Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2004/2021 10.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmçinin həmin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçı “Tağıyev” şirkətinə dəymiş 11.000 (on bir min ) manat zərərin Cavabdehndən və "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı yuxarıda göstərilən tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya dəfələrlə (iddia tələbi ilə bağlı 3 dəfə məhkəmə iclası keçirilib) hüquqi yardım edilmiş və ondan tələbi aydınlaşdırılması tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi tələbə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tələblərini inzibati orqan olmayan hüquqi şəxsdən (MMC) və Cavabdehndən tələb edir. Məhkəmə hesab edir ki, tərəflərin biri Məhdud Məsuliyyətli Cəmiyyət olduğundan və müvafiq cavabdehlər eyni tələbə qarşı eyni anda cavabdeh qismində iştirak etmələri İnzibati Prosesual Məcəllənin tələbləri baxımından yolverilməzdir. Bundan başqa iddia predmeti olan mübahisələndirilən qərarın tarixi, nömrəsi və ümumiyətlə mövcud olub-olmaması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün cavabdeh tərəflərdən hər ikisi inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə cavabdehlərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati orqan olmamaqla yanaşı, onun fəaliyyəti də xarakteri etibarı ilə inzibati fəaliyyət hesab edilə bilməz. Görüdüyü kimi hazırkı, iddia tələbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və inzibati orqan olan Cavabdehnə qarşı verilib. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi məqsədi ilə cavabdehi əsl cavabdehlə əvəz olunması haqqında təklifi iddiaçı tərəfindən qəbul edilmədi. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə inzibati qaydada baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “Tağıyev” şirkətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdehnə qarşı “Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılması ilə bağlı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə digər Cavabdeh tərəfindən verilmiş sərəncamın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsində, Z.Tağıyev küçəsində 7 nömrəli binanın qarşısında iddiaçı “Tağıyev” şirkətinə məxsus olan torpaq sahəsində qanunsuz və əsassız olaraq daxil olmaqla orada tikinti işlərinin aparılmasını cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və digər üçüncü şəxslərə qadağan edilməsi, həmçinin həmin ərazidə tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçı “Tağıyev” şirkətinə dəymiş 11.000 (on bir min ) manat zərərin Cavabdehndən və "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2004/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2004/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver