Məhkəmə qərarları › İş №2-1(118)-198/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-198/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-198/2022 14.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X15 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumnqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 80, ev 265-də yaşayan), Cavabdehin nümayəndəsi X7 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında baş mütəxəssis işləyən, Bakı şəhəri, H.Cavid prospekti 522 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı X6 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X5 qarşı cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X2 Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması barədə 31 mart 2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv edilib ona təyin edilmiş əmək pensiyasının ödənişinin 01 aprel 2022-ci il tarixdən başlayaraq bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməasi barədə ərizə verərək cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni 01 aprel 2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıcxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandrılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci il təvəllüdlüdür, 5 uşaq anasıdır. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1497/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının şəxsin öhdədə olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək 1910-cu il təvəllüdlü qaynanası X8 1981-cı ddən vəfat etdiyi günədək, yəni 22 dekabr 2000-ci il tarixdədək onun öhdəsində olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı çoxuşaqlı ana kimi yaşa görə pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsinə müraciət etmiş, həmin şöbənin əmək pensiyası təyin edən komissiyanın 08 iyun 2018-ci il tarixli 1/265 saylı qərarı ilə ona 4 iyun 2017-ci ildən başlayaraq əmək pensiyası təyin edilmişdir. Komissiya ona pensiya təyin edərkən iddiaçının 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi, əmək kitabçasında olan qeydlərə gorə 1 il 6 ay gün sığorta stajımın olmasını, həmçinin yuxarıda göstərilən məhkəmə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qulluq illərinin 8 il 11 ay 21 gün müddət, nəzərə almaqla ümumi sığorta stajının 10 il 5 ay olmasını nəzərə almışdır. 2021-ci ilin aprel ayında o, pensiya kartına əmək pensiyası məbləğinin yüklənmədiyini görüb DSMF-nin Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. sonradan ona bildirilmişdir ki, əmək pensiyası təyin edilərkən stajı düzgün hesablanmadığından əmək pensiyası əsassız təyin edilmiş və bu səbəbdən pensiyanın ödənilməsi dayandırlılmışdır. Halbuki, məhkəmənin qasnuni qüvvəyə minmiş qətnaməsi ilə ahıla qulluq etdiyi dövr 8 il 11 ay 21 gün deyil, 18 il 11 ay 21 gün təşkil edir və həmin müddət mübahisəsiz iddiaçıya 5 uşaqlı ana kimi əmək pensiyasının təyin edilmçəsinə əsas verir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı təqdim etdiyi AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. İddiaçıya xx.xx.2017-ci il tarixdən 5 uşaq doğub 8 yaşınadək tərbiyə etməsi ilə əlaqədar olaraq, yaşa görə əmək pensiyası yaşı 5 il azaldılaraq ona əmək pensiyası təyin olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla Fondun 2 saylı regional ərazi filialına müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubla imtina edilmişdir. İddiaçının cavabdeh inzibati orqan tərəfindən Xaçmaz rayon məhkəməsinin 08 iyun 2018-ci il tarixli 2- 265/2018 nömrəli qətnaməsi ilə hüquqi əhəmiyyəti olan fakt qaydasında təsdiq olunan 8 il 11 ay 21 gün müddətinə ahıla qulluq etməsi faktı onun mübahisələndirilməyən ümumi iş stajına əlavə olunmuşdur. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən ümumi iş stajı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi işlədiyi dövr müddətidir(1 il 6 ay 9 gün). İddiaçının mübahisələndirilən ümumi iş stajı, onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun subyektiv hüquqi marağı yaranır ( 10 il 6 ay 15 gün). İnzibati icraat zamanı iddiaçının işlədiyini iddia etdiyi müəssisələrlə bağlı araşdırma aparılmış və müvafiq sənədlərin qarşılıqlı yoxlamasını həyata keçirmək mümkün olmamışdır. Həmçinin Fondun xx.xx.2017-xx.xx.2021 -ci illəri əhatə edən audit yoxlaması zamanı iddiaçının pensiya işində mübahisələndirilən illərə dair müvafiq sorğuların yazılmadığı aşkar olunmuşdur. Bununla baölı cavabdehin nünmayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. - xx.xx.1982-cü il tarixdə X11 adına açılmış əmək kitabçasından görünür ki, o, 25.06 1982-xx.xx.1983-cü illərdə RSFSR İrkutsk Vilayət enerji istismar idarəsində və xx.xx.1985xx.xx.1985-ci illərdə Kuybışevsk Mənzil Təsərrüfatı trestində xadimə, xx.xx.2003xx.xx.2005-ci illərdə “Şamil “ MMC-də fəhlə işləmişdir. -İİ-ЖГ № 427565 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 Hüseynağa Soltan oğlu ilə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. - iddiaçının əri X4 məxsus xx.xx.1956-cı il tarixli l-İE N056503 seriya saylı doğum haqqında şəhadətnamədən görünür ki, X17 onun anasıdır. - Xaçamz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X1 “1910cu il təvəllüdlü X12 1981-ci ildən vəfat etdiyi günədək yəni xx.xx.2000-ci ilədək X6 öhdəsində olması faktı müəyyən edilmişdir. - AZ-İ№ 858012 seriyalı xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadənamədən görünür ki, X17 xx.xx.2000-ci ildə vəfat etmişdir. - iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.1982-ci il təvəllüdlü Elxan, xx.xx.1984-cü il təvəllüdlü Əntiqə, xx.xx.1986-cı il təvəllüdlü Elşən, xx.xx.1989-cu il təvəllüdlü Elşad və xx.xx.1991-ci il təvəllüdlü Elvin adında 5 uşağı vardır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının azı 10 il sığorta stajı olmadığından onun güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının ailə qurduğu vaxtdan, yəni 1981-ci ilin avqust ayından 22 dekabr 2000-ci il tarixədək ahıl qaynanasına qulluq etməsi faktı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Cavabdeh həmin dövrü mübahisəsiz olaraq qəbul etsə də, həmin müddətin nümayəndənin izah edə bilmədiyi səbəbdən cəmi 8 il 11 ay 21 gün kimi qəbul etmişdir. Halbuki, həmin dövr 19 il 4 ay 17 gün təşkil edir. İddiaçı əmək kitabçasında qeyd edilən, lakin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməyən müddətin onun sosial slğorta stajına daxil edilməsini tələb etmədiyindən məhkəmə həmin dəlilin qiymətlənidirlməsini zəruri hesab etmir. Belə ki, iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ahıl qaynanasına qulluq etdiyi və sosial sığorta stajında daxil edilən dövr ona güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. İddiaçının əmək pensiyası hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunmuşdur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda ( bu Qanunun Qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-ci ilin yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında Qanunun 37.8-ci maddəsinə görə bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun : - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 25.1 Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatn başlanılması, aparıklması və yekunlaşdırılmasına dair normaların tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna gör, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməlklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldırş Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada iunzibati icraay başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm peisniplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas hal verən hal müəyən etdikdə, icraatın sonunda bu barədə mübafiq inzibati akt qəbul etməlidir. Yalnız penisya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvılki inzibti akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan imzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının üzərinə iddiaçı X10 təyin edilmiş yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar