Məhkəmə qərarları › İş №2-1(118)-2/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan 1805a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin 1805b nömrəli bağ torpaq sahəsi kimi X9 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 17 nömrəli qərarının, 600 kvadrat metrinin 1805v nömrəli bağ torpaq sahəsi kimi X14 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 40 nömrəli qərarının, 400 kvadrat metrinin 1805e nömrəli bağ torpaq sahəsi kimi X7 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017ci tarixli, 19 nömrəli iclasının 10 nömrəli qərarının, 350.80 kvadrat metrinin 1805d nömrəli bağ torpaq sahəsi kimi X4 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan 1805a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin 1805b nömrəli bağ torpaq sahəsi kimi X9 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 17 nömrəli qərarının, 600 kvadrat metrinin 1805v nömrəli bağ torpaq sahəsi kimi X14 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 40 nömrəli qərarının, 400 kvadrat metrinin 1805e nömrəli bağ torpaq sahəsi kimi X7 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017ci tarixli, 19 nömrəli iclasının 10 nömrəli qərarının, 350.80 kvadrat metrinin 1805d nömrəli bağ torpaq sahəsi kimi X4 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarının ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)-1250/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadı ilə X15, X18 və X10 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin yanvar ayında alqı-satqı müqaviləsi əsasında “Saray” bağları massivində yerləşən sahəsi 0.25 ha olan 1805a nömrəli bağ torpaq sahəsini X11 almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında qeyd edilən bağ torpaq sahəsi Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilərək iddiaçıya JN-1084B nömrəli 28 fevral 2005-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Bir müddət əvvəl mülkiyyətində olan bağ torpaq sahəsinin mülkiyyət Şəhadətnaməsinin daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışla əvəzlənməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, iddiaçıya bildirilmişdir ki, həmin torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin verdiyi qərarlar əsasında ayrı-ayrı fiziki şəxslərin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmişdir. Bununla bağlı Sumqayıt şəhər bələdiyyəsinə müraciət etdikdə, ona məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 1805a saylı bağ torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən dörd yerə ayrılaraq müxtəlif nömrələr altında bələdiyyə qərarları əsasında başqa şəxslərə satılmışdır. Araşdırmalarının nəticəsində məlum olmuşdur ki, həqiqətən də iddiaçıya məxsus torpaq sahəsini Sumqayıt şəhər Bələdiyyəsi qanunsuz olaraq başqa şəxslərə satmışdır. Belə ki, iddiaçının şifahi sorğusuna Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş cavabdan aydın olmuşdur ki, iddiaçıya mülkiyyətində olan bağ torpaq sahəsinin 400 kvadrat metri 1805b nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 17 nömrəli qərarı ilə X9, 600 kv.metr 1805v nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin 15 noyabr 17-ci il tarixli, 16 saylı iclasının 40 nömrəli qərarı ilə X14, 400 kvadrat metri 1805e nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 10 nömrəli qərarı ilə X7, 350,80 kvadrat metri isə 1805d nömrəli bağ torpaq sahəsi kimi Sumqayıt şəhər Bələdiyyəsinin 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarı ilə X4 mülkiyyətinə verilmişdir. Həmin bələdiyyə qərarları əsasında adı çəkilən şəxslər iddiaçıya məxsus bağ torpaq sahəsini öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişlər. İddiaçı bu işlə bağlı Sumqayıt şəhər Bələdiyyəsində olmuş və torpağın 2005-ci ilin əvvəllərindən mülkiyyətində olduğunu bildirsə də, iddiaçının bu müraciəti heç bir nəticə verməmişdir. Bundan sonra artıq iddiaçı torpağın başqa şəxslərə satıldığına və bələdiyyənin iddiaçıya torpağı qaytarmayacağına əmin olduğundan, məhkəməyə müraciət etməyi qərara almışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı "bələdiyyə qərarının ləğv olunması barədə” iddia ərizəsini əsassız sayırlar. Belə ki, təqdim edilmiş bələdiyyə qərarlarının surətlərindən də görünür ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 400 kvadrat metri 1805b saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 17 saylı qərarı ilə X9, 600 kvadrat metri 1805v saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 40 saylı qərarı ilə X14, 400 kvadrat metri 1805e saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin 26 dekabr 2017-ci il tarixli, 19 saylı iclasının 10 saylı qərarı ilə X7, 350,80 kvadrat metri isə 1805d saylı bağ torpaq sahəsi altında Sumqayıt Bələdiyyəsinin 26 dekabr 2017-ci il tarixli, 19 saylı iclasının 11 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir. Belə ki, məhkəmənin nəzərinə çatdırılır ki, adı çəkilən vətəndaşlar ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək uzun müddət istifadə etdikləri bağ torpaq sahələrinin qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq onların mülkiyyətinə verilməsini xahiş etmişlər. Adı çəkilən ərizələr əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq müvafiq rəylərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsi tərəfindən müvafiq rəylər və yerquruluşu planından çıxarışlar hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim olunmuşdur. Həmin sənədlərdə mübahisələndirilən torpaq sahələrinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə bağ evinin tikintisi təyinatlı olduğu və torpaq sahəsinin alqı-satqı qaydasında satıla biləcəyi bildirilmişdir. Həmçinin, məhkəmənin nəzərinə onu da çatdırır ki, müvafiq rəylər və ərazinin yerquruluşu planından çıxarışlar təqdim olunduqdan sonra mübahisələndirilən torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə Seriya RX 1168086, Seriya RX 1186082, Seriya RX ******* və Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlar və “Torpaq sahəsinin planı və Ölçüsü” təqdim olunmuşdur. Həmin sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin yuxarıda sadalanan qərarları ilə iddiaçının mübahisələndirdiyi torpaq sahəsi dörd bağ sahəsi kimi ayrı- ayrı şəxslərin mülkiyyətinə verilmiş, həmçinin bələdiyyə ilə həmin şəxslər arasında arasında notariat qaydasında torpaq sahələrinin, alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Bu səbəbdən iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq, sahələrini alqı-satqı qaydasında mülkiyyətə satmasını və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edirlər. İddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu, həm də inzibatı orqan- olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Belə ki, rnübahisələndirilən torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə müvafiq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışlar və “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim olunmuşdur. Həmin idarə tərəfindən torpaq sahələrinin İddiaçı mülkiyyətində olması barədə Sumqayıt Bələdiyyəsinə hər hansı məlumat verilməmiş və hal-hazırda da bunu təsdiq edən hər hansı sübut mövcud deyildir. Bu səbəbdən hesab edirlər ki, hal- hazırki şəraitdə iddiaçının irəli sürdüyü iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 19 saylı; xx.xx.2017-ci il tarixli, 16 saylı qərarları; JN 1084B, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin əsli və digər sənədlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər 6 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə1/13 saylı alqı-satqı müqaviləsinə əsasən 1805a saylı bağlı ümumi sahəsi 0.25 ha olan bağ sahəsi İddiaçı satılmışdır. Buna dair iddiaçının adına JN 1084B, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı JN 1084B, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ona satılan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyi zaman, ona məlum olmuşdur ki, sözügedən bağ sahələri üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış tərtib edilmişdir. İddiaçı halhazırda məhkəmədən üçüncü şəxslərə torpaq sahəsinin ayrılmasına dair Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan 1805a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin 1805b nömrəli bağ torpaq sahəsi kimi X9 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 17 nömrəli qərarının, 600 kvadrat metrinin 1805v nömrəli bağ torpaq sahəsi kimi X14 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017ci il tarixli, 16 saylı iclasının 40 nömrəli qərarının, 400 kvadrat metrinin 1805e nömrəli bağ torpaq sahəsi kimi X7 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci tarixli, 19 nömrəli iclasının 10 nömrəli qərarının, 350.80 kvadrat metrinin 1805d nömrəli bağ torpaq sahəsi kimi X4 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Cavabdeh orqan imtinanın əsası kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən torpaq sahələrinin İddiaçı mülkiyyətində olması barədə Sumqayıt Bələdiyyəsinə hər hansı məlumat verilmədiyini və hal-hazırda da bunu təsdiq edən hər hansı sübutun mövcud olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sumqayıt şəhər 6 saylı DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə1/13 saylı alqı-satqı müqaviləsinə əsasən 1805a saylı bağlı ümumi sahəsi 0.25 ha olan bağ sahəsi İddiaçı satılmışdır. İddiaçı ona satılmış torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin qərarı ilə üçüncü şəxslərə ayrıldığını iddia edir. Bu səbəbdən hazırda bələdiyyənin 15 noyabr 2017ci il tarixli, 16 saylı iclasının 17 nömrəli; 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 40 nömrəli; 26 dekabr 2017-ci tarixli, 19 nömrəli iclasının 10 nömrəli və 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarlarının ləğv edilməsini tələb edir. Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mütəxəssis rəyi verilməsi üçün ünvanlanmış sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: “Ləğv edilmiş DTXK-si tərəfindən İddiaçı verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-1084 В saylı xx.xx.2008-ci il tarixli şəhadətnamədə torpaq sahəsinin koordinatları göstərilmədiyindən və xəritə məlumatlarında şəhadətnamələrin yerləşmə sxemləri ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) olduğundan Sumqayıt bələdiyyəsinin xx.xx.2017-ci tarixli 17 saylı qərarı ilə X3 400 kv.m, xx.xx.2017-ci il tarixli 40 saylı qərarı ilə X5 600 kv.m, xx.xx.2017-ci il tarixli 10 saylı qərarı ilə X2 400 kv.m və xx.xx.2017-ci il tarixli 11 saylı qərarı ilə X1 350.80 kv.m torpaq sahələrinin üst-üstə düşüb düşməməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin daxilində Sumqayıt bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə X3 400 kv.m, xx.xx.2017-ci il tarixli 40 saylı qərarı ilə X5 600 kv.m, xx.xx.2017-ci il tarixli 10 saylı qərarı ilə X2 400 kv.m və xx.xx.2017-ci il tarixli 11 sayl qərarı ilə X1 350.80 kv.m torpaq sahələrinə verilmiş çıxarışlar və həmçinində naturada mövcuddurlar.” Daha sonra işin hallarının hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2-1(085)-1250/2019 saylı qərardadına əsasən məhkəmə tikint-texniki ekspertizası təyin edilmişdir. Məhkəmənin qərardadına əsasən təqdim edilmiş 10/1143 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyində qeyd edilənlər yuxarıda qeyd edilən mütəssis rəyi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 5.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 6.1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Qanunun 6.2-ci bəndinə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 6.5-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Qanun haqqında 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qanununun 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının JN 1084B, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddia etdiyi torpaq sahəsinin ona satılması barədə sənədlərin mövcudluğu müəyyən edilməsinə baxmayaraq, iddiaçı ona ayrılmış torpaq sahəsinin naturada quruluşunu, koordinatlarını müəyyən edən hər hansı sənədi (yerquruluşu planından çıxarışı, torpaq sahəsinin planını və ölçü sənədini, torpaq sahəsinin koordinatlarını) məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə də (şəhadətnamədə) torpaq sahəsinin koordinatları barədə heç bir məlumat qeyd edilməmişdir. Bununla da iddiaçı iddia etdiyi torpaq sahəsinin məhz üçüncü şəxslərə satılmış torpaq sahəsi ilə eyni olduğunu sübut edən heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə iddiaçı mübahisələndirilən qərarın ləğv olunması üçün əsas kimi göstərdiyi halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqannın mübahisələndirilən qərarının ləğv edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan 1805a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin 1805b nömrəli bağ torpaq sahəsi kimi X9 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017ci il tarixli, 16 saylı iclasının 17 nömrəli qərarının, 600 kvadrat metrinin 1805v nömrəli bağ torpaq sahəsi kimi X14 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 40 nömrəli qərarının, 400 kvadrat metrinin 1805e nömrəli bağ torpaq sahəsi kimi X7 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci tarixli, 19 nömrəli iclasının 10 nömrəli qərarının, 350.80 kvadrat metrinin 1805d nömrəli bağ torpaq sahəsi kimi X4 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarının ləğv edilməsi”nə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyəsinin iddiaçının mülkiyyətində olan 1805a nömrəli bağ torpaq sahəsinin 400 kvadrat metrinin 1805b nömrəli bağ torpaq sahəsi kimi X9 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 17 nömrəli qərarının, 600 kvadrat metrinin 1805v nömrəli bağ torpaq sahəsi kimi X14 mülkiyyətinə verilməsi barədə 15 noyabr 2017-ci il tarixli, 16 saylı iclasının 40 nömrəli qərarının, 400 kvadrat metrinin 1805e nömrəli bağ torpaq sahəsi kimi X7 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017ci tarixli, 19 nömrəli iclasının 10 nömrəli qərarının, 350.80 kvadrat metrinin 1805d nömrəli bağ torpaq sahəsi kimi X4 mülkiyyətinə verilməsi barədə 26 dekabr 2017-ci il tarixli, 19 nömrəli iclasının 11 nömrəli qərarının ləğv edilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar