Məhkəmə qərarları › İş №2-1(118)-1978/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1978/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1978/2022 07.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxslər X2, X13, X18 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarına əsasən Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair X2 adına Azərbaycan Respublikası DT və XK-nın Quba rayon Şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X2 adına verilmiş RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmri ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən fərdi yaşayış evi tikintisi üçün İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.Gülüstan sovxozunun 05 avqust 1996-cı il tarixli 33 N-li əmri ilə Vladimirovka İƏV-nin ərazisində daimi yaşayıb ərizə ilə müraciət etmiş 444 nəfər vətəndaşa 0,06 ha (Mirzəməmməd kəndində 0,08 ha) hesabı ilə həyətyanı torpaq sahələri verilməsi üçün kəndyanı örüş yerlərindən 31,7 ha asudə torpaq fondunun ayrılması barədə Vladimirovka İƏV-nin 1170 N-li xx.xx.1996-cı il tarixli vəsatəti və sovxozun torpaq komissiyasının sədri P.Abdullayevin təqdimat siyahısı nəzərə alınıb Vladimirovka kəndi üzrə 12.60 ha torpaq fondu ayrılmışdır. Qeyd olunan torpaqayırma sənədlərini təqdim etməklə torpaq sahəsinə hüququnun daşınmaz əmlakın Dövlət Reyestrində Qeydiyyata aldırmaq üçün müraciət etdikdə torpaq sahəsinin ayrılması barədə 01 noyabr 2017-ci il tarixli 1911-1912 saylı Arxiv Çıxarışında adının səhvən Sərvinaz kimi qeyd olunduğu aşkarlanmışdır. Quba Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2 (027)-1528/2018 saylı qətnaməsi ilə hüquqmüəyyənedici sənədin məxsus olması faktının müəyyən edilməsi barədə ərizə təmin olunub 05 avqust 1996-cı il tarixli 33 saylı əmrə dair 01 noyabr 2017-ci il tarixli, 1911-1912 saylı X10 Sərvinaza deyil, İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra 0,06 ha torpaq sahəsinə dair hüquqlarımın daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasından DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin imtinası səbəbindən 2019-cu ilin mart ayında müvafiq iddia ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmə baxışı Covid-19-la bağlı karantin məhdudiyyətləri səbəbindən uzanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2-1(118)-17/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDKR- nin 5 saylı Ərazi İdarəsinə qarşı «Quba rayonu Gülüstan sovxozunun xx.xx.1996-cı il tarixli 33 saylı əmrinə dair xx.xx.2017-ci il tarixli 1911-1912 saylı Arxiv Çıxarışlarına əsasən Vladimirovka kəndi ərazisindən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə» dair iddiası təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsində işə baxılan zaman sübutların təmini barədə vəsatəti əsasında DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdrəsindən mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyü qeyd olunan digər mülkiyyətçilər hazırkı iş üzrə cavabdeh X2 adına RX seriyalı ******* saylı Çıxarışın verilməsinə (alqı-satqının rəsmiləşməsi və yeni mülkiyyətçilər-digər cavabdehlər Aqil Osmanov və Cəmil Quliyevin hüquqlarının yaranmasına əsas olmuş) dair ilkin hüquqmüəyyənedici sənədlər tələb olunmuşdur. Qeyd olunan sənədlərin DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb olunması məhkəmə tərəfindən təmin olunmuş və bu zaman X23 və X13 hər birinə 0,06 ha torpaq sahəsinin satılmasına əsas olmuş satıcı X2 adına Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair hüquqların qeydiyyatının Quba rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı əsasında verildiyi göstərilən JN-062F Kod 30311018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən aparıldığı müəyyən olunmuşdur. X25 filialının 05 aprel 2021-ci il tarixli 319 saylı X26 rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarında X3 0,20 ha torpaq sahəsi verilməsi haqqında məlumatın aşkar edilmədiyi göstərilmişdir. Göründüyü kimi “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin verilməsinə əsas kimi göstərilmiş Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə X3 Vladimirovka kəndində 0,20 ha torpaq sahəsi ayrılmamış və mülkiyyətinə verilməmişdir. Digər tərəfdən Vladimirovka kəndində həyətyanı torpaq sahələri “Gülüstan” sovxozu tərəfindən bir massivdə hər bir vətəndaşa 0,06 ha olmaql 1996-cı ildə ayrılmışdır. Adlı siyahıda X2 adı ümumiyyətlə yoxdur və məhz bu səbəbdən də onun və digər cavabdehlər Aqil Osmanova və Cəmil Quliyevə satdığı 0,06 ha torpaq sahələrinin “Gülüstan” sovxozunun xx.xx.1996-cı il tarixli 33 N-li Əmri ilə İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşməsi absurd olmaqla, qeyri mümkündür. Hazırkı iddia tələbinin irəli sürülməsi mübahisələndirdiyi sənədlərin onun qanuni hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu torpaq sahəsinə və orada inşasına başladığı yarımçıq qalmış fərdi yaşayış evinə hüquqlarına, qanunla qorunan mənafeyinə toxunmasıdır. Belə ki, Quba Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli 2(027)- 219/2019 saylı qətnaməsi ilə hazırkı iddiası üzrə cavabdehlər X23 və X13 ona qarşı iddia tələbi qismən təmin olunub, cavabdeh İddiaçı X19 məxsus Daşınmaz əmlakın Dövlət reyetsrindən ********** qeydiyyat nömrəli, 06,04.2017-ci il qeydiyyat tarixli Seriya RX ******* saylı Çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,055 ha hissəsindən və X15 məxsus daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX N ******* saylı Çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,032 ha hissəsindən çıxarılması, X19 məxsus daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Seriya RX N ******* saylı Çıxarışa əsasən Quba rayonu Vladimirovka kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən tikilmiş 10.6 m x 9.5 m ölçülərlə yarımtikili cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən X4 adına olan RX seriyalı ******* seriyalı çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. X4 adına olan RX seriyalı ******* seriyalı çıxarışda göstərilən 0.20 ha torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında digər şəxslərin adına özgəninkiləşdirmişdir. Bununlada ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ cavabdeh X16 tərəfindən itirilmişdir. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 saylı qərarı əsasında əldə etmişdir. X29 Komissiyasının siyahısında olmamasından xəbərsizdir. DTXK tərəfindən JN-062 F saylı şəhadətnamənin verilməsi üçün məhz 09 fevral 1998-ci il tarixli 03 saylı qərar olmuşdur. Həmin şəhadətnamənin əsasında 0.20 ha torpaq sahəsindən 0.06 ha hissəsini X15, 0.06 ha hissəsini X1. Hesab edir ki, iddiaçının torpaq sənədinə dair sənədlərinin kötüyü olmadığından hazırkı iddianı qaldırmaq hüquqna malik deyil. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən digər üçüncü şəxslər X20, X23 iddia tələbinə etiraz edərək bildirmişdirlər ki, onlar Quba rayonu Vladimirovka kəndi ərazisində hər birinə 0.06 ha sahə olmaqla torpaq sahəsini müvafiq notarial alqı-satqı müqavilələri nəticəsində və mülkiyyət hüququnu təsdiq edən müvafiq Çıxarış əsasında əldə etmişlər. Hər iki çıxarış hazırkı ərizəyə əlavə edilir.Sonradan onlara məlum olmuşdur ki, onlara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində əvvəlcədən tanımadıqları İddiaçı tikili tikir. Belə olduqda X22 rayon məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət edərək onlara məxsus həyətyanı torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilmiş tikintinin cavabdehin hesabına sökülməsi və həmin toıpaq sahələrinin boşaldılıb özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələl etmişlər. Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 219/2019saylı qətnaməsi ilə birgə iddiaçılar- Osmanovla Quliyevin iddiası təmin edilmiş və cavabdeh Bağırovanm sözügedən torpaq sahəsindən çıxarılmaqla onun tərəfindən inşa edilmiş qanunsuz tikilinin də onu tərəfindən sökülməsi qət edilmişdir. Daha sonra cavabdeh İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2301/2020 yeni nömrə ilə 2(105)- 237/21 saylı qətnaməsi ilə Quba rayon məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanmış yəni Bağırovanm Apellyasiya şikayəti təmin edilməmişdir. Bu iş üzrə Bağırova tərəfindən Azərbaycan Respublikasının Ali məhkəməsinə müvafiq kassasiya şikayti verilməmişdir və hazırda qeyd edilən məhəkmə qərarları öz qanuni qüvvəsini almışdır. Lakin, Bağırovanııı apellyasiya şikayəti üzrə iş Sumqayıt Apellvasiya məhkəməsi ərəfəsində baxılarkən, Bağırova iddiaçı qismində çıxış edərək Sumqayıt İnzibatı məhkəməsinə müraciət etmiş və tələbi ondan ibarət olmuşdur ki, cavabdeh qurum olaraq Xaçmaz DƏDKR tərəfindən ona mülkiyyət hüquqlarına dair çıxarışın verilməsindən imtina edilməsi qanunsuz sayılmalı və müvafiq çıxarışın verilməsi öhdəliyi də inzibati qurumun üzərinə qoyulmalıdır. İddiaçı Bağırovanın bu tələbi Sumqayıt İnzibati məhkəməsi tərəfindən 2-1(118)-17/2021 saylı xx.xx.2021-ci il tarixli müvafiq qərarla iddia tələbi təmin edilməmişdir, Bağırova bu qərardan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 290/2021 saylı qərarla yenə də onun apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə qalmışdır. Bu iş üzrə Bağırova tərəfindən Azərbaycan Respublikasının Ali məhkəməsinə müvafiq kassasiya şikayti verilməmişdir və hazırda qeyd edilən məhəkmə qərarları öz qanuni qüvvəsini almışdır. Daha sonra X5 yenidən iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmişdir. Bu dəfə onun iddiası bundan ibarət olmuşdur ki, cavabdehlər X9, X24. X20, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsi və X31 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN- 062F Kod 3031 1018 saylı Şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş RX seriyalı, ******* Çıxarışın, AN-İ ******* saylı, 11 mart 2017-ci il tarixli alğı- satqı müqaviləsinin və həmin müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* və ******* saylı Çıxarışların ləğv edilməsi”.Bu mülki işin nəticəsi belə olmuşdur ki, Quba rayon məhkəməsi tərəfindən 2(027)-161/2022 saylı xx.xx.2022-ci il tarixli müvafiq qərardadla mülki iş üzrə icraata xitam verilmişdir. İndi isə X20 ilə X23 İddiaçı növbəti iddia tələbi ilə rastlaşırlar. Hərçənd hazırda sizin icraatınızda olan inzibati iş üzrə Osmanovla Quliyev 3-cü şəxs qismində çıxış edirlər, amma yenə də bunula belə, hesab edirik ki, İddiaçı artıq hüquqdan sui-istifadə halına keçmişdir. Çünki, yuxarıda sadalanmış hər bir məhkəmə işində istər məhkəmə tərəfindən müəyyən edilmiş hallar, istər inzibatı dövlət qurumu olan DƏDKR-dən məhkəmələrə təqdim edilmiş hüquqi sənədlərin arxivi, istərsə də iş üzrə keçirilmiş məhkəmə texniki-tikinti ekspertizlarm nəticəsi olaraq hər dəfəsində sübut edilmişdir ki, sözügedən toıpaq sahəsinə dair İddiaçı heç bir aidiyyatı olmamışdır. Hesab edirlər ki, iddia tələbi ümumiyyətlə qeyri-mümkün hesab edilməlidir.Çünki, iş üzrə təyin edilmiş ekspert rəyində öz təsdiqini tapmışdır ki, Osmanovla Quliyevin torpaq sahələri öz kordinatları daxilində yerləşir, bu isə o deməkdir ki, Cəfərov Əbdullətif onu satan zaman bu kordinatlar düzgün olmuşdur ki, müvafiq olaraq Quliyevə və Osmanova satılan zaman da torpağın ölçüləri düzgün olmuşdur. Belə olan halda hesab edirik ki, Bağırova qeyd edilən tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa belə malik deyildir. Ona görə də məhkəmədən iddia tələbinin mümkün sayılmaması haqqında qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxs X31 Xidmət Mərkəzinin Notariat Ofisi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Quba rayonu “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmrinin surəti, cavabdehin etiraz ərizəsi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin, X2 adına verilmiş RX seriyalı ******* saylı çıxarışın surəti, X25 filialının 05 aprel 2021-ci il tarixli 319 saylı arxiv arayışı, Quba rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarının surəti, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onların mübahisə predmeti olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 29 iyun 2004-cü il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və RX seriyalı ******* saylı çıxarışın verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması və ya ləğv edilməsi səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilat məhkəməyə ünvanladığı iddia tələbinə etirazında qeyd olunan sənədlərin yalnız məhkəmə qaydasında ləğv edilməsi səbəbindən özləri tərəfindən ləğv edilməsi mümkün olmamasını bildirmişdir. Məhkəmə qeyd olunanları cavabdehin imtinası kimi qəbul edir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonu “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmri ilə Quba rayonu, Vladimirovka kəndi ərazisindən fərdi yaşayış evi tikintisi üçün İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Gülüstan sovxozunun 05 avqust 1996-cı il tarixli 33 N-li əmri ilə Vladimirovka İƏV-nin ərazisində daimi yaşayıb ərizə ilə müraciət etmiş 444 nəfər vətəndaşa 0,06 ha (Mirzəməmməd kəndində 0,08 ha) hesabı ilə həyətyanı torpaq sahələri verilməsi üçün kəndyanı örüş yerlərindən 31,7 ha asudə torpaq fondunun ayrılması barədə Vladimirovka İƏV-nin 1170 N-li xx.xx.1996-cı il tarixli vəsatəti və sovxozun torpaq komissiyasının sədrinin təqdimat siyahısı nəzərə alınıb Vladimirovka kəndi üzrə 12.60 ha torpaq fondu ayrılmışdır. İddiaçı özünə məxsus 0,06 ha torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş onun müraciətindən imtina edilmişdir.Daha sonra iddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.İddiaçının tələbi məhkəmə tərəfindən həmin torpaq sahəsinin başqa şəxslərin torpaq sahəsləri ilə üst-üstə düşməsi səbəbindən təmin edilməmişdir. Həmin məhkəmə araşdırması zamanı iddiaçıya məlum olmuş ki, onun torpaq sahəsi X6 mülkiyyətində olmuş və sonralar X23 və X13 hər birinə 0,06 ha torpaq sahəsinin satılmasına əsas olmuş satıcı X2 adına Vladimirovka kəndində 0,20 ha torpaq sahəsinə dair hüquqların qeydiyyatının Quba rayon AİK-nın 09 fevral 1998ci il tarixli 03 saylı qərarı əsasında verildiyi göstərilən JN-062F Kod 30311018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə olduğu müəyyən olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X2 adına verilmiş **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamə və onun əsasında X2 adına verilmiş **********47 reyestr nömrəli çıxarış qanunsuz olaraq verilmişdir. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hesab olunur ki, həmin sənədlərdən Quba rayonu “Gülüstan” sovxozunun 05 avqust 1996-cı il tarixli 33 saylı əmri iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. Lakin cavabdeh təşkilat həmin torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirilməsinə istinad edərək, onun adına reystrdə müvafiq qeydilərin aparılmasından imtina edir. Nəzərə alınmalıdır ki, X25 filialının 05 aprel 2021-ci il tarixli 319 saylı arxiv arayışından müəyyən olunur ki, Quba rayon AİK-nın 09 fevral 1998-ci il tarixli 03 saylı qərarında X3 0,20 ha torpaq sahəsi verilməsi haqqında məlumat aşkar olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin verilməsi kimi göstərilmiş Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli 03 saylı qərarı ilə X3 Vladimirovka kəndində 0,20 ha torpaq sahəsi ayrılmamış və mülkiyyətinə verilməmişdir. Digər tərəfdən Vladimirovka kəndində həyətyanı torpaq sahələri “Gülüstan” sovxozu tərəfindən bir massivdə hər bir vətəndaşa 0,06 ha olmaql 1996-cı ildə ayrılmışdır. Adlı siyahıda X2 adı ümumiyyətlə yoxdur. Bu isə X2 əldə etdiyi sənədlərin qeyri-qanuni əldə etməsinə dəlalət edir. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamə və onun əsasında X2 adına verilmiş **********47 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-062F Kod 30311018 saylı Şəhadətnamənin və onun əsasında X2 adına verilmiş **********47 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar