Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-200/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Şamaxı rayon Şəhriyar Bələdiyyəsi yaşayış mənzili haqqında 203 saylı Orderi ilə İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şəhriyar qəsəbəsində 63.3 kv.m ümumi 33.8 kv.m yaşayış sahəsinin özəlləşdirilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Şamaxı rayon Şəhriyar Bələdiyyəsi yaşayış mənzili haqqında 203 saylı Orderi ilə İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şəhriyar qəsəbəsində 63.3 kv.m ümumi 33.8 kv.m yaşayış sahəsinin özəlləşdirilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı rayon Şəhriyar Bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin yaşayış mənzili haqqında 203 saylı orderi ilə İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şəhriyar qəsəbəsində 63.3 kv/m ümumi 33.8 kv/m yaşayış sahəsi verilmişdir. Həmin evin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və həmin əmlaka aid sənədləri təqdim etmişdir. Lakin, iddiaçıya 24 İyun 2021-ci il tarixli, **********29 saylı məktubla Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ünvanında yerləşən mənzilin iddiaçının isifadəsinə verilməsi barədə sənəd təqdim edə bilmədiklərinə görə, ərizənin icrası “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun maddəsinə əsasən imtina olunmuşdur. İddiaçı bu imtinanı qanunsuz hesab edir. Belə ki, Şamaxı rayon Şəhriyar Bələdiyyəsi yaşayış mənzili haqqında 203 saylı orderi ilə İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şəhriyar qəsəbəsində 63.3 kv/m ümumi 33.8 kv/m yaşayış sahəsi verilmişdir. Şamaxı rayon İ.H.B-nın Şəhriyar qəsəbə Ə.D.S üzrə nümayəndəsinin verdiyi 21 İyun 2021-ci il tarixli 346 saylı arayışdan görünür ki, İddiaçı əri X2 01.02.2021-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra həyat yoldaşı İddiaçı, X7 və oğlu X3 adlı vərəsələri qalmışdır. Azərbaycan Respublikası Mülkü Prosesual məcəlləsinin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan prosesual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Şamaxı rayon Şəhriyar qəsəbəsində yerləşən Şamaxı rayon Şəhriyar Bələdiyyəsi yaşayış mənzili haqqında 203 saylı orderi ilə İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şəhriyar qəsəbəsində 63.3kv/m ümumi 33.8kv/m yaşayış sahəsi özəlləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 14 saylı Şamaxı Ərazi İdarəsi üzərinə qoyulması barədə qətnamə qət edilməlidir. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirakı etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı ərizə ilə Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, mənzilin onun qanuni istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənəd ərizəsinə əlavə olunmamışdır. Mənzilin özəlləşdirilməsinə əsas verən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. İddiaçı ərizəsinə əlavə etdiyi orderi səlahiyyəsiz qurum-Şamaxı rayon Şəhriyar Bələdiyyəsi tərəfindən verilmişdir. İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsinə hüquq verən hər-hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, onun ərizəsinin icrasından Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin və üçüncü şəxs Şamaxı rayon Şəhriyar Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən Şamaxı rayon Şəhriyar Bələdiyyəsi yaşayış mənzili haqqında 203 saylı Orderi ilə İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Şəhriyar qəsəbəsində 63.3 kv.m ümumi 33.8 kv.m yaşayış sahəsinin özəlləşdirilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı yaşayış sahəsinin özəlləşdirilməsinin üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddia öhdəliyin icrası barədə iddiadır və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normalardan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Beləki, mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olan sənədlər inzibati orqana təqdim edilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Cavabdeh inzibati orqan etirazında qeyd edir ki, İddiaçı ərizə ilə Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, mənzilin onun qanuni istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənəd ərizəsinə əlavə olunmamışdır. Mənzilin özəlləşdirilməsinə əsas verən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11. maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hesab olunur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanunu: Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1 -ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İddiaçı ərizəsinə əlavə etdiyi order Şamaxı rayon Şəhriyar Bələdiyyəsi tərəfindən verilmişdir. Lakin həmin qurumun bələ bir səlahiyyətinin olması, yaşayış evinin onun müllkiyyətində olması müəyyən olunmur. İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsinə hüquq verən hər-hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, onun ərizəsinin icrasından Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Göründüyü kimi iddiaçı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədləri cavabdeh inzibati orqana təqdim edə bilməmişdir və cavabdehin hərəkətlərində qanunvericiliyin pozulması müəyyən olunmur. Habelə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 203 saylı order ilə yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən ümumi sahəsi 63.3 kv.m, yaşayış sahəsi 33.8 kv.m olan mənzil Şəhriyar bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı həmin yaşayış sahəsinin özəlləşməsinə etirazları yoxdur. Bələdiyyə tərəfindən məhkəməyə təqdim edilmiş kommunal evlərin Şamaxı rayonunun Şəhriyar bələdiyyəsinin balansına verilməsi barədə 01 mart 2000-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, Şəhriyar qəsəbəsində olan N.Məmmədov adına X5 Kooperativinə məxsus özəlləşdirilməmiş 321 yaşayış evi yeni yaradılmış Şəhriyar bələdiyyəsinə təhvil verilmişdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, lakin Şamaxı rayon N.Məmmədov adına X5 X4 İslahat Komissiyasının sənədlərində 01 mart 2000-ci il tarixli Akt aşkar olunmamışdır. (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 19 may 2022-ci il tarixli, 127/53 saylı məktubu) Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-200/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-200/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver