Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1974/2021 20.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mərhum həyat yoldaşı X3 adına olan JN-390 kod 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X8nda və mərhum həyat yoldaşı X3 və ailə üzvlərinin adına olan JN-356 KOD 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X7nda qeyd edilmiş torpaqların dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X4 ilə rəsmi qaydada evlənmiş, həyat yoldaşı Əhməd Poladov 09 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Həyat yoldaşı və Ə.Poladovdan Quba rayonu, İsnov qışlaq kəndində JN-390 kod 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X8 ilə və ailə üzvləri ilə birlikdə JN-356 kod 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X8 ilə torpaq qalmışdır. İddiaçı hal-hazırda qeyd etdiyi Dövlət Aktlarında olan torpaq sahələrini öz adına rəsmiləşdirmək istəyir, bununla əlaqədar DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 06.09.2021-ci il tarixli məktubu ilə qeyd etdiyi Dövlət Aktlarının aşkar edildiyini, lakin Dövlət Aktları təhvil verilmiş kitablardan qeydiyyatdan keçməmiş, elektron məlumat bazasında öz əksini tapmamışdır. Ona görə də iddiaçının ərizəsindən imtina olunmuşdur. O, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinasını əsassız hesab edir, ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə etdiyi nikah haqqında şəhadətnamədən aşkar olur ki, iddiaçı X4 ilə 04 sentyabr 1980-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddia ərizəsinə əlavə etdiyi ölüm haqqında şəhadətnamədən aşkar olur ki, həyat yoldaşı X4 09.08.2010-cu ildə vəfat etmişdir. İddia ərizəsinə əlavə etdiyi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06.09.2021-ci il tarixli məktubundan aşkar olur ki, mərhum həyat yoldaşı Ə.Poladovun adına JN-390 kod 30310048 saylı, onun və ailə üzvlərinin adına JN-356 kod 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X7 mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının və digər normativ aktlara əsasən iddiaçının mülkiyyət hüquqları bərpa olunmalı və qeyd olunan sənədin arxiv sənədləri arasında aşkarlanmaması iddiaçının təqsiri üzündən baş vermişdir. AR İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqmda iddia) baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iş üzrə iddiaçı “mərhum həyat yoldaşı X3 adına olan JN-390 kod 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X8nda və mərhum həyat yoldaşı X3 və ailə üzvlərinin adına olan JN-356 KOD 30310048 saylı Torpağa Mülkiyyət Hüququna X7nda qeyd edilmiş torpaqları dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə inzibati orqana müraciət etməmiş, iddiaçının müraciəti Torpağa Mülkiyyət Hüququna X8nın təsdiqlənmiş sürətlərinin verilməsi ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldırdığı tələb ilə inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə Torpağa Mülkiyyət Hüququna X8nın təsdiqlənmiş sürətlərinin verilməsi ilə bağlı inzibati orqana müraciət olunduğu üçün bu tələblə məhkəməyə müraciət edilə bilər. Yeni qeydiyyatın aparılması tələbi ilə bağlı iddianın qaldırıla bilməsi üçün isə, ilkin olaraq inzibati orqana müvafiq müraciət edilməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(118)-1974/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1974/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver