Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1973/2021 15.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qarşı “cavabdehlərin mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evdən, Quba şəhəri Hikmət Hüseynov küçəsi, 22 № li( keçmiş Yusifzadə küçəsi) mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt inzibati məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qarşı “ cavabdehlərin mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evdən, Quba şəhəri Hikmət Hüseynov küçəsi, 22 № li( keçmiş Yusifzadə küçəsi) mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba şəhərində qeyd olunan ünvanda anadan olmuş və hal-hazıra kimi, ünvan 2ifzadə küçəsi) mənzildə yaşayır. O, 10 avqust 1983-cü il tarixdə Cavabdeh1 ilə ailə qurmuş və birgə nigahlarından onun 30.11.1984-cü il təvəllüdlü oğlu Ramin, 02.04.1987-ci il təvəllüdlü oğlu Samir dünyaya gəlmişdir. Cavabdeh1 ilə aralarında bağlanmış nikah 14 avqust 1997-ci il tarixdə pozulduqdan sonra, sabiq həyat yoldaşı olan Cavabdeh1, iki oğlunu özü ilə götürüb yaşadığı evdən çıxmış və hal-hazırda Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır. Cavabdeh2 ailəlidir, Zərdabi qəsəbəsində mənzil inşa etmiş və orada yaşayır. Buna baxmayaraq adları qeyd edilmiş şəxslər, iddiaçının mərhum atası X2 adına torpaq qeydi olan sahədə inşa edilmiş və hal-hazırda onun yaşadığı mənzildə 24 ildir ki, qeydiyyatda qalmışlar. Cavabdeh şəxslər-Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onun az yaşlı övladları olan Cavabdeh5, Cavabdeh4, onun mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evdə qeydiyyatda olsalar da, adları qeyd edilmiş şəxslərin hamısı hal-hazırda Quba rayonunun Zərdabi qəsəbəsində yaşayırlar. Cavabdehlərin qeydiyyatının onun yaşadığı mənzildə olması formal xarakter daşıyır. Bu qonşular tərəfindən tərtib edilərək 09 sentyabr 2021-ci il tarixdə təsdiq edilmiş aktla da öz təsdiqini tapır. Cavabdehlərin onun yaşadığı mənzilidə qeydiyyatda olması formal xarakter daşımaqla bərabər, onun mülkiyyətçi kimi hüquqlarını pozur. O, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, cavabdehlərin onun yaşadığı və onun atasının adıına torpaq qeydi olan sahədə inşa edilmiş mənzilidə qeydiyyatda qalması, onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, mənzilə dair çıxarış aldıqda, atanın adına torpaq qeydi olan sahədə inşa edilmiş mənzili atanın adından öz adına qeydiyyata salmaq istədikdə, cavabdehlərdən razılığın alınması onun üçün əlavə problemlər yarada bilər. Şəxslərin pasport qeydiyyatı, onların yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlər isə faktiki olaraq Quba rayonunun Zərdabi qəsəbəsində yaşaması, onun yaşadığı mənzildə qeydiyyatda olması, onların dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li 15 aprel 2021-ci il tarixli arayışından da görünür ki, 17.02.1963-cü il təvəllüdlü Cavabdeh1, 30.11.1984-cü il təvəllüdlü Cavabdeh2, 02.04.1987-ci il təvəllüdlü Cavabdeh3, 08.07.2009-cu il təvəllüdlü Cavabdeh5, 07.02.2011-ci il təvəllüdlü Cavabdeh4, eləcə də ikinci dəfə ailə qurduğu 12.12.1962-ci il təvəllüdlü həyat yoldaşı X1, 25.04.2001-ci il təvəllüdlü oğlu X3, Quba şəhəri Hikmət Hüseynov küçəsi 22 № li mənzildə qeydiyyatdadırlar. Hal-hazırda onun ikinci nikahından olan X1 və oğlu X3, onunla birlikdə qeyd edilən mənzildə yaşayırlar. Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəsi Elvin Hüseynov tərəfindən verilmiş 04.09.2021 -ci il tarixli 2542 №li arayışdan görünür ki, İddiaçı, həqiqətən ünvan 3 ünvanda yaşayır. Cavabdehlərin onun yaşadığı mənzildən pasport qeydiyyatdan çıxarılması çox zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında ona tələbinin qeyri-müəyyən olması, tələbi ilə bağlı inzibati orqana müraciətinin zəruri olması, inzibati orqanın hansı hərəkət və ya hərkətsizliyindən narazı olmasının müəyyən olunmadığı izah edilmiş və tələbi ilə bağlı ilk öncə inzibati orqana müraciət etməsi, müraciət etdikdən sonra tələbinin təmin olunmadığı halda və ya müraciətinə cavab verilmədiyi halda məhkəmədə həmin orqana qarşı iddia qaldırmaq hüququnun olduğu bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə bağlı aidiyyatı polis orqanına müraciət etmədiyini bildirərək, iddia ərizəsinə məhkəməyə təqdim edilmiş qaydada baxılmasını xahiş etdi. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə dövlət aktının ləğv edilməsi öhdəliyidir ki, buna görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə mənzildən qeydiyyatdan çıxarılma ilə bağlı tələb edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 qarşı “cavabdehlərin mərhum atasının adına torpaq qeydi olan sahədə inşa edilmiş evdən, Quba şəhəri Hikmət Hüseynov küçəsi, 22 № li( keçmiş Yusifzadə küçəsi) mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1973/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1973/2021
15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver