Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1968/2021 26.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “övladı 23.02.2019-cu il təvəllüdlü X2 soyadının “Hüseynova”dan “Mehdizadə”yə dəyişdirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 23.02.2019-cu il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. İddiaçınlın digər övladı anadan olandan soyadı Mehdizadə kimi yazılmışdır. Mələyin soyadının dəyişdirilməsi ilə bağlı ərizə ilə cavabdeh təşkilata müraciət etmişdirlər, lakin xahişlərinin təmin olunmasından imtina olunmuş və onlara məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə prosesinə üzürlü səbəbdən gələ bilməyəcəyini və iddia tələbinə onun iştirakı olmadan baxıb təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda “Məcəllə” nin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin tərəfimizdən təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Ərizəçi İddiaçı övladının soyadının dəyişdirilməsi tələbinə dair daxil olmuş məhkəmə işi üzrə bildirişə cavab olaraq, Sumqayıt “ASAN xidmət ” mərkəzi qeydiyyat şöbəsi iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Nikah haqqında şəhadətnamənin surəti, cavabdehin 09.09.2021-ci il tarixli, 05/Q- 138/68 nömrəli imtina məktubu, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ iddiaçının valideyinlik hüquqlarının həyata keçirilməsindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci və 59-cu maddələrinə əsasən valideyinlərin qarşılıqlı razılığı əsasında uşağın soyadının, adının dəyişdirilməsi və valideyinlərin uşağın mənafeyini məhkəmədə təmsil etməsi yolveriləndir. Ona görə də hesab olunur ki, iddiaçı özünün valideyinlik hüquqlarından irəli gələn imkanlarından istifadə etməkdə sərbəstdir və iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ var. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi hazırkı iddiaya cavab verməli olan orqandır. Belə ki, Azərbaycan Respublikası 54.1-ci maddəsinə əsasən yerli icra hakimiyyətinin yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyası valideyinlərin birgə xahişinə əsasən uşağın soyadının digər valideyinin soyadına dəyişdirilməsinə icazə verə bilər. Həmin icazənin əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən uşağın soyadının dəyişdirilməsini özündə qeyd edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən qeydiyyatdan keçirilməlidir. Hazırkı iddia tələbinə nəzər saldıqda iddia tələbinin predmeti uşağın soyadının dəyişdirilməsi, yəni uşağa veriləcək yeni soyadın qeydə alınması və nəticə etibarı ilə uşağa yeni doğum haqqında şəhadətnaməsinin verilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, yerli icra hakimiyyətinin yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyaları uşağın yeni soyadını qeydə alan orqan deyil, həmin qurumun səlahiyyətləri soyadın dəyişdirilməsi üçün razılıq verilməsi ilə məhdudlaşdıırılır. Başqa sözlə desək soyad barədə qeydin aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə verilən səlahiyyətdir. Hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi yerli icra hakimiyyətinin yanında fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyası tərəfindən müvafiq icazə verilməməsi səbəbindən soyada dəyişiklik edilməsindən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı verməkdə haqlı olmuşdur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinin yerinə yetirilməsindən imtina olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 09.09.2021-ci il tarixli 05-Q/138/678 saylı məktubu ilə uşağın soyadının dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-ci maddəsinə əsasən öhdsəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia tələbindən məlum olur ki, cavabdeh təşkilatın rəsmi ünvanı Sumqayıt şəhərində yerləşir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ədliyyə Nazirliyinin tabeçiliyində olması səbəbindən inzibati orqan hesab edilməlidir. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 5-ci bölməsinə əsasən Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər də inzibati orqanlar hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür İddia mümkün iddia sayılsa da mahiyyət etibarı ilə əsassızdır və aşağıdakılara əsasən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cu bəndinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının övladı 23.02.2019-cu il təvəllüldlü X1 “Hüseynova”dan “Mehdizadə”yə dəyişdirilməsinə üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin cavabdeh haqlı olaraq Ailə Məcəlləsinin tələblərinə əsasən müvafiq tələblərini təmin etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən uşağın 18 yaşına çatana qədər soyadının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla digər valideynin soyadına dəyişdirilməsinə yol verildiyinə görə iddiaçının tələbi əsassızdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 4-cu bəndinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Qanunvericilik aktlarında uşağın soyadının özlərinin soyadı ilə deyil digər soyadla dəyişdirilməsi öz əksini tapmamışdır və bu səbəbdən də övladları 23.02.2019-cu il təvəllüldlü X1 “Hüseynova”dan “Mehdizadə”yə dəyişdirilməsinə qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, uşağın adının, ata adının və soyadın dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.25-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıların övladının soyadının dəyişdirilməsinə icazə verilməməsinə görə cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçıların tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 75, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “övladı 23.02.2019-cu il təvəllüdlü X2 soyadının “Hüseynova”dan “Mehdizadə”yə dəyişdirilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1968/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1968/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver