Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1998/2024 15.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə olunan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1962-ci il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surəti.
3. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 22 dekabr 2022-ci il tarixli, 276 nömrəli arayışdan görünür ki, İddiaçı 17 iyul 1978-ci il tarixdən 29 dekabr 2005-ci il tarixə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” Birliyinin bir saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmir üzrə cilingər peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin arayış 1 saylı TTQİ-nin rəisi “Məhərrəmov B.C.” tərəfindən imzalanmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 17 yanvar 2023-cü il tarixli, 3-17-1/2-A-8880/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin İddiaçı dair 22 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışında 17 iyul 1978-ci il - 29 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Azmənzilsənayetikintitəmir” Birliyinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Eyni zamanda, Mərkəzi Filiala təqdim edilən “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsinin ona dair 22 dekabr 2022-ci tarixli 375 nömrəli arayışında qeyd olunanlara əsasən 1 yanvar 1996-cı il – 31 dekabr 1999-cu il və 1 yanvar 2001-ci il – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənişlərinin olmaması müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan əmək haqqı ödənilməyən işləmədiyi dövrləri iş stajına daxil etmək mümkün deyil. Buna görə də ümumi iş stajı 25 ildən az (18 il 1 ay 13 gün (17 iyul 1978-ci il – 22 oktyabr 1980-ci il, 31 oktyabr 1980-ci il – 24 noyabr 1982-ci il, 3 yanvar 1983cü il – 1 oktyabr 1991-ci il, 2 dekabr 1991-ci il – 10 mart 1993-cü il, 22 mart 1993-cü il – 1 yanvar 1996-cı il və 1 yanvar 2000-ci il – 31 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11.568,40 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
5. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 29 mart 2024-cü il tarixli, 111 nömrəli arayışından görünür ki, İddiaçı 17 iyul 1978-ci il - 12 oktyabr 1983-cü illər tarixdən, 3 yanvar 1983-cü il - 1 oktyabr 1985-ci illər tarixdən 22 mart 1993-cü il - 22 dekabr 2005-ci illərə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” Birliyinin bir saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmir üzrə çilingər peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şİfrinə əsasən 1 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin arayış 1 saylı TTQİ-nin rəisi “Məhərrəmov B.C.” tərəfindən imzalanmışdır.
6. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 29 mart 2024-cü il tarixli, 113 nömrəli arayışından görünür ki, İddiaçı 17 iyul 1978-ci il tarixdən 31 dekabr 2002-ci il tarixə kimi tam iş günü “Sintezkauçuk” zavodunun Lateks, Bentol və Spirt sexlərində aparat və avadanlıqların təmiri üzrə qaynaqçı və çilingər peşəsində işləmişdir. Həmin arayış 1 saylı TTQİ-nin rəisi Məhərrəmov B.C. tərəfindən imzalanmışdır.
7. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 29 aprel 2024-cü il tarixli, 112 nömrəli arayışından görünür ki, İddiaçı 1 oktyabr 1985-ci il tarixdən 10 mart 1993-cü il tarixə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” Birliyinin bir saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmir üzrə qaynaqçı peşəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin arayış 1 saylı TTQİ-nin rəisi Məhərrəmov B.C. tərəfindən imzalanmışdır.
8. 11 nömrəli “Zərərli və xüsusi zərərli iş şəraitli sexlərdə işçilərin işlərinin və iş saatlarının Jurnalı”;
9. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 5 fevral 2024-cü il tarixli, 36 nömrəli arayışında İddiaçı 1987, 1992, 1993, 1994, 1997-ci illərin əmək haqqının aylar üzrə məbləği göstərilmişdir.
Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
10. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş 21 iyul 2023-cü il tarixli “Müəssisənin fəaliyyət istiqamətinə dair” məktubundan görünür ki, Sumqayıt 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi Sumqayıt şəhərində yerləşən kimya sənayesi zavodlarının ərazisində qeyd olunan müəssisələrinin sifarişi ilə təmir-tikinti quraşdırma işlərini aparmışdır. Həmin kimya müəssisələrinin fəaliyyət istiqaməti ilə əlaqədar olaraq 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi (əməkdaşları) heç bir texnoloji prosesdə iştirak etməyib. Həmin arayış 1 nömrəli TTQİ-nin rəisi Baloğlan Məhərrəmov tərəfindən imzalanmışdır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 mart 2024-cü il tarixli, 3-17-1/2-65810/2024 nömrəli “İddiaçıa dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Kimya istehsalatı bölməsi (Vİİİ) nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsinin ona dair 22 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışında 17 iyul 1978-ci il – 29 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi “Azmənzilsənayetikintitəmir” Birliyinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də adıçəkilən şəxsin güzəştli iş stajı yoxdur. Qoşma ilə aşağıdakı sənədlər qoşulmuşdur: - Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 17 yanvar 2023-cü il tarixli, 3-17-1/2-A-8880/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§4); - İddiaçı məxsus НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”; - Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 1 fevral 2019-cu il tarixli, 4 nömrəli arayışından görünür ki, İddiaçı 1 nömrəli TTQİ-si adlanan idarədə elektrik qaynaqçısı sənətində kimya obyektində zərərli və xüsusi zərərli iş şəraitində işləmişdir. Həmin arayış 1 saylı TTQİ-nin rəisi Məhərrəmov B.C. və kadr üzrə müvəkkil Vəliyev M.Ə. tərəfindən imzalanmışdır. - 13 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli “Güzəşli şərtlərlə pensiya təyinatından imtina haqqında” İddiaçı göndərilmiş məktub; - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surəti (§2); - Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 22 dekabr 2022-ci il tarixli, 276 nömrəli arayış (§3); - Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin arayışından görünür ki, İddiaçı 1 nömrəli TTQİ-si adlanan idarədə təmirçi çilingər sənətində kimya obyektində zərərli və xüsusi zərərli iş şəraitində işləmişdir. Həmin arayış 1 saylı TTQİ-nin rəisi Məhərrəmov B.C. və kadr üzrə müvəkkil Vəliyev M.Ə. tərəfindən imzalanmışdır;
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 avqust 2024-cü il tarixli, 3-17-1/2-199456/2024 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin İddiaçı dair 22 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışında 17 iyul 1978-ci il – 29 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Azmənzilsənayetikintitəmir” Birliyinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Eyni zamanda, Mərkəzi Filiala təqdim edilən “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsinin ona dair 22 dekabr 2022-ci tarixli 375 nömrəli arayışında qeyd olunanlara əsasən 1 yanvar 1996-cı il - 31 dekabr 1999-cu il və 1 yanvar 2001-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənişlərinin olmaması müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan əmək haqqı ödənilməyən işləmədiyi dövrləri iş stajına daxil etmək mümkün deyil. Buna görə də ümumi iş stajı 25 ildən az (18 il 1 ay 13 gün (17 iyul 1978-ci il – 22 oktyabr 1980-ci il, 31 oktyabr 1980-ci il – 24 noyabr 1982-ci il, 3 yanvar 1983cü il – 1 oktyabr 1991-ci il, 2 dekabr 1991-ci il – 10 mart 1993-cü il, 22 mart 1993-cü il – 1 yanvar 1996-cı il və 1 yanvar 2000-ci il – 31 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
13. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 1962-ci il təvəllüdlü iddiaçı 17 iyul 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 29 dekabr 2005-ci il tarixədək Sumqayıt şəhərində "Azmənzilsənayetikintitəmir" Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmiri üzrə çilingər peşəsində işləmişdir. Güzəştli şərtlərlə pensiya hüququ yarandığı tarixə kimi iddiaçının 25 ildən çox ümuni sığorta stajı olub. Əmək fəaliyyətinin başlandığı 1978-ci il tarixdən 2005-ci il tarixə kimi - 12 il 8 aydan da çox güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən işlərdə-kimya sənayesində işləmişdir. Cavabdehin imtina məktubunda göstərilir ki, qeyd olunan hüququ verən siyahıda yalnız kimya istehsalat bölməsində işləmək nəzərdə tutulub və iddiaçının işlədiyi sahə bu sahəyə aid deyil. Bundan başqa, işlədiyi 1 yanvar 1996 – 31 dekabr 1996-cı il və 1 yanvar 2002 – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlərdə əmək haqqı ödənişi olmamışdır. Ona görə də həmin dövrlər sığorta stajına daxil edilmir. Göstərilən səbəblərdən də iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 11.568,40 manat təşkil edir. Lakin cavabdeh təşkilatın iddiaçının tələbini təmin etməməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, “Kimya sənayesinə aid olan fəhlə peşələrinin və işlərinin Tarif İxtisası” cədvəlinə görə iddiaçının işlədiyi müəssisə və gördüyü iş kimya sənayesinə aiddir. Bundan əlavə, İnsan resursları İdarəedilməsi Departamentinin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışmasına dair arayışında qeyd olunduğu kimi “Əmək pensiyası haqqında” Qanununa uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə iddiaçının peşəsi də daxildi. Bundan başqa, o, 1 yanvar 1996 – 31 dekabr 1996-cı il və 1 yanvar 2002 – 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlərdə işləmişdir. Bunu Birliyin 1 saylı TTQİ-nin 376 saylı arayışı da təsdiq edir ki, iddiaçının həmin dövrdə (31 dekabr 2002-ci ilədək) iş günləri olmuşdur. Bu barədə arxivdə arayış tapılmırsa və ya idarə bu arayışı verə bilmirsə bu iddiaçının günahı deyildir. Qeyd edilir ki, iddiaçının əmək fəaliyyəti dövründə fasilə yalnız 10 mart 1993-cü il - 22 mart 1993-cü il tarixi arasındakı dövrdə, yəni cəmi 12 gün olmuşdur. İşlədiyi həmin müəssisə artıq 2008-ci il tarixdən işləmir.
15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununa, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33, 34-cü maddələrinə istinad olunmuşdur.
16. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 15 may 2019-cu il tarixdən ona pensiyanın təyin edilməsi və son 3 ilin pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
19. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin ona dair 22 dekabr 2022-ci il tarixli, 375 nömrəli arayışında qeyd olunanlara əsasən 1 yanvar 1996-cı il - 31 dekabr 1999-cu il və 1 yanvar 2001-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənişləri olmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına daxil edilə bilmədiyi üçün həmin dövr ümumi staja daxil edilə bilməz. Qeyd edilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay güzəştli staj tələb olunsa da, iddiaçının güzəştli iş stajı yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 23 yanvar 2007-ci il tarixinədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının Kimya istehsalatı bölməsi (Vİİİ) nəzərdə tutulmuşdur. İddiaçının cavabdehə təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir- Tikinti Quraşdırma İdarəsinin ona dair 22 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışında 17 iyul 1978-ci il – 29 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Azmənzilsənavetikintitəmir” Birliyinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli is stajı yoxdur. İddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin olunması üçün onun 12 il 6 ay güzəştli is stajı, 25 il ümumi stajı və ya fərdi hesabının sığorta hissəsində 40.320 manat pensiya kapitalı olmalıdır. İddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin olunması üçün tələblərin heç biri ödənilmir. Belə ki, iddiaçının güzəştli is stajı yoxdur, 18 il 01 ay 13 gün ümumi stajı, fərdi hesabının sığorta hissəsində 11.568,40 manat pensiya kapitalı mövcuddur.
21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanununun 1.0.2, 1.0.8, 9.1, 21.1-ci maddələrinə, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, İPM-in 47-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
22. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə (§13-14) uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən şahid “Azmənzilsənayetikintitəmir" Birliyi 1 nömrəli TTQİ-nin rəisi X2 ifadəsində bildirmişdir ki, iddiaçı müəssisələrində çilingər, qaynaqçı işləmişdir. Müəssisənin möhürü 1991-ci ildən azərbaycan dilində vurulur. İddiaçının işlərinin və iş saatlarının jurnalında 30 dekabr 2002-ci il tarixdə aparılmış qeydlərin üzərində möhür deyil, ştamp olduğunu və həmin ştampın qeyd olunan dövrdə azərbaycan dilində mövcud olmamasını qeyd etmişdir. Müəssisə tərəfindən iddiaçıya verilmiş arayışlarda qeyd edilən şifrə (1080A010) və ona aid peşələr sintez-kauçuk zavodu tərəfindən müəyyən edilməsi və onlara göndərilməsini bildirmişdir. Cavabdeh orqana göndərilmiş arayışla (§10) bağlı isə səhhəti ilə əlaqədar olaraq həmin arayışı imzalayaraq möhür vurulması zamanı oxumadığını, kimya müəssisələrinin fəaliyyət istiqaməti ilə əlaqədar olduqlarını qeyd etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
26. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı -müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-)
Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa,habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən və dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
32. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: ... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; (-)
Maddə 9. Sığortaçının hüquq və vəzifələri Sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 10. Sığortaedənlərin hüquq və vəzifələri Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: ... bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların hüquqları aşağıdakılardır: onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək; könüllü (əlavə) sosial sığorta üçün sığortaçını müstəqil seçmək; sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək; sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaq. Sığortaolunanların vəzifələri aşağıdakılardır: ... sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə
Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir; ... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir; ... sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir; qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir; Əsasnaməsində müəyyən edilmiş digər fəaliyyətlə məşğul olur. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. ...
33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
34. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-)
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
36. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:
“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”
37. İPM-n müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi:
38. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
39. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
40. İddiaçı tələbinin əsası kimi - 17 iyul 1978-ci il tarixdən əmək fəaliyyətinə başlaması, 29 dekabr 2005-ci il tarixədək Sumqayıt şəhərində "Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmiri üzrə çilingər peşəsində işləməsi, güzəştli şərtlərlə pensiya hüququ yarandığı tarixə kimi 25 ildən çox ümuni sığorta stajının olması, əmək fəaliyyətinin başlandığı 1978-ci il tarixdən 2005-ci il tarixə kimi - 12 il 8 aydan da çox güzəştli şərtlərlə pensiya təyinatı hüququ verən işlərdəkimya sənayesində işləməsinə istinad edərək, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 15 may 2019-cu il tarixdən ona pensiyanın təyin edilməsi və son 3 ilin pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir (§13-14, 22).
41. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin olunması üçün tələblərin heç biri ödənilməməsinə, yəni onun güzəştli is stajının olmaması, 18 il 1 ay 13 gün ümumi stajı, fərdi hesabının sığorta hissəsində 11.568,40 manat pensiya kapitalı mövcud olmasına istinad etməklə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir (§19-20, 23). Etirazın əsasları kimi qeyd olunmuşdur ki, - “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin iddiaçının dair 22 dekabr 2022-ci il tarixli, 375 nömrəli arayışında qeyd olunanlara əsasən, 1 yanvar 1996-cı il - 31 dekabr 1999-cu il və 1 yanvar 2001-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənişləri olmadığı müəyyən edilmişdir. - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 12 il 6 ay güzəştli staj tələb olunsa da, iddiaçının güzəştli iş stajı yoxdur. - fərdi hesabının sığorta hissəsində 40.320 manat pensiya kapitalı olmalı olduğu halda, 11.568,40 manat pensiya kapitalı mövcuddur.
42. Tərəflərin öz mövqelərinin əsası kimi istinad etdikləri dəlillərə dair təqdim etdikləri sübutlara əsasən müəyyən olunur ki, iddiaçı xx xxx 1962-ci il tatəvəllüdlüdür. 17 iyul 1978-ci il tarixdən 29 dekabr 2005-ci il tarixə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmir üzrə çilingər peşəsində işləmişdir. Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin arayışından görünür ki,17 iyul 1978-ci il - 12 oktyabr 1983-cü illər tarixdən,3 yanvar 1983-cü il - 1 oktyabr 1985-ci illər tarixdən 22 mart 1993-cü il - 22 dekabr 2005-ci illərə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” aparat və avadanlıqların təmir üzrə cilingər peşəsində işləmişdir. 17 iyul 1978-ci il tarixdən 31 dekabr 2002-ci il tarixə kimi tam iş günü “Sintezkauçuk” zavodunun Lateks, Bentol və Spirt sexlərində aparat və avadanlıqların təmiri üzrə qaynaqçı və çilingər peşəsində işləmişdir. 1 oktyabr 1985-ci il tarixdən 10 mart 1993-cü il tarixə kimi tam iş günü ərzində “Azmənzilsənayetikintitəmir” Birliyinin bir saylı Təmir Tikinti Quraşdırma İdarəsində aparat və avadanlıqların təmir üzrə qaynaqçı peşəsində işləmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin 5 fevral 2024-cü il tarixli, 36 nömrəli arayışında iddiaçının 1987, 1992, 1993, 1994, 1997-ci illərin əmək haqqının aylar üzrə məbləği göstərilmişdir. Bununla yanaşı, 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən cavabdehə göndərilmiş “Müəssisənin fəaliyyət istiqamətinə dair” məktubundan görünür ki, Sumqayıt 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi Sumqayıt şəhərində yerləşən kimya sənayesi zavodlarının ərazisində qeyd olunan müəssisələrinin sifarişi ilə təmir-tikinti quraşdırma işlərini aparması, həmin kimya müəssisələrinin fəaliyyət istiqaməti ilə əlaqədar olaraq 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi (əməkdaşları) heç bir texnoloji prosesdə iştirak etmədiyi qeyd olunmuşdur.
43. İddiaçı 15 may 2019-cu il tarixdən ona Azərbaycan Respublikasını Nazirlət Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına əsasən 1 saylı siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş edir. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 15 may 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: - 60 yaşın tamam olması; - azı 25 il ümumi sığorta stajının mövcud olması; - azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; - fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
44. Məhkəmə İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyini və təqdim etdikləri sənədləri araşdıraraq müvafiq sorğular da göndərməklə araşdırmışdır.
45. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, §63; McMichael Birləşmiş Krallığa qarşı, §80; Vermeulen Belçikaya qarşı, §33; Lobo Portuqaliyaya qarşı, §31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
47. “İddiaçıa dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Kimya istehsalatı bölməsi (Vİİİ) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsinin ona dair 22 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışında 17 iyul 1978-ci il – 29 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi “Azmənzilsənayetikintitəmir” Birliyinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Eyni zamanda, Mərkəzi Filiala təqdim edilən “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma idarəsinin ona dair 22 dekabr 2022-ci tarixli 375 nömrəli arayışında qeyd olunanlara əsasən 1 yanvar 1996-cı il - 31 dekabr 1999-cu il və 1 yanvar 2001-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənişlərinin olmaması müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan əmək haqqı ödənilməyən işləmədiyi dövrləri iş stajına daxil etmək mümkün deyil. Buna görə də ümumi iş stajı 25 ildən az (18 il 1 ay 13 gün (17 iyul 1978-ci il – 22 oktyabr 1980-ci il, 31 oktyabr 1980-ci il – 24 noyabr 1982-ci il, 3 yanvar 1983-cü il – 1 oktyabr 1991-ci il, 2 dekabr 1991-ci il – 10 mart 1993-cü il, 22 mart 1993-cü il – 1 yanvar 1996-cı il və 1 yanvar 2000-ci il – 31 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
48. Göründüyü kimi, hazırki mübahisədə əsass ziddiyyətli hal – iddiaçının işlədiyi Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin tamamilə bir-birinə əks məzmunlu olan məktub və arayışlarıdır.
49. Bu səbəbdən məhkəmə tərəfindən Sumqayıt şəhəri “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinə aşağıdakı məzmunlu sorğular ünvanlanmaqla ziddiyyətli hala aydınlıq gətiirlməyə çalışılmışdır: 49.1. 1) İddiaçı “Azmənzilsənayetikintitəmir” Birliyinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində çalışmışdır. Oxşar işdə cavabdeh orqanın nümayəndəsi tərəfindən məhkəməyə sənəd təqdim edilərək bildirilmişdir ki, adıçəkilən müəssisənin fəaliyyət istiqamətinə dair müəssisəyə ümumi bir sorğu ünvanlanmış və həmin sorğuya cavab olaraq 1 nömrəli TTQİnin rəisinin imzası və möhürü ilə təsdiq edilmiş cavab məktubunda bildirilmişdir ki, “Sumqayıt 1 nömrəli Təmir-Tikinti Quraşdırma İdarəsi Sumqayıt şəhərində yerləşən kimya sənaye zavodlarının ərazisində qeyd olunan müəssisələrin sifarişi ilə podratçı təmir-tikinti quraşdırma işlərini aparmışdır. Həmin kimya müəssisələrinin fəaliyyət istiqaməti ilə əlaqədar olaraq bizim müəssisə (əməkdaşlarımız) heç bir texnoloji prosesdə iştirak etməyib.” Qeyd olunan məktuba (qoşma şəklində əlavə olunur) münasibət bildirilməsi; 2) Məhkəmə araşdırması zamanı müəssiə tərəfindən verilmiş arayışla əmək kitabçasında qeyd olunan məlumatların təhlili zamanı ortaya çıxan aşağıdakı ziddiyyətlərə dair ətralı araşdırmanın təqdim olunması: - Müəssisə tərəfindən təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi illərlə bağlı ziddiyyət vardır. Belə ki, iddiaçının təmir üzrə çilingər peşəsində işləməsinə dair verilmiş arayışda (qoşma şəklində əlavə olunur) onun işlədiyi son tarix kimi xx.xx.2005-ci il qeyd edilsə də, həmin arayışda olan cədvəldə sonuncu tarix xx.xx.2002-ci ildir. - Həmçinin, müəssisə tərəfindən verilmiş digər bir arayışda (qoşma şəklində əlavə olunur) qeyd edilmişdir ki, iddiaçı 17 iyul 1978-ci il tarixindən 31 dekabr 2002-ci il tarixinə kimi tam iş günü işləmişdir. İddiaçıya məxsus əmək kitabçasında onun 10 mart 1993-cü il tarixli 3 saylı əmrlə çilingər vəzifəsindən azad edilməsi, 22 mart 1993-cü il tarixli 16 saylı əmrlə 5-ci dərəcə təmir çilingər işinə qəbul edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, 10 mart - 22 mart aralığında iddiaçı əmək kitabçasına görə işləməmişdir. Çilingər peşəsində işləməsinə dair verilmiş arayışda həmin tarixlərdə işləməsi qeyd olunmuşdur. - İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1993-cü il tarixdə çilingər işinə qəbul edilməsi qeyd olunmuş, xx.xx.2005-ci il tarixdə işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasının hər səhifəsinə vurulan möhür bu səhifədə fərqlidir və yazıda səhvlər vardır. Əmək kitabçasının həqiqiliyi Sizin tərəfinizdən mübahisələndirilirmi? - Hazırda Sizdə olan möhürün şəklinin məhkəməyə təqdim edilməsi; - Müəssisə tərəfindən təqdim edilmiş «Министерство нефтеперерабатывающей и нефтехимической промышленности СССР/ Главкаучук трест «Спецкаучукремстрой» Спец.РСУ №11/ Журнал записи работ и отработанного времени рабочими в цехах с вредными и особо вредными условиями труда» iddiaçının sonuncu iş günü xx.xx.2002-ci il göstərilmişdir. Lakin həmin səhifədəki möhür rus dilindədir. Bu hala münasibət bildirilməsi xahiş olunur. 49.2. iddiaçının “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsində (17 iyul 1978-29 dekabr 2005-ci illər) işləməsini təsdiq edən əmrlərin və əmək haqqı cədvəllərinin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim edilməsi.
50. Lakin məhkəmənin hər iki sorğusuna cavab gəlməmişdir. Buna baxmayaraq, ziddiyyətli məktub və arayışları öz imzası ilə təsdiq etmiş “X2” məhkəmə prosesində şahid qismində ifadə vermişdir (§24).
51. Şahid Məhərrəmov B.C. ifadə verərkən həmçinin, 1 nömrəli təmir tikinti şöbəsində rəis vəzifəsində işlədiyini, möhrün onda olduğunu, arayışların onun tərəfindən imzaladığını, cavabdehin istinad etdiyi məktubda imzanın da ona məxsus olduğunu, xəstəliyi olduğu üçün sorğuya səhv cavab vermiş ola biləcəyini bildirmişdir. Bundan əlavə, İdarədə hər şeyin dağıldığı, binanın hal-hazırda məktəb kimi istifadə edildiyini bildirmişdir. Həmçinin, arxivə sənədləri verə bilmədiklərini, məcburi köçkünlər gələn zaman sənədlərin itdiyini, bu səbəbdən də, arxivin sənədlər yarımçıq olduğu üçün qəbul etmədiyini əlavə etmişdir.
52. Bununla da, aydın olur ki, arayışları tərtib etmiş “Məhərrəmov B.C.” həmin arayışların hansı məlumatlar əsasında tərtib etdiyinə aydınlıq gətirə bilməmişdir. Nəzərə alınmalıdır ki, müəssisəyə dair məlumatlar arxivə də təhvil verilməmişdir.
51. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin olunması üçün onun 12 il 6 ay güzəştli is stajı, 25 il ümumi stajı və ya fərdi hesabının sığorta hissəsində 40.320 manat pensiya kapitalı olmalıdır.
52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 23 yanvar 2007-ci il tarixinədək qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının Kimya istehsalatı bölməsi (Vİİİ) nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin ona dair 22 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışında 17 iyul 1978-ci il – 29 dekabr 2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparat və avadanlıqların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Azmənzilsənavetikintitəmir” Birliyinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan kimya istehsalatı sahəsinə aid olmağı öz təsdiqini tapmır. Bu isə iddiaçının güzəştli is stajının mövcud olmadığını göstərir.
53. Cavabdehin etirazında qeyd olunan digər dəlil “Azmənzilsənayetikintitəmir” Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin ona dair 22 dekabr 2022-ci il tarixli, 375 nömrəli arayışında qeyd olunanlara əsasən, 1 yanvar 1996-cı il - 31 dekabr 1999-cu il və 1 yanvar 2001-ci il - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində ona əmək haqqı ödənişlərinin olmadığının müəyyən edilməsi ilə bağlıdır.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyun 2024-cü il tarixli, 2-1(102)-1116/2024 saylı qərarında qeyd olunmuşdur ki, “30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda istinad olunan normalara (“Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına) görə, cavabdeh məcburi dövlət sosial sığortası sahəsində idarəetməni, eləcə də məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarəti həyata keçirir. Həmin səlahiyyətlər çərçivəsində sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir. Məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, cavabdeh sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, sığortaedənin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır, eləcə də ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmədə iddia qaldırır. 31. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. 32. İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. 33. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. 34. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Həmçinin iş üzrə materiallardan görünür ki, sığortaçı nəzarət funksiyası çərçivəsində iddiaçının işəgötürəninə, yəni sığortaedən 1 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun ödənilməsinin təmin olunması məqsədilə məhkəmələrdə iddialar qaldırmış və həmin iddiaların təmin olunması barədə məhkəmə aktları qəbul edilmiş, lakin həmin məhkəmə aktları icra olunmamışdır. 35. Məhkəmə kollegiyası hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər.”
55. Məhkəmə iddiaçının ümumi iş stajına dair məlumatları yoxlayarkən https://hypnotronic.ru/hr/calculator/ proqramından da istifadə etmişdir.
56. Bununla da məhkəmə ümumi iş stajına münasibətdə də etirazın dəlili ilə razılaşaraq qeyd edir ki, “Azmənzilsənayetikintitəmir" Birliyi 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsinin ona dair 22 dekabr 2022-ci tarixli 375 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən, 1 yanvar 1996 – 31 dekabr 1999-cu il və 1 yanvar 2001 - 31 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində onun əmək haqqı ödənişlərinin olmadığı müəyyən olunmadığından, 1 yanvar 2006-ci il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 1 ay 13 gün (17 iyul 1978 – 22 oktyabr 1980-cı il, 31 oktyabr 1980 – 24 noyabr 1982-ci il, 3 yanvar 1983 - 1 oktyabr 1991-ci il, 2 dekabr 1991 – 10 mart 1993-cü il, 22 mart 1993-1 yanvar 1996cı il və 01 yanvar 2000 – 31 dekabr 2000-ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi səbəbindən, cavabdeh tərəfin mövqeyi qanuni və əsaslı olmuşdur.
57. Göründüyü kimi, 15 may 2019-cu il tarixdə 57 yaşı olan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, eyni zamanda, qanunla tələb edilən ümumi və xüsusi staja da malik olmadığından, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа olunmuşdur və işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
58. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova