Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1969/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” X2rşı “13.08.2018-ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 13.08.2018-ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 13.08.2018-ci il təvəllüdlü X8 iddiaçının övladıdır. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X7 müraciət olunaraq 13.08.2018-ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsi xahiş olunmuşdur. İddiaçının ilk 2 övladının soyadı Rüstəmovdan Həsənliyə dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X3 təqdim olunmuş 09.09.2021-ci il tarixli. 05-q/1270/l 5 №-li cavab məktubu ilə 13.08.2018-ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsindən imtina olunmuşdur. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi məktubda qeyd olunur: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər omın adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Məcəllənin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adım dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən, X1 “Rüstəmovdan’' Həsənliyə dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericilik baxımından mümkün olmamışdır. Aşağıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, 13.08.2018-ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda qeyd edirik ki, “Məcəllə” nin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin tərəfimizdən təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Ərizəçi İddiaçı övladının soyadının dəyişdirilməsi tələbinə dair daxil olmuş məhkəmə işi üzrə bildirişə çavab olaraq, Sumqayıt “ASAN xidmət ” mərkəzi qeydiyyat şöbəsi iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. İş materialları ilə müəyyən olunur ki, X5 notariat qaydada təsdiq edilmiş **********328 saylı Ərizəsinə əsasən 13.08.2018-ci il təvəllüdlü oğlu X1 “Həsənli” olaraq dəyişdirilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, qərarın təsviri hissəsində də qeyd edildiyi kimi iddiaçının digər uşaqlarına “Həsənli” soyadı verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşaqların soyadları bir qayda olaraq valideyinlərin soyadları ilə müəyyən edilir. Qanunun mənasına görə uşağın valideyinlərin soyadını daşımasının istisnaları ola bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, ailənin digər uşaqlarının soyadı “Həsənli” kimi qeyd edildiyi üçün, 13.08.2018-ci il təvəllüdlü X4 da soyadı Rüstəmovdan Həsənliyə dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 13.08.2018ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsi öhdəliyi cavabdeh Sumqayıt “Asan Xidmət” X7 həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 13.08.2018-ci il təvəllüdlü X1 Rüstəmovdan Həsənliyə dəyişdirilməsi öhdəliyi cavabdeh Sumqayıt “Asan Xidmət” X7 həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1969/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1969/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver