Məhkəmə qərarları › İş №2-1(118)-1989/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1989/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1989/2022 22.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdehnə qarşı “övladları 11 aprel 2006-cı il təvəllüdlü X1 “Mövsümov”dan “Ağazadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 27 aprel 1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, birgə nikahdan üç övladlar var - xx.xx.1998-ci il təvəllüdlü X6, xx.xx.2000-ci il təvəllüdlü X8 və xx.xx.2006-cı il təvəllüdlü X9. xx.xx.2006-cı il təvəllüdlü X7 məxsus doğum haqqında şəhadətnamədə onun soyadı “Ağazadə” kimi qeyd olunsa da, Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 14 iyun 2006-cı il tarixli 1997 nömrəli doğum haqqında akt qeydində uşağın soyadı səhvən “Mövsümov” kimi qeyd olunmuşdur. Bunun üçün onlar Cavabdehnə müraciət etmişlər, lakin Cavabdehndən onlara izah olunub ki, akt qeydinə düzəlişin olunması ilə bağlı məhkəməyə müraciət edilsin. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən İddiaçı1 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi Təranə Novruzova iddia tələbinin qəbul edərək, bildirmişdir ki, soyadın dəyişdirilməsi onun səlahiyyətində deyil, iddiaçıların iddiası ilə əlaqədar heç bir etirazı yoxdur. İş üzrə qanuni qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, şəxsiyyət vəsiqəsinin surətləri, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti, cavabdehin imtina məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 163-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçıların övladının soyadının dəyişilməsi onların səhvi ucbatından olmamışdır. Belə ki, Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən tərtib olunmuş 14 iyun 2006-cı il tarixli 1997 nömrəli doğum haqqında akt qeydində uşağın soyadı səhvən “Mövsümov” kimi qeyd olunmuşdur. Halbuki, bütün rəsmi sənədlərdə 11 aprel 2006-cı il təvəllüdlü X3 “Mövsümov” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıların övladı 11 aprel 2006-cı il təvəllüdlü X2 qrafasında “Mövsümov”dan “Ağazadə”yə dəyişdirilərək qeydiyyata alınması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 11 aprel 2006-cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsinin soyad qrafasında olan “Mövsümov” qeydi “Ağazadə” qeydinə dəyişdirilsin və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar