Məhkəmə qərarları › İş №2-1(118)-199/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-199/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-199/2023 27.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”-na dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-5254/2022 saylı, 22 fevral 2022-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992- ci ilin avqust ayında Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1996-cı ildə həmin Məktəbi bitirmişdir. xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissədə tağım komandiri, xx.xx.2001-ci ildən xx.xx.2001-ci il tarixinə kimi isə N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2001-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyat üçün Şamaxı Rayon Hərbi Komissarlığına göndərilmişdir. Şamaxı RHK tərəfindən xx.xx.2001-ci il tarixli ZE № ******* seriya nömrəli Azərbaycan Respublikası Silahlı qüvvələrində ehtiyatda olan zabitin hərbi bileti verilmişdir. 2015-ci ildən etibarən 2-ci (ikinci) qrup əlildir. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmişdir. Belə ki, Birləşmiş Komandanlıq Məktəbinin 1-ci kursunda oxuyarkən bir sıra kursant yoldaşları ilə birlikdə komandanlığın rəsmi əmri ilə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixinə kimi Ağdam bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. Bu səbəblə ona veteran adı və vəsiqəsi verilməli idi. Lakin hüquqlarını və qanunları bilmədiyi üçün uzun müddət veteran adının və vəsiqəsinin verilməsini tələb etməmidir. Son dövrdə isə bir sıra kursant yoldaşları ilə görüşərkən onlar həmin vaxt Ağdamda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı aldıqlarını və ona da veteran adının və vəsiqəsinin verilməli olduğunu bildirmişdirlər. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri sənədləri toplamaq məqsədi ilə ilk olaraq Şamaxı RHK-na müraciət edərək qeyd edilən tarixlərdə həqiqətən Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən sənəd verilməsini tələb etmişdir. Onlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adına olan Xidmət Siyahısında iddiaçının həqiqətən də həmin tarixlərdə Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etdiyi barədə qeydin olduğunu, lakin imza və möhür olmadığına görə bu barədə sənəd verə bilməyəcəklərini, ona görə Cavabdehnə müraciət etməli olduğunu bildirmişdirlər. O bununla bağlı Cavabdeh Mərkəzi Arxivinə müraciət etmişdir. Həmin qurum tərəfindən göndərilən xx.xx.2020-ci il tarixli 9/2-8400 saylı cavab məktubunda “Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirak etməyiniz barədə məlumat aşkar edilməmişdir” bildirilmişdir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərtib etdiyi iddiaçının adına olan Xidmət Siyahısının “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı” adlı 11-ci qrafasında “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: AZ. Res. BQR-in sərəncamı. xx.xx.1992, xx.xx.1992” sözləri qeyd edilmişdir. Həmçinin həmin vaxt o, başqa kursant yoldaşları ilə birlikdə həmin döyüş əməliyatlarında iştirak etmiş və onlar da məhz həmin döyüşdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışdırlar. Onlar da iddiaçının onlarla birlikdə həmin tarixlərdə Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirakını təsdiq edə bilərlər. “Müharibə Veteranı” adının və vəsiqəsini ala bilməyi üçün zəruri olduğundan iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il tarixlərində Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirakının məhkəmə tərəfindən hüquqi əhəmiyyətli fakt olaraq müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-3537/2020 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2401/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı qəbul edilərək qeyd edilmişdir ki, “Ərizəyə əlavə edilmiş Xidmət Siyahısından görünür ki, “Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə işitrakı” adlı 11-ci qrafasmda “Ağdam bölgəsində döyüş əməliyyatlarında iştirak edib. Əsas: AZ. Res. BQR-in sərəncamı. xx.xx.1992, xx.xx.1992” sözləri qeyd edilmişdir. Belə olan halda bu faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçidə olan sənədlər sübut növləridir və o, bu sənədlərdən istifadə etməklə müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, rədd cavabı aldıqda isə inzibati icraat qaydasında səlahiyyətli məhkəmədə iddia qaldırmalıdır. ” Bundan sonra “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün sözügedən vəsiqəni verən müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Həmin orqan tərəfindən göndərilən xx.xx.2021-ci il tarixli 4/3-1527 saylı məktubda (həmin məktub xx.xx.2021-ci il tarixində təqdim edilmişdir) qeyd edilir ki, “Sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barədnizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Döyüş əməliyyatları aparılan zaman xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbindən döyüş əməliyyatları aparılan rayonlara döyüş tapşırığını icra etmək üçün ezam olunmağınız barədə arxiv sənədlərində məlumat olmadığına görə Sizə “Müharibə Veteranı ” adının və vəsiqəsinin verilməsindən imtina olunur.” Ancaq bu imtina yuxanda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən qanunsuz və əsassızdır. İddiaçı Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə Müharibə veteranı adı və əsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi nzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi lissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata Duraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 18 avqust 2020-ci il tarixli 9/2-8400 nömrəli arayışına əsasən iddiaçının barəsində Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992- xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsaslarla 23 noyabr 2021-ci il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı RHK-dan gəlmiş, 1975-ci il təvəllüdlü İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992-ci il tarixli 96 №-li əmrilə (əsas: §-1, səh-191, sıra-34) 1-ci kursun Ümumqoşun fakültəsinin desant-hücum tağımında şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.1996-cı il tarixli 125 №-li əmrində (əsas: §-1, səh-332, əmrdə atasının adı “Fərhəd” yazılmışdır) məktəbi 1996-ci ildə bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, xx.xx.1996-cı il tarixdən müdavimlər siyahısından və bütün növ təminatlardan çıxarılmış leytenantların siyahısında N №-li hərbi hissə komandirinin sərəncamına göndərilən İddiaçı Fərhəd oğlunun adı qeyd olunmuşdur. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1992- xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün tağım komandiri vəzifəsinə təyin olunmuş, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbindən gəlmiş, leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 246 №-li əmrilə (əsas: §-5, səh-81) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin 14.11,2000-ci il tarixli müvafiq əmrinə əsasən, N №li hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı tağım komandiri baş leytenant İddiaçı N №-li hərbi hissənin motoatıcı taborunun tağım komandiri vəzifəsinə təyin olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.2000-cı il tarixli 309 №-li əmrilə (əsas: §-3, səh-222) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissənin zabit heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-16, sıra- 60) motoatıcı taborun tağım komandiri, baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissədən gəlməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin noyabr-dekabr 2000-ci il tarixli nizami hissə üzrə əmrlərində baş leytenant İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat aşkar olunmamışdır. Hərbi hissəni tərk etmiş 3-cü motoatıcı taborun tağım komandiri baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2001 -ci il tarixli 108 №-li əmrilə (əsas: §-7, səh-121, əmrdə vəzifəsi 3-cü motoatıcı taborun tağım komandiri yazılmışdır) qazan təminatından çıxarılaraq hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınmışdır. Hərbi hissəni özbaşına tərk etmiş 1-ci motoatıcı taborun tağım komandiri baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.2001-ci il tarixli 231 №-li əmrilə (əsas: §-5, səh-91, əmrdə vəzifəsi 1-ci motoatıcı taborun tağım komandiri yazılmışdır) qazan təminatından çıxarılaraq hərbi hissəni özbaşına tərk edənlər siyahısına salınmışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 iyul 2022-ci il tarixli, 4/2-4424 saylı məktubu) Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 1038 saylı məktubu ilə iddiaçının şəxsi işindən çıxarışların təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının döyüş bölgəsində döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunması və bu halın arxiv səndələri ilə təsdiq edilməsi müəyyən edilmədiyinə görə iddiaçıya veteran adının verilməsindən cavabdeh inzibati orqanın imtinası qanunvericiliyə uyğun olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar