Məhkəmə qərarları › İş №2-1(118)-1982/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1982/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1982/2024 25.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X8 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı “cavabdehin 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarının ləğv edilməsi” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı Bələdiyyəsi onun barəsində əsassız olaraq 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarı qəbul etmişdir.Qərarda qeyd olunmuşdur ki, guya Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı (mob 055 ***-**-** nümayəndəsi) mülkiyyətində olan əmlak və torpağa görə əmlak və torpaq vergisinin ödənilməsi üçün ən son 2023-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Novxanı kəndi Səid Rüstəmov küçəsi ünvanında yerləşən 532 kv.m. yaşayış sahəsi üzrə torpaq sahəsinə görə cari il üçün 2.66 manat, 203 kv.m. yaşayış sahəsi üzrə əmlak sahəsinə görə carı il üçün 51,9 manat,o cümlədən 2020 cu İl tarixdən başlayaraq ötən dövrlər üzrə torpaq vergisi 7.98 manat, 2020 ci il tarixdən başlayaraq ötən dövrlər üzrə əmlak 155,7 manat, faiz üzrə 59,52 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 377,76 manat ümumi borcunu ödəməmişdir.....Lakin fiziki şəxs borc öhdəliyi haqqında Novxanı bələdiyyəsinin vergi agentləri tərəfindən ona tədiyyə bildirişi təqdim olunmasına və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq torpaq və əmlak vergisi ödəməkdən imtina etmişdir. Novxanı bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyə əsasən görülmüş tədbirlərə baxmayaraq ona hesablanmış vergi borcu bu günə kimi ödənilməmişdir. Yekunda onun borc öhdəliklərinin icra olunması üçün Abşeron İcra və Probasiya şöbəsinə göndərilməsi, hesablanmış borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən, yəni ondan tutulub Novxanı bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericliyə müvafiq olaraq tədbirlərin görülməsi, qəbul edilmiş qərar barədə borclu şəxsə məlumat verilməsi, “İcra qərarı”nın surətinin məlumat üçün Novxanı bələdiyyəsinə göndərilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunmuş qərar tamamilə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Novxanı bələdiyyəsinin 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarında qeyd olunmuş Novxanı kəndi, S.Rüstəmov küçəsində yerləşən nə 532 kv.m. torpaq sahəsinə, nə də ki həmin torpaq sahəsində yerləşən 203 kv.m. yaşayış sahəsinə onun heç bir aidiyyatı yoxdur. Qeyd olunmuş daşınmaz əmlaklar onun mülkiyyətində deyil. Ümumiyyətlə onun mülkiyyətində dövlət reyestrində qeydə alınmış yaxud qeydə alınmamış heç bir daşınmaz əmlak yoxdur. Novxanı bələdiyyəsinin həmin məlumatları haradan əldə etdiyi ona məlum deyil.Şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi, o ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Sabunçu rayonu Bakıxanov qəsəbəsi məhəllə 4090/94 ev 6, mənzil 87 yaşayır. Bu o deməkdir ki, onun yaşadığı ünvanla Novxanı bələdiyyəsinin mübahisələndirdiyi qərarında qeyd olunmuş vergitutma obyektinin heç bir bağlılığı yoxdur. Belə olan halda mülkiyyətində və istifadəsində olmayan bir əmlaka görə məndən vergi tutulması qanunsuzdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı münasibət verərə bildirmişdir ki, iddaçı Nəsibova X1 S.Rüstəmov küçəsində 0.532 ha torpaq sahəsi və 203kv.m əmlak sahəsinin olduğunu bildirərək,xx.xx.2016 ci il tarixdə Novxani Bələdiyyəsində yerli vergi ödəyicisi kimi qeydiyyatdan keçərək 2016 cı ildən başlayaraq İddiaçı İsmayl qızının adından fasilələrlə torpaq və əmlak vergisi ödəmişdir. xx.xx.2022-ci il 256 saylı məktub vətəndaşa ünvanlanaraq torpaq, əmlak vergisi ödəməsini və mülkiyyətində (istifadəsində) olan torpaq və əmlakm mülkiyyət hüququnu təsdiq edən sənədləri bələdiyyəyə təqdim etməsini xahiş edmişdir.Vətəndaşa dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və tədiyyə bildirişi ünvanına göndərilməsinə baxmayaraq İddiaçı heç bir sənəd Novxanı Bələdiyyəsinə təqdim etmədiyi üçün xx.xx.2023 ildə borcun ödənilməsinə dair qərar qəbul edilərək, icra olunması üçün Abşeron rayon İcra Və Probasiya şöbəsinə göndərilmişdir. Lakin icra sənədində qeyd olunan borclu (İddiaçı) haqqında AR Ədliyyə Nazirliyi “Elektron icra sisteminə” əsasən heç bir məlumat olmadığından qərar geri qaytarilmışdı. İddiaçı rəsmi olaraq borcun olmamağı haqda xx.xx.2023-cü il 438 saylı məktub ünvana göndərilmişdir.X2 yerli büdcəsinə borcu yoxdur. Vətəndaşın İstifadəsində olan torpaq atası X3 mülkiyyətində olduğu üçün borcu X5 xx.xx.2023 cü ildə 248 manat Novxanı Bələdiyyəsinin yerli büdcəsinə ödəmişdir.Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarın surəti, çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Abşeron rayonu Novxanı Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Novxanı Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Novxanı Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Novxanı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərar xx.xx.2023-cü ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Novxanı Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu Novxanı Bələdiyyəsinin 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarına əsasən iddiaçı barəsində Novxanı kəndi Səid Rüstəmov küçəsi ünvanında yerləşən 532 m2 yaşayış sahəsi üzrə torpaq sahəsinə görə cari il üçün 2.66 manat, 203 m2 yaşayış sahəsi üzrə əmlak sahəsinə görə cari il üçün 51,9 manat, o cümlədən 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə torpaq vergisi 7.98 manat, 2020-ci il tarixdən başlayaraq ötən dövrlər üzrə əmlak 155,7 manat, faiz üzrə 59,52 manat, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 377,76 manat ümumi borc hesablanmışdır.Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına heç bir daşınmaz əmlak və eyni zamanda onun həmin əmlaklardan istifadəsi ilə bağlı etibarlı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh təşkilat məhkəməyə ərizə təqdim edərək iddiaçıya münasibətdə heç bir borcun olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı barəsində tərtib edilmiş inzibati akt cavavdehin özü tərəfindən ləğv edilməməsi səbəbindən, hal-hazırda iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, Abşeron rayon Novxanı Bələdiyyəsinin 06 oktyabr 2023cü il tarixli, 02/04-54 nömrəli qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 51-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş Abşeron rayon Novxanı Bələdiyyəsinin 06 oktyabr 2023-cü il tarixli, 02/04-54 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar