Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1987/2021 02.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Baş İdarəsinə qarşı cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərarın və “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - cavabdeh) 04.05.2021-ci il tarixli, **********78654 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 8 ünvanında yerləşən Xırdalan 4 saxlama anbarında operativ vergi nəzarəti keçirilmiş, nəticədə 24.05.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli akt tərtib edilmişdir. Həmin aktda baxılması nəticəsində 15.07.2021-ci il tarixli, **********8165 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərarla "xxxx" MMC-yə 313161,69 manat sanksiyası tətbilq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş 15.07.2021-ci il tarixli **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddiaçı tərəfindən inzibati şikayətlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Lakin sonuncu tərəfindən 17.09.2021-ci il tarixli **********321000 nömrəli "İnzibati şikayətin təmin edilməməsi barədə” qərar qəbul edilmişdir. Bundan əlavə cavabdeh tərəfindən 10.09.2021-ci il tarixli **********77400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasında kameral vergi yoxlaması ilə 2021 -ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi üzrə 227 325,15 manat vergi hesablanmışdır. Aşağıda qeyd olunan əsaslara görə hesab edirik ki, cavabdeh tərəfindən qəbul edilmiş 15.07.2021ci il tarixli **********8165 nömrəli və 10.09.2021-ci il tarixli **********877400 nömrəli qərarları maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, sahibkarlıq sahəsində aparılan vergi yoxlamalarının vahid məlumat reyestrindən çıxarışda və operativ vergi yoxlamasının keçirilməsi haqqında 04.05.2021- ci il tarixli **********78654 nömrəli qərarda yoxlamanın predmeti və əsası kimi Vergi Məcəlləsinin 58.8-ci maddəsi qeyd olunmuşdur. Lakin operativ vergi yoxlaması nəticəsində tərtib edilmiş 24.05.2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli aktda və onun əsasında qəbul edilmiş 15.07.2021-ci il tarixli, **********8165 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarda vergi qanunvericiliyinin pozulması kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad edilmiş və yoxlamanın nəticəsi həmin maddəyə əsasən rəsmiləşdirilmişdir ki, bu da kobud qanun pozuntusudur. Məlum olduğu kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il iyulun 2-də qəbul edilib və 2014-cü il martın 1-dən qüvvəyə minib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94- cü maddəsinin İ hissəsinin 1 -ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin qanunun 3.1 -ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 4.2.4-cü maddəsinə əsasən sahibkarın yoxlama ilə bağlı olmayan fəaliyyətinə müdaxilə edilməməsi yoxlamaların əsas prinsilərindən biri sayılır. Yuxarıda qeyd olunan qanunun tələbindən də göründüyü kimi vergi ödəyicisində keçiriləcək yoxlama yalnız sahibkarlıq sahəsində aparılan vergi yoxlamalarının vahid melumat reyestrindən çıxarışda qeydə alınmalı əks halda belə bir yoxlamanın aparılmasının heç bir hüquqi nəticəsi yoxdur. Xüsusi ilə vurğulamaq istəyirik ki, Vergi Məcəlləsinin 58-ci maddəsi vergilərin azaldılmasına və digər vergi hüquq pozuntularına görə tətbiq edilən maliyyə sanksiyalarının tətbiq edilməsini tənzimləyir. Həmin maddənin 58.8-ci maddəsində nəzrdə tutulmuş yoxlama tədbirləri ilə Məcəllənin 58.13-cü maddəsində nəzərdə tutulmuş yoxlama tədbirləri tamam bir-birindən fərqli formada aparılır. Belə ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə- faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı ve qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məlumat üçün qeyd edilir ki, Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə tətbiq edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Yuxarıda qeyd olunan hər iki maddənin məzmunundan göründüyü kimi həmin sahələr üzrə yoxlamaların predmeti tamam fərqlidir. Bundan əlavə operativ vergi yoxlaması zamanı tərtib edilmiş 24.05.2021 -ci il tarixli DVX seriyalı 002459 nömrəli aktda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən ona məxsus anbarda malların elektron vergi qaimə-faktura təqdim edilməli olduğu halda 1 565 808,43 manat dəyərində malların elektron vergi qaimə-faktura verilmədən təqdim olunduğu müəyyən edilmişdir. Lakin həmin akta əlavə edilmiş 04.05.2021-ci il tarixli DVX seriyalı 000618 nömrəli Siyahıda elektron vergi hesab-faktura təqdim edilmədən təqdim edilmiş mallara dair heç bir məlumat göstərilməmişdir. Belə olan halda cavabdeh tərəfindən 1 565 808,43 manat dəyərində malların eletron hesab-faktura təqdim edilmədən təqdim edilməsi qənatinə gəlməsi absuddur. Göründüyü kimi, cavabdeh tərəfindən maddi və prosessual pozuntular əsasında keçirdiyi yoxlamanın nəticəsində qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Daha sonra cavabdeh tərəfindən 2021 -ci ilin iyun ayı üzrə təqdim edilən ƏDV bəyannaməsinə 01.01.2020-ci il tarixdən 30.06.2021-ci il tarixədək olan dövr ərzində qarşılıqlı əlaqələrə görə yaranmış kənarlaşma ilə əlaqədar 227325.15 manat kameral vergi yoxlaması ilə əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt ödəmə aparılmış sayılır. Cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılan zamanı Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, əgər vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində kənarlaşmalar aşkar edilmişdirsə, həmin kənarlaşmalar aylar üzrə müəyyən edilməli, yəni vergi tutulan əməliyyatların vaxtı düzgün müəyyən edilməli və yaranmış kənarlaşmalar hansı ayda baş vermişdirsə, həmin ay üzrədə kameral vergi yoxlaması ilə əlavə hesablamalar aparılmalı idi. Lakin cavabdeh tərəfindən 01.01.2020-ci il tarixdən 30.06.2021-ci il tarixədək olan dövr üzrə kənarlaşmaları ümumiləşdirilib 2021-ci ilin iyun ayına ƏDV üzrə əsassız hesablama aparmışdır. Eyni zamanda hesablama aparılarkən 27.01.2021-ci ıl tarixdə müəssisənin ƏDV sub-hesabına daxil olmuş 15000.0 manat məbləğin 01.04.2021-cİ tarixdə geri qaytarılması nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X3 eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 06.10.2021-ci il tarixli, 2-1 (118)-1987/2021 nömrəli sərəncamına əsasən iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərarların ləğv edilməsi” barədə iddia ərizəsinin surəti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçının iddia ərizəsində qeyd edilən dəliləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına görə əsassız hesab edirik. Belə ki, iş üzrə cavabdeh vergi orqanının “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” 03.05.2021-ci il tarixli, **********8654 nömrəli qərarı əsasında Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 8 ünvanda yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə, malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 03.05.2021-ci il tarixli, **********8654 nömrəli Qərarına əsasən 24.05.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1.565.808,43 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, 24.05.2021-ci il tarixli DVX seriyalı 002459 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Operativ vergi nəzarətinin nəticəsinə uyğun olaraq tərtib edilmiş 24.05.2021-ci il tarixli, DVX seriyalı 002459 nömrəli akt Baş idarənin 27.05.2021-ci il tarixli **********972300 nömrəli məktubu ilə Cəmiyyətə göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə 27.05.2021-ci il tarixdə saat 18:53-də oxunmuşdur. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454- VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və 01.01.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63-cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada electron - qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71.1-ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaiməfakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71- 1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; yerləşən Qum-Çınqıl karxanasında (********** - 45004), ünvan 3i ünvanda yerləşən Qum-Çınqıl karxanasında (********** - 45001), ünvan 4nvanda yerləşən Qum- Çınqıl karxanasında (********** - 45005). 24.05.2021-ci il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı Əlavə dəyər vergisi də daxil olmaqla ümumilikdə 1.704.268,3 manat dəyərində mal qalığının olduğu müəyyən edilmişdir. Qeyd olunan təsərrüfat subyektlərində mövcud olmuş mal qalığı və vergi ödəyicisinin təsərrüfat fəaliyyəti üzrə araşdırmalar aparılarkən Cəmiyyətin 01,05.2020-ci il tarixdən 04.05.2021-ci il tarixədək olan hesabat dövründə ümumilikdə 7.473.328,2 manat dəyərində mal idxal etdiyi və daxili bazardan aldığı, 8.172.367,6 manat dəyərində malları elektron qaimə - faktura üzrə satdığı, baza məlumatları üzrə dövrün sonuna 3.535.896,7 manat dəyərində malların qalıqda qaldığı, lakin yuxarıda qeyd olunan təsərrüfat subyektlərində müəyyən edilmiş faktiki mal qalığının 1.704.268,3 manat təşkil etdiyi müəyyən edilmişdir. Malların çeşidləri üzrə müəyyən edilmiş mal qalığının araşdırılması və faktiki mallarla baza məlumatlarının müqayisəsi nəticəsində “Divar kağızı və lövhəcikləri” malı üzrə 93.377,0 manat, elektrik məişət malları üzrə 393.268,4 manat, hamam ləvazimatları üzrə 233.107,0 manat, kombi və radiator malları üzrə 997.309,3 manat, qapı və aksessuarlar üzrə 135.928,0 manat, su nasosları üzrə 14.484,1 manat olmaqla, ümumilikdə 1.867.473,9 manat dəyərində malların kənarlaşması müəyyən edilmişdir. Eyni zamanda 11.03.2021-cçil tarixli **********3488 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə əsasən 19.03.2021-ci il tarixli DVX seriyalı 002442 nömrəli akt əsasında müəyyən edilmiş (ƏDV daxil) 301.665,47 manat dəyərində mallar nəzərə alınmaqla, 1.565.808,43 manat (1.867.473,9 - 301.665,47) dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi müəyyən edilmiş və yol verilmiş vergi qanunvericiliyinin pozuntusu Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən il ərzində ikinci hal kimi qiymətləndirilərək 1.565.808,43 manat dəyərində mallara görə 20 % olmaqla, ümumilikdə 313.161,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edimişdir. Belə ki, tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli, **********8165 nömrəli qərarı əsasında Cəmiyyət barəsində 313.161,69 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin 15.07.2021-ci il tarixli **********380800 nömrəli məktubu ilə 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi, 2 və 12 saylı Ərazi Vergilər Baş İdarələrinin və 3 saylı Ərazi Vergilər İdarəsinin 03.05.2021-ci il tarixli, **********8651, **********8653, **********8654, **********8655 nömrəli, 04.05.2021-ci il tarixli, **********684, **********685, **********686, **********687, **********8659, **********8696, **********8694, **********8697 və **********8695 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərarlarına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Heybət D/Y stansiyasının cənubu, Lökbatan - Xocasən yolunun cənub-şərq hissəsi ünvanda yerləşən anbarda (********** - 11001), ünvan 5 ünvanda yerləşən mağazada (********** - 15001), Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Binəqədi şosesi, 294 B ünvanda yerləşən anbarda (********** - 10001) 31.05.2021-ci il tarixdə, ünvan 7 ünvanda yerləşən anbarda (********** - 10002) 24.05.2021 -ci il tarixdə, ünvan 8i ünvanda yerləşən anbarda (********** - 76001) 26.05.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanda yerləşən anbarda (********** - 31002) 24.05.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şosesi 8 ünvanda yerləşən anbarda (********** - 31005), Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanda yerləşən anbarda (********** - 31004), Quba rayonu, Timiryazev ŞTQ ünvanda yerləşən Qum - Çınqıl karxanasında (********** - 45003), ünvan 11i ünvanda Cəmiyyətin dövlət qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, eiektron qutuca isə 19.07.2021-ci il tarixdə saat 17:03də oxunmuşdur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1 -ci maddələrinin tələblərinə əməl etməmişdir. Həmçinin, vergi ödəyicisinin fəaliyyətinin araşdırılması zamanı qarşılıqlı əlaqələrin təhlili nəticəsində 01.01.2020-ci il tarixdən 30.06.2021-ci il tarixədək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1234453,94 manat olmasına baxmayaraq (ƏDV depozit hesabına və bank hesabına daxil olan vəsaitə əsasən), qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1007128,79 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 227325,15 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 06.08.2021-ci il tarixli, **********735600 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qə/arı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir əsaslı münasibət bildirilmədiyi və dəqiqləşdirilmiş hesabat təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə 2021-ci ilin iyun ayı üzrə ƏDV bəyannaməsinə 227325,15 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 10.09.2021-ci il tarixli **********877400 nömrəli Qərarı göndərilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlardan əlavə onuda bildirdi ki, ümumiyətçə iddiaçı təşkilat apardığı alqı-satqı əməliyyatlarını kassa aparatında qeyd etməmiş,yəni alıcılara müvafiq kassa çeki verməmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərarın və “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qərarın surətləri, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki,mübahisə predmeti olan qərarlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı Sumqayıt şəhəridir, iddiaçının hüquqi ünvanı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı "xxxx" MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət etmişdir və həmin şikayət Dövlət Vergi Xidmətinin 17.09.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə məhkəmə tərəfindən aparılan araşdımadan sonra “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qərarından və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərarından məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt şəhəri 44-cü məhəllə ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanının Operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən təsərrüfat subyektində (anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 24.05.2021-ci il tarixli 002459 saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin anbarında ümumi dəyəri 1.565.808,43 manat məbləğində malların e-qaimə faktura qaimə tərtib edilmədən satışın həyata keçirilməsi müəyyən edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışa əsasən operativ vergi yoxlamasının 04.05.2021-ci ildən 02.06.2021-ci il müddətinə keçirilməsi nəzərdə tutulmuşdur. Vergi orqanının gətirdiyi arqument ondan ibarətdir ki, "xxxx" MMC-nin malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti ilə məşğul olmasıdır. Ona görə də "xxxx" MMC tərəfindən aparılan əməliyyatlar pərakəndə deyil, topdansatış kimi qəbul edilməlidir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini özünə məxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məlumdur ki, səyyar vergi yoxlaması ilə yanaşı operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qərarlar da Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan Məcəllənin 83.3-cü maddəsindən də göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Göründüyü kimi, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 03.05.2021-ci il tarixli **********8654 nömrəli qərardan müəyyən olunur ki, tədbirin 04.05.2021 il tarixdən 02.06.2021-ci il tarixləri aralığında keçirilməsi müəyyən olunmuşdur. Belə olan halda, nəzarət tədbirinin qərar üzrə müəyyən olunan əvvəlki tarixin (yəni operativ vergi yoxlamasının əhatə etdiyi 04.05.2021-02.06.2021-ci il tarixlərdən əvvəlki 01.05.2020--04.05.2021-ci illər üzrə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə pozuntunun aşkar edilməsi) əməliyyatlarına şamil edilməsi yolverilməzdir. Belə ki, 01.05.2020-ci il tarixdən 04.05.2021-ci illər üzrə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə vergilərin qanuniliyinin yoxlanması məqsədi ilə vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilərdi. Eyni zamanda, vergi orqanı tərəfindən 17.05.2021-15.06.2021-ci il tarix aralığında aparılan əməliyyatlar nəzarət tədbiri zamanı nəzərə alınmışdır ki, qeyd olunan halın nədən irəli gəlməsi, hansı əsaslara görə məhz həmin tarix aralığı üzrə satışların tədbirlə əhatə olunması tərtib olunan sənədlərdə əsaslandırılmamışdır. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, hər hansı malın (işin, xidmətin) hansı həcmdə (həddə) satışının topdansatış qaydasında olması meyarları qanunvericilikdə müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatında bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bilirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterində” Çıxarışdan görünür ki, 04.05.2021-02.06.2021 müddətləri əhatə edəcək operativ vergi yoxlamasının predmeti və hüquqi əsasları malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına,malların elektron qaimə faktura əsasında təqdim edilməsinə,habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərinin (obyektlərinin) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsindən ibarət olmuşdur. Lakin vergi orqanı tərəfindən yoxlamanın nəticəsi olaraq tərtib edilmiş 24 may 2021-ci il tarixli 002459 saylı aktdan məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən halların pozulmasının müəyyən edilməsi əvəzinə, onun Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmiş halların pozulması üzrə vergi yoxlaması həyata keçirilmiş və nəticədə "xxxx" MMC barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulması səbəbi ilə 15.07.2021-ci il tarixli **********8165 saylı qərar qəbul edilmişdir. Hal bu ki, vergi orqanı tərəfindən aparılacaq operativ yoxlaması Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən halların araşdırılması ilə yekunlaşmalı idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajlarm, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21 -ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Həmin Əsasnamənin 5.2ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 58.8-ci maddəsi vergi ödəyicisi tərəfindən sahibliyində olan mallara dair elektron qaimə-fakturanın təqdim edilməməsi ilə bağlıdır və buna görə nəzərdə tutulmuş maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.8.1-58.8.3-cü maddələri ilə tənzimlənir, Vergi Məcəlləsinin 58.13-cü maddəsi isə vergi ödəyicisi tərəfindən satılan malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi (yəni malların satışının qaimə hesab faktura əsasında həyata keçirilməməsi) ilə əlaqədardır və buna görədə maliyyə sanksiyası Vergi Məcəlləsinin 58.8.1-58.8.3-cü maddələrində göstərildən fərqlidir. Qeyd olunan maddələrin təhlilindən məlum olur ki, Vergi Məcəlləsinin 58.8 və 58.13-cü maddərində nəzərdə tutulmuş vergi pozuntuları biri birindən fərqlidir. Bu isə bir daha vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərarının qanuna zidd olduğuna dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərar əsssız olduğu üçün ləğv edilməlidir. İddia tələbinin “Vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qərarının ləğv edilməsi hissəsinin araşdıraraq məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məlum olur ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş vergi bəyamnaməsində hər hansı bir şübhəli hal olduğu tədqirdə vergi orqanı mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması həyata keçirilir. Sənədlərin araşırlması zamanı nöqsanlar aşkar olunduğu tədqirdə vergi ödəyicisindən əlavə sənədlər tələb edilir və aparılan yoxlamanın nəticəsi olaraq müvafiq qərar qəbul edilir. İş matreriallarına əlavə edilmiş sənədlərdən görünür ki, kameral vergi yoxlamasının aparılması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmuş qaydalara riayət olunmaqla müvafiq qərar qəbul edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən ölkə ərazisinə 2021-ci ildə ixrac edilmiş mallara görə yük gömrük bəyamnamələri ilə "xxxx" MMC-nin vergi orqanına təqdim etdiyi vergi bəyamnamələri arasında fərq olması müəyyən edildikdən sonra vergi orqanı "xxxx" MMC-nin anbarlarına 2021-ci ilin may ayında baxış keçirmiş və "xxxx" MMC-nin sahibliyində qalmalı olan malları anbarda aşkar etməmişdir. Bunun nəticəsi olaraq vergi orqanı tərəfindən "xxxx" MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qəbul edilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, kameral vergi yoxlamasının aparılması zamanı "xxxx" MMC anbarlarına baxışın keçirilməsi operativ vergi yoxlamasının aparılması vaxtına təsadüf etməsi və məhkəmə tərəfindən operativ vergi yoxlamasının nəticəsinin qanunsuz hesab edilməsi mal qalığının aşkar edilməməsi ilə bağlı hüquqi hərəkətlərin aradan qaldırılmasına əsas ola bilməz. Belə ki, vergi orqanı "xxxx" MMC anbarında malların aşkar edilməməsi nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərar deyil “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qərar qəbul edilmişdir. Yəni mal qalığının aşkar edilməsi ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş qərar kameral vergi yoxlamasının nəticəsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 10.09.2021-ci il tarixli **********877400 saylı qərarın ləğv edilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.07.2021-ci il tarixli **********8165 nömrəli qərarı ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1987/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1987/2021
02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver