Məhkəmə qərarları › İş №2-1(118)-2001/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2001/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2001/2022 26.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “Cavabdehnə onun soyadının “Hacızadə”dən “Hacıyev”ə, adının isə “Adəm”dən “Tağı”ya dəyişdirilməsinə dair qeydiyyatın aparılmasının və ona soyadının, adının və ata adının “X5” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin tapşırılması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı soyadının “Hacızadə”dən “Hacıyev”ə, adının isə “Adəm”dən “Tağı”ya dəyişdirilməsinə dair qeydiyyatın aparılmasının və ona soyadının, adının və ata adının “X5” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqanın 10 may 2022-ci il tarixli, 05-Q-64/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2001-ci il tarixdə Qusar rayonun Yasab kəndində anadan olmuşdur. X2, anası X1r. Onun doğumu haqqında Qusar rayonun Yasab kənd sovetliyində qeyd aparılaraq ona soyadı, adı və ata adı “X5” qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı şəxsiyyət vəsiqəsi və digər şəxsiyyətini təsdiq edən sənədlər almışdır. Həmin sənədlərdə də soyadı, adı və ata adı “X5” qeyd edilmişdir. 2018-ci ildə, iddiaçı hələ yetkinlik yaşına çatmamış, valideynləri Qusar rayon Qəyyumluq və Himayəçilik komissiyasına müraciət edərək soyadını “Hacıyev”dən “Hacızadə”yə, adımı isə “Tağı”dan “Adəm”ə dəyişdirmişlər. 30 mart 2018-ci il tarixdə Cavabdeh tərəfindən ona soyadı, adı və ata adı “İddiaçı” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamə verilmişdir. 2018-ci ilədək olan iddiaçıya aid şəxsiyyətini təsdiq edən sənədlərdə, təhsil haqqında sənədlərində soyadı, adı və ata adı “Hacıyev, Tağı Nahid oğlu” qeyd edilmişdir. Onun soyadı, adı və ata adı “İddiaçı”na dəyişdirildikdən sonra o, əvvəlki sənədlərindən istifadə etməkdə çətinlik çəkir. Ona görə də iddiaçı soyadını təzədən “Hacıyev” soyadına dəyişmək istəyir. Bundan əlavə “Tağı” onun babasının adıdır və ona görə də o, “Tağı” adını daşımaq istəyir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Cavabdehnə onun soyadının “Hacızadə”dən “Hacıyev”ə, adının isə “Adəm”dən “Tağı”ya dəyişdirilməsinə dair qeydiyyatın aparılmasının və ona soyadının, adının və ata adının “X5” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsini istəyir. İddiaçı qeyd edir ki, iddiaçı xx xxxxxx 2001-ci il tarixdə Qusar rayonun Yasab kəndində anadan olmuşdur. X2, anası X1r. Onun doğumu haqqında Qusar rayonun Yasab kənd sovetliyində qeyd aparılaraq ona soyadı, adı və ata adı “X5” qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən iddiaçı şəxsiyyət vəsiqəsi və digər şəxsiyyətini təsdiq edən sənədlər almışdır. Həmin sənədlərdə də soyadı, adı və ata adı “X5” qeyd edilmişdir.2018-ci ildə, iddiaçı hələ yetkinlik yaşına çatmamış, valideynləri Qusar rayon Qəyyumluq və Himayəçilik komissiyasına müraciət edərək soyadını “Hacıyev”dən “Hacızadə”yə, adımı isə “Tağı”dan “Adəm”ə dəyişdirmişlər. 30 mart 2018-ci il tarixdə Cavabdeh tərəfindən ona soyadı, adı və ata adı “İddiaçı” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamə verilmişdir.2018-ci ilədək olan iddiaçıya aid şəxsiyyətini təsdiq edən sənədlərdə, təhsil haqqında sənədlərində soyadı, adı və ata adı “Hacıyev, Tağı Nahid oğlu” qeyd edilmişdir. Onun soyadı, adı və ata adı “İddiaçı”na dəyişdirildikdən sonra o, əvvəlki sənədlərindən istifadə etməkdə çətinlik çəkir. Ona görə də iddiaçı soyadını təzədən “Hacıyev” soyadına dəyişmək istəyir. Bundan əlavə “Tağı” onun babasının adıdır və ona görə də o, “Tağı” adını daşımaq istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının 6.15-ci bəndində qeyd olunmuşdur ki, Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Məhkəmə araşdırması zamanı Qusar rayonu Yasab kənd sakini, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı axtarışda olması, barəsində cinayət işinin olması, məhkumluğunun olması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçının soyadında və adında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının adı, soyadı, ata adının olması və onun dəyişdirilməsi imkanı qanunvericilikdə təsbit edilmiş bir hüquqdur və iddiaçıda qanunvericilikdən irəli gələn hüququndan istifadə etmək niyyətindədir. Bu hüquqdan istifadəni istisna edəcək bir halın olması isə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.Qeyd olunanlar iddianın əsaslı olduğunu, iddiaçının cavabdeh inzibati orqana əsaslı və qanuni tələb ilə müraciət etdiyini göstərir. İddiaçının 18 yaşı tamam olduğuna və soyadında dəyişiklik edilməsini istisna edəcək bir hal müəyyən edilmədiyinə görə, onun soyad daşımaq hüququndan istifadə tələbi təmin edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının ad və soyadı “Hacıyev Tağı”dan “İddiaçı” kimi dəyişilmiş, lakin bu dəyişiklik o yetkinlik yaşına çatmamış, valideyinləri tərəfindən aparıldığına görə, onun hazırda ad və soyadının dəyişilməsini tələb etməsi qanunvericiliyə zidd tələb kimi qəbul edilməlməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı soyadının “Hacızadə”dən “Hacıyev”ə, adının isə “Adəm”dən “Tağı”ya dəyişdirilməsinə dair qeydiyyatın aparılması və ona soyadının, adının və ata adının “X5” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı soyadının “Hacızadə”dən “Hacıyev”ə, adının isə “Adəm”dən “Tağı”ya dəyişdirilməsinə dair qeydiyyatın aparılması və ona soyadının, adının və ata adının “X5” qeyd edilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar