Məhkəmə qərarları › İş №2-1(118)-198/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-198/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-198/2023 27.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (Sumqayıt şəhəri, 4-cü mikrorayon ,ev 80, mənzil 117-də yaşayan) və nümayəndəsi Vəkil (Xırdalan şəhər Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 63 saylı mənzilin İddiaçı ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 24 saylı 17 sentyabr 1974-cü il tarixli protokol qərarında və həmin qərar əsasında verilmiş 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderdə mənzilin ünvanı hissəsində düzəliş olunaraq ünvan 3 saylı mənzilin qeyd edilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət tərəfindən 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli order əsasında onun qanuni istifadəsinə verilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzilə dair ünvan düzgün göstərilməklə orderdə və həmin orderin verilməsinə əsas olmuş sənədlərdə, yəni Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarındakı yuxarıda qeyd etdiyi (soyad, ad və ata adı, həmçinin mənzilin ünvanındakı) yanlışlıqları aradan qaldırmaqla müvafiq düzəlişlər edilməsi vəzifəsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqlşədirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 63 saylı mənzilin İddiaçı ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 24 saylı 17 sentyabr 1974-cü il tarixli protokol qərarında və həmin qərar əsasında verilmiş 08/97 saylı 24 sentyabr 1974cü il tarixli orderdə mənzilin ünvanı hissəsində düzəliş olunaraq ünvan 3 saylı mənzilin qeyd edilməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli order əsasında iddiaçıya ailəsi ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzil verilmişdir. Həmin orderdə iddiaçının qanuni istifadəsinə verilmiş mənzilin ünvanı ünvan 5 iki otaqlı mənzili kimi qeyd edilmişdir. Lakin 1974-cu ildən indiyə kimi həmin binanın və iddiaçıya məxsus mənzilin nömrəsi bir neçə dəfə dəyişdirilmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli order, 621 saylı 20 may 2021-ci il tarixli arayış və 26 saylı 29 sentyabr 2021-ci il tarixli sorğuya cavab məktubundan da görünür ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderdə göstərilən Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evin 63 saylı mənzili ilə Sumqayıt şəhəri 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzili eynidir. Belə ki, 08 saylı 24 sentyabr 1974-cü il tarixli orderdə qeyd edilmiş həmin 31 saylı ev Mənzil İstismar Sahəsinə məxsus hesabat kitablarında sonradan “31/80", '‘30a/80’’ və “80" kimi, həmçinin iddiaçının 46 ildir ki yaşadığı və hazırda nömrəsi "117" kimi qeyd edilən mənzil əvvəllər “63”, "63/117" kimi də göstərilmişdir. Halbuki, iddiaçı ailəsi ilə birlikdə 1974-cü ildən indiyə kimi həmin mənzildə daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məlum olmayan səbəblərdən 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderdə qeyd edilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evin 63 saylı mənzili hal-hazırda Mənzil İstismar Sahəsinə məxsus hesabat kitablarında və iddiaçının şəxsiyyət vəsiqəsində də 80 saylı evin 117 saylı mənzili kimi qeydə alınmışdır. Bundan əlavə sorğu əsasında Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974cü il tarixli qərarından çıxarışı Dövlət Arxivinin Sumqayıt filialından əldə edərkən iddiaçıya məlum oldu ki, həmin qərar-protokoldan çıxarışda iddiaçının soyadı “Qubatov" əvəzinə yanlış olaraq “Qumbatov”, adı “QubaT” əvəzinə yanlış olaraq “Qumbat", atasının adı isə "Atasultan" əvəzinə yanlış olaraq “Ata’’ kimi, həmçinin texniki səhv olaraq mənzilin nömrəsi "63" əvəzinə yanlış olaraq 53 kimi qeyd edilmişdir. Ona görə də o, Sumqayıt şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək dövlət tərəfindən 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli order əsasında iddiaçının qanuni istifadəsinə verilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzilə dair ünvan düzgün göstərilməklə orderdə və həmin orderin verilməsinə əsas olmuş sənədlərdə, yəni Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarındaki yuxarıda qeyd etdiyi yanlışlıqları aradan qaldırmaqla müvafiq düzəlişlər edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat onun müraciətini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə verilmiş 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderin və Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı, 02 may 2021-ci il tarixli arxiv çıxarışının İddiaçı məxsus olmasına dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5243/2022 saylı qətnaməsini təqdim edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd edərək bildirmişdir ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli 24 saylı protokolunda texniki səhvə yol verilərək ərizəçinin soyadı, adı, ata adı səhvən X7 olaraq, mənzil nömrəsi isə 63 əvəzinə 53 kimi göstərilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Sumqayıt şəhər X8 İK -nin xx.xx.1974-cü il tarixli 24 saylı protokoluna əsəsən yaşayış sahəsi 29.09 kvadrat metrdən ibarət 2 otaqlı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31, mənzil 63-ə dair 3 nəfərdən ibarət ailə tərkibi ilə X3 adına verilmiş xx.xx.1974-cü il tarixli orderdə ərizəçinin adı İddiaçı olaraq, yaşayış ünvanı ünvan 7ylı MKS-nin arxiv sənədlərindən 4-cü mikrorayonda yerləşən həmin yaşayış sahəsinin ev nömrəsinin 31/80, 30a/80, 80, mənzil nömrəsinin isə 63, 63/117 kimi qeydə alındığı, faktiki ünvanın isə hazırda 4-cü mikrorayon, ev 80, mənzil 117 olduğu məlum olmuşdur. Mənzilin faktiki vəziyyətinə uyğun olaraq düzəlişlər edilməklə yeni order verilməsi ilə əlaqədar müraxiətin təmin olunması mümkün olmamışdır. Belə ki, xx.xx.2009-cu ildə qüvvəyə minmiş AR Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinə order verilməsi nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş : -Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 326 saylı arxiv arayışından görünür ki, Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarına əsasən X4 3 nəfər ailə üzvü ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 53 saylı mənzilin ayrılması qərara alınmışdır. -12 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 56 saylı 2 №-li forma üzrə arayışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 80, mənzil 117-də İddiaçı və X5 qeydiyyatda olmaqla yaşayır. -12 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 25 saylı məktubundan görünür ki, Sumqayıt şəhər X8 icraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli order əsasında İddiaçı qanuni istifadəsinə verilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evin 63 saylı mənzili ilə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzili eynidir. Belə ki, 08/97 saylı 24 sentyabr 1974cü il tarixli orderdə qeyd edilmiş həmin 31 saylı ev Mənzil İstismar Sahəsinin kitablarında sonradan "31/80", "30a/80" və "80" kimi, həmçinin İddiaçı yaşadığı 117 saylı mənzil əvvəllər "63", "63/117" kimi göstərilmişdir.İddiaçı 1974-cü ildən etibarən indiyə kimi ailə üzvləri ilə birlikdə yaşadığı həmin ünvanda sonradan bina və mənzilin nömrəsi dəyişdirilmişdir və İddiaçı məxsus 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderdə qeyd edilmiş Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evin 63 saylı mənzili hal-hazırda Mənzil İstismar Sahəsində 80 saylı evin 117 saylı mənzili kimi qeydə alınmışdır. Sumqayıt şəhəri, 4-cü mikrorayon, 80 saylı evin 117 saylı mənzilində 1974-cü ildən etibarən İddiaçı və onun arvadı X5 daimi qeydiyyatda olmaqla yaşayırlar. -Sumqayıt şəhər XDS İK-nin 17 sentyabr 1974-cü il tarixli 24 saylı protokolundan əlavə edilmiş siyahıdan görünür ki, vətəndaş X6 üç nəfər ailə üzvü ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 53 saylı mənzilin ayrılması qərara alınmışdır. -08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderdən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 4cü mikrorayon ev 31-də yerləşən 63 nömrəli mənzil verilmişdir. Orderin verilməsi üçün əsas kimi Sumqayıt şəhər XDS İK-nin xx.xx.1974-cü il tarixli 24 saylı qərarı göstərilmişdir. - 12 saylı MKS tərəfindən verilmiş 621 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Sumqayt şəhəri, 4-cü mikrorayon ev 31 mənzil 63 ilə 4-cü mikrorayon ev 80, mənzil 117 ilə eynidir. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5243/2022 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı Sumqayıt şəhər XDS İK-nin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə verilmiş 08/97 saylı 24 sentyabr 1974-cü il tarixli orderin və Sumqayıt şəhər XDS İK-nin 17 sentyabr 1974-cü il tarixli qərarından 32 saylı 02 may 2021-ci il tarilxi arxiv çıxarışının ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Ərazi İdarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31 ünvanında yerləşən 63 saylı mənzilin ilkin özəlləşməsinə əsas olan sənədlərin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən iki otaqlı, 29.0 kv m ölçülü 63 saylı mənzil Sumqayıt şəhər XDS İK-nuin 12 saylı xx.xx.1970-ci il tarixli qərarı ilə verilmiş xx.xx.1970-ci il tarixli 08/196 saylı order əsasında X2 ayrılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, mübahiəsli mənzil iddiaçının mülkiyyətində olmasa da, qanunvericiliklə müəyyən edilmiş qaydada orderlə ona ayrılmışdır ki, gələcəkdə mənzili özəlləşdirmək, yəni öz mülkiyyətinə almaq hüququna malikdir. İşin hallarından müəyyən edildi ki, 1974-cü ildə Sumqayıt şəhər XDS İK-nin qərarı əsasında verilmiş orderlə Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 63 saylı mənzil ayrılmışdır. Həmin vaxtdan mənzil iddiaçının qanuni sahibliyində və isifadəsindədir. İddiaçı mənzili özəlləşdirmək istəyərkən ona verilmiş orderdə, həmçinin Sumqayıt şəhər XDS İK-nin xx.xx.1974-cü il tarixli 24 saylı protokol qərarında iddiaçının soyadı, adı və ata adında yanlışlığa yol verildiyi aşkar edilmişdir. Bundan başqa mənzil ona ayrılandan sonra mənzilin ünvanınının dəfələrlə dəyişdirilməsi müəyyən edilmişdir. Bu hal cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Məhkəmənin qanuni qüvvyə minmiş qətnaməsi ilə sözügedən protokol qərar barəsində verilmiş arxiv çıxarışının və orderin iddiaçıya məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyən edilmişdir. Ünvanın dəyişdirilməsi üçün əsasların müəyyən edilməsi üçün məhkəmə tərəfindən sorğular verilmiş, lakin bununla bağlı hər hansı sənədin (sərəncam, qərar və s.) mövcudluu müəyyən edilməmişdir. Bununla yanaşı cavabdeh inzibati orqan, həmçinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsi iddiaçıya ayrılmış 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 63 saylı mənzillə onun 1974-cü ildən hazıradək yaşadığı 4-cü mikoraron, 80 saylı evdə yerləşən 117 saylı mənzillə eynilik təşkil etdiyini təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, 1974-cü ildə orderlə iddiaçıya mənzilin ayrılması işin mübahisələndirilməyən halıdır. Lakin arxivə təhvil verilən protokol qərarda və orderdə yazılan ünvanla hazırda iddiaçının istifadəsində olan mənzilin ünvanında uyğunsuzluq olduğundan həmin sənədlərdə düzəlişin edilməsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 4-cü mikrorayon, 31 saylı evdə yerləşən 63 saylı mənzilin İddiaçı ayrılmasına dair Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin 24 saylı 17 sentyabr 1974-cü il tarixli protokol qərarında və həmin qərar əsasında verilmiş 08/97 saylı 24 sentyabr 1974cü il tarixli orderdə mənzilin ünvanı hissəsində düzəliş olunaraq ünvan 3 saylı mənzilin qeyd edilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar