Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2010/2022 07.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının başçısı mərhum ataları X4 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 004865 nömrəli dövlət aktı əsasında ayrılmış 200 hektar ərazinin müəyyənləşdirilərək onlara daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının başçısı mərhum ataları X4 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 004865 nömrəli dövlət aktı əsasında ayrılmış 200 hektar ərazinin müəyyənləşdirilərək onlara daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum ataları X3 başçılığıla Quba rayonunda 1992-ci ilin yanvar ayının 21-də "Dalğa" kəndli (fermer) təsərrüfatı Əsasnaməsi təsdiq edilərək təsis edilmiş və 24 fevral 1992-ci il tarixində Quba rayon icra Hakimiyyətində 63 saylı Qərarla qeydə alınmışdır.Quba rayon icra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 63 saylı və Quba rayon X7 23 noyabr 1993- cü il tarixli 277 saylı Qərarları ilə Quba Rayon "Dalğa" kəndli(fermer) təsərrüfatının kənd təsərrüfatı məhsullarının istehsalı,emalı və satışı üçün Quba rayonunun Yalavanc kəndi ərazisindən 200 hektar torpaq sahəsi xəritədə göstərilən cizgilər daxilində daimi istifadəyə ayrılmış və X4 adına Torpağa mülkiyyət,sahiblik və daimi istifadə hüququna dair Б 004865 nömrəli Dövlət aktı Dövlət aktları kitabında 108 nömrə ilə qeydə alınmışdır. 1992-1993-cü illərdə 2000 baş xırdadırnaq heyvanat,əsasən qoyunlar Rusiya Federasiyasının Dağıstan Respublikasından tərəfimizdən alınaraq saxlanması məqsədilə gətirilmişdir. "Dalğa" fermer təsərrüfatı Quba rayonunda ilk kəndli(fermer) təsərrüfatlarından olmuş, bir müddət çox rentabelli, gəlirli fəaliyyət göstərərək aqrar sahədə öz sözünü demiş və kənd təsərrüfatına öz töhfələrini vermiş bir təsərrüfat olmuşdur. 10 aprel 1994-cü il tarixində Quba rayonu "Dalğa" kəndli (fermer) təsərrüfatı vergi uçotunda olması barədə AB seriyalı 031735 nömrəli Şəhadətnamə ilə vergi ödəyicisi kimi Quba rayonunun Vegi şöbəsində qeydiyyata götürülmüşdür. 19 iyul 1996-cı il tarixində "Dalğa" kəndli(fermer) təsərrüfatı Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən müstəqil təsərrüfat kimi qoyun və keçilərin yetişdirilməsi,yun istehsalı, qoyun və keçi südünün istehsalı, meyvə istehsalı və Əsasnaməsində göstərilən sair fəaliyyət növlərilə məşğul olmaq məqsədilə Statistika Komitəsində 63 nömrə ilə qeydiyyata götürülərək ona Uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnamə verilmişdir. 17 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən "Dalğa" kəndli (fermer) təsərrüfatına xüsusi mülkiyyət növündə kənd təsərrüfatı məhsullarının istehsalı, qoyunçuluq, maldarlıq və sair məqsədlərlə şərikli müəssisə təşkilati hüquqi formasında ******* identifikasiya kodlu 4/358 saylı Uçota alınma haqında arayış təqdim edilmişdir. 23 iyul 1994-cü il tarixində "Dalğa" kəndli (fermer) təsərrüfatının başçısı X5 vəfat etmişdir. Lakin fermer təsərrüfatı öz fəaliyyətini şərikli müəssisə formasında davam etdirmiş, ona mülkiyyət növündə ayrılmış torpaqlar sahibliyində və istifadəsində olmuşdur. "Dalğa" kəndli(fermer) təsərrüfatına verilmiş Dövlət aktı da müxtəlif orqan və qurumlarda keçərli olmuşdur, Mülkiyyətə dair Çıxarışı əvəz etmişdir. Lakin son zamanlarda kənd təsərrüfatı üçün yaradılmış güzəşt və imkanlardan istifadə etmək, fermerə ayrılmış torpaqlarda dövlətdən subsidiya alıb zeytun, nar və badam bağlarının salınması işini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba regional idarəsinə müraciət etdikdə "Dalğa" fermer təsərrüfatı qeydiyyata götürülsə də onlara subsidiyanın ayrılmasının yalnız Torpağa mülkiyyət hüququna dair Dövlət Reyestr Xidmətinin Çıxarışı alındıqdan sonra "Dalğa" kəndli(fermer) təsərrüfatına subsidiya ayrılacağı bildirilmişdir. Ona görə də onlar "Dalğa" kəndli(fermer) təsərrüfatının üzvləri kimi və həmin fermerin başçısı olmuş mərhum X4 ölümündən sonra hüquqi varisləri qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi publik şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə göstərilən 200 hektar torpağa adlarına mülkiyyət hüququna dair Çıxarış verilməsi məqsədilə müraciət etmişdirlər. Lakin cavabdeh həmin Çıxarışı vermir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçılar eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıların tələbi “Dalğa” kəndli fermer təsərrüfatının əmlakları ilə əlaqədardır. Bu halda tələblər həmin hüquqi şəxs tərəfindən irəli sürülə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2010/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2010/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver