Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2008/2022 10.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İ̇şlər Nazı̇ rlı̇ yı̇ nə qarşı "İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edərkən Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müharibə veteranı vəsiqəsini aldığı müddətədək, ala bilmədiyi müavinət və təqaüddən istifadə etmək hüquqi faktının müəyyən edilməsi"nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Daxı̇ li İ̇şlər Nazı̇ rlı̇ yı̇ nə qarşı iddia qaldıraraq "İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edərkən Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müharibə veteranı vəsiqəsini aldığı müddətədək, ala bilmədiyi müavinət və təqaüddən istifadə etmək hüquqi faktının müəyyən edilməsi"nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edərkən 1992-1993 və 1994-cü ilin müxtəlif aylarında Respublikamızın və doğma Qarabağın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdam rayonuna ezam olunmuş və döyüşlərdə iştirak etmişdir. Ermənistan silahlı dəstələrinin Ağdam rayonuna qarşı başladığı hücumların qarşısının alınması və torpaqlarınızın müdafiə edilməsində iştirakı ilə bağlı xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin rəhbərliyi təırəfindən "Müharibə veteranı" vəsiqəsi ilə təmin olunmuşdur və həmin vaxtdan dövlət tərəfindən təyin olunmuş təqaüddən istifadə edir. Onu da qeyd edir ki, döyüşlərdə iştirak etməyi ilə əlaqədar "Müharibə veteranı" statuslu vəsiqə ilə təmin olunduğu günə qədər olan müddət ərzində dövlət tərəfindən nəzərdə tutulmuş müavinət və təqaüddən istifadə etməmişdir. Ona görə də həmin faktın müəyyən olunması zərurəti yarandığından məhkəməyə müraciət elmək məcburiyyəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddianın faktın təsdiq edilməsi hissəndə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edərkən Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı müharibə veteranı vəsiqəsini aldığı müddətədək, ala bilmədiyi müavinət və təqaüddən istifadə etmək hüquqi faktının müəyyən edilməsini istəyir. Faktın təsdiq edilməsini məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə iş materiallarından görsənir ki, iddiaçı müharibə veteranı adının verilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. İddiaçıya izah edilsin ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə, cavabdeh inzibati orqanın onun hər hansı hüquq və qanunla qorunan maraqlarını pozan hərəkət və ya hərəkətsizliyindən müvafiq iddia ilə İnzibati məhkəməyə müraciət edə bilər. Bundan əlavə iddiaçıya tövsiyə olunur ki, https://sc.supremecourt.gov.az/decision/ linkinə keçid edib, “müharibə veteranları” açar sözlərindən istifadə etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlar üzrə axtarış sistemindən anoloji işlərin uğurluluq ehtimalını nəzərə alsın. İddiaların uğurluluq ehtimalını müəyyən edərsə, yuxarıda qeyd edilən hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2008/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2008/2022
10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver