Məhkəmə qərarları › İş №2-1(118)-2007/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2007/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2007/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatda olan şəxslərin mülkiyyət hüququ ilə iddiaçıya mənsub olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Abşeron rayonu, Güzdək qəsəbəsi, ev 1, mənzil 2 iddiaçının xüsusi mülkiyyətindədr. Mənzilə dair xx.xx.2010-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən **********57-05101-093001 reyestr nömrəli Texniki Pasport almışdır. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Lakin, indi müəyyən etmişdir ki, xx.xx.2006 təvəllüdlü X16, xx.xx.2005 təvəllüdlü X13, xx.xx.1998 təvəllüdlü X7, xx.xx.1983 təvəllüdlü X10, xx.xx.2007 təvəllüdlü X14, xx.xx.2012 təvəllüdlü X9, xx.xx.2012 təvəllüdlü X3, xx.xx.1976 təvəllüdlü X15, xx.xx.1963 təvəllüdlü X18, xx.xx.2014 təvəllüdlü X4, xx.xx.1959 təvəllüdlü X5 onun evində qeydiyyatdadırlar. Bu fakt Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışı ilə təsdiqlənir. Göstərilən şəxslərin istifadə hüququnun itirilməsi tələbi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də xx.xx.2024-cü il tarixli 59/2-M-508651№-li məktubla müraciətinə imtina edilmişdir. Dəfələrlə göstərilən şəxslərin əksəriyyətini axtarsa da bir nəticə olmayıb, onların çoxunun indi harada yaşamasını bilən yoxdur. İdddiaçı bu şəxslərin mənzilə qeydiyyatda qalması ilə bağlı heç bir razılıq verməmişdir, onların qeydiyyatda qalması formal xarakter daşıyır və etibarsızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək, iddianı müdafiə etmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılacağını bildirmişdir. X16, X13, X28 Neil, X10, X14, X15, (Əmrahova) X17, X5 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. X5 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edərək iddiaçı ilə ünvanlarının eyni olduğunu, öz evində yaşadığını bildirmiş, iddia ilə razılaşmadığını qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddiaçı qeydiyyatda olan şəxslərin mülkiyyət hüququ ilə iddiaçıya mənsub olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını istəyir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********23-05101-093005, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 1, mənzil 2 X6 mülkiyyətindədir. Reyestr nömrəsi **********57-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2010-cu il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Dəmiryolu, ev 1, mənzil 2 isə İddiaçı mülkiyyətindədir. Göründüyü kimi iddiaçının mənzildən qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər həmin ünvanda qeydiyyatda görünsə də faktiki olaraq özlərinə məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı onun mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını istəyir. Lakin işin hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxslər fərqli mənzillərdə yaşasalar da qeydiyyat ünvanları eyni görsənir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri-müəyyənliyə yol verildiyini göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı digər hüquq müdafiə vasitələri seçməli, fərqli mənzillərə eyni ünvan verilməsi ilə bağlı məsələnin dəqiqləşdirilməsi, texniki səhvlik olduğu halda müvafiq düzəliş edilməsi və ya yeni fərqli ünvan verilməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət etməlidir. Eyni tələblə üçüncü şəxslər də müvafiq səlahiyyətli qurumlara müraciət edə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar