Məhkəmə qərarları › İş №2-1(118)-1997/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1997/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1997/2023 23.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazisinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının X6 xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 057A KOD 30223018 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı ilkin olaraq Xaçmaz rayon Aqrar İslahat Komissiyasının X6 xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-057A KOD 30223018 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı məhkəmənin etdiyi hüquqi yardım əsasında pretenziya qaydalarına riayət edərək, cavabdeh inzibati orqana müraciət etmiş və Xaçmaz rayon Aqrar İslahat Komissiyasının X6 xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-057A KOD 30223018 nömrəli şəhadətnamənin ləğv edilməsi xahiş etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazisinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının X6 xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 057A KOD 30223018 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Xaçmaz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 5 saylı protokolunun gündəliyinə daxil olmayan və islahat komissiyası adından tərtib edilmiş Xaçmaz rayonu, Uzunoba kənd sakini X5 adına verilmiş JN-057A, 30223018 kodlu kitabda 54 və 55 nömrələrlə qeyd olunmuş torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrin və bunun əsasında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş xx.xx.2013-cü il tarixli, **********7 qeydiyyat nömrəli, **********88-10301 nömrəli, 31,03.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********8810301 nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların və 09 mart 2017-ci il tarixli 208/2017 saylı vərəsəlik işinin, 03 fevral 2015-ci il tarixli 490/2014 saylı vərəsəlik işinin, eləcə də 23 iyun 2014-cü il tarixli 281/2014 saylı vərəsəlik işləri üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Xaçmaz rayonu, Uzunoba kənd ZDS icraiyyə Komitəsinin 1960-1962-ci illərə aid 04 saylı təsərrüfat başı kitabında 75 nömrəli təsərrüfatın başçısı atası mərhum X14 mülkiyyət hüquqlarının (057A; kod:30223018 nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq) tanınması və s... qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin işə baxan məhkəmə xx.xx.2002-ci il tarixli qərardadla iddia ərizəsinə mülki iş üzrə icraata xitam verərək, mülki işi geri qaytarmışdır. Məhkəmə qərardadın geri qaytarılmasının əsası kimi qərardad iş üzrə işin geri qaytarılılması əsasının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarxli, 04 saylı Plenimum qərarını göstərmişdir. Həmin qərara əsasən məhkəmə belə hesab etmişdir ki, qərarın göstərişinə uyğun olaraq iddiaçının ərizədə mübahisələndirdiyi məsələ dövlətin mülkiyyətində olan torpağın inzibati orqan tərəfindən fiziki şəxsin mülkiyyətinə verilməsi ilə bağlı olduğundan, habelə Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığına və iddianın faktiki əsasım bu aktın qanunsuzluğu təşkil etdiyinə görə, iddiaçının əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməli olduqda, belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb edilməli və müvafiq olaraq qeydiyat olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalman halda isə inzibati məhkəməyə müraciət edilməlidir. İddiaçı daha sonra 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciət edərək atasından miras qalmış JN057A KOD30283018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən mərhum X10 və ailə üzvləri adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli **********188-301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə müvafiq qərar qəbul etsinlər. Lakin xx.xx.2022-ci il tarixli Reyestr Xidmətinin cavab məktubunda göstərmişlər ki, şəhadətnamənin və çıxarışın ləğv edilməsi yalnız məhkəmə qərarı ilə mümkündür. Bütün bunlara əsasən bildirir ki, üçün şəxs X6 və onun ailə üzvlərinə Xaçmaz rayon X17 xx.xx.1998-ci il tarixli, 05 saylı porotokolu ilə Xaçmaz rayon “Pravda” sovxosunun Uzunoba kənd üzrə püşkatma yolu ilə torpaq payı alma yolu olan subyektlərin və fəaliyyət göstərən kəndin fermer təsərrüfat üzvlərinin ardıcıllıq siyasından 77-ci X5 adına qaytanlanmış kitab üzrə 0,25 ha, faktiki 0,30 ha torpaq sahəsi, 82-ci X7 adına qaytanlanmış kitab üzrə 0,25 ha faktiki 0,30 torpaq sahəsi qeydə alınmışdır. X1r. Siyahıdan görünür ki, Səfərbəy həyat yoldaşı Bibixanım oğlu Sərdar Səfərbəyovla 98-ci ilin İslahat Komisiyasmda iştirak etmişlər və torpaq paylarım almışlar. Bu barədə arxiv arayışı və adlı siyahılar işə əlavə edilir. Lakin X2 rayon Aqrar İslahat Komissiyasının 5 saylı protokolu əsasında onun adına və ailə üzvlərinə JN-057A KOD:302223018 olan torpağın mülkiyyətə verilməsinə dair mənbəyi məlum olmayan saxta şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnamə iki nüsxədən ibarətdir, 55 və 54 nömrəli kitabda qeydiyyata alınmışdır. Həmin şəhadətnamə ilə xx.xx.2010-cu ildə vəfat etmiş atasını 2014-cü ildə vəfat etmiş kimi göstərərək, 2013-cü ilin may ayında atasını öz ailə üzvlərinə daxil edərək, onun atasına məxsus Uzunoba kəndində yerləşən fərdi yaşayış evini və 0,25 ha torpaq sahəsini, faktiki 0,30 a torpaq sahəsini **********88-10301 reyestr nömrəli çıxarış alaraq həmin mülkü Xaçmaz rayon notaria kontorunun xx.xx.2017-ci il tarixli, 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasnə öz adına özgəninkiləşdirilmiş və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən adına 05.2020-ci il tarixli, **********1 qeydiyyat nömrəli çıxarış almışdır. Halbuki rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi 5 saylı protokolunun surətindən görünür ki, həmin iclas Xaçmaz rayonun Uzunoba İƏV-nin Uzunoba, Xəzərli, Baraxum kəndlərində yaşayan torpaq payı almaq hüququ olan, lakin torpaq payı almayan şəxslərə pay torpaqlarının verilməsinə həsr edilmişdir. Həmin iclasın qərarı və pay torpaq sahəsi alan şəxslərin siyahısı işə əlavə edilir. Görünür ki, X8 bu iclasın qərarından istifadə edərək özünə pay həyətyanı torpaq sahəsi almaq üçün şəhadətnamə düzəltərək, həmin şəhadtənamə əsasında da saxta vərəsəlik hüququnu şəhadətnamə əsasında atasının adına keçirtmişdir. Çünki İslahat komissiyası hər bir təsərrüfat subyektinə fərdi yaşayış evi tikmək üçün bir dəfə torpaq sahəsi ayırır. İddia ərizəsinin təsviri hissəsindən görünür ki, Səfərbəyovlar ailəsinə 1998-ci ildə fərdi həyətyanı torpağ sahəsi ayrılmışdır. Bələdiyyələr haqqında torpağın mülkiyyətə verilməsinə dair qanuna əsəsən 2001-ci ilin yanvar ayından fərdi yaşayış evi tikmək üçün olan torpaq sahələri bələdiyyələr tərəfindən ayrılır. Həmin aktın ləğv edilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan müvafiq tələbin məhkəmə qaydasında həll edilməsinin mümüknlüyü bildirilmişdir.Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən fərdi yaşayış evinə dair vətəndaş X7 və X5 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********32 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Uzunoba kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına hazırlanmış **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və X5 adına hazırlanmış **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür”. Daha sonra cavabdeh inzibati orqan dəqiqləşdirilmiş ərizəyə imtina məktubu ilə cavab verərək bildirmişdir ki, JN-057A KOD 30223018 nömrəli şəhadətnamənin ləğv edilməsi yalnız məhkəmənin qərarı ilə mümkündür. Göstərilən səbəblərdən ərizənin icrası mümükün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X16 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının ləğv edilməsi tələb etdiyi şəhadətnamə qanuni əsaslarla onun və ailə üzvlərinin mülkiyyətinə verilib. Belə ki, həmin torpaq sahəsi iddiaçının mərhum atasının adından onun atasının adına keçirilmişdir. Çünki iddiaçının atası kəndi tərk edərək ailəsi ilə birlikdə Quba şəhərinə köçmüşdür. Ona görə də 3-cü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının ləğv etmək istədiyi JN- 057A KOD 30223018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının X8 və ailə üzvlərinə xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmişdir. Sonuncu da öz növbəsində xx.xx.2013-cü il tarixli, **********88- 10301 reyestr nömrəli çıxarış əldə etmişdir. İddiaçının qənaətinə əsasən 2.600 kv.m ümumi sahəsi olan torpaq sahəsi Uzunoba kəndi üzrə təsərrüfatbaşı kitabında qeyd olunduğuna görə onun mərhum atasının sahibliyində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnu qeydə aldırmaq hüququ var, lakin 3-cü şəxin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alındığına görə bunu etmək mümkün olmur. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək, 3-cü şəxsin adına verilən şəhadətnamənin ləğvini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəmənin sorğusuna əsasən, Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48-18RA/2-9xx-xx/2023 nömrəli məktubundan məlum oldu ki, Xaçmaz rayon Uzunoba kəndi üzər ZDS İcrayyə Komitəsinin 1960-1962-ci illərə aid 04 saylı təsərrüfatbaşı kitabında 75 nömrəli təsərrüfatın başçısı iddiaçının atası X20, 282 nömrəli təsərrüfatın başçısı isə 3-cü şəxsin atası X11 olmuşdur.Təsərrüfatbaşı kitabına nəzər saldıqda məlum olur ki, 75 nömrəli təsərrüfat 282 nömrəli təsərrüfata köçürülmüş, lakin köçürülmənin hüquqi əsasları mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi şəhadətnamənin verilməsi üçün əsasların ləğvi ilə bağlı deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müvafiq torpaq şəhadətnaməsinin ləğv etməsinə subyektiv hüququ olmadığına görə (atasının sağlığı dövrdə 75 nömrəli təsərrüfat 282 təsərrüfata verilmişdir) onun tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazisinə qarşı “Xaçmaz rayon Aqrar İslahat Komissiyasının X6 xx.xx.2002-ci il tarixli qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 057A KOD 30223018 nömrəli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar