştirak etmişdir. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 30- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Yuxarıda göstərdiyi kimi, hərbi biletində 10 may 1994-cü il tarixinə qədər cəbhə bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə xidmət etdiyini təsdiq edən qeydlər vardır. Qanunda da göstərilmişdir ki, hərbi biletdə aparılan qeydlər veteran vəsiqəsinin verilməsi üçün əsasdır. X1 Arxivindən iddiaçıya göndərilən Arxiv Arayışında göstərilənlərlə də təsdiq olunur ki, iddiaçının hərbi xidməti barəsində Arxivdə məlumatın olmaması onun təqsiri ucbatından olmamışdır. Arxiv arayışında da göstərilmişdir ki, bu halların araşdırılması mümkün olmamışdır. Halbuki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə icasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, 11 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həmin iş üzrə vəsatəti məhkəməyə daxil olmuş və həmin vəsatətdə qeyd edilmişdir ki, iddiaçı daha əvvəl də Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 14 oktyabr 2021-ci il tarixli 2-1(118)-1112/2020 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2-1(105)-129/2021 saylı qərarı ilə təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-1(102)-1207/2021 nömrəli qərarı ilə mümkün sayılmamışdır. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı bundan əvvəldə eyni cavabdehə qarşı, eyni iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 14 oktyabr 2021-ci il tarixli 2-1(118)-1112/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad da iddianın mümkün sayılmamasının əsası kimi göstərilmişdir ki, iş üzrə iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivini göstərsə də, onun tələbi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yönəlmişdir. Cavabdeh olmayan şəxsə tələb irəli sürülməsi ilə bağlı iddiya isə baxılması qeyri-mümkündür. Ümumi olaraq məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi qeyri-müəyyəndir və iddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin qeyd olunan qərardadından apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin14 oktyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.07.2021-ci il tarixli qərardadı ilə həmin qərardaddan verilən şikayət üzrə kassasiya mümkün sayılmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 arpel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi hazırki iş üzrə iddiaçı bundan əvvəl də eyni cavabdehə qarşı, eyni iddia ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən onun iddiası mümkün sayılmamışdır. Həmin qərardadda iddianın mümkün sayılmamasının əsasları izah olunmuşdur. Lakin buna baxmayaraq iddiaçı həmin qərardadla iddianın mümkün sayılmamasına əsas olmuş halları aradan qaldırmadan yenidən eyni formalı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivini qoysa da, tələbini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yönəltmişdir. Eyni zamanda onun tələbi qeyri müəyyəndir. İddianın mümkün sayılmamasına dair qərardad iddiaçının yenidən eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etməsə də, qanunvericilik belə bir iddianın qaldırılması üçün mümkünlük şərtlərinə əməl edilməsini əsas şərt kimi təsbit etmişdir. Başqa sözlə iddia mümkün sayılmadığı təqdirdə yenidən məhkəmədə iddia qaldırılması üçün mümkünlük şərtlərinə riayət edilməsi tələb olunur. Əks təqdirdə bu iddianın yenidən mümkün sayılmamasına səbəb olacaqdır. İddiaçı məhkəmə iclaslarına dəvət olunsa da məhkəmə iclaslarına gəlməmiş və ona hüquqi yardım olunması imkanından da istifadə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, tələbin yönəldildiyi cavabdehi və tələbini dəqiqləşdirib, yenidən məhkəməyə müraciət edə bilər. İnzibati məhkəmə icraatında məhkəmədən xahiş edilən tələblərin əksər hallarda əvvəlcə cavabdeh inzibati orqandan tələb edilməsi iddianın mümüknlük şərtini təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı “25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq 25.06.1993cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinə qarşı “25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə Qərar qəbul etməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasına, qəbul edilmiş Qərarın araşdırılmasının nəticəsi olaraq 25.06.1993-cü il tarixdən 12 may 1994-cü il tarixində elan olunan atəşkəsə qədər və tərxis olunduğu 15.04.1996-cı il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində aktdan irəli gələn ehtiyata buraxılmağının Arxiv Arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1960/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1960/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver