Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2011/2022 28.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 459 nömrəli, 23 sentyabr 2014-cü il tarixli sərəncamının və onun hüquqi nəticələrinin etibarsız hesab olunması barədə qərar çıxarılması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 459 nömrəli, 23 sentyabr 2014-cü il tarixli sərəncamının və onun hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1900-cu ilin əvvəllərindən babasının istifadəsində olmuş, sonra ananın istifadəsində olmuş, hazırda da onun istifadəsində olan Bakı şəhəri Hövsan kəndində yerləşən 1,85 hektar torpaq sahəsini əkməklə ailəni dolandırır. Kənd camaatı həmişə belə dolanıb. Sovxozlar ləğv edildikdən sonra Hövsan kəndində torpaq islahatı aparılmamış, kənd camaatı ata-baba torpaqlarından ayrı-ayrılıqda istifadə etmişlər. Qonşularından bir neçəsi torpağını özəlləşdirmək istərkən Abşeron İcra Hakimiyyətindən və o cümlədən, Hövsan qəsəbə nümayəndəsi kənd camaatına bildirmişlər ki, Hövsandakı sovxozlara məxsus bəzi torpaq sahələri 1963-cü ildə islahatdan əvvəl kənd təsərrüfatı məqsədilə Abşeron rayonuna 25 illik icarəyə verilmişdir. Bu müddət bitmişdir, lakin icarə müddəti başa çatsa da Abşeronun RİB heç bir səlahiyyəti olmadan kənd torpaqlarını başqa şəxslərə qanunsuz olaraq icarəyə verir. xx.xx.2005-ci ildə X13 Əliyev Hövsan qəsəbəsində məscidin açılışında iştirak edərkən Bakı şəhərinin içərisində olan müxtəlif torpaq sahələrinin o zaman Abşeron rayonuna qanunsuz verildiyini bildirmiş və islahat zamanı Hövsan camaatına paylanmalı olduğunu, Abşeron RİH-nin həmin torpaqları paylamaq səhahiyyətnin olmadığını və onun göstərişi ilə bu problemə son qoyulduğunu bildirmişdir. Buna baxmayaraq, Cənab Prezidentin gəlişindən sonra da heç bir dəyişiklik olmamış, Cavabdeh onun qanuni istifadəsində olan torpaq daxil olmaqla, Hövsan torpaqlarını satmaqda davam edir. Belə ki, Cavabdeh 459 nömrəli, 23 sentyabr 2014-cü il tarixli sərəncamı ilə onun istifadəsində olan və Bakı şəhəri Suraxanı rayonu Hovsan kəndində yerləşən 1,85 hektar torpaq sahəsinin 99 (doxsan doqquz) il müddətinə icarə qaydasında X7 ayrılması qərara alınmışdır. Sonuncu isə xx.xx.2015-ci il tarixdə alqısatqı müqaviləsi əsasında notarial qaydada 0,05 ha torpaq sahəsinə aid icarə hüququnu X8, 0,20 ha torpaq sahəsinə aid icarə hüququnu isə X2. Halbuki qanunvericiliyə əsasən, 99 illik icarəyə verilmiş kənd təsərrüfatı torpaqlarında yaşayış evi tikmək olmaz. Burada yalnız təsərrüfat üçün tikililər tikib, qurğular quraşdırmaq mümkündür, lakin Abşeron İH tərəfindən torpaq sahəm faktiki olaraq satılmış şəxslər ərazidə bir gün belə yaşamamış, təsərrüfatdan anlayışı olmayan şəxslərdir, onlar mənə torpaq sahəsini orada ev tikərək satmaq məqsədilə aldıqlarını bildirmişlər. X11 ilk dəfə 2018-ci ilin son aylarında torpaq sahəsinə gəlmiş və orada oğluna onların torpaq sahəsinin ona 99 illik icarəyə verilməsi barədə çıxarışı göstərmişdir. Oğlu da həmin vaxt məhkəmədə sözügedən çıxarışın etibarsızlığı barədə iddia qaldırmışdır. Həmin mülki iş hazırda Ali Məhkəmənin icraatındadır. Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün biz vəkillə müqavilə bağladıq və vəkil sorğularına alınan cavablar əsasında məlum oldu ki, onun qanuni istifadəsində olan torpaq sahəsi Cavabdeh 459 nömrəli, 23 sentyabr 2014-cü il tarixli sərəncamı və nömrəsiz-tarixsiz saxta icarə müqaviləsi əsasında faktiki olaraq Yasamal rayonunda yaşayan və orada qeydiyyatda olan X1. Sonuncunun sənədləşmədən 4 il sonra torpaq sahəsinə gəlməsi sözügedən sərəncamın saxtalığını bir daha sübuta yetirir. Bir daha təkrarlayır ki, torpaq sahəsi Suraxanı rayon ərazisindədir. İstifadəsində olan torpaq sahəsinin cavabdeh X7 verilməsi barədə Cavabdeh sübyektiv hüququ olmamışdır. Abşeron İH torpaq sahəsi ilə bağlı sərəncam və icarə müqaviləsini imzalayarkən torpaq sahəsi onun özünün qanuni istifadəsində olmamışdır. Bu faktı ölkə Prezidenti də təsdiq etmişdir. Sözügedən 95 nömrəli torpaq sahəsi Əsəd bəy Səlimxanova məxsus olmuş, sonuncunun varisləri isə Əsəd bəyin həyat yoldaşı Anaxanım Paşa bəy qızı və vəfat etmiş qardaşı Firudin bəy Səlimxanovun övladları hesab olunur. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin M-455 nömrəli xx.xx.2016-cı il tarixli arayışdan göründüyü kimi Əsəd bəy X9 bəy qızının övladı olmadığından varis kimi göstərilməmişdir. Anası İddiaçı Firudin bəy Səlimxanovun nəvəsidir. Firudin bəy Səlimxanovun 3 qızı, bir oğlu olmuşdur. Həmin 3 qızın hər birinin 1 qız övladı olmuş, oğlu - dayı isə subay olmuş, Böyük vətən müharibəsinə gedərək qayıtmamışdır. Firudin bəy Səlimxanovun varislərindən isə anası X4, ondan da iddiaçı - İddiaçı mirası qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmənin ötən proseslərində iddiaçının nümayəndəsi və vəkilinə iddiaçının miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı sənəd tələb edilməsinə baxmayaraq, nümayəndə və vəkil qısa müddət ərzində müvafiq sənədləri məhkəməyə təqdim edilməsini bildirmişdir. Lakin 2 aydan artıq müddətin keçməsinə baxmayaraq mərhumun adına olan miras əmlakın iddiaçı tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilməmişdir. Sonuncu məhkəmə iclası ilə bağlı iddiaçının nümayəndəsi ilə telefon əlaqəsi saxlanılmış, lakin iddia tərəfinin məhkəmə iclasında iştirak etməyəcəkləri bildirlmişdir. Buna görə də məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh başçısının 459 saylı, xx.xx.2014-cü il tarixli sərəncamının və onun hüquqi nəticələrinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,torpaq sahəsi guya onun qanuni istifadəsində ola-ola həmin torpaq sahəsi iş üzrə üçüncü şəxs kimi cəlb olunmuş X5 icarəsinə verilmişdir. Bu da “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə ziddir. Aşağıda qeyd olunan əsaslara görə hesab edilir ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Belə ki, həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyildir. Həmin torpaq sahəsi dövlət torpaq fonduna aid olmaqla Cavabdeh sərəncamındadır və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq fiziki şəxsin müraciəti əsasında müvafiq mərkəzi icra hakimiyyəti orqanından rəy alındıqdan sonra onunla rayon İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. İddiaçı sözügedən torpaq sahəsinin onun qanuni istifadəsində olduğunu qeyd etsə də bunu sübut edəcək sənədləri əlavə etməmişdir. Ona görə də cavabdeh təşkilat iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materillarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. İş materiallarından məlum olmuşdur ki, mərhum Əsəd bəy Səlimxanova məxsus olduğu bildirirlən 1.85 ha torpaq sahəsinə İddiaçı qınının adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 459 nömrəli, 23 sentyabr 2014-cü il tarixli sərəncamının və onun hüquqi nəticələrinin etibarsız hesab olunması barədə qərar çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2011/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2011/2022
28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver