Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1972/2021 23.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X12 Komissiyasının 28.04.1998-ci il tarixli qərarı ilə X3 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X3 verilmiş JN- 301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “X12 Komissiyasının 28.04.1998-ci il tarixli qərarı ilə X3 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X3 verilmiş JN- 301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyası müvafiq səlahiyyəti olmadığı halda etibarsız inzibati akt qəbul etmişdir. Belə ki, həmin dövrün qanunvericiliyinə əsasən Aqrar İslahat Komissiyasının həyətyanı torpaq sahəsi ayırmaq hüququ olmamışdır. Ümumiyyətlə, Aqrar İslahat Komissiyası yalnız müəyyən hüquqi sənədlərlə vətəndaşların istifadəsinə verilmiş həyətyanı torpaq sahələrinə dair qərar qəbul edə bilərdi. Lakin Komissiya səlahiyyətli orqan tərəfindən ona ayrılmış torpaq sahəsini üçüncü şəxsə ayırmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X5 aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. “X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995- ci il 2 mart tarixli, Fərmanı 2 Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə qüvvədən düşdükdən sonra Aqrar İslahat Komissiyasının səlahiyyətlərinə xitam verilərək həmin səlahiyyətlərin İcrası ayrı-ayrı müvafiq icra hakimiyyəti orqanları arasında bölüşdürülmüşdür. X5 yerli icra hakimiyyətlərinin yanında fəaliyyət göstərmişdirlər. İddiaçı və ailə üzvləri 1997-ci ildən Xaçmaz rayonu, Şollar kəndində 0,10 ha torpaq sahəsində ev tikib indiyədək yaşayırıq. Belə ki, 1997-ci ilin may ayının 22-dən etibarən ailə üzvləri ilə birlikdə mübahisəli 0.10 ha torpaq sahəsini istifadə etmiş, torpaq sahəsində ev tikmiş və indiyədək hər il bələdiyyəyə torpaq vergisini ödəmişdir. Torpaq sahəsi ona Susayqışlaq İnzibati ərazi vahidi nümayəndəsinin əmri ilə verilmişdir. Xaçmaz rayonu Susayqışlaq inzibati ərazi vahidi nümayəndəliyinin 05 saylı 21.05.1997-ci il tarixli əmri ilə həmin Şollar kəndindən ev tikmək üçün 0,10 ha torpaq sahəsini mənə ayırmışdır. Həmin əmr Susayqışlaq İnzibati ərazi vahidi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göstərilən əmr Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07.07.1995-ci il tarixli 52 saylı protokoluna əsasən verilmişdir. Belə ki, arxiv arayışına əsasən Xaçmaz rayon XDS Rəyasət Heyətinin 07.07.1995-ci il tarixli 52 saylı protokolu ilə rayonun Nizami, S.Qurbanov, H.Z.Tağıyev adına, “Şəfəq”, Bakı, Müşkür, Xəzər, Xudatkənd, Azərbaycan, Yalama, Uzunoba, Susas, Niyazabad sovxozlarında və Qusarçay kəndində həyətyanı torpaq fondu təsdiq edilmiş və həmin İnzibati ərazi vahidlərinə həyətyanı torpaq fondunun ayrılmasına dair məktub göndərilmişdir. 22.05.1997-ci il tarixdə həmin torpaq sahəsi ona təhvil verilmişdir. Xaçmaz rayon Arxivinə 05 noyabr 2018-ci il tarixli H-61/01 saylı sorğumuza əsasən aldığımız rəsmi cavabda bildirilib ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında üçüncü şəxs C.M.Bayramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməyib. 1997-ci ilin may ayından bu günə qədər onun və ailə üzvlərinin qanuni istifadəsində olan 0,10 ha torpaq sahəsinin AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada mənim və ailə üzvlərinin qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) onun və ailə üzvlərinin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. “Susay” sovxozunun AİK-nin 25.02.1998-ci il tarixli 02 saylı protokolu ilə sovxozun əhatə etdiyi kəndlər, o cümlədən Şollar kəndi üzrə normadan artıq həyətyanı torpaq sahəsi olan şəxslərin pay torpaqlarından həmin hissədə çıxılması qərarı alınmışdır. Xaçmaz rayon AİK-nın 28.04.1998-ci İl tarixli 05 saylı qərarı ilə “Susay” sovxozu üzrə cəmi torpaq fondu 3620 ha olmlaq dövlət mülkiyyətində saxlanılan torpaqlar 1170 ha, bələdiyyə mülkiyyətinə verilən 599 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1851 ha torpaq payı almaq hüququ olan hər bir sübyektə 0,56 ha orta torpaq payının müəyyən edilməsi barədə “Susay” sovxozu AİK-nİn 25.02.1998-ci il tarixli 02 saylı protokolu təsdiq edilmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, “Susay” sovxozu ərazisindəki kəndlərdə yaşayan vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaqlar onların torpaq payından çıxılsın. Xaçmaz rayon Dövlət Arxivinin 20.07.2016-cı İl tarixli 530 saylı arxiv arayışına əsasən Xaçmaz rayon AİK-nin 28.04.1998-ci il tarixli 05 saylı protokolu ilə Susay sovxozu Şollar kəndi üzrə püşk atma yolu İlə fəaliyyət göstərən kəndli/fermer təsərrüfatlarında torpaq almaq hüququ olan vətəndaşların ardıcıllıq siyahısında 196-cı sırada onun adına qaytanlanmış kitab üzrə 0,10 ha, faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur. Xaçmaz rayon AİK-nin 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə mənə, X6 və X4 0,06 ha torpaq sahəsi mülkiyyətimizə verilmişdir. Bu barədə keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən 12.07.2004-cü il tarixdə şəhadətnamə verilmişdir. İddiaçı 2011-2012-ci illərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) məsələ ilə bağlı dəfələrlə müraciət etmiş, vəkili tərəfindən bu barədə Ombudsmana sorğu verilmişdir. 22.01.2020-ci il tarixdə verilmiş cavab məktubunda bildirilir ki, "İddiaçı ona ayrılmış 0.10 ha torpaq sahəsinin mülkiyyət hüququna dair şəhadətnamədə ölçülərinin düzgün göstərilmədiyi və bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinə müraciətinin nəticəsiz qalması haqqında Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı şikayətlə bağlı tərəfimizdən həmin komitəyə göndərilmiş sorğuya (27.08.2011, 1/10085-11) verilmiş cavabda (21.09.2011, 17-10/1258) İddiaçı müraciətinin rayonun aidiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə mövcud yerquruluşu və arxiv sənədlərinə əsasən, mütəxəssislər tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırıldığı, Xaçmaz Rayon Aqrar İslahat Komissiyası tərəfindən 12.03.2001-cİ il tarixdə təsdiq edilmiş həmin kənddə yaşayan vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair layihə sənədlərində İddiaçı qanuni istifadəsində 0.10 hektar əvəzinə texniki səhv olaraq 0.06 hektar həyətyanı torpaq sahəsi qeyd olunduğundan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnəmənin də həmin ölçüyə hazırlandığı, odur ki, buraxılmış uyğunsuzluğun aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilkin torpaqayırma sənədlərini komitəyə təqdim etməsinin Q.Masurova tövsiyə olunduğu bildirilmişdir”. Xaçmaz rayonu Susay-Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin 1997-ci il 22 may tarixli, 5 saylı əmrinin surəti, Xaçmaz rayonu Susay- Qışlaq İnzibati Ərazi Vahidi Nümayəndəliyinin sərəncamının surəti, 1997-ci il 22 may tarixli təhkim aktının surəti, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli, 05 saylı Protokolunun surəti və həmin komissiyanın Şollar kəndi üzrə torpaq almaq hüququ olan vətəndaşların siyahısının surəti təqdim edilmişdir. Həmin sənədlər mənə 0.10 ha torpaq sahəsinin ayrılmasını sübut edir. Üçüncü şəxs C.Bayramova hesab edir ki, onun adına olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0.06 ha torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28.04.1998-ci il tarixli, 05 saylı qərarı ilə verilməsi göstərilmişdir. Həmin qərarda C.Bayramovanın adı qeyd olunsa da, ona hər hansı torpaq sahəsi verilməsi göstərilməmişdir. Yəni həmin qərarı ilə C.Bayramovaya torpaq sahəsi verilməmişdir. Aqrar İslahat Komissiyasının mövcud qanunvericiliyə görə torpaq ayırma kimi bir funksiyası yoxdur, hüquq və vəzifəsi də olmamışdır. C.Bayramovaya torpaq sahəsinin ayrılmaması ilə bağlı məhkəməyə sübutlar təqdim edilmişdir. C.Bayramova onun 1997-ci ildən hasara alıb istifadə etdiyi torpaq sahəsindən sonra yerləşən ərazini 2005-ci ildə qanunsuz hasara almışdır. Buna qədər onun hər hansı sənədi və istifadəsində torpaq sahəsi olmamışdır. 1997-ci ilin may ayının 22-dən mənə təhkim olunmuş 0.10 ha torpaq sahəsini istifadə etmiş, bununla bağlı vergi ödəmiş və orada tikdiyi evdə yaşayır. Sonradan həmin torpaq sahəsinin 0.06 ha hissəsi qanunsuz olaraq ona, qalan hissəsi də C.Bayramovanın mülkiyyətinə verilmişdir. C.M.Bayramovanın adına olan JN 301A kod ******* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adına 0,06 ha torpağ sahəsinin Xaçmaz rayon AİK-nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsi göstərilir, AİK-nın həmin tarixli qərarında C.M. Bayramovanın adı qeyd olunsa da, ona hər hansı ölçüdə torpaq sahəsinin verilməsi göstərilməmişdir. Yəni AİK-nın qərarı ilə mübahisəli torpaq sahəsi C.M.Bayramovanın mülkiyyətinə verilməmişdir. C.M.Bayramova isə əsassız olaraq qeyd edir ki, guya Xaçmaz rayon AİK -nın 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ona 0,06 ha torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsi JN 301A nömrəli, kodu 30222048 olan şəhadətnaməyə əsasən verilən tarixdən onun mülkiyyətindədir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə AİK-in torpaq ayırma kimi bir funksiyası, hüquq və vəzifəsi olmamışdır. AİK-in torpaq isalahatı haqqında qanununun 9-cu həm də 10-cu maddələrinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə vermişdir. Məhkəməyə təqdim etdiyi Xaçmaz rayonun Arxiv idarəsindən əldə etdiyi Xaçmaz rayon AİK-in 28.04.1998-ci il tarixli 05 saylı protokolunun surəti və Şollar kəndi üzrə torpaq almaq hüququ olan vətəndaşların siyahısının surəti ilə sübut olunur kİ, həmin siyahıda 6-cı sırada olan X1 adının qabağında torpaq sahəsinin olması göstərilməmişdir və AİK-nın qərarı ilə ona hər hansı torpaq ayrılmamışdır. Xaçmaz rayon Arxivinə 05 noyabr 2018-ci il tarixli H-61/01 saylı sorğumuza əsasən aldığımız rəsmi cavabda bildirilib ki, Susayqışlaq kənd İƏV nümayəndəliyinin 2000-ci ilədək sərəncamlarında C.M.Bayramovaya həyətyanı torpaq sahəsi ayrılması barədə sərəncam aşkar edilməyib. 1997-ci ilin may ayından bu günə qədər mənim və ailə üzvlərimin qanuni istifadəmizdə olan 0,10 ha torpaq sahəsinin AİK-nın 28.04.1998-ci il tarixli 05 saylı qərarı ilə (həmin siyahıda 196-cı sırada mənim və ailə üzvlərimin qanuni istifadəmizdə olan torpaq sahəsinin ölçüsü 0,10 ha göstərilmişdir) mənim və ailə üzvlərimin mülkiyyətinə verilməsi təsdiq olunmuşdur. Ona görə də hesab edir ki, Xaçmaz rayon AİK-in 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı əsassızdır və ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddaçının iddiası ilə əlaqədar aşağıdakıları bildirilir. Belə ki, rayonda torpaq islahatı başa çatdığı üçün yerli X2 fəaliyyətinə 2001 -ci ildə, rayon aqrar islahatı komissiyanın fəaliyyətinə isə 2005-ci ildə xitam verilmişdir. Qanunvericilikdə islahat komissiyaların hüquqi varisi müəyyən edilməmişdir. Rayon və yerli aqrar islahatı komissiyalarının sənədləri Xaçmaz, rayon Dövlət Arxivinə təhvil verilmişdir. İddiaya qanunvericiliyin tələblərinə uyğun baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki iddia tələbinə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı Cavabdehnə qarşı “X12 Komissiyasının 28.04.1998-ci il tarixli qərarı ilə X3 0.06 ha torpaq sahəsinin ayrılması hissəsində etibarsız hesab edilməsi, X3 verilmiş JN- 301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə“ dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli X5 aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli X2 çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Cavabdehnə yönəltmişdir. Lakin hazırkı işdə iddiaçının mübahisələndirdiyi qərar Cavabdeh tərəfindən deyil, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən qəbul edilmişdir. Həmçinin Cavabdeh Xaçmaz rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, X3 və onun ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsinə verlən JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən deyil Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilib. Hətta iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşdirmə ərizəsi verilərək, hazırkı iddia tələbi üzrə cavabdeh qismində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi göstərilsə belə hazırkı iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olmayacaqdı. Belə ki, JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilməsinə baxmayaraq həmin şəhadətnamənin verilməsi üçün əsas Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 saylı qərarı olmuşdur və həmin 05 saylı qərar ləğv edilmədən JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi mümkün deyil. Belə olan halda Cavabdeh mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı X12 Komissiyasının 28.04.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “X12 Komissiyasının 28.04.1998-ci il tarixli qərarı torpaq sahəsinin ayrılması barədə verilmiş JN-301A (KOD ********) seriya nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1972/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1972/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver