Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1972/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN 0482 nömrəli, 30104018 kodlu, 2006-cı il tarixli İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə 1,03 ha torpaq sahəsi verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi və Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli qərarı və JN 250 nömrəli, 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Dövlət Aktı ilə İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş, Qusar rayonun Əcəxur kəndində yerləşən 0250 nömrəli 5088,01 kvadrat metr, və 250D nömrəli 5213,00 kvadrat metr, Qusar rayonun Əcəxur palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kvadrat metr və Qusar rayonun Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kvadrat metr torpaq sahələri, cəmi 3,11 ha torpaq sahəsinin İddiaçı və mərhum həyat yoldaşı X3 adlarına mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqla çıxarış, torpağın plan ölçüsü və sair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli. 15 nömrəli qərarı ilə mənim və mərhum həyat yoldaşım X3 mülkiyyətinə verilmiş 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Qusar rayon Əcəxunoba kəndində yerləşən 250 M nömrəli 12500.02 kv.m hissəsi, Qusar rayonunun Əcəxur palasa kəndində yerləşən 250 V nömrəli 8289.99 kv.m hissəsi və Qusar rayonu, Əcəxur kəndində yerləşən 0250 və 250 D nömrəli 5088.01 kv.m və 5213.00 kv.m hissələri) iddiaçının, yəni İddiaçı və mərhum həyat yoldaşı X3 adına dövlət qeydiyyatına alınaraq hüquqmüəyyənedici sənədlər (mülkiyyət sənədi, çıxarış və s.) verilməsi öhdəliyinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “JN 0482 nömrəli, 30104018 kodlu, 2006-cı il tarixli İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə 1,03 ha torpaq sahəsi verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi və Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli qərarı və JN 250 nömrəli, 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Dövlət Aktı ilə İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş, Qusar rayonun Əcəxur kəndində yerləşən 0250 nömrəli 5088,01 kvadrat metr, və 250D nömrəli 5213,00 kvadrat metr, Qusar rayonun Əcəxur palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kvadrat metr və Qusar rayonun Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kvadrat metr torpaq sahələri, cəmi 3,11 ha torpaq sahəsinin İddiaçı və mərhum həyat yoldaşı X3 adlarına mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqla çıxarış, torpağın plan ölçüsü və sair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin bir vəzifə kimi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçının və mərhum həyat yoldaşı X3 mülkiyyətinə 3.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN 250 nömrəli 30104018 saylı, 23 oktyabr 1998-ci il tarixdli dövlət aktı işlənmişdir. Mülkiyyətlərinə verilmiş 3.11 ha torpaq sahəsinin 250M nömrəli 12500.02 kv.m hissəsi Qusar rayonu, Əcəxuroba kəndində, 250V nömrəli 8289.99 kv.m hissəsi Qusar rayonu, Əcəxuroba palasa kəndində və 050 və 250D nömrəli 5088.01 kv.m və 5213.00 kv.m hissələri isə Qusar rayonu, Əcəxur kəndində yerləşir. Mülkiyyətlərinə verilmiş 3.11 ha torpaq sahəsinin 250M nömrəli 12500.02 kv.m hissəsi Qusar rayonu, Əcəxuroba kəndində yerləşən hissəsini cavabdeh xəbərləri olmadan X6 adına qeydiyyata almış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61 nömrəli çıxarış vermiş və mülkiyyətlərində olan Qusar rayonu, Əcəxuroba palasa kəndində yerləşən 250V nömrəli, 8289.99 kv.metr hissəsini X5 adına qeydiyyata alıb, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli çıxarış və digər hüquqmüəyyənedici sənədləri vermişdir. Mülkiyyətlərinə verilmiş 250 M nömrəli 12500.02 kv.m. və 250 V nömrəli 8289.99 kv.m. torpaq sahəsinə X6 və X5 adına qeydiyyata alınması və hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas kimi müvafiq olaraq 11,05.2006-cı il tarixli 2-175 saylı məhkəmə qətnaməsi və Qusar rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli, 3-604A/2006 saylı qətnamələri göstərilmişdir. Lakin Qusar rayon məhkəməsinə göndərdikləri sorğulara cavab olaraq bildirilmişdir ki, mülkiyyətlərində olan torpaq sahələrinin X6 və X5 adına qeydiyyata alınmasına əsas olmuş xx.xx.2006-cı il tarixli 2-175 saylı və xx.xx.2006-cı il tarixli 3-604A/2006 saylı qətnamələr Qusar rayon məhkəməsi tərəfindən heç vaxt qəbul edilməmişdir. Beləliklə məlum olmuşdur ki, mülkiyyətlərində olan Əcəxuroba kəndində yerləşən 250 M nömrəli 12500.02 kv.m torpaq sahəsi X6 adına və Qusar rayonunun Əcəxur palasa kəndində yerləşən 250 V nömrəli 8289.99 kv.m. torpaq sahəsi isə X5 adına saxta məhkəmə qətnaməsi göstərməklə qeydiyyata alınmış və digər hüquqmüəyyənedici sənədlər verilmişdir. Onlar mübahisəli torpaq sahələrini öz mülkiyyətləri kimi qeydiyyata alınması məqsədilə iddiaçı və mərhum ərinin xəbəri olmadan DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə saxta məhkəmə qətnamələri göndərməklə 3.11 ha torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN 250 nömrəli 30104018 kodlu 23 oktyabr 1998-ci il tarixli «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktını ləğv etmiş və adlarına yeni JN 482 nömrəli 30104018 kodlu 2006-cı il tarixli Dövlət Aktı işlənmişdir ki, həmin Dövlət Aktında əvvəlki aktda olan 250 M nömrəli 12500.02 kv.m. və 250 V nömrəli 8289.99 kv.m. sahələri göstərilməmişdir. Qanunsuz və əsassız qeyd olunan torpaq sahələrinə X6 və X5 adına verilmiş çıxarış və sair hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilərək, ləğv edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatı zamanı məlum olmuşdur ki, Qusar rayonunun Əcəxuroba kəndində yerləşən 250 M nömrəli 12500.02 kv.m torpaq sahəsinin X6 adına qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli xx.xx.2018-ci il tarixli çıxarış hüquq sahibinin ********** qeydiyyat nömrəli ərizəsi əsasında ləğv edlimişdir. (DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktubu). Qusar rayonunun Əcəxur palasa kəndində yerləşən 250 V nömrəli 8289.99 kv.m. torpaq sahəsi hissəsinin X5 adına qeydiyyata alınmasına dair 281 ******* qeydiyyat nömrəli MA ******* seriyalı xx.xx.2011-ci il tarixli çıxarış Qusar rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(029)-256/2017 saylı icra vərəqəsinə əsasən ləğv olunmuşdur. (DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********84 nömrəli məlumatı). Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata xitam vermiş və ilkin sənəddə göstərilən cəmi 3.11 ha torpaq sahələrinin sənədlərinin bərpa edilməsi üçün ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməsi məsləhət görülmüşdür. Qeyd olunan torpaq sahələrinə qanunsuz başqa şəxslərin adlarına verilmiş çıxarışların ləğv edilməsi ilə əlaqədar həmin torpaq sahələrinin mülkiyyətlərinə qaytarılaraq mülkiyyət sənədlərinin bərpa edilməsi, yəni Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə onun və mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş 3.11 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin (mülkiyyət sənədləri, çıxarış və s.) verilməsi üçün DƏDK və Reyestr publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdiyi zaman imtina verilmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Bu səbəbdən də hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının ümayəndəsi və vəkili X7 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı, Qusar rayonu Əcəxur kəndində yerləşən 3.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ‘‘Ərizəniz ərazi İdarəsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan torpaq sahəsinə sizin və ailə üzvülərinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında JN-250 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət AktT 3.11 ha kimi qeydə alınmış, lakin məlumatlar (JN nömrəsi və sahə miqdarı) pozulub dəyişilərək 1.03 ha kimi JN- 482 nömrəsi ilə qeydə alınmış və "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən "Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Xahiş edirik nəzərə alasınız." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - “Torpağa mülkiyyət hüququna dair” JN 250, KOD 30104018 saylı (22 avqust 1998-ci il tarixli) dövlət aktından görünür ki, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.11 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 saylı qərarı əsasında X3 və İddiaçı mülkiyyətinə ayrılmışdır. - “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktından görünür ki, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.03 ha torpaq sahəsinin Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 15 saylı qərarı və Məhkəmənin 11 may 2006-cı il tarixli, 2-175 saylı qətnaməsi ilə X3 və İddiaçı mülkiyyətinə 1.03 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. - Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 saylı, 09 yanvar 2019-cu il tarixli arayışdan görünür ki, X8 06 sentyabr 2002-ci il tarixdə ölmüşdür. - “Torpağa mülkiyyət hüququna dair” JN 572, KOD 30104018 saylı dövlət aktından görünür ki, kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 133.02 ha torpaq sahəsinin Qusar rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 3-604a/2006 saylı qətnaməsi əsasında X9 ayrıldığı qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında Qusar rayon Məhkəməsindən daxil olmuş 08 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 3-604a/2006 saylı iş mövcud deyildir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin 1.25 ha hissəsinə dair X6 adına tərtib edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış hüquq subyektinin öz ərizəsi əsasında ləğv edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 29 noyabr 2021-i il tarixli məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(029)-256/2017 saylı icra vərəqəsinə əsasən X5 adına qeydiyata alınmış ********** qeydiyyat nömrəli MA ******* seriyalı xx.xx.2011-ci il tarixli çıxarış ləğv edilmişdir. - Məhkəməyə sorğu əsasında Qusar rayon Məhkəməsindən daxil olmuş 09 oktyabr 2017-ci il tarixli, 2(029)-256/2017 saylı, 09 oktyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, X5 adına qeydiyata alınmış ********** qeydiyyat nömrəli MA ******* seriyalı xx.xx.2011-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir. - 19 aprel 2023-cü il tarixdə Qusar rayon İHB-nın müavini, Qusar rayon Əcəxur kənd icra nümayəndəsi və cavabdehin nümayəndəsi tərəfindən imzalanmış aktda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən JN250, KOD 30104018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyəti X3 adı səhvən X10, İddiaçı adı səhvən X1 qeyd olunmuşdur. Komissiya təsdiq edir ki, həqiqətən də onların doğru adları “İddiaçı və X8” şəklindədir”. - Qusar rayon Notariat Ofisinin X-924 saylı, 10 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı mərhum X3 vərəsəsidir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 21 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 3.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 05 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının və mərhum ərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktının ləğv edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 21 dekabr 2022-ci il tarixli və 05 sentyabr 2023-cü il tarixli məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.11 ha torpaq sahəsi X3 və İddiaçı mülkiyyətinə ayrılmışdır. Qeyd olunan qərar əsasında onların adına “Torpağa mülkiyyət hüququna” dair JN 250, KOD 30104018 saylı (22 avqust 1998-ci il tarixli) dövlət aktı tərtib edilmişdir. İddiaçı əri X8 06 sentyabr 2002-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum ərinin vərəsəsi kimi həm özünün, həm mərhum ərinin qeyd olunan hüuqqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Sumqayıt İnzibati Məhkəmsinə müraciət etmiş, məhkəmə icraatının zamanı müəyyənləşdirilmişdir ki, mübahisəli torpaq sahəsinə dair onların (X3 və İddiaçı) adına məlumatları olmadan “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktı tərtib edilmişdir. Bundan sonra iddiaçı qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktı mübahisələndirmək üçün məhkəmədən iddia ərizəsini geri götürmüşdür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsin iddiaçıya ünvanladığı 21 dekabr 2022-ci il tarixli və 05 sentyabr 2023-cü il tarixli məktubları ilə iddiaçının 3.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətindən və iddiaçının və mərhum ərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktının ləğv edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi dövət aktlarının qeydiyyat kitablarında JN 250 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktının” 3.11 ha kimi qeydə alındığını, lakin məlumatların pozulub dəyişilərək torpaq sahəsinin JN-482, KOD 30104018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən 1.03 ha kimi qeydə alındığını və həmin şəhadətnamənin ləğv edilməsinin məhkəmə qərarı ilə mümkün olduğunu qeyd etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinasını əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, mübahisəli 3.11 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli 15 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 3.11 ha torpaq sahəsi X3 və İddiaçı mülkiyyətinə ayrılmışdır. Həmin qərar əsasında onların adına “Torpağa mülkiyyət hüququna dair JN 250, KOD 30104018 saylı (22 avqust 1998-ci il tarixli) dövlət aktı tərtib edilmişdir. Qeyd olunan hallar yuxarıda adıçəkilən məhkəmə sorğularına cavab məktubları ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir, iddiaçının bu torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğundur. Məhkəmə hesab edir ki, X3 və İddiaçı adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktı qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyindən və onlara münasibətdə əlverişsiz inzibati akt olduğundan ləğv edilməlidir. Belə ki, inzibati işin halları ilə müəyyən edilmişdir ki, mübahisəli 3.11 ha torpaq sahəsinin daxil olduğu 133.02 ha torpaq sahəsinin Qusar rayon Məhkəməsinin 11 aprel 2006-cı il tarixli, 3-604a/2006 saylı qətnaməsi əsasında X9 ayrılması əsası ilə onun adına “Torpağa mülkiyyət hüququna dair” JN 572, KOD 30104018 saylı dövlət aktı tərtib edilmişdir. Qeyd olunan halın araşdırılması üçün məhkəmə tərəfindən aidiyyatı üzrə Qusar rayon Məhkəməsinə sorğular ünvanlanmışdır. Məhkəməyə sorğu əsasında Qusar rayon Məhkəməsindən daxil olmuş 08 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 3-604a/2006 saylı iş mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin 1.25 ha hissəsinə dair X6 adına tərtib edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış hüquq subyektinin öz ərizəsi əsasında ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 fevral 2022-ci il tarixli məktubu ilə müəyyənləşdirilmişdir ki, mübahisəli torpaq sahəsinin 1.25 ha hissəsinə dair X6 adına tərtib edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış hüquq subyektinin öz ərizəsi əsasında ləğv edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, X3 və İddiaçı adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN 0482, KOD 30104018 saylı (2006-cı il tarixli) dövlət aktı ləğv edilməli və X3 və İddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). İddiaçıya “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı”nın verildiyi dövrdə qüvvədə olan Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Qanunun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət torpaq kadastrını formalaşdıran vahid torpaq-kadastr sənədləri sistemi tətbiq edilir. Vahid torpaq-kadastr sənədləri sistemi hüquqi və texniki kadastr sənədlərindən ibarətdir. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən aşağıdakılar, hüquqi kadastr sənədləri hesab olunur: torpağa mülkiyyət hüququna dair dövlət aktı; torpaqdan daimi istifadə hüququna dair dövlət aktı; torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; notarial qaydada təsdiq edilmiş və qeydiyyata alınmış icarə müqavilələri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamənin 12-ci bəndinə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ailə tərkibi üzrə hər şəxsin adı, soyadı, torpağın sahəsi göstərilməklə, ailə başçısının adına verilirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci bəndinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt Ərazində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə də müəyyən edilir ki, iddiaçı və onun mərhum ərinə məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 0482 nömrəli, 30104018 kodlu, 2006-cı il tarixli İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə 1,03 ha torpaq sahəsi verilməsinə dair “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın ləğv edilməsi və Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli qərarı və JN 250 nömrəli, 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Dövlət Aktı ilə İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş, Qusar rayonun Əcəxur kəndində yerləşən 0250 nömrəli 5088,01 kvadrat metr, və 250D nömrəli 5213,00 kvadrat metr, Qusar rayonun Əcəxur palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kvadrat metr və Qusar rayonun Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kvadrat metr torpaq sahələri, cəmi 3,11 ha torpaq sahəsi üzərində İddiaçı və mərhum X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, İddiaçı adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə 1,03 ha torpaq sahəsinin verilməsinə dair JN 0482 nömrəli, 30104018 kodlu, 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilsin. Qusar rayon AİK-nın 10 aprel 1998-ci il tarixli qərarı və JN 250 nömrəli, 30104018 kodlu, 23 oktyabr 1998-ci il tarixli Dövlət Aktı ilə İddiaçı və mərhum həyat yoldaşı X3 mülkiyyətinə verilmiş, Qusar rayonun Əcəxur kəndində yerləşən 0250 nömrəli 5088,01 kvadrat metr, və 250D nömrəli 5213,00 kvadrat metr, Qusar rayonun Əcəxur palasa kəndində yerləşən 250V nömrəli 8289,99 kvadrat metr və Qusar rayonun Əcəxuroba kəndində yerləşən 250M nömrəli 12500,02 kvadrat metr torpaq sahələri, cəmi 3,11 ha torpaq sahəsi üzərində İddiaçı və mərhum X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, İddiaçı adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva