Məhkəmə qərarları › İş №2-1(118)-197/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-197/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-197/2021 22.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 (Müdafiə Nazirliyi Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik şöbəsinin məsləhətçi hüquqşünası işləyən, Bakı şəhəri,Yasamal rayonu, Kamal Rəhimov küçəsi ev 15, mənzil 8-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1991-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kimi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx xxxxxx 1968-ci il təvəllüdlüdür. Qubadlı rayonundan məcburi köçkündür. 1991-ci ilin noyabr ayından 1993-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qubadlı, Ağdam, Laçın rayonlarında gedən döyüşlərdə könüllü olaraq fəal iştirak etmişdir. N № hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N № əmrilə o, hərbi hissəyə qəbul edilmiş və həmin hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N № əmrilə N № hərbi hissəyə göndərilmişdir. xx xxxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixə qədər Qubadlı RHK-dan çağırılaraq N saylı hərbi hissədə xidmətdə olmuş və hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Onunla döyüşən yoldaşlarının arasında şəhid və əlil olanlar vardır. O, müvafiq sənədlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli l/T-7801 nömrəli imtina məktubu ilə bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Halbuki, o, hərbi hissəni özbaşına tərk etməmiş, belə bir hal olmamışdır. Sadəcə o, ailə vəziyyəti ilə əlaqədar ehtiyata buraxılmasına bir ay qalmış şəhərə qayıtmalı olmuşdur. Belə ki, ailəsi məcburi köçkün kimi məskunlaşdığı yerdən çıxarıldığına görə təcili Sumqayıta qayıtmışdır. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və qanunsi surətdə təxris edilmiş şəxslər müharibə veteranı sayılırlar. xx xxxxxx 1996-cı ildə hərbi xidmətdən buraxılma olmamış, hərbi hissələrini özbaşına buraxıb getmiş hərbi qulluqçular Müdafiə nazrinin xx xxxxxx 1996-cı il tarixli əmrinə əsasən hərbi hissələrin şəxsi heyətinin siyahılarından çıxarılmışlar. İddiaçı qanuni əsaslarla hərbi xidmətdən buraxılmamışdır. Cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İşlər İdarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli 9/2-14860 №-li arxiv arayışından görünür ki, X5 N №li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə əsgər kimi qəbul edilmiş, N №li hərbi hissənin komandirinin xx.xx.1992-ci il tarixli N №li əmrilə N №li hərbi hissəyə göndərildiyi üçün batalyondan xaric edilmiş, N №li hərbi hissə komandirinin xx.xx.1992-ci il – sentyabr 1992-ci il tarixli əmrlər qovluğunda 5-ci atıcı bölüyün şəxsi heyətinin siyahısında müqavilə əsasında gəlmiş, sıravi atıcı kimi qeyd edilmişdir. xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq direktivinə əsasən N №li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №li nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Qubadlı rayon hərbi komisssarlığına göndərilmişdir. -Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 1/T-7801 №-li məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-14860 №-li arxiv arayışına əsasən xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyi üçün "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -NZ ******* №-li hərbi biletdən görunür ki, İddiaçı N № hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N № əmrilə hərbi hissəyə qəbul edilmiş, xx xxxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1996-cı il tarixə qədər Qubadlı RHK-dan çağırılaraq N saylı hərbi hissədə xidmətdə olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.1968-ci ildə Ermənistan Respublikasında anadan olmuş İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi, məhkumluğu və axtarışda olması barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. -cavabdeh Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 1/T-7801 saylı məktubundan görünür ki,döyüş əməliyyatları aparılan zaman İddiaçı oölu hərbi hissəni özbaşına tərk eytdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olmasını qeyd etsə də, Müdafiə Nazirliyinin Arxiv İdarəsində onun xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmasına dair əmr aşkar eidlmişdir. Həmin əmrdə onun xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi qeyd edilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi izah etdi ki, xx.xx.1996-cı il tarixdə ehtiyata buraxılma olmamışdır, Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli əmri ilə hərbi hissələrini özbaşına buraxıb getmiş hərbi qulluqçular hərbi hissələrin şəxsi heyətinin siyahılarından azad edilmişlər. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bü isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar