Məhkəmə qərarları › İş №2-1(118)-1980/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1980/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1980/2025 29.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə (Açar sözlər: xəsarət almağının səbəb əlaqəsinin səhv müəyyənləşdirilməsinin müəyyən olunması və əlilliyin səbəb əlaqəsinin yenidən araşdırılmaqla təkrar şəhadətləndirilmə aparılması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının qəyyumu X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xx.xx.2014-cü il tarixdə hərbi xidmətdə olan vaxt N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almağının səbəb əlaqəsinin səhv müəyyənləşdirilməsinin müəyyən olunması, tanınması və əlilliyin səbəb əlaqəsinin yenidən araşdırılmaqla yenidən (təkrar) şəhadətləndirilmə aparılmasının cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2014-cü il tarixdə hərbi xidmətdə olan vaxt N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almağının səbəb əlaqəsinin səhv müəyyənləşdirilməsinin müəyyən olunması, tanınması və əlilliyin səbəb əlaqəsinin yenidən araşdırılmaqla yenidən (təkrar) şəhadətləndirilmə aparılmasının cavabdehin üzərinə vəzifə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1994-cü il təvəllüdlüdür. xx.xx.2014-cü il tarixdə hərbi xidmətə aparılmışdır. Hərbi xidmətini N saylı hərbi hissədə keçərkən tapşırıq əsasında hərbi xidməti vəzifələrini icra edərkən ayağı sürüşərək pilləkəndən yıxılmışdır. Yıxılma nəticəsində kəllə- beyin travması almışdır. Sonra onu hərbi həkim hissəsinə aparmışlar və iynə vurulmuşdur. N saylı Hərbi Hissənin onunla xidmət keçmiş əsgəri X4 təsdiq edə bilər. N saylı Hərbi Hissənin komandirinin 1025 saylı göndərişi ilə SQ BKH terapiya profilli Hospitalının hərbi həkim komissiyası tərəfindən müayinələr edilmişdir. Nəticədə ona xx.xx.2014-cü il tarixli 139 saylı xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətləndirilmə düzgün aparılmamışdır. Hansı ki, həmin vaxt ona səbəbli əlaqə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhadətləndirilmə aparılmalı idi. Bundan əlavə də hərbi xidmət dövründə xidməti vəzifələrini yerinə yetirməyi hər iki ayaqlarının barmaqlarının zədələnməsinə travma almasına səbəb olmuşdur. Cavabdeh idarəyə yenidən şəhadətləndirməyi və əlilliyinin hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirən zaman alınması ilə əlaqəli olmasının müəyyən olunmasını xahiş etmişdir. Lakin, AR Müdafiə Nazirliyi MHHK-nın rəisinin məktubunda bildirilmişdir ki, sizə xx.xx.2014-cu ildə Baş Klinik Hospitalm terapiya profilli harbi hakim komissiyas! tarafindan “şizotipik pozuntu” diaqnozu va “xəstəlikdir, harbi xidmat dövrunda alınmışdır” va “Onurğa sutununun dog gobasinİn saga (Ths) İ marhala (10°) təsbit olunmuş skoliozu. Sol agiq sumuyunun boynunun ekzostozu (0,9sm) ila mugayiat olunan agiq-qayiqvari oynaqların osteoartrozu olmayan her iki ayagm İİ (ikinci) daraca boylama yastiayaqliligi” diaqnozu va ümumi xəstəlikdir” səbəb əlaqaləri ilə “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” hesab edilərək duzgun şahadətləndirilmisiniz va yenidan şahadətləndirilməyiniz uçun əsas yoxdur cavab imtina verilmişdir. Bu imtina cavabını əsassız və qanusuz hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qəyyumu X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və səbəbli əlaqənin “hərbi travmadır, hərbi ximət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərkən almışdır” kimi qeyd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, SHXÇDX-nı Sumqayıt şəhər idarəsi tərəfindən xx.xx.2014-cü ildə hərbi xidmətə çağırılmış X1 27.11,2014-ci il tarixdə SQ Baş Klinik Hospitalının hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Şizotipik pozuntu” diaqnozu ilə olan xəstəliyin,hərbi xidmət səbəb əlaqəsi “Xəstəlikdir,hərbi xidmət dövründə alınmışdır” kimi, “Onurğa sütununun döş şöbəsinin sağa (Th3) İ mərhələ (10°) təsbit olunmuş skoliozu. Sol aşıq sümüyünün boynunun ekzostozu (0,9sm) ilə müşayiət olunan aşıq-qayıqvari oynaqların asteoartrozu olmayan hər iki ayağın İİ (ikinci) dərəcə boylama yastıayaqlı” diaqnozu ilə olan xəstəliyinin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi təyin edilmişdir. İddiaçı də olan “Şizotipik pozuntu “xəstəliyinə əsasən o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 15 maddəsinin İİ qrafasına əsasən “həm dinc dövrdə, həm də, müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılmışdır. İddiaçı iddia ərizəsində hərbi xidmət zamanı pilləkəndən yıxılıb kəllə-beyin travması aldığını və hər iki ayaq barmaqlarının zədələndiyini iddia etsə də bu diaqnozlarını təsdiq edən çıxarış epikrizini və xəsarətin hansı şəraitdə alınmasını müəyyən edən hərbi hissə komondiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyya təqdim etməmişdir. Həmçinin şəhadətləndirilmə zamanı onun başında və ayaq barmaqlarında hər hansı travma və onun nəticələri aşkar edilməmişdir .Bu səbəbdən də onun iddiasını təmamilə əsassız hesab edirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHKsı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1. maddəsinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar,yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4 maddəsinə əsasən, “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə,yəni xx.xx.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Vətəndaş İddiaçı xəstəliyinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma,xəstəlik, əlillik və bunların arsındakı səbəb-əlaqə məsələləri hüquqi deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 maddəsinin “c” bəndinin tələblərinə ziddir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləriiddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi.inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 9 ildən artıq ötürmüşdür. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 27 noyabr 2014-cü il tarixli 139 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı barəsində şizotipik pozuntu diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi şəhadətləndirilmişdir. Əlillik altsistemindən çıxarışa əsasən İddiaçı şizotipik pozğunluq, şizotipik pozuntu, davamlı halllüsinator sayıqlama sindromu ilə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. 10 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçının əsgər yoldaşı olub. Onlar gün növbətçisi olmuşdurlar, iddiaçı yıxılmış, sonra tibb məntəqəsinə aparılmışdır. Sonradan halı pisləşmişdir. İddiaçının yıxılmasını gözü ilə görmüşdür, amma huşunun yerində olub olmamasına baxmamışdırlar. İddiaçı bir həftəyə yaxın müddətdə müalicədə olub, qayıtsa da halı pisləşmişdir. Yıxılandan sonra tibb məntəqəsinə qayıtmışdır. Yıxılandan sonra davranışı normal idi, davranışında dəyişikliyi yox idi, yəqin ki, yıxılma sonradan özünü biruzə verib. Yıxılmazdan əvvəl adi əsgər idi. Davranışında qeyri-adilik yox idi. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2014-cü il tarixli 7878№li xəstəlik tarixinin, 139№li xəstəlik haqqında şəhadətnamənin, xx.xx.2014-cü il tarixli, 1015№li hərbi həkim komissiyasına göndərişin, köçürmə epikrizinin, hərbi-həkim komissiyasının təqdimatının və çıxarış epikrizinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1453 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 6 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı müəyyən edilən “şizotipik pozuntu” xəstəliyinin ayağı sürüşərək pilləkəndən yıxılması nəticəsində yaranması mümkün deyil. Yoxlanılan şəxs İddiaçı müəyyən edilən “şizotipik pozuntu” xəstəliyinin hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün deyil. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı onun aldığı xəsarətin səbəb-əlaqəsinin dəyişdirilməsini istəyir. İddiaçı qeyd edir ki, o hərbi xidmət vəzifələrini icra edərkən yıxılmış, şizotipik pozuntu xəstəliyi yıxılmadan sonra əmələ gəlmişdir. Cavabdeh isə qeyd edir ki, İddiaçı iddia ərizəsində hərbi xidmət zamanı pilləkəndən yıxılıb kəllə-beyin travması aldığını və hər iki ayaq barmaqlarının zədələndiyini iddia etsə də bu diaqnozlarını təsdiq edən çıxarış epikrizini və xəsarətin hansı şəraitdə alınmasını müəyyən edən hərbi hissə komondiri tərəfindən verilməli olan travma haqqında arayışı komissiyya təqdim etməmişdir. Həmçinin şəhadətləndirilmə zamanı onun başında və ayaq barmaqlarında hər hansı travma və onun nəticələri aşkar edilməmişdir .Bu səbəbdən də onun iddiasını təmamilə əsassız hesab edirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə əsasən : 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, gömrük və feldyeger rabitəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin. Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar hərbi komissarlıqlardan, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». .. c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ — İİ qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. İddiaçı, onun qəyyumu və şahid qismində dindirilmiş şəxs izahat və ifadələrində şizotipik pozuntu xəstəliyinin yıxılmadan sonra əmələ gəldiyini qeyd etsə də məhkəmə araşdırması zamanı belə bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1453 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 6 saylı ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı müəyyən edilən “şizotipik pozuntu” xəstəliyinin ayağı sürüşərək pilləkəndən yıxılması nəticəsində yaranması mümkün deyil. Yoxlanılan şəxs İddiaçı müəyyən edilən “şizotipik pozuntu” xəstəliyinin hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün deyil. Göründüyü kimi ekspert rəyi ilə iddiaçının xəstəliyinin yıxılma nəticəsində əmələ gəlməsi təsdiq olunmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar