Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-20/2020 04.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdehnə qarşı Cavabdeh xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamının ləğv edilməsinə dair iddia ərizəsinə inzibati məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Holcim (Azərbaycan) ASC Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamının ləğv edilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməsə də vəsatətlə məhkəməyə müraciət edərək hazırkı məhkəmə işini baxılması üçün mübahisəli torpaq sahəsinin aid olduğu yurisdiksiya üzrə müvafiq məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamın ləğv edilməsi barədə məktubla Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli məktubuna əsasən G.Nuryevaya mişar daşı istehsalı məqsədilə qeyd olunan sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşdiyi torpaqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 60 saylı qərarı ilə Bakı şəhəri İcra Hakimiyyətinin (Qaradağ rayonu) idarəçiliyinə qaytarılmışdır. Cavabdeh məktubunda qeyd olunduğu kimi, sərəncam əsasında ayrılmış torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonunun idarəçiliyindədir və Qaradağ rayonu ərazisində yerləşir. İddiaçı hesab edir ki, məhkəməyə təqdim edilmiş mübahisəyə mübahisəli torpaq sahəsinin aid olduğu müvafiq yurisdiksiyalı məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, bu mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı deyil və iş aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının tələbi Cavabdeh xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünürki mübahisə predmeti olan Cavabdeh xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsi hazırda Bakı şəhəri İcra Hakimiyyətinin (Qaradağ rayonu) idarəçiliyindədir və Qaradağ rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki inzibati mübahisəyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin müddəalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdehnə qarşı Cavabdeh xx.xx.2005-ci il tarixli, 387 saylı sərəncamının ləğv edilməsinə dair inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə(ünvan: ünvan 2 şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-20/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-20/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver