Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1991/2025 11.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba RİHB-nın Alekseyevka İƏV üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 630 saylı təsərrüfatın başçısı İddiaçı olmaqla istifadəsində yaşayış evinin tikintisi üçün 2001-ci ildə 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin nümayəndəliyin 2006-2010-cu illərə aid Alekseyevka kəndi üzrə 07 saylı təsərrüfat başına kitabında 598 saylı təsərrüfatın başçısı İddiaçı olub, onun istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. İddiaçının ailə üzvləri ilə münasibətləri pozulduğundan 2014-cü ilə kimi Rusiya Federasiyasında yaşamış və kənddə yaşamadığı müddətdə atası X18 ona məxsus torpaq sahəsini tanımadığı şəxsə 1200 ABŞ dollarına satmışdır və atası ona bildirmişdir ki, oğlu Valeh ilə alqı-satqını onun razılığı ilə notariat kontorunda rəsmiləşdirsin. Alıcı olan həmin şəxs atasına bildirmişdir ki, özü torpaq sahəsini sənədləşdirəcəkdir. Mübahisə ilə bağlı Quba rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Quba RPŞ-nin təhqiqatçısı Famil Mirzəbəyov şikayət ərizəsi əsasında araşdırma aparmış və müəyyən olunmuşdur ki, torpaq sahəsini atası X7 Şıxbabayev adlı şəxsə qeyri-rəsmi satmışdır. Atası tərəfindən alıcıya verilmiş torpaq sahəsinə dair notariat orqanında heç bir alqısatqı müqaviləsi aşkar edilməmişdir və alıcı X8 Şıxbabayev Polis orqanına verdiyi izahatında qeyd etmişdir ki, atası X17 adlı Nərimanabad kənd sakinindən 1200 ABŞ dollarına 0,10 ha həyətyanı torpaq sahəsi almışdır və atası hal-hazırda Rusiya Federasiyasının Saratov şəhərindədir. Bundan başqa İlkin Şıxbabayev qeyd etmişdir ki, sözü gedən torpaq sahəsinə dair anası X2 adına Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə almışlar. İddiaçının adına AİK -in qərarı ilə tərtib edilmiş JN-813 F torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə saxtakarlıq edilərək həmin şəhadətnamə X3 adı, soyadı və atasının adı yazılmışdır. X1 ilə arasında heç bir vaxt alqı-satqı müqaviləsi olmamışdır, iddiaçının alqısatqıdan xəbərim olmayıb, bu alqı-satqı qeyri-rəsmi olduğundan X2 əlində olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə saxtadır. Cavabdehin imtina məktubunda qeyd edilir ki, şəhadətnamələrin kitabında JN 813 kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə iddiaçının adı qeyd edilmişdir. Lakin şəhadətnamənin arxiv nüsxəsi JN 813 kod 30304018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X2 adı qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsi ona Quba AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə verilmişdir. X6 X4 qeyri-rəsmi iddiaçıya məxsus torpaq sahəsini satması, əsassız olaraq, X2 adına saxta şəhadətnamənin arxiv sənədlərinə əlavə edilməsi əsas olmuşdur. Hesab edir ki, X2 adına verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə heç bir alqı-satqı olmadan, qeyri-rəsmi və qanunsuz alqı-satqı ilə müşayiət edildiyindən ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsi bazada onun adına görünür, şəhadətnamədə isə X2 adına qeyd edilmişdir. X10 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçının eyni predmet üzrə Sumqayıt İnzibati Məhkəməsində işi olmuşdur. İddiaçı torpaq sahəsinin X5 məxsus torpaq sahəsi ilə eyni torpaq sahəsi olmasını təsdiq edən sənəd təqdim etməmişdir. Aqrar İslahat Komissiyasının qərarında iddiaçının adı yoxdur. Sonda iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə iddiaçıya verilmiş Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə dair X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarışın verilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı X2 adına tərtib olunmuş JN 813 Kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini istəsə də şəhadətnamənin kökü Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı olduğundan həmin qərar mübahisələndirilə bilərdi. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Sumqayıt İnzibati Məhkəməsinin və Quba rayon Məhkəməsinin icraatında işləri olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2-1(118)-298/2022 saylı Qərarı ilə torpaq sahəsinə çıxarışın verilməsinə dair iddiası təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə istinad edərək qərarını belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 19 iyun 2020-ci il tarixli, 626 saylı arxiv arayışı ilə iddiaçının adının 2001-ci ildən 0.10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir ki, həmin dövrdən təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Eyni zamanda iddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını istədiyi torpaq sahəsinin atası tərəfindən Füzuli Şıxbabayevə satıldığını bildirmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyünü təsdiq edən hərhansı sübut məhkəməyə təqdim olunmamışdır.” Göründüyü kimi iddiaçı hazırda da təsərrüfatbaşına kitabdakı qeydlərə istinad etsə də məhkəmə qərarında da qeyd edildiyi kimi həmin dövrdən təsərrüfatbaşına kitabdakı qeydlər torpaq sahəsi üzərində hüququn əmələ gəlməsi üçün əsas hesab edilmir. Həmçinin iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin Füzuli Şıxbabayevə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü təsdiq edən hərhansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçı həmçinin iddia ərizəsində Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli Qərarına istinad etmiş, torpaq sahəsinin ona həmin qərarla ayrıldığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı Quba Rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı Qərarı məhkəməyə təqdim edilmişdir. Lakin həmin qərarda iddiaçının adı müəyyən edilməmişdir. İddiaçının ləğv edilməsini istədiyi JN 813 Kod 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə isə X2 adına tərtib edilmişdir. Qeyd edilənlər iddiaçının subyektiv hüququnun olmamasına əsas verir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, hazırki vəziyyətdə iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1991/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1991/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver