Məhkəmə qərarları › İş №2-1(118)-2001/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2001/2023

03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2001/2023 03.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən evin 06 saylı mənzilinin onun istifadəsinə verilməsinə dair müqavilə qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh1 Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən evin 06 saylı mənzilinin onun istifadəsinə verilməsinə dair müqavilə qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1730/2022 saylı qərardadı ilə (hakim: Sərxan Səmədzadə) iddiaçının, Cavabdeh1nə və qeyrisinə qarşı müqavilənin bağlanması öhdəliyinin və sair tələbimə dair iddia ərizəmin icraata qəbul edilməsindən imtina edilmiş və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 1730/2022 saylı qərardadı əsasında eyni iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 2347/2022 saylı qərardadı ilə (hakim: İsmayıl Quliyev) iddia mümkün sayılmamışdır. Bundan sonra, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1( 118)- 2347/2022 saylı qərardadı əsasında eyni iddia tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-669/2023 saylı qərardadı ilə (hakim: Anar Sadıqov) iddiaçının Cavabdeh1nə və qeyrisinə qarşı müqavilənin bağlanması öhdəliyinin və sair tələbimə dair iddia ərizəmin icraata qəbul edilməsindən imtina edilmiş və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Yuxarıda sadalanan məhkəmə aktlarından göründüyü kimi həmin aktlar əsasında qanunla qorunan məhkəmə müdafiəsindən iddiaçının istifadə hüququ məhdudlaşdırılmışdır. İddia tələbinin əsaslandığı hallar: Atası X1 rayon 10 №-li “Səyyar Mexanikləşdirilmiş dəstə”-ində (bundan sonra - SMD) əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə, 1988-ci il tarixdə, həmin dəstənin balansında olmuş və dəstənin işçilərinin ümumi istifadəsinə verilmiş, ünvan 2 ünvanında yerləşən, 06 saylı mənzil atasının və ailəsinin sahibliyinə verilmişdir. Əmlaka sahiblik hüququ əldə etdikdən sonra bütün ailə üzvləri həmin mənzilə köçərək yaşamaqla həmin mənzilə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan bu günə qədər ailəsi həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx xxxxx 1994-cü il tarixdə ünvan 2 ünvanında yerləşən, 06 saylı həmin mənzildə doğulmuşdur. Ailənin yeganə övladıdır. X2 2013-cü ildə, anası X6 isə 2015-ci ildə vəfat etmişlər. Valideynləri öldükdən sonra, onlar öldükləri məqamda malik olduqları ünvan 2 ünvanında yerləşən, 06 saylı həmin mənzili, miras əmlakı qəbul edərək idarə etmişdir, mənzildən öz mülkiyyəti kimi istifadə edərək əmlaka sahiblik edərək təsərrüfatı idarə etmişdir. Lakin, müxtəlif dövlət təşkilatlarına yazılı müraciətlər etsə də, faktiki sahiblik etdiyi ünvan 1 ünvanında yerləşən evin 06 saylı həmin mənzilinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Hesab edir ki, ünvan 4 ünvanında yerləşən evin 06 saylı mənzilə iddiaçının mülkiyyət hüququnun, daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün müvafiq qərar verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi və vəkili iddianı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı ünvan 1 ünvanda yerləşən evin 06 saylı mənzilinin onun istifadəsinə verilməsinə dair müqavilə bağlanmasını istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının da qeyd etdiyi kimi hazırki iddia tələbi ilə daha əvvəldən iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmənin 2-1(118)- 2347/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bir tərəf inzibati orqan olsada müqavilə bağlanması ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan əlavə iddiaçı ərizəsində qeyd edir ki, həm inzibati məhkəmədə həmdə ümumi məhkəmədə onun iddiasına baxılmamış, onun məhkəmə müdafiəsi hüququ məhdudlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi müvafiq məhkəmə aktlarından apellyasiaya şikayət vermək hüququ olmuş, lakin o bu hüqulardan istifadə etməyərək prosessual qənaət imkanlarından düzgün istifadə etməmiş və hazırkı vəziyyət yaranmasına səbəb olmuşdur. İddiaçıya izah edilsinki, onun hüquq müdafiə imkanları tükənməmişdir, narazı qaldığı məhkəmə aktından müvafiq yuxarı instansiya məhkəməsinə apellyasiaya şikayəti verə bilər. Bundan əlavə iddiaçıya izah edilsin ki, sosial kirayə müqaviləsinin bağlanması üzrə müqavilə öhdəlikləri ilə bağlı tələblə müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar