Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1994/2022 14.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qusar rayonunun Şirvanlı bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-053 KOD 30124028 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Qusar rayonunun Şirvanlı bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə verilmiş xx.xx.2021-ci il tarixli **********8 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “JN-053 saylı, KOD 30124028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli, 2-1(118)-1994/2022 saylı Qərardadları ilə X11 və X16 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Şirvanlı bələdiyyəsi tərəfindən Xaçmaz Regional Ədliyyə İdarəsinin xx.xx.2022-ci il tarixli 08/S-10 saylı “Samur qəsəbə sakinlərinin bələdiyyə mülkiyyətinə aid 25,95 ha torpaq sahəsinin vətəndaş X2 mülkiyyətinə qanunsuz olaraq satılması barədə kollektiv müraciətlərlə əlaqədar Xaçmaz Regional Ərazi İdarəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsaslanaraq ünvanlarına həmin torpaq sahəsinin satılması barədə Şirvanlı bələdiyyəsinin müvafiq qərarının ləğv edilməsi “təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli 04 saylı iclasın müzakirəsinə çıxarılmış, həmin təklif təmin edilərək Şirvanlı bələdiyyəsi tərəfindən 25,95 ha torpaq sahəsinin mülkiyyətə satılması barədə 17 oktyabr 2005-ci il tarixli 8 saylı qərarın ləğv edilməsi barədə müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla mülkiyyətə satıla bilməzdi. Buna baxmayaraq Qusar rayon Şirvanlı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 8 saylı qərarı ilə 25,95 ha torpaq sahəsi X1. Bu səbəbdən də həmin qərarın ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsi barədə Şirvanlı bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan başqa X2 adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 25,95 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatı barədə JN-0253 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuşdur. Həmin dövlət aktı əsasında xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şirvanlı bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 8 saylı qərarı və JN-0253 KOD 30124028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı qanunsuz olduğundan həmin sənədlər əsasında X8 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın reyestrindən çıxarış ləğv edilməlidir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 25,95 ha torpaq sahəsi həmin Qanunun tələbləri pozulmaqla X8 mülkiyyətinə satılmışdır. Qusar rayon Şirvanlı bələdiyyəsi tərəfindən cavabdeh təşkilata xx.xx.2022-ci il tarixli ərizə göndərilərək Həmin dövlət aktının və çıxarışın ləğv edilməsi xahiş olunmuş, lakin indiyədək həmin ərizəyə cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, iddiaçı Qusar rayonu, X12 rayonu, Qullar kəndi ərazisində yerləşən torpaq sahəsinə dair vətəndaş X2 adına hazırlanmış JN-0253 kod 30124028 "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, qeyd olunan JN-0253 kod 30124028 "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında vətəndaş X2 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır və sonradan alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Qullar kəndi ərazisində yerləşən torpaq sahəsinə dair X2 adına hazırlanmış JN-0253 kod 30124028 "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı'nın və çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.” Bildiririk ki, Qusar rayonu, Şirvanlı Bələdiyyəsinin iddia ərizəsində ləğv edilməsi tələbi qoyulmuş X8 adına olan 25.95 ha torpaq sahəsinə dair xx.xx.2021 -ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış X9 ilə onun arasında Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1248 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar”, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1 -ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanları nəzərə alaraq iddiaçı Qusar rayonu, Şirvanlı Bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirik. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X14, izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi Qusar rayonu Qullar bələdiyyəsi tərəfindən X7 30 il müdətinə icarəyə verilmiş, sonuncu tərəfindən bütün vergilər hər zaman vaxtında ödənilmişdir. Lakin, torpaq sahəsi X11 tərəfindən uzun müddət istifadə edilməmiş, bir müddət sonra isə digər şəxslərə satıldığı barədə məlumatı olmuşdur. Qeyd edilənərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Torpağa mülkiyyət hüququna dair” JN-0253 KOD 30124028 saylı, 05 may 2006cı il tarixli Dövlət Aktından görünür ki, Qusar rayonu Qullar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 08 saylı qərarı ilə satılmış Qusar rayonu Qullar kəndi ərazisində 25,95 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. - İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş xx.xx.2019, xx.xx.2020, 02 aprel 2021 və 25 iyun 2021ci il tarixli müqavilələrdən görünür ki, mübahisəli torpaq sahəsi müxtəlif vaxtlarda müxtəlif şəxslərin adına özgəninkiləşdirilmiş və həmin müqavilələrə müvafiq olaraq həmin şəxslərə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” çıxarış verilmişdir. Sonuncu olaraq həmin torpaq sahəsi üzərində “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışla X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən “Torpağa mülkiyyət hüququna dair” JN-0253 KOD 30124028 saylı, 05 may 2006-cı il tarixli Dövlət Aktı ilə Qusar rayonu Qullar kəndi ərazisində 25,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi ona Qusar rayon Qullar bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli, 08 saylı qərarı ilə ayrılmışdır. İş materiallarından görünür ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notarial qaydada təsdiq edilmiş xx.xx.2019, xx.xx.2020, 02 aprel 2021 və 25 iyun 2021-ci il tarixli müqavilələrlə mübahisəli torpaq sahəsi müxtəlif vaxtlarda müxtəlif şəxslərin adına özgəninkiləşdirilmiş və həmin müqavilələrə müvafiq olaraq həmin şəxslərə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” çıxarış verilmişdir. Sonuncu olaraq həmin torpaq sahəsi üzərində “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, xx.xx.2021-ci il tarixli çıxarışla X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Mübahisələndirilən dövlət aktının verilməsinə əsas Qusar rayon Qullar bələdiyyəsinin 17 oktyabr 2005-ci il tarixli 08 saylı qərarı olmuşdur. Bələdiyyənin məhkəmə iclasında iştirak edən nümayəndəsi (sədri) həmin qərarın saxta olmasını, bələdiyyə tərəfindən belə bir qərarın qəbul edilmədiyini, həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı üçüncü şəxs X11 ilə bələdiyyə arasında icarə müqaviləsinin bağlandığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən dövlət aktının verilməsinə əsas olan sənəd – bələdiyyə qərarı - mövcud deyildir. Belə olan halda mövcud olmayan sənəd əsasında verilmiş “Dövlət aktı”nın da hər hansı bir hüquqi qüvvəsi yoxdur. Çünki dövlət aktı torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəddir və o torpaq sahəsi üzərində məhz hüquqmüəyyənedici sənədlər olduğu təqdirdə verilməlidir. Lakin, hüquqmüəyyən edici sənədlərin olmaması həmin torpaq sahəsi üzərində aparılmış qeydiyyatın qanunsuz olduğuna dəlalət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq-kadastr sənədlərinin aparılması qaydasının mübahisəli torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan 6-cı maddəsinə əsasən torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq islahatı ilə bağlı sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin və bələdiyyə ehtiyat fondunun özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə, habelə xüsusi mülkiyyətdə olan torpaqların alqı-satqısı və ya digər özgəninkiləşdirmə qaydasında əldə edən Azərbaycan Respublikasının fiziki və ya hüquqi şəxslərinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli “Torpağa mülkiyyət hüququna dair” JN-053 KOD 30124028 saylı, xx.xx.2006-cı il tarixli Dövlət aktı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-053 KOD 30124028 saylı, xx.xx.2006-cı il tarixli Dövlət aktı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1994/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1994/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver