Məhkəmə qərarları › İş №2-1(118)-198/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-198/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-198/2020 05.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3rşı “Bakı-Şamaxı şosse yolunun 15-ci km-də Xırdalan südçülük sovxozunun “Atyalı” ərazisində yerləşən Bakı Mebel hissələri kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən (“Nübar” yoldaşlıq bağçılıq təsərrüfatı) ümumi sahəsi 500 m2 olan 140 nömrəli sahəyə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Bakı-Şamaxı şosse yolunun 15-ci km-də Xırdalan südçülük sovxozunun “Atyalı” ərazisində yerləşən Bakı Mebel hissələri kombinatının bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən (“Nübar” yoldaşlıq bağçılıq təsərrüfatı) ümumi sahəsi 500 m2 olan 140 nömrəli sahəyə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla plan-ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hökməli Bələdiyyəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki,Bakı mebel hissələri kombinatının Həmkarlar komitəsinin müdiriyyətlə birgə iclasının protokolunun xx xxx 1990-cu il tarixli qərarı ilə (protokol 9a) Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə komitəsinin 343 nömrəli xx xxxxxx 1989-cu il tarixli “Bakı Mebel hissələri Kombinatına kollektiv bağçılıq üçün torpaq sahəsi ayrılması haqqında” və Azərbaycan SSR Nazirlər Sovetinin 164 nömrəli xx xxxxx 1990-cu il tarixli “Abşeron rayonun Xırdalan südçülük sovxozunun “Atyalı”ndakı dəmyə örüş yerindən “Azərb meşə sənaye” ƏİB-nin Bakı Mebel hissələri Kombinatının əməkçilərinə kollektiv bağçılıq-bostançılıq yaratmaq üçün 22,0 torpaq sahəsi ayrılması haqqında qərarlarına əsasən, Bakı-Şamaxı şosse yolunun 15-ci km-də Xırdalan südçülük sovxozunun “Atyalı” ərazisində yerləşən Bakı Mebel hissələri kombinatının bağçılıqbostançılıq təsərrüfatı sahəsindən (“Nübar” yoldaşlıq bağçılıq təsərrüfatı) ümumi sahəsi 500 m2 olan 140 nömrəli sahə iddiaçıya, o zaman kombinatın qazanxana operator vəzifəsində işləyən İddiaçı ayrılmışdır. Qeyd edilən torpaq sahəsi 30 ilə yaxın müddətdir ki, sahibliyində və istifadəsindədir. Odur ki, iddiaçı qeyd edilən ümumi sahəsi 500 m2 olan 140 nömrəli sahəyə planölçü və daşımnaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 müraciət etmişdir. Müraciətinə xx.xx.2019-cu il tarixli məktubla verilmiş cavaba əsasən, onun torpaq sahəsinin sənədləşdirilməsindən imtina edilmişdir. Həmin imtinanı aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, İdarə imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edənlərin siyahısında torpaq sahələrinin ayrılması barədə Bakı Mebel Kombinatının Həmkarlar İttifaqının qərarlarının nəzərdə tutulmadığını qeyd etmişdir (Əsas Mülki Məcəllənin 139-1.1.8-ci maddəsi). Lakin idarə nəzərə almamışdır ki, Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən sənədlər də müvafiq qaydada idarəyə təqdim edilmişdir. Mülki Məcəllənin qeyd edilən maddəsində ilkin baş planın və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilməsi nəzərdə tutulmamışdır. Qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin İdarə tərəfindən tələb edilməsi yolverilməzdir. Qeyd edilən torpaq sahəsi iddiaçıya məxsus olmaqla onun qanun sahibliyində və istifadəsindədir və qanunun qeyd edilən normasına əsasən torpaq sahəsini əldə etmək üçün iddiaçının “qanuni gözləntisi” var. X6 Məhkəməsinin presedent hüququna əsasən, “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, idia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı mebel hissələri kombinatının Həmkarlar komitəsinin müdiriyyətlə birgə iclasının protokolunun xx xxx 1990-cu il tarixli qərarı ilə ona torpaq sahəsi ayrılmışdır. İndi həmin sahəni Hökməli Bələdiyyəsi ondan almaq istəyir. Torpaq sahəsi dəmir tora alınmışdır. Sonda iddiaçı İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki,Abşeron rayonu, Hökməli qəsəbəsində (Bakı-Şamaxı yolunun 15-ci km, “At Yalı”) yerləşən 0.05 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 saylı X4 xx xxxxxx 2019-cu il tarixdə İddiaçı müraciəti daxil olmuşdur. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər cavabdeh tərəfindən araşdırılması zamanı İddiaçı Bakı Mebel Hissələri Kombinatının 9a nömrəli protokolunun xx.xx.1990-cı il tarixli qərarı ilə Bakı - Şamaxı şosse yolunun 15-ci km-də, Xırdalan südçülük sovxozunun “At-Yalı" adlanan ərazisində yerləşən bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən torpaq sahəsinin (140 saylı sahə) ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyəti və idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 1991 -ci il tarixli 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”-nin müddəaları pozulmuşdur. O dövrdə qüvvədə olan və yuxarıda adı çəkilən əsasnamənin, habelə Torpaq Məcəlləsinin 10-cu və 23-cü maddələrinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edilməsi yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinə isə belə səlahiyyət nəzərdə tutulmamışdır. Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması barədə xx.xx.1990-cı il tarixli qərar verməsi o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərinə uyğun gəlmir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun”. O dövrdə qüvvədə olan Torpaq Məcəlləsinin 10-cu və 23-cü maddələrinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə ayrılır. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü və vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmçinin bildirir ki, sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının, təsdiq edilmiş ayrıc aktının və ya yerləşmə sxeminin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərin baxış keçirilmiş ərazidə yerləşən 0.0310 ha torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Əlavə olaraq, müayinə olunan torpaq sahəsinin başqa şəxs tərəfindən dəmir torla nişanlandığı müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd- əsaslar kimi qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin(plan və ölçüsünün) tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1 görə, idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Abşeron rayon Hökməli Bələdiyyəsi məhkəməyə ünvanladığı məktubunda bildirmişdir ki, İddiaçı Bakı Mübel Hissələri Kombinatının bağçılıq-bistançılıq təsərrüfatı sahəsindən ayrılmış torpaq sahəsinə aid Hökməli bələdiyyəsində hər hansı bir sənədlərin mövcud olmadığı üçün torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək olmamışdır. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, İddiaçı Bakı Mebel Hissələri Kombinatının 9a nömrəli protokolunun xx.xx.1990-cı il tarixli qərarı ilə Bakı - Şamaxı şosse yolunun 15-ci km-də, Xırdalan südçülük sovxozunun “At-Yalı" adlanan ərazisində yerləşən bağçılıq-bostançılıq təsərrüfatı sahəsindən torpaq sahəsi (140 saylı sahə) ayrılmışdır. İddiaçı qeyd edilən sahəyə plan-ölçü və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X4 müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtinasını bir çox əsaslarla əsaslandırır. İnzibati orqan iddiaçının təqdim etdiyi sənədlərin səlahiyyətsiz şəxs tərəfindən verildiyini bildirsədə, eyni zamanda qeyd edir ki, sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini özündə əks etdirən ilkin baş planının, təsdiq edilmiş ayrıc aktının və ya yerləşmə sxeminin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Habelə, təqdim edilmiş sənədlərin baxış keçirilmiş ərazidə yerləşən 0.0310 ha torpaq sahəsinə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir.Əlavə olaraq, müayinə olunan torpaq sahəsinin başqa şəxs tərəfindən dəmir torla nişanlandığı müəyyən edilmişdir. İddiaçıda məhkəmə iclasında Hökməli Bələdiyyəsi tərəfindən torpaq sahəsinin başqasına verilmək istəndiyini, torpaq sahəsinin metal torla hasarlandığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirməsi üçün ilk növbədə torpaq sahəsinin onun istifadəsində olması, digər şəxslərin istifadəsində olmaması şərtdir. Lakin hazırkı vəziyyətdə torpaq sahəsinin yerləşmə koordinatları və istifadə vəziyyəti ilə bağlı mübahisə vardır. Məhkəmə hesab edir ki, iddiaçı ilk növbədə torpaq sahəsinin istifadə edənləri oradan çıxarmalı, torpağın yerini dəqiq müəyyən etməli, torpağa sahiblik etməlidir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur və rədd edilməlidir. İddiaçiya izah edilsin ki, torpaq sahəsinin istiafadəsinə qaytarılması və koordinatlarının müəyyən edilməsi ilə bağlı ümumi məhkəmədə iddia qaldıra bilər. Bundan sonra yenidən inzibati orqana müraciət edilməsi istisna edilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar