Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1974/2024 03.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyətnə qarşı (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: vahid müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində cəlb edilməklə) “vahid müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 may 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus AA seriyalı, 298491 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Dövlətqaçqınkomun 4 sentyabr 2013-cü il tarixli qərarına əsasən ona məcburi köçkün vəsiqəsi verilmişdir.
2. Azərbaycan Respublikası Cavabdeh başçısının 19 oktyabr 2023-cü il tarixli, 5-77/2-4xx/xx/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinətin ödənilməsi şamil edilmir. Bu səbəbdən dayandırılmış vahid aylıq müavinətin bərpa edilməsi qeyd edilən qaydaya əsasən mümkün deyildir.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 1 fevral 2024-cü il tarixli, 18/2-2670/24 nömrəli məktubundan görünür ki, 4 avqust 1989-cu il təvəllüdlü İddiaçı 30 iyun 2007-ci il tarixdən 5 noyabr 2015-ci il tarixədək Şuşa şəhəri, V.Cəfərov küçəsi, ev 28, mənzil 43-də, 5 noyabr 2015-ci il tarixdən hazırkı vaxtadək Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatdadır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 27 noyabr 2023-cü il tarixli, 3-36/2-3921/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir; həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Yuxarıda göstərilən qanunvericilik normasının məntiqi yekunu kimi qeyd olunur ki, rayon icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir. İddiaçı müaricəti aidiyyəti üzrə Şuşa şəhəri İcra hakimiyyətinin başçısı tərəfindən 19 oktyabr 2023-cü il tarixli, 5-77/2-4xx/xx/2023 nömrəli məktubla cavablandırılmışdır. İddiaçı aid vahid aylıq müavinətin verilməsinin dayandırılmasına səbəb olan hüquqmüəyyənedici sənədləri Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti təqdim etməlidir.
5. Azərbaycan Respublikası Cavabdeh başçısının 30 noyabr 2023-cü il tarixli, 5-77/2-472/5/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 2 avqust 2014cü il tarixdə Tərtər rayon sakini ilə ailə qurmuşdur və 2015-ci ildə yaşayış yeri üzrə məcburi köçkün olmayan rayona qeydiyyata düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın 5.2 (Məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) və 5.4-cü (Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə) bəndlərinə əsasən vətəndaşın verilən yemək xərci müavinəti dayandırılmışdır. Vətəndaş 13 oktyabr 2023-cü il tarixdə Cavabdehnə vahid aylıq müavinətin bərpası ilə əlaqədar müraciət etmişdir. Müraciətə rəsmi şəkildə cavab verilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinətin ödənilməsi şamil edilmir. Həmçinin, vətəndaş İddiaçı hal-hazırda Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon qeydiyyatına düşdüyündən, vətəndaşa vahid aylıq müavinətin ödənilməsi şamil edilmir. Yuxarıda qeyd edilən Mərkəzi İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qərarlara əsasən vətəndaş İddiaçı vahid aylıq müavinətinin bərpası mümkün deyildir.
6. Azərbaycan Respublikası Cavabdeh başçısının 19 dekabr 2023-cü il tarixli, 5-77/2-504/5/2023 nömrəli məktubundan görünür ki, İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən (yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon qeydiyyatına düşmüş vətəndaşlara) və 2.4-cü bəndinə əsasən (məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara) mümkün deyildir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-693/2024 nömrəli məktubundan görünür ki, respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası Cavabdeh başçısının 13 mart 2024-cü il tarixli, 5-77/2-88/5/2024 nömrəli məktubundan görünür ki, İddiaçı 2 avqust 2014-cü il tarixdə Tərtər rayon sakini ilə ailə qurmuşdur və 2015-ci ildə yaşayış yeri üzrə məcburi köçkün olmayan rayona qeydiyyata düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-ci il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın 5.2 (Məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla)) və 5.4-cü (Məcburi köçkün olduqdan sonra, məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş və onun himayəsi altında yaşayan, lakin işğal olunmuş rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə) bəndlərinə əsasən, vətəndaşın verilən yemək xərci müavinəti dayandırılmışdır. Vətəndaşın vahid aylıq müavinətin bərpası məsələsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinətin ödənilməsi şamil edilmir. Həmçinin, vətəndaş İddiaçı hal-hazırda Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2ci bəndinə əsasən, yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon qeydiyyatına düşdüyündən vətəndaşa vahid aylıq müavinətin ödənilməsi şamil edilmir. Qeyd edilən Mərkəzi İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qərarlara əsasən vətəndaş İddiaçı vahid aylıq müavinətinin bərpası mümkün deyildir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 19 oktyabr 2023-cü il tarixli, 5-77/2-4xx/xx/2023 nömrəli imtinasının əsassız sayılması, iddiaçının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 4 avqust 1989-cu il tarixdə Rusiya Federasiyası, Kalinin vilayətində doğulmuş, 1992-ci ildə Şuşa şəhərindən köçkün düşmüşdür. 2 avqust 2014-cü il tarixdə Tərtər rayonunda qeydiyyatda olan X2 ilə nikaha daxil olmuşdur. Həmin tarixdən etibarən iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. 13 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət edərək aylıq müavinətin ödənilməsinin bərpa edilməsi xahiş edilmişdir. Cavabdehin 19 oktyabr 2023-cü il tarixli, 5-77/2- 4xx/xx/2023 nömrəli məktubu (§ 2) ilə vahid aylıq müavinətin ödənişinin bərpasından imtina edilmişdir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azırbaycan Respublikasının Qanununun 6, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14cü maddələrinə, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 nömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın 5.4, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 10 dekabr 2014-cü il tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat”ın 6.1.4-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2-1(102)-616/2023 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 34.1-cü maddələrinə istinad olunmuşdur.
12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. Məhkəmənin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-1974/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
15. Cavabdeh orqan iddia ərizəsinə münasibətini ayrıca etiraz kimi olmasa da, məhkəməyə göndərdiyi məktublarla bildirmişdir (§ 4-6, 8).
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş (təmsil olunmamışdırlar) və bu barədə məhkəməyə məlumat verməmişdirlər.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə inzibati məhkəmə icraatının iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Məhkəmənin 12 yanvar 2024-cü il tarixli iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, ona vaxtilə aylıq müavinət pulunun verilməsini, hal-hazırda isə dayandırılmasını qeyd edərək, cavabdeh orqanın hərəkətini qanunsuz hesab edilməsini bildirmişdir.
21. Məhkəmənin 8 fevral 2024-cü il tarixli iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında imtina məktubuna (§2) əsasən uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş əlavə olaraq bildirmişdir ki, siyahının tərtib edilməsi İcra Hakimiyyətinin vəzifəsidir, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən İcra Hakimiyyətinin təqdim edilən siyahı yoxlanılır. Həmçinin, cavabdeh orqan həm artma, həm də azalma siyahını təqdim edir. Həmin siyahının yoxlanılmasından sonra Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən haqsız yerə aylıq müavinətin kəsilməsi aşkar olunursa, İcra Hakimiyyəti məsuliyyət daşıyır. Siyahıda səhv aşkar edilərkən, Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən həmin səhv düzəldilərək, şəxsin aylıq müavinətinə xitam verilir və bu barədə İcra Hakimiyyəti məlumatlandırılır. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, məcburi köçkünlərin müavinəti barədə son qərarı Qaçqınların və X1 üzrə Dövlət Komitəsi verir. İddiaçının adının siyahıdan çıxarılması cavabdeh orqanın səlahiyyətlərinə aid edilsə də, qeydiyyat məsələsinə Baş Pasport və Miqrasiya İdarəsi baxır.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə prosesdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
30. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
31. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, daxili işlər orqanlarında xidmət keçmə – bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
32. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. Fərmanın 2.1-ci bəndində Azərbaycan Resbublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - (1.1) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2-ci bəndinə görə aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: - (2.12) dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; - (2.13) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə, bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Qaydanın 3.1-ci bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndnə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 3.6-cı bəndinə görə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin edir və bu barədə AR Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə rəsmi məlumat verir. Qaydanın 3.7-ci bəndinə görə məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bank Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilir.
33. İddia tələbinin əsasında iddiaçının 1992-ci il tarixdə Şuşa şəhərindən köçkün düşmüş olması, 2 avqust 2014-cü il tarixdə Tərtər rayonunda qeydiyyatda olan X2 ilə nikaha daxil olmuşdur. Həmin tarixdən etibarən iddiaçıya məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin ödənişi dayandırılmış olması dayanır.
34. Cavabdeh orqan iddianı əsaslı hesab etməməyini isə belə əsaslandırmışdır ki; - iddiaçı 2 avqust 2014-cü il tarixdə Tərtər rayon sakini ilə nikaha daxil olmuşdur; - 2015-ci ildə yaşayış yeri üzrə məcburi köçkün olmayan rayona qeydiyyata düşmüşdür.
35. Beləliklə, iş materialında olan sənədlərdən və inzibati məhkəmə icraatının iştirakçılarının mübahisəyə dair bildirdikləri əsasında müəyyən olunur ki, iddiaçının məcburi köçkün olması, 2 avqust 2014-cü il tarixdə Tərtər rayonunda qeydiyyatda olan şəxslə nikaha daxil olması və 2015-ci ildə yaşayış yeri üzrə məcburi köçkün olmayan rayona qeydiyyata düşmüş olması işin mübahisəsiz hallarıdır.
36. Məhkəmə iddiaçının Tərtər rayon sakini ilə ailə həyatı qurması ilə bağlı cavabdeh orqanın imtina dəlilini əsassız hesab edir.
37. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-710/2021 saylı qərarında qeyd olunmuşdur ki, “37. Bununla belə məhkəmə kollegiyası iddiaçıya münasibətdə cavabdeh tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə istinadən aylıq müavinətin verilməsinin dayandırılmasının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd olduğunu hesab edir. Belə ki, sözügedən Qaydaların 2.4-cü bəndində yalnız məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınların aylıq müavinət almaq hüququ məhdudlaşdırılmışdır. Başqa sözlə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə ailə həyatı qurmuş kişilərin aylıq müavinət almaq hüququ məhdudlaşdırılmamışdır ki, bu da eyni vəziyyətdə olan şəxslər barəsində cinsi fərqliliyə görə ayrı-seçkilik hesab olunmalıdır. ... 42. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndində təsbit edilmiş müddəalardan göründüyü kimi, qanunvericilik eyni statusda olan şəxslərə (“məcburi köçkün” statusu olmayan şəxslə ailə həyatı quranlara) aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşmalara yol verilmiş və bunun hər hansı bir qanuni əsası olmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, “məcburi köçkün” statusu olmayan şəxslə nikahda olan qadınlara aylıq müavinətin verilməsi ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. 43. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçının qızı barəsində “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə istinadən aylıq müavinətin dayandırılması qanuni, iddiaçıya münasibətdə isə həmin Qaydaların 2.4cü bəndinə əsasən aylıq müavinətin dayandırılması onun konstitusion hüququnu (bərabərlik hüququnun) pozduğundan qanunsuz olmuşdur”.
38. Bununla belə məhkəmə cavabdeh orqanın imtinasının ikinci dəlilini əsaslı hesab edir. Çünki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda eyni statusda olan şəxslərə aylıq müavinətin verilməsi məsələsində fərqli yanaşma müəyyən edilməmişdir.
39. Belə ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina son nəticədə qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
51. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
52. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “iddiaçının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova