Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2/2021 11.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon İcra Hakimiyyəti ilə xx.xx.2007-ci il tarixdə Qusar rayon ərazisində yerləşən “Gedə-1” adlı 327 ha otlaq (örüşə yararlı 93 ha ) torpaq sahəsinin 15 il müddətinə iddiaçının icarəsinə verilməsinə dair müqaviləni, həmin ərazinin Cavabdeh balansına verilməsi ilə əlaqədar yeni müqavilə ilə əvəz edilməsi məqsədilə Qusar rayon ərazisində yerləşən “Gedə-1” adlı 327 ha (örüşə yararlı 93 ha) torpaq sahəsinin onun icarəsinə verilməsinə dair yeni müqavilənin bağlanmasını vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X10 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh Başçısının 54 saylı 26 sentyabr 2014-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Zalov Binyam oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 339/1 saylı sərəncamı ilə Qusar rayon ərazisində yerləşən “Gedə-1” adlanan yaylağından 15 il müddətinə 517 ha (yararlı 93 ha) torpaq sahəsi mal-qaranın örüş məqsədi ilə ona icarəyə verilmişdir. Həmin örüş sahəsi əvvəllər də onun həyat yoldaşı X4 icarəsində olmuşdur. İddiaçı həmin torpaq sahəsindən yaylaq kimi istifadə eymiş və icarə haqqını vaxtında ödəmişdir. Torpaq sahəsinin Cavabdeh balansına verildiyi barədə məlumat aldıqdan sonra o, dəfəlrlə cavabdeh icra hakimiyyəti orqanına müraciət edərək onunla bağlanmış icarə müqaviləsinin yenilənməsini xahiş etmişdir. Lakin cavabdeh hər dəfə onunla bağlanmış müqaviləni yeniləməkdən yayınmışdır. Daha sonra isə iddiaçı icarəsində olan torpağa dair başqa şəxslə icarə müqaviləsi bağlandığını bilmişdir. Halbuki, bununla bağlı ona heç bir xəbərdarlıq məktubu və ya müqavilənin dəyişdirilməsi üçün təklif göndərilməmişdir. Bununla bağlı iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X10 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X6 iddianı qəbul etməyərək və izah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 156 nömrəli Qərarına əsasən Xaçmaz rayonunun istifadəsində olan yay otlaq sahələri Qusar rayonunun balansına qaytarılmışdır. Bununla bağlı iddiaçı Z.Qocayevanın icarəsində olan “Gedə 1” adlı yay otlaq sahəsinə dair müqavilənin dəyişdirilməsi zərurəti ilə bağlı ona 11 iyul 2014-cü il tarixli ƏE/442 saylı məktubla yazılı məlumat verilmişdir. Lakin vətəndaş icarə müqaviləsinin dəyişdirilməsi Cavabdehnə müraciət edilməməsi səbəbindən “Gedə 1” adlı yay otlaq sahəsi Cavabdeh tərəfindən başqa vətəndaşa icarəyə verilmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbinin bidlirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan mümkün hesab etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasnın 4619 saylı 19 mart 2020-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X8 LTİ-nin mütəxəssis rəyinə əsasən Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2007-ci il tarixli 339/1 saylı sərəncamı ilə X2 icarəsinə verilmiş 327 ha (yararlı 93 ha) örüş sahəsi ilə Cavabdeh Başçısının 26 sentyabr 2014-cü il tarixli 54 saylı sərəncamı ilə X16 oölunun icarəsinə verilmiş 250 ha torpaq sahəsi ilkin torpaqayırma sənədlərindəki yerquruluşu xəritəsindən çıxarışlara əsasən üst-üstə düşdüyü müəyyən olunur. Göstərilən sənədlərdə qeyd olunan torpaq sahələrinin bütün sərhədləri boyunca tam üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 50 saylı 15 avqust 2019-cu il tarixli sərəncamı ilə Cavabdeh Başçısının 26 sentyabr 2014-cü il tarixli 54 saylı sərəncamı və həmin sərəncama əsasən ünvan 2 ünvanında yaşayan X11 ilə bağlanmış 26 sentyabr 2014-cü il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Cavabdeh Başçsının 12 sentyabr 2019-cu il tarixli 51 saylı sərəncamı ilə rayonun inzibati ərazisinə daxil olan 24 saylı “Gedə-1” adlı yay otlaq sahəsindən cəmi 380 ha torpaq sahəsi Qobustan rayonu Şıxzərli kənd sakini X7 15 il müddətinə icarəyə verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, mübahisənin predmeti olan sərəncam cavabdehin özü tərəfindən ləğv edilmişdir, lakin daha sonra göstərilən torpaq sahəsi cavabdeh tərəfindən başqa şəxsə icarəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi sərəncam cavabdeh inzibati orqan tərəfindən ləğv olunsa da, sonradan başqa şəxsə icarəyə verildiyindən iddiaçının tələbi və hüquqi marağı təmin olunmamış qalır. Bu səbəbdən İnzibati Prosesual Məcəllənin 67.3-cü maddəsini tətbiq edərək işin icraatına xitam verilməsi məqsədəuyğun deyildir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin dəyişdirilməsi və mübahisə obkyekti olan torpaq sahəsinin başqa şəxsə icarətə verilməsinə dair sərəncamı mübahisələndirmək hüququna malik olmasını izah etmişdir. Lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair əizə vermədən həmin şəxsə qarşı heç bir iddiasının olmadığını və cavabdeh tərəfindən torpaq sahəsi ilə təmin olunmasını tələb etdiyini izah etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçıya izah edilməlidir ki, müvafiq ərizə ilə cavabdeh orqana müraciət etmək və imtina aldığı təqdirdə iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X3 Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 Cavabdehnə qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver