Məhkəmə qərarları › İş №2-1(118)-2/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X8 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına dair işi inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında tyoxlayaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş olmuşdur. Məhkəmənin 2-1(085)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-424/2019 saylı, 14 fevral 2019- cu il tarixli qərarı 28 mart 2019-cu il tarixdə qanuni qüvvəyə minmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qərar icra edilmişdir. Bundan əlavə İddiaçı digər mülkiyyətlərinin müəyyən hissəsinin təkrar alqı satqısı həyata keçirilmiş, yekunda 96 kv.metr sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2019-cu il tarixdə **********01-05***-******* reyestr nömrəli çıxarışı əldə etmişdir. 19 noyabr 2019-cu il tarixdə X1 “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı Qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və X3 üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmənin 2-1(085)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-424/2019 saylı, 14 fevral 2019- cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. X9 və "xxxx" Mənzil Tikinti Kooperativi iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat Abşeron rayon Məhkəməsində iddiaçı X3 "xxxx" MTK, İddiaçı, X10, X11, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, tikilinin təhvil verilməsi, tikiliyə dair müvafiq sənədlərin cavabdehə həvalə edilməsi” barədə 2(012)-145/2020 saylı (2(012)-3006/2019 saylı) mülki iş üzrə iddiaya baxılıb qurtarana və məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. 27 fevral 2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil inzibati işin icraatının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 iddiasına əsasən mülk iş üzrə iddiaya baxılıb qurtarıldığından və yekun məhkəmə qərarı qəbul edildiyindən iş üzrə icraatın təzələnməsinə zərurət vardır. Məhkəmənin 2-1(118)-2/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin icraatı təzələnmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməmiş, 02 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, tərəflər arasında mübahisələrlə bağlı məhkəmə qərarlarını təqdim etmiş və bildirmişdir ki, X3 cavabdeh İddiaçı qarşı iddiası Abşeron rayon Məhkəməsində təmin edilməmiş, iş Apellyasiya məhkəməsinə, Ali məhkəməyə, təkrar Apellyasiya Məhkəməsinə və Ali məhkəməyə getmiş, yekunda Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalmış, X3 İddiaçı qarşı iddiası təmin edilməmişdir. Eyni zamanda İddiaçı cavabdeh Proqress- 2016 MTK-ya qarşı iddiası ilə bağlı Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsindən X9 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-11/2023 saylı, 18 aprel 2023-cü il tarixli Qərarı ilə əsaslı hesab edilməmişdir. Proqress MTK da ərizə ilə müraciət edərək şikayəti olmadığını bildirmişdir. Bu işlə bağlı mübahisə qalmamışdır. Məhkəmənin 02 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2/2023 saylı qərardadları ilə X3 və Progress-2016" MTK-nın iş üzrə üçüncü şəxs kimi iştiraklarına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı Qərarının ləğv edilməsinə X3 iş üzrə icrata üçüncü şəxs kimi cəlb edilməsinə əsas olmuş, X3 İddiaçı qarşı tələbləri mülki məhkəmə icraatı qaydasında əsassız hesab edilmiş, nəticədə X3 və Progress-2016" MTK-nın iş üzrə üçüncü şəxs kimi iştiraklarına xitam verilmiş, eyni zamanda hazırkı iddia üzrə tələb cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Bu isə hazırkı iş üzrə mübahisənin qalmadığını göstərir və buna görədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin hallarına və bununla bağlı bir neçə məqamada münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat Abşeron rayon Məhkəməsində iddiaçı X3 "xxxx" MTK, İddiaçı, X10, X11, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, tikilinin təhvil verilməsi, tikiliyə dair müvafiq sənədlərin cavabdehə həvalə edilməsi” barədə 2(012)-145/2020 saylı (2(012)-3006/2019 saylı) mülki iş üzrə iddiaya baxılıb qurtarana və məhkəmənin qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Məhkəmə iş üzrə icraatı dayandıran zaman qeyd etmişdir ki: “Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə üçüncü şəxslər arasında mübahisə predmeti daşınmaz əmlakla bağlı mülki mübahisə mövcuddur və Abşeron rayon Məhkəməsinin icraatında X3 "xxxx" MTK, İddiaçı, X10, X11, Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X12 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, tikilinin təhvil verilməsi, tikiliyə dair mevafiq sənədlərin cavabdehə həvalə edilməsi” barədə mülki iş vardır və həmin iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-145/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırda baxılan iddiada cavabdeh inzibati orqan mülkiyyət hüququ verən orqan kimi yox, yaranmış mövcud hüququ dövlət qeydiyyatına alan orqan kimi çıxış edir. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının inzibati akt yox, hüquqi akt olması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarı ilədə müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, daşınmaz əmlakla əlaqədar hüquqların dövlət qeydiyyatını həyata keçirən inzibati orqana qarşı müvafiq qeydiyyatın aparılması ilə bağlı iddialarda dövlət qeydiyyatına alınmalı əmlak üzərində yaranan hüququn əsasını mülki hüquq münasibətləri təşkil etdiyi zaman, bununla bağlı mülki məhkəmə icraatı qaydasında davam edən mübahisə olarsa, inzibati işin həlli mülki hüquq münasibətlərini müəyyən edən mülki işdən asılı olur. Hazırkı işdədə mübahisənin həlli, mübahisə predmeti olan daşınmaz əmlakla bağlı Abşeron rayon Məhkəməsində davam edən mülki mübahisədən asılı olduğuna görə məhkəmə hesab edirki, iş üzrə icraat Abşeron rayon Məhkəməsində davam edən mülki iş üzrə yekun qərar qəbul edilib, qanuni qüvvəyə minənə kmi dayandırılmalıdır.” Abşeron Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(012)-64/2021 nömrəli qətnaməsi ilə (hakim: E.Məmmədov) iddia qismən təmin edilmiş, iddiaçının cavabdeh "xxxx" MTK-ya qarşı X9 və "xxxx" MMC və onun varisi "xxxx" MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv.metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilmiş, iddiaçının cavabdehlər İddiaçı, X10, X11, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X12 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC və İddiaçı arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin iddiaçıya məxsus həmin yaşayış evinin 3cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X19 küçəsi 7 A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı və X10 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X11 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında İddiaçı satılmış sahənin "xxxx" MMC və X7 arasında bağlanmış 30 mart 2008-ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK və X7 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 2 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən, sahəsi 36,0 kv.metr olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsinin etibarsız hesab edilməsi və həmin üstüstə düşən sahə üzrə İddiaçı verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2037/2021 nömrəli, 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbləri qismən təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilən yaşayış evinin 3-cü blokunda 108 kv.metr və 216 kv.metr qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə İddiaçı arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələri - “X6 məxsus həmin yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və X4 məxsus həmin yaşayış binasının 3cü blokunda 36,0 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi” hissəsində etibarsız hesab edilmiş, qətnamə qalan hissələrdə («Abşeron rayonu, Xırdalan şəhəri, X19 küçəsi 7A ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı ilə X10 arasında bağlanmış 22 may 2019-cu il tarixli və X11 arasında bağlanmış 27 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin şəxslərin adına daşınmaz əmlakın dövlət reyestr xidmətində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı X3 cavabdeh "xxxx" MTK-ya qarşı X9 ilə "xxxx" MMC və onun varisi "xxxx" MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin və 31 kv. metr ümumi sahəsi olan zirzəminin X6 təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməsi” barədə iddia tələbi təmin edilsin. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 28 aprel 2017-ci il tarixli 13 və 14 saylı müqavilələrin, həmin müqavilələr əsasında İddiaçı satılmış sahənin "xxxx" MMC ilə X7 arasında bağlanmış 30 mart 2008- ci il tarixli, 18 saylı və "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK ilə X7 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli, 20 saylı müqavilə əsasında X4 məxsus ünvan 4 ünvanda inşa olunan yaşayış binasının 3-cü blokunda yerləşən sahə üzrə İddiaçı verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1324/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1204/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və E.Əhmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, bu hissədə iddianın təmin edilməsi, iddiaçı ilə "xxxx" MMC və onun varisi "xxxx" MTK arasında bağlanmış 13 may 2008, 19 noyabr 2008, 29 sentyabr 2008 və 26 aprel 2017-ci il tarixli müqavilələrə əsasən Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda 46 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və 31 kv. metr ümumi sahəsi olan zirzəminin iddiaçıya təhvil verilməsi və həmin qeyri-yaşayış sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı və s.) verilməsi vəzifəsi "xxxx" MTK-ya həvalə edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-214/2023 saylı, xx.xx.2023cü il tarixli Qərarı ilə iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1204/2022 nömrəli, 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddiaçı X3 tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Habelə İddiaçı cavabdeh Proqress-2016 MTK-ya qarşı iddiası ilə bağlı Abşeron Rayon Məhkəməsinin 2(012)-226/2018 saylı, 07 fevral 2018-ci il tarixli qətnaməsindən X9 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-11/2023 saylı, 18 aprel 2023-cü il tarixli Qərarı ilə əsaslı hesab edilməmiş, İddiaçı cavabdeh Proqress-216 MTK-ya qarşı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-11/2023 saylı, 18 aprel 2023-cü il tarixli Qətnaməsi ilə 12 may 2007-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 324 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-ci blok, 1-cı mərtəbəsində, ümumi sahəsi 108 kv.m olan mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqları tanınmış, Həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsi "xxxx" MTK-ya həvalə edilmiş, Mənzil sahələri İddiaçı təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi iddiaçı X3 hazırkı iş üzrə mübahisə predmeti olan əmlaklara dair İddiaçı qarşı iddiaları təmin edilməmişdir. Məhkəmə üçüncü şəxslərin iştirakına xitam verərkən yuxarıda qeyd edilənlərə istinad etmiş və eyni zamanda qeyd etmişdir ki, “Məhkəmə qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 2-1(085)-424/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X5 üçüncü şəxs kimi icraata cəlb edərkən həmin şəxsin hüquqi maraqlarını nəzərə almış, həmin şəxsin zəruri cəlbetmə vəya adi cəlbetmə əsası ilə işə cəlbedilməsi müəyyən edilməmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək üçün üçüncü şəxslərin məhkəmə icraatında iştirakı ilə bağlı müvafiq qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 saylı Qərardadında qeyd edilir ki:

21. Məhkəmə tərkibi həmçinin hesab etmişdir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək üçün inzibati məhkəmə icraatının gedişində üçüncü şəxslərin icraata cəlb edilmələri və iştiraklarına xitam verilmələri, onların proses iştirakçısı qismində malik olduqları hüquqlarının həcmi, eləcə də məhkəmə aktlarını apellyasiya qaydasında mübahisləndirmək hüquqları ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir.

36. İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.

37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.

42. Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını birbaşa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur.

52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.

54. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir.

55. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.

56. İPM-in 81.1, 83.3.6, 83.4-cü maddələrinin müddəaları, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelər nəzərə alındıqda, cəlbetmənin dəyişdirilməsi və ya ləğv edilməsi, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verilməsi barədə qərardadlardan şikayət verilə bilər.” Yuaxarıda qeyd edilənlərdən göründüyü kimi zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Məhkəmə qeyd edir ki, Məmmədov Elxanın hazırkı iş üzrə icraata zəruri cəlbetmə əsası ilə cəlb edilməli olması əsasları mövcud olmamışdır. Eyni zamanda Ali Məhkəmənin yuxarıda qeyd edilən plenum qərarında qeyd edilmişdir ki, “...Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz.” Eyni zamanda məhkəmə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-31/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraatı dayandıran zaman məhkəmə qeyd etmişdir ki, “Məhkəmə hesab edir ki, daşınmaz əmlakla əlaqədar hüquqların dövlət qeydiyyatını həyata keçirən inzibati orqana qarşı müvafiq qeydiyyatın aparılması ilə bağlı iddialarda dövlət qeydiyyatına alınmalı əmlak üzərində yaranan hüququn əsasını mülki hüquq münasibətləri təşkil etdiyi zaman, bununla bağlı mülki məhkəmə icraatı qaydasında davam edən mübahisə olarsa, inzibati işin həlli mülki hüquq münasibətlərini müəyyən edən mülki işdən asılı olur.Hazırkı işdədə mübahisənin həlli, mübahisə predmeti olan daşınmaz əmlakla bağlı Abşeron rayon Məhkəməsində davam edən mülki mübahisədən asılı olduğuna görə məhkəmə hesab edirki, iş üzrə icraat Abşeron rayon Məhkəməsində davam edən mülki iş üzrə yekun qərar qəbul edilib, qanuni qüvvəyə minənə kmi dayandırılmalıdır.” Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qərarlardan isə görsənir ki, X3 İddiaçı qarşı mülki məhkəmə icraatı qaydasında qaldırdığı və hazırkı işlə birbaşa əlaqəli olan iddia tələbləri əsassız hesab edilmişdir. Məhkəmə hesab edir ki, X3 məhkəmə proseslərinə qəlməmisidə yuxarıda qeyd edilən mülki məhkəmə işlərinin nəticəsinə uyğun olaraq hazırkı işə hüquqi marağının qalmaması kimi qiymətləndirilə bilər. Eyni zamanda Ali Məhkəmənin yuxarıda qeyd edilən plenum qərarında qeyd edilmişdir ki, “Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər.” Yuxarıda qeyd edilənlər nəzərə alınaraq X3 məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Eyni zamanda Proqress-2016 MTK-nı üçüncü şəxs kimi iştirakına xitam verilməsi ilə bağlı qərardadında qeyd etmişdir ki, “Yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş qərarlardan isə görsənir ki, X3 İddiaçı qarşı mülki məhkəmə icraatı qaydasında qaldırdığı və hazırkı işlə birbaşa əlaqəli olan iddia tələbləri əsassız hesab edilmişdir. Göründüyü kimi məhkəmə Proqress-2016 MTK-nı X3 şikayətlərini nəzərə alaraq iş üzrə icraata cəlb etmişdir. Eyni zamanda 03.09 2020-ci il tarixdə məhkəməyə daxil olmuş Proqress-2016 MTK-nın xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hazırkı iş ilə bağlı hər hansı şikayət və tələbləri yoxdur. Yuxarıda qeyd ediləri nəzərə alaraq məhkəmə tərəfindən X3 iş üzrə üçüncü şəxs kimi iştirakına xitam verilmişdir. Məhkəmə hesab edir ki, X3, Proqress-2016 MTK-nın və İddiaçı aralarında olan mülki mübahisələr həllini tapdığını və Ali Məhkəmənin yuxarıda qeyd edilən plenum qərarında qeyd edilənləri nəzərə alınaraq X3 və Proqress-2016 MTK-nın üçüncü şəxs kimi iştirrakına xitam verilməlidir.” Göründüyü kimi X3, eyni zamanda Proqress-2016 MTK-nın üçüncü şəxs kimi iştirrakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(085)-424/2019 saylı Qərarının ləğv edilməsinə X3 iş üzrə icrata üçüncü şəxs kimi cəlb edilməsi əsas olmuş, X3 İddiaçı qarşı tələbləri mülki məhkəmə icraatı qaydasında əsassız hesab edilmiş, nəticədə X3 və Progress-2016" MTK-nın iş üzrə üçüncü şəxs kimi iştiraklarına xitam verilmiş, eyni zamanda hazırkı iddia üzrə tələb cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. Bu isə hazırkı iş üzrə mübahisənin qalmadığını göstərir və buna görədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "xxxx" MMC-nin Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən, sahəsi 68 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar