Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1990/2024 15.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı “cavabdehin 06 oktyabr 2023-cü il tarixli, 02/04-55 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı “cavabdehin 06 oktyabr 2023-cü il tarixli, 02/04-55 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Novxanı Bələdiyyəsi mənim barəmdə əsassız olaraq 06 oktyabr 2023-cü il tarixli, 02/04-55 nömrəli qərarı qəbul etmişdir.Qərar tamamilə əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Novxanı bələdiyyəsinin 06 oktyabr 2023-cü il tarixli, 02/04-55 nömrəli qərarında qeyd olunmuş Novxanı kəndi, C.Useynov küçəsində yerləşən nə 1000 kv.m, torpaq sahəsinə, nə də ki həmin torpaq sahəsində yerləşən 206 kv.m. yaşayış sahəsinə mənim heç bir aidiyyatım yoxdur. Qeyd olunmuş daşınmaz əmlaklar mənim mülkiyyətində deyil. Ümumiyyətlə onun mülkiyyətində dövlət reyestrində qeydə alınmış yaxud qeydə alınmamış heç bir daşınmaz əmlak yoxdur.Novxanı bələdiyyəsinin həmin məlumatları haradan əldə etdiyi ona məlum deyil.Şəxsiyyət vəsiqəsi məlumatlarından göründüyü kimi, o ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayır. Bu o deməkdir ki, onun yaşadığı ünvanla Novxanı bələdiyyəsinin mübahisələndirdiyi qərarında qeyd olunmuş vergitutma obyektinin heç bir bağlılığı yoxdur. Belə olan halda mülkiyyətində və istifadəsində olmayan bir əmlaka görə məndən vergi tutulması qanunsuzdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı münasibət verərə bildirmişdir ki, Nəsibov X2 C.Useynov küçəsində 0.10 ha torpaq sahəsi və 206kv.m əmlak sahəsinin olduğunu bildirərək, xx.xx.2015 ci il tarixdə Novxani Bələdiyyəsində yerli vergi ödəyicisi kimi qeydiyyatdan keçərək 2015 cı ildən başlayaraq İddiaçı İsmayl oğlu adından fasilələrlə torpaq və əmlak vergisi ödəmişdir. xx.xx.2022 ci il 295 saylı məktub vətəndaşa ünvanlanaraq torpaq, əmlak vergisi ödəməsini və mülkiyyətində (istifadəsində) olan torpaq və əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədləri bələdiyyəyə təqdim etməsini xahiş edmişdirlər.Vətəndaşa dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və tədiyyə bildirişi ünvanına göndərilməsinə baxmayaraq İddiaçı İsmayıl oğlu heç bir sənəd Novxanı Bələdiyyəsinə təqdim etmədiyi üçün xx.xx.2023 ildə borcun ödənilməsinə dair qərar qəbul edilərək, icra olunması üçün Abşeron rayon İcra Və Probasiya şöbəsinə göndərilmişdir. Lakin icra sənədində qeyd olunan borclu (İddiaçı İsmayıl oğlu) haqqmda AR Ədliyyə Nazirliyi “Elektron icra sisteminə” əsasən heç bir məlumat olmadığından qərar geri qaytarılrmışdır.İddiaçı İsmayıl oğluna rəsmi olaraq borcun olmamağı haqda xx.xx.2023 cü il 437 saylı məktub ünvana göndərilmişdir. X1 yerli büdcəsinə borcu yoxdur. Vətəndaşm İstifadəsində olan torpaq atası X3 mülkiyyətində olduğu üçün borcu X4 xx.xx.2023 cü ildə 248 manat Novxanı Bələdiyyəsinin yerli büdcəsinə ödəmişdir. Qeyd edilənləri nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Novxanı Bələdiyyəsinin məktubundan müəyyən edilir ki, mübahisələndirilən qərar üzrə iddiaçının adına qeyd edilmiş borc bələdiyyə büdcəsinə ödənilmişdir. Belə olan halda mövcud olmayan borca görə bələdiyyə qərarının varlığı öz əhəmiyyətini itirmiş olur. Belə ki, İnzibati “İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsindən də göründüyü kimi qüvvəyə minmiş inizbati akt məcburi xarakter daşıyır və həmin inizbati akt barəsində qəbul edilmiş şəxs üçün vəzifə öhdəliyi yaradır. Lakin, işin araşdırılan hallarından göründüyü kimi, cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən qərar iddiaçı üçün hər hansı bir öhdəlik yaratmayıb.Başqa sözlə desək mübahisələdirilən bələdiyyə qərarının hazırda hüquqi qüvvəsi itirilmişdir.Ona görə də ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyildir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Novxanı Bələdiyyəsinə qarşı “cavabdehin 06 oktyabr 2023-cü il tarixli, 02/04-55 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1990/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1990/2024
15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver