Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-20/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ünvan 1 ünvanında (Azərbaycan Respublikası Dəmir Yolunun Biləcəri- Xırdalan sahəsinin 2642-ci kilometrində) ayrılmış 650 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Əliyev X9 şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60 “A” ünvanında (Azərbaycan Respublikası Dəmir Yolunun Biləcəri-Xırdalan sahəsinin 2642-ci kilometrində) ayrılmış 650 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsil aldıqdan sonra mühəndis kimi 1967-ci ildə Azərbaycan X2 Mərkəzinə işə göndərilmişdir. Təyinatı ilə əlaqədar Bakı şəhəri, Kirov (indiki Binəqədi) rayon Partiya Komitəsi rəhbərliyinin göstərişi əsasında ona ünvan 2 ünvanında ev tikmək üçün 0,012 ha torpaq sahəsi verilərək şərait yaradılmışdır, bu torpaq sahəsi 1967-ci ildən də iddiaçının istifadəsindədir. 2006-cı ildə evin yerləşdiyi bu ərazi Binəqədi rayonundan alınaraq Xırdalan şəhərinin, yəni Abşeron rayonunun inzibati ərazisinə daxil edilmişdir. 1986-cı ildə Azərbaycan Respublikası Dəmir Yolu İdarəsinin X8 distansiyasına işə girmişdir. Azərbaycan Respublikası Dəmir Yolunun X12 rəisinin xx xxxx 1992- ci il tarixli 31 saylı arayışına əsasən ona Azərbaycan Respublikası Dəmir Yolunun Yol Xidməti rəisinin yazılı Göstərişi əsasında Biləcəri- Xırdalan sahəsinin 2642-ci km-də kapital tikinti hüququ olmadan 12,5 sot bağ-bostan əkintisi üçün torpaq sahəsi ayrılmışdır. Eyni zamanda X12 rəisinin də X8 Distansiyasının təmir-təftiş sahəsinin elektrik mexaniki kimi iddiaçıya ünvanladığı xx xxxxxx 1994-cü il tarixli 184 saylı məktubuna əsasən ona Biləcəri- Xırdalan sahəsinin 2642- ci km- də 12,5 sot bağ- bostan üçün torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dəmir Yolu İdarəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış məktubdan görünür ki, iddiaçıya 12,5 sot torpaq sahəsində tikdiyi və yaşadığı evin sənədləşdirilməsinə etiraz edilməmişdir. Xocasən Bələdiyyəsi tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx xxx 2004-cü il tarixli məktubdan görünür ki, Şəfiqə Əfəndizadə küçəsində iddiaçıya məxsus fərdi yaşayış evinin layihəsinin təsdiq edilməsi xahiş olunmuşdur. xx xxxxx 2008-ci il tarixli aktdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2005-ci il tarixli 330 saylı, xx.xx.2006- cı il tarixli 375 saylı və xx.xx.2007ci il tarixli 1046 saylı sərəncamlarla təsdiq olunmuş komissiya tərəfindən iddiaçının inşasını başa çatdırdığı fərdi yaşayış evi istifadəyə qəbul edilmişdir. Xırdalan Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 173 saylı sərəncamından görünür ki, yeni ərazidə uzun illərdən bəri istifadə etdiyi 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədilə iddiaçıya satılmışdır. Torpaqların alqı-satqısına dair aktından da görünür ki, torpaq sahəsi iddiaçıya satılmışdır. Abşeron RİH-nin Memarlıq və Tikinti Şöbəsi və Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş rəylərə əsasən iddiaçıya 600 kv.metr torpaq sahəsinin sənədləşdirilməsinə etiraz edilməmişdir. DTXK tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, eskiz layihəsi təsdiq edilmişdir. Abşeron RİH başçısının xx.xx.2011-ci il tarixli 203 saylı sərəncamından görünür ki, iddiaçıya Xırdalan Bələdiyəsinin xx xxxx 2007-ci il tarixli 173 saylı sərəncamına əsasən razılaşdırılmış eskiz əsasında ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60A ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2014cü ildə daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına qeydə alınmış, bu barədə ona mülkiyyət hüququna dair Çıxarış verilmişdir. «Torpaq islahatı haqqında» Qanunun 6cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaqlar qanunvericilikdə müəyyən edilmiş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) və xitam verilməsinin düvlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanlarə tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Qeyd olunanlardan göründüyü kimi qanuni sənədlərlə uzun illər öncə iddiaçının istifadəsinə verilmiş 12,5 sot torpaq sahəsindən 650 kv.metr torpaq sahəsinə iddiaçının adına dövlət reyestrindən Çıxarış verilməmişdir. Lakin hal-hazırda o, 12,5 sot torpaq sahəsinin qalan 650 kv.metrindən də tam, özü bildiyi kimi istifadə edir, orada bina və başqa tikililər inşa etmişdir. Heç bir vətəndaş və ya səlahiyyətli orqan bu torpaq sahəsi ilə bağlı iddiaçının hərəkətlərini mübahisələndirməmişdir. 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnu əldə etsə də, yəni sənəd alsa da, qalan 650 kv.metr torpaq sahəsini öz adına sənədləşdirə bilməmişdir. İddiaçı hesab edir ki, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60A ünvanında (Biləcəri- Xırdalan sahəsinin 2642- ci km- də) ayrılmış 650 kv metr torpaq sahəsi üzərində də onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, bu əraziyə də ona Dövlət reyestrindən Çıxarış və texniki pasport verilməlidir. Lakin iddiaçı qeyd etdiyi ünvanda yerləşən 650 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə alıb, ona Dövlət reyestrindən Çıxarışın və texniki pasportun verilməsini DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən xahiş etsə də ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli Bildiriş göndərilmişdir. Bildirişdə göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 №-li Fərmanı ilə təsdiq olunmuş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nda torpaq sahələrinin ayrılması barədə Azərbaycan Respublikası Dəmir Yolunun X5 məktubları (arayışları, qeydləri) nəzərdə tutulmamışdır. Bundan başqa həmin ərazidə yerləşən torpaq sahəsinin 0,0580 ha hissəsinin və üzərində müvafiq icazə sənədləri alınmadan inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edildiyi, həmçinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Ona görə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, DƏDRX- nin 4 saylı Abşeron Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. O, tələb olunan sənədləri həmin idarəyə təqdim etmişdir. Necə olur ki, eyni ərazidə qonşu və yan-yana yerləşən torpaq sahələri qeydiyyata alınır, iddiaçının ərizəsinin isə icrasından imtina olunur. Hal-hazırda iddiaçı cəmi 12,5 sot torpaq sahəsinin 650 kv.metrindən də tam istifadə edir, orada tikililər inşa etmişdir. Yuxarıda qeyd etdiyi kimi heç kim bu torpaq sahəsi ilə bağlı iddiaçının hərəkətlərini mübahisələndirməmiş, ona bir söz deməmişdir. Azərbaycan Respublikası Dəmir Yolunun xx xxxx 1992- ci il tarixli 31 saylı arayışı və buna uyğun olaraq təqdim etdiyi digər sənədlər dövlət reyestrindən çıxarışın verilməsi üçün nəyə görə rəsmi sənəd kimi qəbul olunmamalıdır. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehin inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə olan halda iddiaçının İPM-nin 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd edilmişdir ki, məhkəmə araşdırmasında tədqiq edilmiş sübutlarla tam təsdiq olunur ki, iddia tələbi əsaslıdır, cavabdehin iddiaçının daşınmaz əmlakı üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsindən ibarət hərəkəti qanuna ziddir, əsassızdır, eləcə də cavabdehin iddia tələbinə qarşı olan etirazı, həmçinin etirazında irəli sürdüyü bütün arqumentlər əsassızdır. Belə ki, cavabdehin imtina məktubunda, habelə onun məhkəməyə təqdim etdiyi etirazında da sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edildiyi, həmçinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşməsi səbəblərindən ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Məhkəməyə təqdim edilən xx xxxxxx 2020-ci il tarixli 10/3365 nömrəli ekspert rəyi və bilavasitə Azərbaycan Avtomobil Yolları Agentliyinin xx xxxx 2020-ci il tarixli məktub-arayışı ilə bu təkzib olunmuş, həmin ünvandakı torpaq sahəsinin yolun mühafizə zolağında yerləşmədiyi, ümumiyyətlə “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının qanununun 15-1 maddəsinə görə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları üçün mühafizə zolaqları müəyyən edilmədiyi, bundan əlavə sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqlarına aid olduğu, təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olmadığı tam sübuta yetirilmişdir. Cavabdeh etirazında irəli sürdüyü digər bir arqumentə görə, əvvəlki mülki məcəllənin 59-cu və qüvvədə olan mülki məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxs daha sonra bunu bəyənirsə, etibarlı olur, səlahiyyətli şəxsin isə Abşeron Rayon icra Hakimiyyəti başçısı olduğunu qeyd edir. Sözügedən torpaq sahəsinin ayrılması SSRİ dövründə səlahiyyətli şəxslərin göstərişi ilə həyata keçirilmiş, o dövrdə sonradan ərazi Azərbaycan SSR Dəmiryolları idarəsinin balansına verilmiş, 1992 və 1994-cü illərdə isə iddiaçının o vaxtdan sahiblik və istifadə etdiyi 0,125 ha sahənin onun sahibliyində olması faktı təkrarən rəsmiləşdirilmişdir. Abşeron Rayon icra Hakimiyyəti (həmçinin digər mərkəzi və yerli icra hakimiyyəti orqanları) sözügedən torpaq sahəsini heç vaxt mübahisələndirməmiş, indiyə kimi, heç bir irad, iddia, xəbərdarlıq, bildiriş, tələb və etiraz irəli sürməmiş (iddia müddəti də ötürülmüşdür), iddaçının həmin torpaq sahəsinə dair sahiblik, istifadə və sərəncam hüququna dair indiyə kimi heç bir irad və etiraz bildirməmiş, əksinə bir sıra aktlar ilə iddiaçının hüquqlarını təsdiq etmişlər (Abşeron Rayon icra Hakimiyyəti başçısının xx.xx.2011 -ci il tarixli 203 saylı sərəncamı ilə həmin ünvanda iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir). 1967-ci ildən iddiaçının istifadəsində olan sözügedən 0,125 ha torpaq sahəsində iddiaçı birmərtəbəli yaşayış evi və yardımçı tikililər inşa etmiş, sahəni hasarlamış, fərdi yaşayış evi və onun həyətyanı sahəsi kimi onillərlə istifadə etmiş, 2011 -ci ildə Abşeron Rayon icra Hakimiyyəti başçısının razılığı ilə həmin birmərtəbəli fərdi yaşayış evini sökərək yerində təsdiq olunmuş layihə əsasında yeni ev inşa etmişdir. x xxxxxxx 2006-cı ilədək sözügedən 0,125 ha torpaq sahəsinin daxil olduğu ərazi Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisi sayılmış və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən də iddiaçıya həmin sahə ilə bağlı indiyə kimi heç bir irad, iddia, xəbərdarlıq, bildiriş, tələb və etiraz olmamışdır. Yəni 50 ildən artıq müddət ərzində müvafiq səlahiyyətli icra hakimiyyəti orqanları heç bir etiraz etməməklə iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsini onun qanuni istifadəsində olmasını qəbul etmişlər. Qeyd olunan hallar iddiaçının bəhs etdiyi “əqdi sonradan bəyənmə” sayılmasından başqa bir şey deyildir. Ümumi iddia müddəti olan 10 illik iddia müddətinin keçdiyini, ötürüldüyünü, 30 illik müddətin də keçdiyini, 53 il müddətində heç bir irad və etirazın olmaması, əqdin sonradan bəyənilmiş olmasından başqa nə ola bilər? Cavabdeh əqdin sonradan bəyənilməsini axtarırsa bu hallar onun üçün yetərli dəlil olmalıdır, indiyə kimi iddia predmeti olan torpaq sahəsi ilə bağlı iddiaçıya sadəcə ARDNŞ etiraz etmiş, ARDNŞ-nin əməkdaşları iddiaçının həmin ünvanda olan tikililərini sökmüş, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, iddiaçının hüquqları məhkəmə qaydasında bərpa edilmişdir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: Famil Nəsibov) xx xxxxxx 2011-ci il tarixli 2(009)-2537/2011 nömrəli qətnaməsi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi qismən təmin edilərək cavabdeh ARDNŞ-dən İddiaçı xeyrinə 6264 manat maddi zərərə görə, 2000 manat mənəvi ziyana görə, 20 manat dövlət rüsumu, cəmi 8284 manat tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir (qətnamə işə əlavə edilmiş və məhkəmə iclasında sübut kimi tədqiq edilmişdir). Qanuni qüvvəyə minmiş həmin qətnamə ilə hazırki iş üzrə əhəmiyyətli olan bir çox hallar öz təsdiqini tapmışdır. Sözügedən qətnamə ilə nəticələnən həmin məhkəmə prosesinə əlaqədar bütün dövlət orqanları, müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları cəlb edilmişdir, lakin heç bir dövlət qurumu iddiaçının hüquqlarına etiraz etməmişdir. Beləliklə iddiaçının sözügedən torpaq sahəsinə olan hüquqları bütün müvafiq icra hakimiyyəti orqanları, o cümlədən bütün səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş, təsdiq edilmişdir. Məhkəmədə tədqiq olunan sübutlarla tam təsdiq olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60A ünvanında yerləşən fərdi yaşayaış evi və 0,125 ha (12.5 sot) torpaq sahəsi qanuni əsaslarla İddiaçı məxsusdur və O, həmin 0,125 ha (12,5 sot) torpaq sahəsini 1967-ci ildən bəri fasiləsiz, mübahisəsiz, maneəsiz və etirazsız sahiblik və istifadə edir, sahənin 0,06 ha hissəsinə mülkiyyət sənədi verilmiş, qalan 0,065 ha hissəsinə isə mülkiyyət sənədi verilməsindən cavabdeh əsassız olaraq imtina etmişdir. İddiaçının uzun illər ərzində 1967-ci ildən istifadəsində olan, o vaxtlar səlahiyytəli yerli partiya rəhbərliyinin göstərişi ilə ona verilmiş həmin sahə, daha sonra, Azərbaycan Respublikası Nazirlər Sovetinin 270 nömrəli xx xxxxxx 1973-cü il tarixli “Nəqliyyata ayrılan torpaqlar haqqında” qaydalara əsasən 1992 və 1994-cü illərdə torpaq sahəsinə istifadə hüququnun iddiaçının adına rəsmiləşdirilməsi aparılmışıdr. Belə ki, həmin torpaq sahəsinin də daxil olduğu ərazilər hələ Azərbaycan SSR dövründə dəmiryolları idarəsinin balansına keçmiş, müstəqil Azərbaycan Respublikası dövründə də balansında olan həmin idarə tərəfindən də iddiaçının torpaqdan sahiblik və istifadə hüququ rəsmiləşdirilmişdir. 2011-ci ildə isə yerli icra hakimiyyəti orqanının razılığı və onun təsdiq etdiyi layihə əsasında İddiaçı həmin ünvanda ona məxsus hasarlanmış sahədə köhnə evini sökərək yeni ev inşa etmişdir. İddiaçı Əliyev X11 rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60A adlı ünvanda yerləşən 0,125 ha (12,5 sot) torpaq sahəsinə 50 (əlli) ildən artıqdır ki, maneəsiz, fasiləsiz və etirazsız sahiblik edir, həmçinin ondan istifadə edir, iddaçı 1967-ci ildə Azərbaycan SSR X2 Mərkəzinə mühəndis olaraq işə təyin edilmiş və elə həmin il o vaxtki yerli partiya rəhbərliyinin göstərişi ilə ona ev tikmək və yardımçı təsərrüfat üçün 0,125 ha (12,5 sot) torpaq sahəsi ayrılmış və təhvil verilmişdir. O vaxtdan bəri, nə SSRİ vaxtı, nə də ondan sonra, heç bir dövlət orqanı, həmçinin heç bir yerli icra hakimiyyəti orqanı iddiaçının həmin torpaq sahəsi üzərindəki hüquqlarını mübahisələndirməmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququ ilə yanaşı, sahiblik və istifadə hüquqları da əmlak hüquqları sayılır. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ, girov hüququ, servitutlar da da əmlak hüququ sayılır, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddianın predmetini təşkil edən 0,065 ha torpaq sahəsinin də daxil olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60A ünvanında iddiaçıya məxsus mövcud 0,125 ha torpaq sahəsinin 0,06 ha hissəsinə və tikililərə dair **********27-10301 reyestr nömrəli xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sözügedən Çıxarış verilərkən 0,06 ha torpaq sahəsinə bitişik olan 0,065 ha sahə də daxil olmaqla ümumilikdə 0,125 ha torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsində olduğu cavabdehə məlum idi, cavabdeh tərəfindən ərazinin plan- çizgisi, ölçüsü aparılmışdır. Qonşu torpaq sahələrinin də mülkiyyət sənədləri mövcud olduğundan ümumilikdə həmin ərazinin plan və ölçüsünün müəyyənləşmiş olduğu təsdiq olunur. Yəni əraziyə dair bütün parametrlər əslində cavabdehə məlum olmuşdur. Cavabdeh qərəzli olaraq guya həmin sahənin başqa təyinatlı sahə olduğu və sahənin plan və ölçüsünün ona məlum olmadığını irəli sürmüş, həqiqəti bilə-bilə onu ifadə etməkdən çəkinmişdir. Cavabdehin etirazında digər bir arqument kimi 0,065 ha torpaq sahəsinin ilkin yerqurluşu planının, torpaq sahəsinin plan və ölçüsünün, baş planının əlavə edilməməsini bildirməsi də qeyd olunan qərəzli mövqedən çıxış etməsindən irəli gəlir. Çıxarış verilmiş 0,06 ha sahə və ona bitişik olan 0,065 ha sahə də daxil olmaqla ümumilikdə 0,125 ha torpaq sahəsinin, habelə mülkiyyət sənədləri mövcud olan qonşu torpaq sahələrinin, ümumilikdə həmin ərazinin plan və ölçüsü cavabdeh tərəfindən aparılmış, qonşu torpaq sahələri arasında sərhədlər və bütün parametrlər müəyyənləşdirilmişdir. Əks təqdirdə həmin ərazidə iddiaçıya və onun qonşularına daşınmaz əmlaka dair mülkiyyət sənədlərinin verilməsi mümkün olmazdı. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının müraciətindən sonra həmin ərazidə təkrar ölçü işləri aparmış və 0,065 ha sahənin 0,058 ha hissəsinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyini bildirmişdir. Beləliklə cavabdehin özü tərəfindən təsdiq olunur ki, sahənin bütün koordinatları, plan-cizgisi cavabdehə tam məlum olmuş, bilavasitə onun tərəfindən təkrar tərtib edilmişdir, hazırlanmışdır. Cavadbeh tərəfindən bütün texniki parametrlər təkrar-təkrar bir neçə dəfə hazırlanmış, tərtib edilmiş, dəqiqləşdirilmiş, məhz bunlara əsaslanmaqla iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli yazılı etirazında aşağıdakıları qeyd etmişdir: “......tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin 0,058 ha hissəsinin və üzərində müvafiq icazə sənədləri alınmadan inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edildiyi, həmçinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir” Göründüyü kimi cavabdeh özü etiraf edir ki, iddianın predmeti olan 0,065 ha torpaq sahəsində, eləcə də həmin ərazidə ölçü işləri aparmış, plan-cizgi və koordinatları onun özü tərəfindən müəyyən edilmişdir. Ekspetiza mərkəzinə təqdim edilməsi məqsədilə mütəxəssi rəyi verilməsi üçün təhqiqat obyektinə baxış keçirilməsi zamanı mütəxəssislər iddiaçıya Çıxarış (iddiaçıya aid **********27-10301 reyestr nömrəli xx.xx.2014- cü ıl tarixli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış) verilərkən “mövcud tikililərin koordinatlarının düzgün vurulmadığını", tikilinin texniki pasportunda bir sıra yanlışlıqlar olduğunu bəyan etmişlər. Bütün yol verilən səhv və yanlışlıqar üçün cavabdeh məsuliyyət daşıyır, çünki həmin texniki sənədlər bilavasitə cavadbeh tərəfindən tərtib edilmişdir. Digər tərəfdən diqqətə alınmalıdır ki, texniki sənədlər, həmçinin texniki pasportlar texniki sənədlər sayıldığından qanunvericilikdə əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi göstərilməmişdir. İddiaçı torpaq sahəsinə dair mövcud sənədləri, yəni ona verilmiş olan sənədləri olduğu kimi təqdim etmişdir. Torpaq sahəsinin plan və ölçüsünün aparılması elə cavabdehin səlahiyyətindədir, öz səlahiyyətində olan məsələlərin həll edilməsini iddiaçıdan tələb etməsi cavabdehin qərəzli və haqq-ədalətdən uzaq olduğunu sübut edir. Sahənin mövcud sənədləri təqdim edilmişdir, digər texniki məsələlər cavabdehin ixtiyarlı şəxsi (vəzifəli şəxs) tərəfindən yerində həll edilməli, yekun texniki sənədlər tərtib edilərək hazırlanmalıdır. Qeyd edilməlidir ki, həmin 0,125 ha torpaq sahəsinin 0,06 ha hissəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi cavabdeh tərəfindən aparılmış, bu rəsmiləşdirmə aparılan zaman ona bitişik faktiki sahiblik və istifadə olan 0,065 ha sahənin də mövcud ölçüləri cavabdehə məlum olmuş, eləcə də onun tərəfindən təsbit edilmişdir. Əgər hər hansı bir yanlışıq varsa bu hal, elə cavabdehin ölçü və çizgilərdə yanlışlığa yol verdiyini sübutu olacaqdır. Çünki iddiaçını rəsmiləşdirilən əmlak hüquqlarının, eləcə də onun mülkiyyət hüququ rəsmiləşdirilərkən faktiki sahiblik və istifadəsində olan torpaq sahəsinə dair öçüləri cavabdeh aparmışdır. Qonşu bitişik sahələrin də mülkiyyət sənədi mövcud olduğundan və bu sənədlər də bilavasitə cavabdeh tərəfindən onlara verildiyindən sözügedən ərazinin bütünlüklə yürqurulşu ölçüləri, plan-cizgisi, qonşu ərazi sərhədlərisair ərazinin bütün texniki parametrləri cavabdehə məlumdur. Bütün bu texniki sənədlər elə cavabdehin özü tərəfindən hazırlanır, tərtib edilir, təkrar qeydiyyat zamanı yenidən texniki sənədlər yenə də cavabdehin özü tərəfindən təkrar hazırlanaraq tərtib edilmişdir. Odur ki, tikili və sahənin plan cizgilərində, texniki sənədlərində səhv və yanlışlıq varsa bu cavabdehin təqsiridir. Burada hər hansı başqa şəxslərin günahlandırılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərarında vurğulanmışdır ki, “torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.” Göründüyü kimi cavabdehin etirazları absurddur və hər hansi hüquqi əsaslara dayanmır. Ekspert rəyində torpaq sahəsinin 0,0889 ha göstərilməsi ilə əlaqədar bildirirlər ki, sahəyə gəlmiş mütəxəssislər iddiaçının etirazına baxmayaraq hasara alınmış sahəni nəzərə almış, sadəcə orada ölçmə işləri aparmışlar. Onlar rəydə də iddiaçının “hasar daxilində faktiki istifadə etdiyi sahə”nin 0,0889 ha olduğunu vurğulamış, hasarın kənarlarındakı istifadə sahələrini hesaba qatmadıqlarını ifadə etmişlər. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı köhnə evi və hasarı söküb, yerində yeni ev və hasar inşa edərkən, həyətyanı sahəsini özünün istifadə etdiyi yol, piyada yolu və avtomobil dayanacağı ilə bağlı olaraq hasarın yerini dəyişdiyini, evin önündə qonaqlar və özü üçün maşın dayanacağı (həyətə girmədən maşınların dayanması üçün) sahəsi saxladığını və faktiki istifadə etdiyini bildirsə də, gələn mütəxəssislər sadəcə hasarın içində olan sahənin ölçülməsinin onlara tapşırıldığını qeyd etmişlər. Sökülən hasarın daxilindəki sahə 0,125 ha olmuşdur, 2011-ci ildə yeni inşa edilən evin yerləşdiyi hasar daxilindəki sahənin 0,0889 ha olması mümkündür, çünki qeyd olunduğu kimi, gediş-gəliş yolu, talvar, qaraj və maşın dayanacağı kımı istifadə edilən sahələri iddiaçı yeni ev və hasarı inşa edərkən hasarlamağı lazım bilməmişdir. Lakin həmin göstərilməyən 0,0361 ha sahə də həmişə iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Buna görə də iddiaçının faktiki olaraq sahiblik və istifadə etdiyi sahənin həqiqətdə 0.0889 ha deyil 0,125 ha sahə olduğu məlumdur. Bu halı cavabdeh də etiraf etmiş, öz imtina məktubunda və məhkəməyə təqdim etdiyi etirazında bəyan etmişdir ki, həmin torpaq sahəsinin 0.058 ha sahəsi, Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşməsi səbəbindən ərizənin icrası mümkün olmamışıdr. Göründüyü kimi cavadbeh “”... tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin 0,058 ha hissəsinin və üzərində müvafiq icazə sənədləri alınmadan inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edildiyi, həmçinin Bakı- Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir” deməklə iddiaçının faktiki istifadəsindəki 0,125 ha torpaq sahəsi olduğunu etiraf edərək onun 0,058 ha hissəsinin başqa təyinatlı olduğunu irəli sürmüşdür. Qeyd olunmalıdır ki, (bunu gələn mütəxəssislər də obyektə baxış keçirərkən söyləmişlər) cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnu qeydə alınarkən yeni tikilinin texniki pasportunda onun koordinatları, eləcə də torpaq sahsəinin mülkiyyətdə olan və ona bitişik faktiki istifadədə olan sahələri obyektin texniki pasportunda düzgün qeyd olunmamışdır. Əslində obyektin texniki pasportunda ümumi sahə işarətlənərək göstərilmiş, lakin işarətlənmiş həmin faktiki sahənin ölçüsü tam olaraq qeyd edilməmişdir. Yəni əslində cavabdeh təqsiri ucbatından iddiaçının 0,06 ha torpaq sahəsi və tikililərə mülkiyyət hüququ rəsmiləşdirilərkən tərtib olunan texniki sənədlərdə bir sıra texniki xətalara yol verilmişdir. Hazırki iş üzrə iddianın predmetini təşkil edən 0,065 ha torpaq sahəsi ümumilikdə iddiaçıya məxsus olan 0,125 ha torpaq sahəsinin tərkib hissəsidir. Həmin 0,065 ha sahə mövcud fərdi yaşayış evinin önündə, arxa və yan tərəflərində yerləşir. Beləliklə iddiaçıya məxsus ümumilikdə 0,125 ha torpaq sahəsinin üzərində 2011-ci ildə yeni fərdi ev tikilmiş, yeni hasar çəkilmiş, nəticədə ümumilikdə 0,0889 ha hissə hasarın daxilində, qalan 0,0361 ha hissə isə hasarın xaricində saxlanılmaqla talvar, qaraj, yol, dayanacaq, eləcə də yan tərəfdəki köməkçi tikililərə gediş-gəliş yolu kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Mövcud 0,125 ha torpaq sahəsindən 0,065 ha hissəsinə də mülkiyyət sənədi verilməklə ümumilikdə 0,125 ha torpaq sahəsinə iddiaçının mülkiyyəti hüququ rəsmiləşdirilməlidir. Bunu isə cavabdeh iddiaçının ərizəsini icra etməklə həyata keçirməlidir. Bir xüsusu önəmlə iddiaçı vurğulayır ki, iddiaçının yol, talvar, qaraj və avtomobil dayanacağı olaraq istifadə edilməsi məqsədilə hasar kənarında saxladığı sahədən sadəcə iddiaçı və onun ailə üzvləri istifadə edir, qonşular və digər şəxslər istifadə etmir (onlar üçün nəzərdə tutulmayıb), qonşuların hamısının öz gediş-gəliş yolları vardır. Məhz buna görə iddiaçı həmin bitişik sahələri hasarlamamqda bir problem yaxud əmlakına qarşı hər hansı təhlükə görməmişdir. Əlbətdə ki, torpaq sahəsi yerindədir, ərazi yox olmamışdır, məhv olmamışdır, sürüşmə, daşqın və sel kimi təbii fəlakətlər baş verməmişdir, eyni sahə (0,125 ha) 50 il əvvəl olduğu kimi, indi də həmin yerdə mövcuddur. Sadəcə olaraq 2011-ci ilədək iddiaçı 0,125 ha sahənin tamamını hasarlamışdı və hasarın daxilində birmərtəbəli fərdi ev var idi, 2011-ci ildə isə yerli icra hakimiyyəti orqanının razılığı və onun təsdiq etdiyi layihə əsasında həmin ünvandakı ona məxsus hasarlanmış sahədə köhnə evini və hasarını sökərək yeni ev və yeni hasar inşa etmişdir. Yeni evi və yeni hasarı 2011-ci ildə inşa edərkən özünün gediş-gəliş yolu, yardımçı tikililrə yol, talvar və qaraj, həmçinin avtomobili üçün dayanacaq kimi istifadə etmək üçün ayrıdığı sahəni hasarlamağa lüzum görməmişdir. Aydındır ki, 0,125 ha sahənin bir hissəsinin tükənməsi, ortadan qalxması, yox olması mümkün deyildir, sadəcə olaraq ölçü zamanı mütəxəssislər hasar daxilini diqqətə almış, yol, talvar, qaraj və sair üçün üçün istifadə etdiyi hasar kənarlarındakı sahələrə dair iddiaçının bəyanlarını nəzərə almamışlar. Bu texniki məsələdir, məsələnin mahiyyətini dəyişə bilməz. Mülkiyyət hüququ rəsmiləşdirilən zaman texniki parametrlər yenidən müəyyən edilir, ölçülür, dəqiqləşdirilir, aydınlaşdırılaraq müəyyən edilir və rəsmiləşdirilir. Cavadbeh tərəfindən bu texniki parametrlər təkrar-təkrar bir neçə dəfə hazırlanmış, tərtib edilmiş, dəqiqləşdirilmiş, məhz buna əsasən iddiaçının ərizəsinin icrasından imtina etmişdir. Odur ki, cavabdehin bu texniki məsələni bəhanə edərək etiraz üçün hər hansı arqument irəli sürməsi əsassızdır. Cavabdehin məntiqi ilə belə çıxır ki, əgər bir şəxsin mülkiyyətində 1,5 ha torpaq sahəsi varsa və O, bu sahənin 0,5 ha sahəsini hasarlayıb, qalan hissəsini hasarlamırsa bu hissə onun mülkiyyətindən çıxır. Bu isə hüquqların pozulması ilə yanaşı ağılasığmazdır. Mülkiyyətində, sahibliyində və yaxud istifadəsində olan torpaq sahəsinin hasarlanması və ya hasara alınmaması, hansı hissənin hasara alınması, təyinatı ilə bağlı müəyyən edilmiş qaydada istifadənin forma və şəkilləri və s. həmin şəxsin hüquq və səlahiyyətlərinə aid olan məsələdir. Hər hansı texniki məsələ ilə əlaqədar şəxsin əmlak hüquqlarının pozulması yolverilməzdir. Qanunvericiliklə daşınmaz əmlaka mülkiyyət hüququ ilə yanaşı, sahiblik və istifadə hüquqları da əmlak hüquqları sayılır. Sözügedən torpaq sahəsinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər də qeyd olunanların tamamilə doğru olduğunu bir daha təsdiq edir (fotoşəkillər əlavə edilib), iddiaçının 53 ildir ki, faktiki olaraq sahiblik və istifadəsində olan, bir hissəsinə mülkiyyət hüququ rəsmiləşdirilmiş, digər hissəsinə də qanuni əmlak hüquqları mövcud olan ümumilikdə ona məxsus bitişik, vahid və bütövlükdə 0,125 ha torpaq sahəsinin (üzərində tikililər də vardır) müxtəlif tərəflərdən çəkilmiş fotoşəkilləri əlavə olunmuşdur. Zərurət yaranarsa obyektə ayrıca olaraq yerində baxış keçirilə bilər. Beləliklə 53 ildən artıqdır ki, iddiaçı faktiki olaraq sözügedən 0,125 ha torpaq sahəsinə sahiblik və istifadə edir, həmin sahənin əmlak hüquqları iddiaçıya aiddir, həmin sahəni kimsə zəbt etməmişdir, sahənin ölçüləri dəyişməmişdir, sadəcə olaraq sahədə iddiaçı özü bir sıra tikililər (hasar da daxil olmaqla) inşa etmişdir, könhə evi və hasarı sökərək yeni ev və hasar inşa etmişdir. Hasara alınmış sahə də daxil olmaqla ümumilikdə 0,125 ha torpaq sahəsindən sadəcə iddiaçı və onun ailə üzvləri istifadə edir (fərdi yaşayış evi, həyətyanı sahə, qaraj, yardımçı tikililərə gediş- gəliş yolu, talvar və avtomobil dayanacağı kimi). Odur ki, yolun ümumi yol, ümumi gediş-gəliş yolu, avtomobil saxlanılması üçün yerin ümumi olmasının irəli sürülməsi mümkün deyildir. Buradan sadəcə iddiaçı və onun ailə üzvləri istifadə edirlər. Beləliklə bütövlükdə 0,125 ha torpaq sahəsini iddiaçı yaşayış sahəsi kimi (fərdi yaşayış evi, həyətyanı sahə, yardımçı tikililər, gediş- gəliş yolu, avtomobil dayanacağı və s. kimi) 50 ildən artıqdır ki, istifadə etməkdədir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyındəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində isə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Beləliklə qeyd olunan qanun müddəalarına əsasən iddiaçının qanuni istifadəsində olan 0,065 ha torpaq sahəsi həyətyanı sahə kimi əvəzsiz olaraq onun mülkiyyətinə verilməli, mülkiyyət hüququ rəsmiləşdirilməlidir. Əslində həmin 0,065 ha torpaq sahəsinin də daxil olduğu 0,125 ha torpaq sahəsi iddiaçının qanuni istifadəsindəki fərdi yaşayış evi və həyətyanı sahə kimi əvəzsiz olaraq onun mülkiyyətinə verilməli, sahə bütünlüklə onun mülkiyyətində olmalı idi. Lakin cavabdeh tərəfindən iddiaçı yalnıs istiqamətləndirilmiş, nəticədə iddiaçının 0,06 ha torpaq sahəsi yerli bələdiyyədən alqı-satqı edilərək onun mülkiyyət hüququ rəsmiləşdirilmiş. Bələdiyyə isə 0,06 ha torpaq sahəsindən artıq hissədə satış səlahiyyətinin olmaması səbəbindən qalan 0,065 ha hissəyə dair sənədləşdirmə aparılmasından imtina etmişdir. Konstitusiyaya görə Azərbaycan Respublikasında mülkiyyət üç növdə ola bilər dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət. Bunlardan başqa hər hansı mülkiyyət növü yoxdur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. İddia predmetini təşkil edən torpaq sahəsi dövlət mülkivəti deyildir, bələdiyyə mülkiyyəti də deyildir. Mövcud qüvvədə olan qanunvericiliklə bələdiyyələrin də daşınmaz əmlaka mülkiyyət hüququnun olması üçün həmin bələdiyyənin adına mülkiyyət sənədi, çıxraıs olmalıdır. Həmin sahənin dövlət mülkiyyətində də olmadığı tam təsdiq olunmuşdur. Beləliklə sözügedən torpaq sahəsi dövlət və bələdiyyə mülkiyyəti olmadığından, xüsusi mükiyyət olması heç bir sübhə doğurmur. İddiaçının xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsi isə “Torpaq islahatı haqqında" Qanunun 9-cu maddəsinə uyqun olaraq iddiaçının qanuni istifadəsindəki fərdi yaşayış evi və həyətyanı sahəsinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsi ilə həyata keçirilməlidir. Xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsi səlahiyyəti isə cavabdehin səlahiyyətlərinə aiddir. Cavabdeh mahiyyət etibarilə öz səlahiyyətlərinin icrasından imtina etmişdir. 1967-ci ildə hazırda ünvan 6 ünvanda yerləşən 0,125 ha (12,5 sot) torpaq sahəsi ev tikmək və yardımçı təsərrüfat üçün iddiaçıya verilmiş və 53 ildir ki, onun sahibliyində və istifadəsindədir. Sovet ittifaqı vaxtı həmin ərazilər sonradan dəmir yolları idarəsinin balansına keçdiyindən 1992 və 1994-cü illərdə həmin torpaq sahəsinin iddiaçıya məxsus olmasını rəsmiləşdrimək üçün dəmir yolları idarəsindən rəsmi sənədlər verilmişdir. Beləliklə, 53 ildir ki, ünvan 6 ünvanda yerləşən 0,125 ha (12,5 sot) torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir. SSRİ vaxtı, 1967-ci ildə, eləcə də 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR-in Mülki Məcəlləsininnin 90-cı maddəsinə görə görə torpaq, yerin təki, sular və meşələr dövlətin müstəsna mülkiyyətindədir və ancaq istifadəyə verilir. Sözügedən torpaq sahəsi də həmin məcəlləyə uyğun olaraq iddiaçının qanuni istifadəsinə verilmişdir. İddiaçı qanunvericiliyə uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 60A ünvanda 0,125 ha (12,5 sot) torpaq sahəsinin qanuni istifadəçisi olmuş və onun oanunverciliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququ əldə etmək barədə haqlı qözləntisi olmuşdur. Buna uyğun olaraq da onun torpağın mülkiyyətçisi qismində tanınması üçün kifayət qədər qanuni əsaslara malik olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasında torpaq sahələrinin xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar ilə tənzimlənir. 1996-cı il tarixli “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin altında olan torpaqlar, həmçinin həyətyanı sahələr, müxtəlif tipli bağlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Torpaqların qanuni istifadəçisi olan vətəndaşlar tərəfindən alınmasını (şəxsi yaşayış binalarına birləşən həyətlər, məişət sahələri, dövlət bağçılıq şirkətləri tərəfindən idarə edilən və şəxsi kollektiv və kooperativ bağlar) tənzimləyən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il 534 saylı fərmanı ilə təsdiq edilmiş Qaydaların 1-ci maddəsinə əsasən, vətəndaşlar tərəfindən icarəyə götürülmüş və ya onların qanuni istifadəsində olan şəxsi evlərin altında yerləşən və belə evlərə bitişik olan torpaq sahələri müvafiq ölçüləri nəzərə alınmaqla vətəndaşların mülkiyyətinə ödənişsiz olaraq keçməlidir. İddia predmeti olan 0,065 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunvericiliyə əsasən əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməli olduğu halda cavabdeh əsassız olaraq onun mülkiyyət hüququnu rəsmiləşdirməkdən imtina etmişdir. İddiaçı 50 ildən artıqıdr ki, fasiləsiz, etirazsız və maneəsiz həmin torpaq sahəsinin qanuni istifadəçisi və sahibidir. Hazırki qanunvericiliklə ümumi iddia müddəti 10 ildir, mülkiyyət hüququ olmayan daşınmaz əmlakla bağlı əldə etmə müddəti isə 30 ildir. Bu müddətlər keçmişdir, ötürülmüşdür, iddiaçının hüququna qarşı 53 ildir ki, heç bir etiraz olmamışdır, indiyə qədər sadəcə bir qurum - ARDNŞ iddiaçının hüquqlarına etiraz etmiş və məhkəmə mübahisəsi olmuşdur. Həmin məhkəmə mübahisəsi də iddiaçının xeyrinə nəticələnmiş və daşınmaz əmlak, eləcə də torpaq sahəsi və tikililər üzərindəki hüquqların iddiaçıya məxsus olduğu məhkəmə qaydasında da öz təsdiqini tapmışdır, iddiaçının hüquqlarını pozduğu üçün ARDNŞ-nin maddi və mənəvi təzminat ödəməsi qət edilmişdir. Həmin məhkəmə mübahisəsinin arşdırılması zamanı əlaqədar yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları da cəlb edilmiş, lakin heç bir qurum tərəfindən iddiaçının hüquqlarına qarşı etiraz olmamışdır. Beləliklə 53 ildir ki, sözügedən torpaq sahəsi iddiaçının qanuni olaraq sahibliyində və istifadəsində olmuş, iddiaçının mülkiyyət hüququ, əmlak hüquqları tanınmış, lakin əsasssız olaraq bu hüquqların bir qismi qeydiyyata alınmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət" hesab olunmalıdır (latridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-11). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli səkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni qözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və va hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir isdə, isin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, xx xxx 2010-cu il) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 243.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakın yerləşdiyi və digər şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ verilir. Qanunvericiliyə görə fərdi yaşayış evlərinin altında yerləşən dövlət torpaqlarının, evə aid olan həyətlərin və həyətyanı sahələrin “qanuni istifadəçiləri” torpaq sahəsini əvəzsiz qaydada özəlləşdirmək hüququna malikdirlər. Onlar bu hüquqdan istifadə etdikdə, torpağa mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı tarixdən yaranır (Torpaq islahatları haqqında Qanunun (1996) və vətəndaşlar tərəfindən qanuni olaraq istifadə olunan torpaqların əldə olunmasına dair Qaydaların (1997) müvafiq maddələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi - dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kusoğlu Bolqarıstana qarşı is üzrə xx xxx 2007-ci il tarixli Qərar). Hüququn aliliyi demokratik cəmiyyətin fundamental prinsipi olmaqla Konvensiyanın bütün maddələrinin tərkib hissəsini təşkil edir (bax: latridis, § 58; Keçmiş yunan kralı və başqaları Yunanıstana qarşı [BP], №25701/94, § 79, ECHR 2000-Xİİ; Broniowski Ploşaya qarşı[BP], №31443/96, § 147, ECHR 2004-V). Azərbaycan Rspublikasının Konstitusiyasının aşağıdakı müddəlarında deyilir: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İ. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilir: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13- cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 106.3. maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 82.3.maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Səlahiyyətsiz şəxs Azərbaycan Dəmir Yolunun X10 xx xxxxxx 1994-cü il tarixli 184 nömrəli məktubu (arayışı, qeydləri) ilə 0.125 ha torpaq sahəsi İddiaçı ayrıldıqı müəyyən edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin 0.0580 ha hissəsinin və üzərində müvafiq icazə sənədləri alınmadan inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edildiyi, həmçinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyəti və idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 1991 -ci il, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”nin müddəaları pozulmuşdur. Belə ki, o dövrdə qüvvədə olan və yuxarıda adı çəkilən əsasnamənin və Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edilməsi İcra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Azərbaycan Dəmir Yolunun X13 isə belə səlahiyyət nəzərdə bulmamışdır. Azərbaycan Dəmir Yolunun X5 torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 1994-cü il tarixli qərar verməsi o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki 'üquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun”. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Azərbaycan Dəmir Yolunun X13 bu səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Hazırki işdə isə qanunvericiliyin tələbləri pozulmaqla səlahiyyətsiz orqan tərəfindən torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd-əsaslar kimi qəbul edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin(plan və ölçüsünün) tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin, sənədlərə torpaq sahəsinin ilkin yerquruluşu planının, torpaq sahəsinin plan və ölçüsünün, baş planının əlavə edilmədiyi aşkar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası X16 Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində X17 iştirak etmiş, ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisidir. Əmisi ilə bir yerdə yaşayırlar. 1967-ci ildə iddiaçıya ünvan 2 ünvanında ev tikmək üçün 0,0125 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 1967-ci ildən də iddiaçının istifadəsindədir. Torpaq sahəsi əvvəllər Binəqədi rayon ərazisi sayıldığı üçün 2006-cı il tarixində Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Oradan deyilmişdir ki, X16 Komitəsinə müraciət etsinlər. ƏMDK tərəfindən isə bildirilmişdir ki, Azərbaycan Respublikası Dəmir Yolunun X12 razılıq ərzəsi versin ki, özəlləşməyə etiraz etmirlər. Sonra ərazi Abşeron rayon ərazisinə verildi. Nəhayət Bələdiyyə tərəfindən 0,125 ha həmin torpaq sahəsinin 600 kv.metr hissəsi sənədləşdirildi. Qalan hissəsi isə sənədləşdirilmədi. Bu günə qədər qalan hissəyə sənəd almaq mümkün olmur. Sonra SOCAR tərəfindən tikintinin sökülməsi ilə bağlı iddia qaldırıldı. Səbəb kimi guya ərazi onlara aiddir. DTXK tərəfindən sənəd verildi ki, torpaq sahəsinin SOCAR-a heç bir aidyyatı yoxdur. Yekun məhkəmə qərarı ilə iddia təmin edilməmişdir.Əlii idən artıqdır ki, torpaq sahəsi əmisinin istifadəsində olsada müvafiq mülkiyyət sənədi əldə edə bilmirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, cavabdeh inzibati orqanın imtinasının əsasını əsasını iddiaçıya torpaq sahəsinin qanuni əsaslarla ayrılmaması, sənədlərə torpaq sahəsinin ilkin yerquruluşu planının, torpaq sahəsinin plan və ölçüsünün, baş planının əlavə edilməməsi təşkil edir. Cavabdeh qeyd edir ki, səlahiyyətsiz şəxs Azərbaycan Dəmir Yolunun X10 xx xxxxxx 1994-cü il tarixli 184 nömrəli məktubu (arayışı, qeydləri) ilə 0.125 ha torpaq sahəsi İddiaçı ayrıldıqı müəyyən edilmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin 0.0580 ha hissəsinin və üzərində müvafiq icazə sənədləri alınmadan inşa edilmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edildiyi, həmçinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1196/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3365 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 7 ünvanında yerləşən, Azərbaycan Dəmir Yolunun X5 xx xxxxxx 1994-cü il tarixli, 184 nömrəli məktubu (arayış, qeydiyyat) ilə iddiaçıya 0.125 ha torpaq sahəsi ayrıldığı, lakin iddiaçı tərəfindən hasar daxilində faktiki istifadə etdiyi torpaq sahəsinin 0.0889 ha təşkil etdiyi, İddiaçı faktiki istifadə etdiyi 0.0889 ha torpaq sahəsinin 0.06 ha hissəsinə DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən **********27-10301 reyestr nömrəli çıxarış verildiyi, eləcə də İddiaçı faktiki istifadə etdiyi 0.089 ha torpaq sahəsinin elektron kadastr məlumat bazasında Abşeron rayonu, Xırdalan şəhərinə Bakı şəhəri Binəqədi rayonundan ayrılmış torpaqların yerquruluşu planına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu; İddiaçı faktiki istifadə etdiyi 0.0889 ha torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları daxilində yerləşdiyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx xxxx 2020-ci il tarixli, D-3/02-1923 nömrəli məktubuna əsasən M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometri yaşayış məntəqəsindən keçdiyi üçün, ünvan 7 ünvanında yerləşən İddiaçı faktiki istifadəsində olan 0.0889 ha torpaq sahəsinin yerləşdiyi ərazidə qoruma (mühafizə) zolağının nəzərdə tutulmadığı, İddiaçı faktiki istifadə etdiyi 0.0889 ha torpaq sahəsinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşmədiyi müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyəti və idarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 1991 -ci il, 372 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə”nin müddəaları pozulmuşdur. Belə ki, o dövrdə qüvvədə olan və yuxarıda adı çəkilən əsasnamənin və Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edilməsi İcra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Azərbaycan Dəmir Yolunun X13 isə belə səlahiyyət nəzərdə bulmamışdır. Azərbaycan Dəmir Yolunun X5 torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 1994-cü il tarixli qərar verməsi o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki 'üquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun”. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Azərbaycan Dəmir Yolunun X13 bu səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Hazırki işdə isə qanunvericiliyin tələbləri pozulmaqla səlahiyyətsiz orqan tərəfindən torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir. İnzibati orqan qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd-əsaslar kimi qəbul edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin məcəllənin 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar, torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin(plan və ölçüsünün) tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin, sənədlərə torpaq sahəsinin ilkin yerquruluşu planının, torpaq sahəsinin plan və ölçüsünün, baş planının əlavə edilmədiyi aşkar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası X16 Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş X16 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Cavabdeh inzibati orqan qeyd edilənlərə istinadən onların hərəkətlərinin qanunsuz olmadığını bildirir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaya münasibətini və imtinasını əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, ünvan 7 ünvanında yerləşən, Azərbaycan Dəmir Yolunun X5 xx xxxxxx 1994-cü il tarixli, 184 nömrəli məktubu (arayış, qeydiyyat) əsasında iddiaçının istifadəsində olan 0.125 ha torpaq sahəsindən Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 173 saylı Sərəncamına əsasən Bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı Yeni ərazidə uzun illər istifadə etdiyi, 600 kvm torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya satılmış, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2011-ci il tarixli, 203 saylı Sərəncamına əsasən, Vətəndaş İddiaçı Xırdalan Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 173 saylı sərəncamına əsasən Xırdalan şəhəri ərazisində ona ayrılmış 0.06 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı hazırda həmin torpaq sahəsinin digər 650 kv.m sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsini istəyir.Lakin cavabdeh inzibati orqanın bununla bağlı qanunvericilikdən irəli gələn öhdəliyi müəyyən edilmir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının göstərdiyi dəlillər ona bir çox hüquqlardan istifadə etmək imkanı versədə, bunlar mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas təşkil etmir. İddiaçı torpaq sahəsindən 50 ildən artıqdır ki, istifadə etdiyini bildirir. Bu hal tərəflər arasındada mübahisə olunmur. Lakin məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın səlahiyyəti yalnız qanunvericilikdən irəli gələn qeydiyyat öhdəliyinin aparılması ilə məhduddur. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə iddiaçıda mövcud olan sənədlər əsasında cavabdeh inzibati orqanın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydinin aparması səlahiyyəti olmamışdır və inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ünvan 8 ünvanında (Azərbaycan Respublikası Dəmir Yolunun Biləcəri-Xırdalan sahəsinin 2642-ci kilometrində) ayrılmış 650 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasına dair iddiası əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-20/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-20/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver