Məhkəmə qərarları › İş №2-1(118)-1996/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1996/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1996/2021 29.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı Şixmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı “Xaçmaz rayon Polis Şöbəsi tərəfindən əsassız, qanunsuz və sübutsuz saxta tərtib edilmiş İXM-nin 510-cu maddəsinin etibarsız sayılmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı Şixmurad oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdehnə qarşı iddia qaldıraraq “Xaçmaz rayon Polis Şöbəsi tərəfindən əsassız, qanunsuz və sübutsuz saxta tərtib edilmiş İXM-nin 510-cu maddəsinin etibarsız sayılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən, 06/01/1958-ci ildən hal hazıra kimi qeydiyyatda olduğu və yaşadığı və 1982-ci ildən ailəvi yaşadığı, ünvan 1 ünvana İddiaçı Şixmurad oğlunun adına, ünvan 2021 tarixli, ( tarix yeri qaralanmış və düzəliş edilmiş ) məktubun, altında və axırında icraçı İ.Azayev sözü rəsmiləşdirilmiş saxta və uzun aylar İddiaçı gizlədilərək saxlanılmış və gizlin xəbərsiz hazırlanmış səbəb faktı ona məlum olmayan və Xaçmaz RPŞ-nin rəis əvəzi Faiq İlyasov tərəfindən 27.04.2021-ci il tarixli imzalanmış və sözgedən yaşadığı ünvana 25.05.2021-ci il tarixində ilk dəfə daxil olmuş məktubu rəsmi olaraq məhkəmənin diqqətinə çatdırır. Belə ki, Cavabdeh tərəfindən, 06/01/1958-ci ildən hal hazıra kimi iddiaçının qeydiyyatda olduğu və yaşadığı və 1982-ci ildən ailəvi yaşadığı, ünvan 3 ünvana İddiaçı Şixmurad oğlunun adına, ünvan 2021 tarixli, ( tarix yeri qaralanmış və düzəliş edilmiş ) məktubun, altında və axırında icraçı İ. Azayev sözü rəsmiləşdirilmiş saxta və uzun aylar İddiaçı gizlədilərək saxlanılmış və gizlin xəbərsiz hazırlanmış səbəb faktı ona məlum olmayan və Xaçmaz RPŞ-nin rəis əvəzi Faiq ilyasov tərəfindən 27.04.2021-ci il tarixli imzalanmış və sözgedən yaşadığı ünvana 25.05.2021-ci il tarixində ilk dəfə məktub daxil olmuşdur. Cavabdeh 27.04.2021-ci il tarixində XRPŞ-nin Rəisi vəzifəsini müvəqqəti icra etmiş Faiq İlyasovun imzası ilə, xx.xx.1958 -ci ildən hal - hazıra kimi qeydiyyatda olduğu və yaşadığı, ünvan 1 ünvana 25.05.2021-ci il tarixində İddiaçı Şixmurad oğlunun adına ilk dəfə daxil olmuş məktubla taniş olduğu zaman ona məlum olmuşdur ki, Cavabdeh tərəfindən, Xaçmaz RPŞ-nin 27.04.2021-ci il tarixli, 160-10507-12-21 saylı məktubu kimliyi, rütbəsi, tutduğu vəzifəsi bilinməyən və gizlədilən icraçı İ.Azayev sözü rəsmiləşdirilmiş vəzifəli şəxs və şəxslər tərəfindən, hansı əsasla, hansı qanunla, hansı sübutla, hansı məqsədlə və hansı maraqla, kənar maraqlı şəxslərin saxta sifarişi əsasında gizlin tərtib edilmiş heç bir rəsmi təsdiqli subut faktı olmadan saxtalaşdırılaraq açıq-aşkar, Xaçmaz RPŞ-nin bir qrup vəzifəli şəxs və şəxsləri tərəfindən tutduqları vəzifədən öz-şəxsi məqsədləri üçün sui-istifadə etməsi fakti nəticəsində, rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməsi faktı aşkarlanmışdır. İddiaçı Xaçmaz RPŞ-i tərəfindən 25.05.2021-ci il tarixində yaşadığı və qeydiyyatda olduğu ünvana daxil olmuş məktubu araşdırmaq üçün özü ilə, Xaçmaz RPŞ-nə apararaq axşamüstü saat 6-7 radələrində Xaçmaz RPŞ-nə getmiş, lakin məktubun araşdırılması aydiyyatı üzrə Xaçmaz RPŞ-də mümkünsüz olduğu üçün məktubun araşdırılması qapalı sirri olaraq hal-hazıra kimi Xaçmaz RPŞ tərəfindən araşdırılması və rəsmi subutların təqdim edilməsi faktı, İddiaçı Şixmurad oğluna təqdim edilməsi rəsmi təsdiqli subut faktı olaraq açıq - aşkar təmin edilməmişdir. Xaçmaz RPŞ-nin və şöbənin sahə rəisi İ.Azayev tərəfindən açıq-aşkar ölkə vətəndaşına qarşı törədilmiş Azərbaycan Respublikasi İXM-nin 13-cü maddəsi ilə inzibati xəta törətməklə yanaşı icraatında olmuş rəsmi sənədləri saxtalaşdirma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə vəzifə saxtakarlığı törətməsi faktını qaçılmaz etmişdir. Xaçmaz RPŞ-nin və şöbənin sahə rəisi İ.Azayev tərəfindən açıq-aşkar ölkə vətandaşına qarşı törədilmiş vəzifə saxtakarlığı ilə əlaqədar Xaçmaz RPŞ-nə, Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliynə,Azərbaycan Respublikasi Baş Prokurorluğuna,Azərbaycan Respublikasının İnsan Hüquqlari üzrə Müvvəkil (OMBUDSMANA) rəsmi müracət etmişdir. Cavabdeh tərəfindən cavab olaraq tarixlərində təkrar düzəliş edilərək təkrar ayriayrı poçt tarixləri olmaqla saxta iki eyni tarixli heç bir araşdırmadan söhbət gedə bilməz və saxtalaşdırılaraq cinayətkarların xeyrinə saxta cavablar verməkdə davam etmiş və etməkdə davam edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı dinlənilmə və hüquqi yardım ilə bağlı məhkəməyə dəvət olunmuş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən görsənir ki, iddiaçı onun barəsində tətbiq edilən inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı İnzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri mahiyyəti etibarı ilə publik hüquq səhəsinə aid olsa da, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi qanunun tətbiq dairəsini müəyyən edərək, həmin qanunun normalarının inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.3-cü bəndindədə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, cavabdeh inzibati orqanın inzibati tənbeh vermə haqqında qərarının mübahisələndirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar