Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1999/2024 04.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə (əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “cavabdehin iddiaçının barəsində “DİO-da xidmətdən xaric edilməsi” barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində “DİO-da xidmətdən xaric edilməsi” barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, öz əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsindən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Baş Mühafizə İdarəsinin Siyəzən RMŞ-nin polis nəfəri, polis serjantı vəzifəsində çalışmışdır. Lakin cavabdehin 17 iyun 2023-cü il tarixli əmrinə əsasən X6 xidmətdən xaric edilmişdir. Həmin əmrdə qeyd olunur ki, iddiaçı cəmiyyətdə qəbul olunmuş norma və qaydaları pozaraq, ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd münasibətlər qurduğuna görə və daxili işlər orqanının adına xələl gətirdiyinə görə xidmətdən xaric olunmuşdur. Lakin bunların hamısı əsassızdır. Araşdırma düzgün aparılmamış, adı çəkilən şəxslərin izahatları alınmamışdır. Əmrin surəti iddiaçıya 17 iyun 2023-cü il tarixdə təqdim edilmişdir. İddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 27 iyun 2024 -cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim etmiş və onunla əsaslandırmışdır ki, X8 Şöbəsinin (bundan sonra - Siyəzən RMŞ) polis nəfəri, polis serjantı İddiaçı xx.xx.1994-cü ildə anadan olmuş, 03 sentyabr 2018-ci il tarixindən Siyəzən RMŞ-də polis nəfəri vəzifəsində xidmət etmiş, xidmət müddətində 3 dəfə mükafatlandırılmış, 2 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. O, kollektivdə özünü mənfi cəhətdən göstərmiş, üzərinə düşən funksional vəzifələrin öhdəsindən qismən gəlmişdir. Xidməti intizam qaydalarını dəfələrlə pozduğuna görə ona BMİ-nin xx.xx.2021-ci il tarixli 252-038-21 nömrəli əmrilə "Şiddətli töhmət" və 28.11 2022-ci il tarixli 363-038-22 nömrəli əmrilə "Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyətinə cəlb olunmuşdur. BMİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 17-Ə143/2023 nömrəli Əmrinə əsasən Siyəzən RMŞ-nin polis nəfəri, polis serjantı İddiaçı İmaməti oğlu X13nda xidmətdən xaric edilmişdir. İddiaçı kollektiv arasında hörmət qazana bilməmiş, xidməti geyim formasının daşıma qaydalarına düzgün riayət etmiş, xidməti, döyüş və fiziki hazırlıq səviyyəsi aşağı səviyyədə olmuş, rəhbərlik tərəfindən verilən tapşırıq və göstərişləri əsasən vaxtında yerinə yetirməmişdir. DİN-in xx.xx.2022-ci il tarixli 003-20439-1222 nömrəli məktubunun araşdırılmasının nəticəsinə dair Rəyə əsasən xx.xx.2022-ci il tarixdə saat 21:31-də Astara şəhəri, Qum küçəsi, ev 191-də yaşayan X2 DİN-in «102» Xidmətinə (077) ***-**-** nömrəli telefonla zəng edərək, qeyri-rəsmi münasibətdə olduğu X8 Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı onu hədələyərək narahat etməsi barədə verdiyi məlumatın araşdırılması nəticəsində müəyyən edilmişdir ki, X8 Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı X13nda xidmət etmədən öncə 2017-ci ildə sosial şəbəkədə Astara şəhərində yaşayan X7 ilə tanış olmuş, bir neçə ay telefonla əlaqə saxladıqdan sonra onunla qeyri-rəsmi münasibət quraraq, görüşməyə başlamışdır. İddiaçı X10 ilə rəsmi nikaha daxil olub, 3 övladının olmasına baxmayaraq, Həmidə Hüseynova ilə qeyri-rəsmi qadın kişi münasibətlərini pozmamışdır. X9 izahatında o evdə olmadığı vaxtda, polis nəfəri İddiaçı xx.xx.2022-ci il tarixdə evinə icazəsiz gəldiyini, müəyyən müddət orada qaldıqdan sonra tərk etdiyini qeyd etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, polis nəfəri İddiaçı 4 il qeyri-rəsmi münasibətdə olduğu Həmidə Hüseynova ilə son 3 ayda soyuq münasibətdə olmuş, onunla telefon əlaqəsi saxlamamış və görüşməmişdir. xx.xx.2022-ci il tarixdə isə anası, atası və həyat yoldaşı, həmçinin 2 ustanın iştirakı ilə yaşadığı Şabran rayonu, Qazbabalı kəndində evində ustalarla birlikdə səhər saat 11:00dan gecə 23:30-a kimi döşəmə vurmuş, Astara rayonuna Həmidə Hüseynovanın evinə getməmişdir. Göründüyü kimi polis nəfəri İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək, qadın-kişi münasibətlərində riyakarlığa yol verərək, ailəli olduğu halda X9 ilə münasibətlərini davam etdirdiyinə görə barəsində şikayət edilməsinə zəmin yaratmışdır. BMİ-də izahat verərkən polis nəfəri İddiaçı cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək qadın-kişi münasibətində riyakarlığa yol verdiyinə görə səmimi peşmanlıq hissi keçirdiyini, Həmidə Hüseynova ilə bir daha görüşməyəcəyini qeyd edərək, bundan sonra daha çox ailəsinin və övladlarının qayğısına qalacağını bildirmişdir. BMİ-nin “X8 Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə xx.xx.2022-ci il tarixli, Ə363-038-22 saylı Əmrinə əsasən X13nın əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi emal etməli, davranışı ilə vətəndaşlara nümunə göstərməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməyərək və qadın-kişi münasibətlərində riyakarlığa yol verərək ailəli olduğu halda X9 ilə qeyri-rəsmi münasibət qurduğuna, bununla da barəsində şikayət olunmasına zəmin yaratdığına və araşdırma zamanı verilən suallara qeyri-səmimi cavab verərək obyektivliyin təmin edilməsinə köməklik göstərmədiyinə görə X8 Şöbəsinin polis nəfəri, polis serjantı İddiaçı "xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" elan edilmişdir. X1 “xx.xx.2023-cü il tarixli 3-13-3/2-9463/23 nömrəli DİN-in "102" Xidmətinə etdiyi müraciət ilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair" xx.xx.2023-cü il tarixli Rəydə qeyd edilmişdir ki, Hilal Əliyev izahatında xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində polis nəfəri İddiaçı, qardaşı Rauf Heydərovun həyat yoldaşı, həmçinin onun bacısı olan Sürəyya Heydərovanın yaşadığı ünvana gələrək içəri daxil olduğunu görüb onları izləmək üçün gizlincə evin pəncərəsinə tərəf yaxınlaşdığını, onların aralarında intim münasibət zamanı yaranan səsləri eşitdikdən sonra həyəcanlanaraq oradan uzaqlaşıb yaşadığı ünvana getdiyini, baş vermiş hadisə ilə bağlı atası Zəbulla Əliyev və ailə üzvlərinə məlumat verdiyini, bacısı Sürəyya Heydərovaya və polis serjantı İddiaçı aralarında qeyri-rəsmi münasibətlərinin olmasına iradını bildirsə də, hər ikisinin bu münasibəti inkar etdiyini, eləcə də xx.xx.2023-cü il tarixdə qardaşı İslam Əliyevlə birlikdə olan zaman polis nəfəri İddiaçıla Şabran rayonu, Qazbabalı kəndində rastlaşdıqda bacısı Sürəyya Heydərova ilə aralarında olan münasibətlərinə görə onunla mübahisə etdiyini, sonuncunun Şabran RPŞ-nə ona hədə-qorxu gəlinməsi ilə bağlı müraciət etdiyini, nəticədə münaqişəli ailələr kimi qeydiyyata alındıqlarını qeyd etmişdir. Polis nəfəri İddiaçı xx.xx.2023-cü il tarixdə qardaşı Rauf Heydərovun ona mobil telefon vasitəsi ilə zəng etdiyini, qızı Sadəgül Heydərovanın doğum günü olduğundan və işi ilə əlaqədar evə gələ bilmədiyindən ondan hədiyyə alıb yaşadıqları ünvana gedərək təbrik etməsini xahiş etdiyini, polis serjantı İddiaçı qeyd olunan gün işlərinin çoxluğundan saat 23:00 radələrində qardaşı Rauf Heydərovun evinə getdiyini, onun həyat yoldaşı Sürəyya Heydərovanın iştirakı ilə aldığı hədiyyəni onların övladlarına verdikdən sonra yaşadığı ünvana getdiyini, həmçinin Hilal Əliyevin onun barəsində qeyd etdiyi xüsusatların həqiqəti əks etdirmədiyini izahatında bildirmişdir. Araşdırma aparılarkən müəyyən olunmuşdur ki, polis nəfəri İddiaçı ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurmuş eləcə də, düşünülməmiş hərəkətləri ilə barəsində haqlı şikayətə zəmin yaratmışdır. Həmçinin xidmətdə mənfi xarakterizə olunan polis serjantı İddiaçı, bununla yanaşı üzərinə düşən vəzifələrin icrasına məsuliyyətsiz yanaşaraq dəfələrlə xidməti intizam qaydalarını kobud surətdə pozmuş, son 3 ildə xidmətdə olarkən heç bir məlumat vermədən xidməti postu tərk edərək nəzarətsiz qoyduğuna və ailəli olduğu halda vətəndaş Sürəyya Hüseynova ilə qeyri-rəsmi münasibət quraraq barəsində şikayət olunmasına zəmin yaratdığına görə ona verilmiş çoxsaylı intizam tənbehlərindən nəticə çıxarmamış, aparılmış araşdırma prosesində isə qeyri-səmimi mövqe tutaraq müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışmış və bununla da, qüvvədə olan normativ aktların tələblərini pozmuşdur. Bununla da aşkar edilmişdir ki, Siyəzən RMŞ-nin polis nəfəri, polis serjantı İddiaçı intizam tənbehinə cəlb olunmağa layiqdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq məkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddiaçı barəsində əldə edilmiş şəxsi məlumatlara əsasən xx xxx 1994-cü ildə Dəvəçi (indiki Şabran) rayonunun Qazbabalı kəndində anadan olmuş polis nəfəri İddiaçı orta təhsilli, evlidir. xx.xx.2012-xx.xx.2023-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur. xx.xx.2018xx.xx.2023-cü illərdə DİN-in Baş Mühafizə İdarəsinin X8 şöbəsində çalışmış, xx.xx.2023cü ildə X6 xaric olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, 3- 13-17/Ə143Ə2023 nömrəli əmrə əsasən iddiaçı barəsində “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq “Azərbaycan Respublikasının X13nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndinə əsasən X13nda xidmətdən xaric edilmişdir. Məhkəmə sorğusu nəticəsində iddiaçı barəsində aparılmış inzibati materiallar işə əlavə edilmişdir. Belə ki, X1 xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyinin “102” Xidmətinə etdiyi müraciətilə bağlı aparılmış araşdırmanın nəticəsinə dair rəydən görünür ki, onun barəsində intizam tənbehinə cəlb olunmasına layiq olduğu təklif edilmiş və bunun nəticəsində cavabdehin xx.xx.2022-ci il tarixli Ə363-038-22 nömrəli əmri ilə iddiaçı barəsində “Azərbaycan Respublikasının X13nda xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinin 4-cü bəndinə tam uyğun olmaması barədə “xəbərdarlıq” elan edilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin X3 Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə vətəndaş X7 tərəfindən (Astara sakini) “102” Xidmətinə zəng edilərək şikayət daxil olmuşdur. Bunun nəticəsində hər iki tərəfin izahatları alınmışdır. İddiaçıya xx.xx.2021-ci ildə xidmətdə olarkən heç bir məlumat vermədən xidməti postu tərk etdiyinə görə DİN-in Baş Mühafizə İdarəsinin əmri ilə şiddətli töhmət verilmişdir. İddiaçının barəsində “xidməti xasiyyətnamə” iş materiallarına əlavə edilmişdir. İddiaçı barəsində Şabran RPŞ-nin TQ-da aparılmış təhqiqat araşdırmasının nəticəsinə dair “cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında” qərarlar iş materiallarına əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Daxili İşlər Nazirliyinin polis serjantı olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə həmin orqanın səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İşdən göründüyü kimi hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu iddia ilə hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İşdən görünür ki, mübahisəli qərar 17 iyun 2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı da 14 iyul 2023-cü il tarixdə iddia müddətini ötürmədən Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)-12043/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın(cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşayış yeri Şabran rayonu olduğundan məhkəmə hesab edir ki, aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 60: Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 1: Polis - Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır. Polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur.
Maddə 7: Polisin qanuni tələblərinin icrasının məcburiliyi I. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.
Maddə 13: Polis əməkdaşının ümumi vəzifələri (...)
7. səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək. (...)
Maddə 28: Polis əməkdaşının xidmətə qəbul edilməsi İV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.
Maddə 28: Polis əməkdaşının xidmətə qəbul edilməsi İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirənhərəkət etdikdə. 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda)
Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi (...) 9) polis əməkdaşı adına ləkə gətirənhərəkət etdikdə (...)
“Azərbaycan Respublikasının Azərbaycan Respublikasının X13nda xidmət keçmə haqqında” Əsasnamə
17. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyət olmayan və ya məhdud fəaliyyəti hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə yol verdiyi ciddi nöqsanlara, X13nda xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, xidmətə tam yararsız olmasına,X13nın əməkdaşı adına ləkə gətirənhərəkətlərə görə daxili işlər və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər X13nda xidmətə qəbul oluna bilməzlər.
108. X13nda xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
135. X13nın əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) X13 əməkdaşı adına ləkə gətirənləyaqətsizhərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda.
Azərbaycan Respublikası Daxili işlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş “X13 X4 Kodeksi Maddə 1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Maddə 3. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Maddə 5. Xidməti borcun yerinə yetirilməsi zamanı cəsur, qorxmaz və qətiyyətli olmalı, eyni zamanda, cinayət və digər hüquqazidd əməllərin qarşısını alarkən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, başqalarının həyat və sağlamlığını təhlükə altında qoymamalıdır. Maddə 12. Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. Maddə 14. İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Maddə 22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X13 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X13nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X13 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
“Azərbaycan Respublikasının X13nın İntizam Nizamnaməsi 3.2. X13 əməkdaşı bu Nizamnaməyə, “X13 X4 Kodeksi"-nin və polis andının tələblərinə, DİN-nin digər normativ hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. 3.9. Xidmətdə və xidmətdən kənar vaxtlarda X13 əməkdaşının adını uca tutmalı, etik normalara ciddi əməl etməli, başqalarını hüquq qaydasını pozmaqdan çəkindirməli, insan və vətəndaş hüquqlarını müdafiə etməlidir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
2.0.2-ci maddə: İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
İşin məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı 05 sentyabr 2018ci il tarixindən Azərbaycan Respublikası Cavabdeh X8 şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, xidmət müddətində 2 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Belə ki, xidməti intizam qaydalarını dəfələrlə pozduğuna görə iddiaçı BMİ-nin xx.xx.2021-ci il tarixli 252-038-21 nömrəli əmrilə "Şiddətli töhmət" və 28.11 2022-ci il tarixli 363-038-22 nömrəli əmrilə "Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyətinə cəlb olunmuşdur. BMİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-17-Ə143/2023 nömrəli Əmrinə əsasən isə Siyəzən RMŞ-nin polis X6 xidmətdən xaric edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası X13nın əməkdaşlarının qarşısına qoyulmuş yüksək mənəvi-etik tələblər öz əksini X11 tapmışdır. Öz xidmətini düzgün qurmaq, qarşısına qoyulan vəzifələri dəqiq, cəmiyyət və dövlətin mənafelərinə uyğun şəkildə qurmaq üçün kodeksin tələblərini dərindən öyrənməlidir. Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Lakin göründüyü kimi iddiaçı yol verdiyi nöqsanlara görə yuxarıda qeyd olunan X12 bir sıra maddələrinin (1, 12, 14, 22-ci maddələr) tələblərini pozmaqla polis adına zidd hərəkətlərə yol vermişdir. Ona edilən xəbərdarlıqlara və tətbiq olunan inztizam məsuliyyətinə əməl etməyərək yenidən hüquq pozuntuları törədərək polis adı ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Barəsində tərtib edilmiş xidməti xasiyyətnaməyə uyğun olaraq iddiaçının kollektiv arasında hörmət qazana bilməməsi, xidməti geyim formasının daşıma qaydalarına düzgün riayət etməsi, xidməti, döyüş və fiziki hazırlığı səviyyəsinin aşağı səviyyədə olması, rəhbərlik tərəfindən verilmiş tapşırıq və göstərişlərin əsasən vaxtında yerinə yetirilməməsi onun barəsində xidməti vəzifəyə uyğunsuzluğu müəyyən etməyə imkan verir. Mübahisələndirilən əmrin verilmə səbəbi kimi iddiaçının ailəli və himayəsində azyaşlı övladlarının olmasına baxmayaraq, qardaşı Rauf Heydərovun həyat yoldaşı Sürəyya Heydərova ilə etik qaydalara zidd qeyri-rəsmi münasibətlər qurması birbaşa öz təsdiqini tapmasa da, onun düşünülməmiş hərəkətləri ilə barəsində şikayətlərin olmasına zəmin yaratması, xidmətdə mənfi xarakterizə olunması və araşdırma zamanı qeyrisəmimilik göstərməsi, habelə bu hərəkətləri ilə X13 əməkdaşının adına və nüfuzuna xələl gətirməsi baxımından məhkəmə hesab edir ki, onun barəsində verilmiş əmr əsaslı hesab edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarlarda iddiaçının adının münaqişəli ailələr kimi qeydiyyata alınması nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının öz xidməti fəaliyyəti dövründə xidmətdə olduğu zaman heç bir məlumat vermədən xidməti postu tərk etməsi, ailəli olduğu halda vətəndaş H.Hüseynova ilə qeyri-rəsmi münasibət quraraq (özü də izahatında təsdiq etmişdir) barəsində şikayət olunmasına zəmin yaratması, habelə xidmətdə olduğu və xidmətdən kənar vaxtlarda X13nın əməkdaşı adını uca tutmalı olduğu halda cəmiyyətdə qəbul olunmuş norma və qaydaları pozması, habelə ona tətbiq olunmuş intizam məsuliyyətindən heç bir nəticə çıxarmaması onun barəsində qəbul edilmiş mübahisəli xx.xx.2023-cü il tarixli, 3-13-17-Ə143/2023 nömrəli əmrin əsaslı olaraq qəbul edilməsinə dəlalət edir. Bu qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia əsassız olduğunda təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı onun barəsində “DİO-da xidmətdən xaric edilməsi” barədə xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2023-cü il tarixdən işə buraxılacağı günədək əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev