Məhkəmə qərarları › İş №2-1(118)-201/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-201/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-201/2021 18.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X6 (Sumqayıt Regional Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, mənzil 18-də yaşayan) Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Reslublikası ƏƏSMN tabeliyində DSMFnin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, ev 24, mənzil 3-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi filialına qarşı iddiaçının xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı X1 xx xxxxxxxx 1955-ci il tarix təvəllüdlüdür. O, xx xxxxxx 1986cı il tarixdən xx xxxxxx 1986-cı il tarixə kimi Çernobl AES-in 30 kilometrlik zona daxilində Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işlərdə fəal iştirak etmişdir. xx xxxxxx 2000-ci il tarixli arayışdan da göründüyü kimi ona əmək və haqqı digər gəlirlər kimi 1420 rubl pul ödənilmişdir. İddiaçı xx xxxxx 1992-ci il tarixə qədər 1 nömrəli Tikinti Quraşdırma idarəsində 6-cı dərəcəli çilingər vəzifəsində işləmiş, xx xxxxx 1992-ci il tarixdə 21 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Hal-hazırda həmin idarənin bazasında “Tikinti-Servis” ATSC yaradılmışdır. İddiaçı Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməsi nəticəsində ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991 -ci il tarixli 577 №-li qərarına əsasən bütün Çernobıl əlilləri kimi, ona da o vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qat məbləği qədər mükafat ödənilmişdir. «X2 haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğin özü 4-ə vurulduğu üçün həmin əmək haqqı müasirləşdirilməklə alınmış məbləğ vətəndaşın pensiya hesablanması üçün orta aylıq əmək haqqı sayılır. Həmin Qanunun müvafiq maddəsinə əsasən 01 01.1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün 1996-cı ilin yekunun respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır. Bununla bağlı iddiaçı xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə iddiaçıya ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobl AES-də olduğu dövrün qiymətləri indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsini təmin etmələri üçün DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh cavab məktubunda qeyd etmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.1992-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmiş, ümumi stajı - 30 il, toplanmış pensiya kapitalı isə 8946,54 manat təşkil edir. xx.xx.2020-ci il tarixdən aldığı pensiya məbləği isə 389.87 manat təşkil edir. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2018-ci il "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə sərəncamına əsasən bu Qanunun 28-ci maddəsi ləğv edilmişdir. Həmin normanın ləğv edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması mümkün deyildir. Bununla əlaqədar olaraq iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006- cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Həmin Qərarın 5.1-ci bəndinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. “Əmək pensiyaları haqqında” Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.xx.xx.1986-cı ildən xx.xx.1986-cı il tarixinədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə 1228,16 rubl 4 qat məbləğ Çernobil AES-də olduğu günlərin sayına bölünərək 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə xx.xx.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması mümkün deyildir. İddiaçı Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar ikinci dərəcəli əlillik müəyyən edilmişdir, iddiaçı daha sonra DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş və xx.xx.1994-cü il tarixdən ona əlilliyə görə pensiya təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdən iddiaçıya ödənilən pensiyanın məbləğini 389 manat 87 qəpik təşkil edir. İddiaçı xx.xx.2020-ci il tarixində DSMF-in müvafiq şöbəsinə müraciət edərək ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının ona Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991 -ci il tarixli 577 saylı qərarı əsasında əmək haqqının dörd qat məbləğində ödənilmiş mükafat əsasında yenidən hesablanmasını tələb etmişdir.Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda ifadə olunduğu kimi əmək pensiyasının dörd qat əmək haqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanması qeyri-mümkündür və bu səlahiyyət ‘‘X2 haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1 -ci maddəsində (birinci və ikinci cümlələrində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının” səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli 577 saylı Qərarına əsasən, əmək haqqının dörd qat məbləğində mükafat ödənilir və əmək haqqından pensiya hesablanması ‘‘X2 haqqında” Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dörd qat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : - 269546 seriyalı vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup Çernobl əlilidir. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1986-cı tarixlərdə Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və SSRİ Ali Sovetinin Nazirlər Kabinetinin Qərarının xx.xx.1986-cı il tarixli Qərarından irəli gələn imtiyazlardan istifadə etmək hüuququna malikdir. - “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünr ki, İddiaçı xx.xx.1986-xx.xx.1986cı tarixlərdə “xxxx” MMC-də işləmiş, həmin dövrlərdə 315 nömrəli Sumqayıt QVK-nın arayışına əsasən Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və ona həmin dövrlər üzrə 4 qat məbləğində əmək haqqı 100% ödənilmişdir. - Sumqayıt Hərbi Komissarlığı tərəfindən verilmiş 1994-cü il il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etmişdir. - “Azneftteximmontaj” montqaj idarəsinin xx.xx.1986-cı il tarixli əmrindən görünür ki, Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etdiyi üçün İddiaçı əmək haqqının 100% həcmində ödəniş edilmiş və 6 günlük əlavə məzuniyyət verilmişdir. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxxx 1998-ci il tarixli sərəncamına əsasən 1-ci Sumqayıt Mexaniki- Quraşdırma İdarəsinin bazasında “1-ci Sumqayıt Tikinti-Quşardırma” Açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. “1-ci Sumqayıt Tikinti-Quşardırma” ATSC-nin səhmdarının xx.xx.2005-ci il tarixli qərarına əsasən Cəmiyyətin təşkilatı hüquqi forması dəyişdirilərək yenidən təşkil olunmuş və “1-ci Sumqayıt Tikinti-Quşardırma” Məhdud məsuliyyətli cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1986-cı il tarixə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ona ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlərin indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin ona ödənilməsi ilə bağlı DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan cavab olaraq bildirmişdir ki,Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2018-ci il "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə sərəncamına əsasən bu Qanunun 28-ci maddəsi ləğv edilmişdir. Qanunun 28-ci maddənin ləğv edilməsi ilə əlaqədar pensiyaların yenidən hesablanması mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 27-ci maddəsinin 1-ci bəndinin xx xxxxxx 2010-cu il tarixədək qüvvədə olan məzmununa əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığorta olunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəlarına uyğun şərti çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006) qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikasının Qanununu əsasında pensiya təyin edilirdi. Həmin Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. Həmin Qanunun 80-ci maddəsinə əsasən iş stajından asılı olmayaraq milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk edərkən, sərhəd rayonlarında, Qarabağın dağlıq hissəsində, 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı yaralanma, zədələnmə, kontuziya və digər bədən xəsarəti almaq nəticəsində əlil olmuş vətəndaşlar, həmin səbəblər üzündən başçısını itirmiş əmək qabiliyyəti olmayan ailə üzvləri, eləcə də bu maddədə sadalanmış şəxslər sırasından olan əlillər vəfat etdikdə, onların ailələri. İş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər; köçürmə zonasında qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Çernobıl AES-in istismarında və digər işlərdə iştirak etmiş şəxslər (o cümlədən müvəqqəti göndərilənlər və ezamiyyətdə olanlar); köçürmə zonasında xidmət etmiş müddətli xidmət hərbi qulluqçuları; həmin qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar xüsusi toplanışa çağırılmış və köçürmə zonasında işə cəlb edilmiş hərbi vəzifəlilər; 1987-ci ilin aprelin 21-dən 1990-cı ilin dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər; Çernobıl AES-də baş vermiş qəza nəticəsində həlak olanların, eləcə də bu maddənin ikinci hissəsində sadalanmış şəxslər sırasından olan vəfat etmiş əlillərin ailə üzvləri. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir. Əlilliyə görə hesablanmış pensiyaların minimum məbləği aşağıdakı kimi müəyyən edilir: İ qrup əlillərəyaşa görə minimum pensiyanın 200 faizi məbləğində; İİ qrup əlillərə-yaşa görə minimum pensiyanın 150 faizi məbləğində; İİİ qrup əlillərə-yaşa görə minimum pensiyanın 100 faizi məbləğində. Əlilliyə görə pensiyalara, o cümlədən minimum məbləğdə hesablanmış pensiyalara aşağıdakı əlavələr müəyyən edilir: işləməyən İ və İİ qrup əlillərə öhdəsində olan hər bir əmək qabiliyyəti olmayan ailə üzvü üçün (40-42, 44-cü maddələr)-yaşa görə minimum pensiyanın 20 faizi məbləğində; İ qrup əlillərə - onlara qulluq üçün-yaşa görə minimum pensiyanın 50 faizi məbləğində. Həmin Qanunun 83-cü maddəsinə əsasən pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Məhkəmə cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddəsinə xx xxxxxx 2010-cu il tarixdən edilmiş dəyişikliklərə münasibətdə qeyd edir ki, həmin dəyişikliklər iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və yüngülləşdirən normativ-hüquqi akt olmadığından iddiaçıya münasibətdə geriyə şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olan məzmununa əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının müraciəti ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx xxxxxx 1986-cı il tarixdən xx xxxxxx 1986-cı il tarixə qədər Çernobıl AESdə qəzanın nəticələrinin ləğvi ilə əlaqədar işə görə ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilərək xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar