Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2012/2025 15.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanasına qarşı “X1 adına əsassız, qanunsuz və sübutsuz saxtalaşdırılmış və rəsmiləşdirilmiş 162 nömrəli, xx.xx.1997-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanasına qarşı “X1 adına əsassız, qanunsuz və sübutsuz saxtalaşdırılmış və rəsmiləşdirilmiş 162 nömrəli, xx.xx.1997-ci il tarixli ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 1 saylı X4 faktiki yaşayış və qeydiyyat ünvanı dəyişdirilməklə ölümü tezləşdirilməklə, xəstəxananın şərayitsiz otağında, döşəmə üzərində tək-tənha qan - qusaraq, xx.xx.1997-ci il tarixində kimsəsiz və köməksiz vəziyyətdə vəfat etmiş atası X1 adına Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının aydiyyati olmayan kənar maraqli həkmi tərəfindən ölüm yeri və ölüm səbəbi saxtalaşdirilmiş və rəsmiləşdirilmiş 11. 09.1997-ci il tarixli, 162 nömrəli, əsassız və qanunsuz - saxta həkim ölüm tibbi şəhadətnaməsi tərtib edilmişdir. Belə ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətinin xx.xx.1997-ci il tarixinə kimi rəsmi mülkiyyətçisi olmuş atası X3 tərəfindən, tüfeyli və Əxlaqsiz həyat tərzi keçirdiklərinə görə, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətindən qovulmuş və ünvan 4 ünvanda yerləşən fərdi yaşayış mülkiyyətinin xx.xx.1997-ci il tarixinə kimi rəsmi mülkiyyətçisi olmuş X2 məxsus mülkiyyətin tam ələ keçirilməsində və gələcəkdə satılmasında maraqlı olmuş, mülkiyyətin maraqlı şübhəli qeydiyyat sakinləri Gülpəri Qonaqova, Tahir Qonaqov, X10 Qonaqov tərəfindən mütəşəkkil cinayət törətmişlər. Bu səbəbdən də hesab edir ki, müvafiq şəhadətnamə əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən cavabdeh təşkilatın nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, müvafiq tibbi şəhadətnamə arxivdə saxlanılması müddəti bitdiyinə görə məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.Cavabdehin nümayəndəsi bildirmişdir ki, vətəndaş həmin vaxt vəfat etdiyinə görə yaşayış yerində olduğu Xəstəxana tərəfindən tibbi şəhadətnamə verilirdi. Bu səbəbdən də mərhum həmin vaxt Vərəm dispanserində vəfat etsə də müvafiq şəhadətnamə qeydiyyatda olduğu xəstəxana tərəfindən verilməsi normaldır.Bu səbəbdən də iddiaçının səsləndirdiyi iddialar əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 1997-ci ildə vəfat etmiş atasına dair verilmiş ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi niyyətindədir. Tələbini onunla əsaslandırır ki, 2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Vərəm Əleyhinə dispanser tərəfindən verilmiş məktuba əsasən mərhum atasının ölümünün həmin xəstəxanada olmasıdır. Lakin, atasına verilmiş ölüm haqqında tibbi şəhadətnamənin qanunsuz olaraq Xaçmaz Xəstəxanası tərəfindən verilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq faktı 2011-ci ildən bilməsinə baxmayaraq uzun müddət keçdikdən sonra hazırkı tələb ilə xəstəxanaya müraciət etməsi və hüquqi marağının nədən ibarət olması anlaşılan deyildir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xaçmaz rayon Mərkəzi Xəstəxanasına qarşı “X1 adına əsassız, qanunsuz və sübutsuz saxtalaşdırılmış və rəsmiləşdirilmiş 162 nömrəli, xx.xx.1997-ci il tarixli saxta Ölüm haqqında tibbi şəhadətnamənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X11
Məhkəmə qərarları › İş №2-1(118)-2012/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2012/2025
15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver