Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-201/2022 23.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13.03.2014-cü il tarixli 130 nömrəli sərəncamı ilə Abşeron rayonunun 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən və icarə yolu ilə istifadəsinə ayrılan 3.80 ha torpaq sahəsinə dair torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehin üzərinə öhdəlik vəzifəsinin qoyulması” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13.03.2014-cü il tarixli 130 nömrəli sərəncamı ilə Abşeron rayonunun 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən və icarə yolu ilə istifadəsinə ayrılan 3.80 ha torpaq sahəsinə dair torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehin üzərinə öhdəlik vəzifəsinin qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsində bu kateqoriyada olan bir neçə qərar ləğv edilərək iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məcəllənin 8.1.1-8.1.3 maddələri isə xüsusi norma kimi çıxış edir. 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən baxılmalıdır. İş materiallarından görsənir ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olsada, Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. Məhkəmə qeyd edir ki, bu kateqoriya işlərdə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olduğu və cavabdeh inzibati orqanın Sumqayıt İnzibati Məhkəməsinin yuristiksiyasında yerləşdiyi hallarda işə Sumqayıt İnzibati Məhkəməsində baxıldığı hallar olsada, son dövrlərdə formalaşmış məhkəmə təcrübəsi işə İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin idarəciliyi yox, yerləşdiyi inzibati ərazi vahidi baxımından yaranmış mübahisələrə Bakı İnzibati Məhkəməsində baxılmasını müəyyən edir. Məhkəmə hesab edirki, hazırkı iş uzun müddət davam edib müvafiq araşdırmalar aparılsada, aidiyyət qaydalarının pozulmasına yol verilmədiyi üçün, hüquqi müəyyənlik prinsipi və formalaşmış məhkəmə təcrübəsidə nəzərə alınaraq iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13.03.2014-cü il tarixli 130 nömrəli sərəncamı ilə Abşeron rayonunun 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən və icarə yolu ilə istifadəsinə ayrılan 3.80 ha torpaq sahəsinə dair torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinin cavabdehin üzərinə öhdəlik vəzifəsinin qoyulması” barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-201/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-201/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver